UEFA Avro 2028 — Vikipediya
UEFA Avro 2028 | |
---|---|
Yarış məlumatları | |
Ev sahibi | |
Tarix | 2028-ci ilin iyun iyul aylarında keçiriləcəyi ehtimal edilir. |
Başlama tarixi | 15 iyun 2028 |
Bitmə tarixi | 15 iyul 2028 |
Komanda sayı | 24 milli komanda |
← 2024 2032 → | |
Vikianbarda əlaqəli mediafayllar |
UEFA Avro 2028 və ya sadəcə Avro 2028 olaraq adlandırılan 2028 UEFA Avropa Futbol Çempionatı UEFA-nın üzv assosiasiyaların kişilərdən ibarət milli komandaları üçün təşkil etdiyi və dörd ildən bir keçirilən 18-ci UEFA Avropa Çempionatı olacaq. Turnirin 2028-ci ilin iyun-iyul aylarında keçirilməsi planlaşdırılır.[1]
Turnirə İngiltərə, Şimali İrlandiya, Şotlandiya, Uels və İrlandiya Respublikası birlikdə ev sahibliyi edəcək.[2]
Seçim prosesi
[redaktə | mənbəni redaktə et]Ölkələr bir ədəd 60.000 yerlik, bir ədəd (iki olması üstunlukdur) 50.000, dörd ədəd 40.000, üç ədəd isə 30.000 yerlik olmaqla 10 stadionla təkliflərini təqdim etməlidir.
Seçim mərhələləri
[redaktə | mənbəni redaktə et]16 dekabr 2021-ci ildə UEFA İcraiyyə Komitəsi seçim prosesinin UEFA Avro 2032 ilə paralel keçiriləcəyini elan etdi.[3] Maraqlanan iddiaçı ölkələr turnirlərdən biri üçün təklif verə bilərlər.[4]
Seçim mərhələsi aşağıdakı kimidir:[5]
- 27 sentyabr 2021: Müraciətlər rəsmi olaraq göndərilir
- 23 mart 2022: Seçimdə iştirak etmək niyyətinin qeydiyyatı üçün son tarix
- 30 mart 2022: Seçim tələbləri iddiaçılara təqdim edilir
- 5 aprel 2022: İddiaçıların elanı
- 28 aprel 2022: İddiaçılar üçün seminarın açılışı
- 16 noyabr 2022:[6] İlkin tender sənədlərinin təqdim edilməsi
- 12 aprel 2023: Yekun tender sənədlərinin təqdim edilməsi
- sentyabr 2023: Təklifin təqdimatı və ev sahibinin elanı
Təsdiqlənmiş təkliflər
[redaktə | mənbəni redaktə et]Turnirə ev sahibliyi etmək üçün üç maraqlı ölkə (biri sonradan qeyri-münasib hesab edilir) UEFA tərəfindən 23 mart 2022-ci il tarixindən əvvəl qəbul edilmişdir.[7]
İngiltərə, Şimali İrlandiya, Şotlandiya, Uels və İrlandiya Respublikası – 7 fevral 2022-ci ildə İngiltərə, Şimali İrlandiya, Şotlandiya, Uels və İrlandiya Respublikasının futbol assosiasiyaları birgə təklif elan etdilər. İngiltərə əvvəllər turnirə 1996-cı ildə ev sahibliyi edib və çoxmillətli Avro 2020-nin on iki oyunu London və Qlazqoda keçirilib.[8]
Türkiyə – Martın 23-də Türkiyə Futbol Federasiyası Avro-2028-ə ev sahibliyi etmək üçün ərizə təqdim etdiyini təsdiqləyib.[9]
Rədd edilmiş təklif
[redaktə | mənbəni redaktə et]Rusiya – Martın 23-də də, ölkəsinin Ukraynanı işğal etməsi səbəbindən UEFA-nın Rusiya klublarının və Rusiya milli komandasının iştirakına qadağa qoymasına baxmayaraq, Rusiya öz təklifini elan edir.[10] 2 may 2022-ci ildə UEFA Rusiyanın 2028 və 2032-ci illər üçün təklifləri qeyri-məqbul elan etdi.[11][12]
Yayım hüququ
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ UEFA Circular Letter.
- ↑ Harris, Rob. "UEFA explores expanding European Championship to 32 teams". London. Associated Press. 11 July 2021. 29 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 Dekabr 2022.
- ↑ "UEFA Executive Committee approves a new Football Sustainability Strategy 2030". UEFA.com. Union of European Football Associations. 16 December 2021. 16 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 December 2021.
- ↑ UEFA Circular Letter.
- ↑ UEFA Circular Letter.
- ↑ "Türkiye and joint UK/Republic of Ireland bids for 2028, Italy and Türkiye bids for 2032". UEFA.com. UEFA. 16 November 2022. 27 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 November 2022.
- ↑ "Declarations of interest in hosting UEFA EURO 2028 and 2032 received from four potential bids" (Press-reliz). Nyon: UEFA. 23 March 2022. 4 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2022.
- ↑ "Five associations announce joint bid to host UEFA EURO 2028 across five countries" (Press-reliz). London: The Football Association. 7 February 2022. 28 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 Dekabr 2022.
- ↑ "Turkey submits bid to host UEFA Euro 2028". Daily Sabah. 23 March 2022. 24 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2022.
- ↑ McInnes, Paul. "Russia declares interest in hosting Euro 2028 or 2032 despite football ban". The Guardian. Moskva. 23 March 2022. 22 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2022.
- ↑ "UEFA decisions for upcoming competitions relating to the ongoing suspension of Russian national teams and clubs" (Press-reliz). Nyon: UEFA. 2 May 2022. 1 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 May 2022.
- ↑ "Uefa announces further sanctions on Russian clubs and national teams amid Ukraine invasion". BBC Sport. Brussel. 2 May 2022. 23 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 May 2022.
- ↑ "Nova Broadcasting Group secures broadcasting rights to UEFA EURO 2024 and UEFA EURO 2028". Nova. 17 February 2022. 17 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 February 2022.
- ↑ "Mecze reprezentacji Polski do 2028 roku w Telewizji Polskiej. W tym Euro 2024 i Euro 2028!". TVP (polyak). 23 March 2021. 7 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 May 2022.
- ↑ "Vest koja će obradovati sve navijače: Cela Srbija će od sada MOĆI DA GLEDA fudbalsku reprezentaciju". Blic Sport (Serbian). 24 March 2022. 14 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 March 2022.
- ↑ "The BBC and ITV to show UEFA Euro 2024 and UEFA Euro 2028". www.bbc.com (ingilis). 2022-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-01.
- ↑ "La RAI ha acquistato i diritti per le fasi finali di Euro 2024 e Euro 2028". Sport In TV (italian). 26 October 2022. 9 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 October 2022.