UDRP — Vikipediya

UDRP- (eng.Uniform Domain Name Dispute Resolution Policy) – domen adları ilə bağlı mübahisələrin həlli üçün məhkəmədən xaric prosedur və siyasət. Bəzi yuxarı səviyyəli domen zonası – bütün ümumi domenlər (.biz, .com, .info, .name, .net, .org və s.), eləcə də bəzi milli domenlər (.hk, .in və s.) üçün tətbiq olunur. Bu prosedur 1999-cu ildə ICANN tərəfindən qəbul olunub. Uyğun qaydalar müəyyən olunan yuxarı səviyyəli domenlərin bütün qeydiyyatçıları və onların bütün müştəriləri müqavilələrində mübahisələri həll etmək üçün mütləq UDRP-dən istifadə etmək öhdəliyi götürürlər; başqa sözlə, UDRP domen adlarının qeydiyyat müqaviləsinin bir hissəsi olur.

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.