Udlaq — Vikipediya

Udlaq
Udlaq
Udlaq
Yunanca Pharinx
İltihabı Pharingitis
Qrey subyekt 244 1141
Arteriya Qalxan udlaq arteriyası, qalxan və enən damaq arteriyası, aşağı qalxan arteriya
Vena Udlağın venoz kələfi
Sinir Azan sinir: udlaq sinir kələfi, əng və çənə sinirləri
MeSH Pharynx
Dorlands/Elsevier 12633198
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Udlaqyun. Pharinx həzm kanalının ikinci hissəsini təşkil edərək burun, ağız boşluqları ilə qırtlağın arxasında, kəllə əsasının altında, onurğanın boyun hissəsinin ön səthində yerləşmişdir. Aşağıda VI–VII fəqərə cisimləri arasında qida borusuna keçir. Uzunluğu 12–15 sm və eni yuxarıda 4,5 sm-ə bərabərdir. Vəzifəsi qidanı ağız boşluğundan qida borusuna və havanı burun boşluğundan qırtlağa keçirməkdir. Burada həzm kanalı ilə tənəffüs yolları çarpazlaşır. Udlağın dal və iki yan divarı vardır.

  • Prof. K.Ə. Balakişiyev, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979