Ukrayna Beynəlxalq Hava yolları reys 752 — Vikipediya

Ukrayna Beynəlxalq Hava yolları reys 752
Qəzaya uğramış təyyarənin 2019-cu ilin oktyabr ayında çəkilmiş fotosu.
Qəzaya uğramış təyyarənin 2019-cu ilin oktyabr ayında çəkilmiş fotosu.
Ümumi məlumatlar
Tarix
Qəza səbəbi İran ordusunun zenit raketdən atəş açması nəticəsində təyyarə qəzaya uğrayıb. Rəsmi məlumata görə təyyarə, başqa bir cismlə səhv salınıb.
Yer Şəhriyar yaxınlığı, Tehran ostanı, İran
Ölkə Ukrayna Ukrayna
İran İran
Sərnişin sayı 167
Komanda 9
Yaralı sayı
  • 0
Ölü sayı 176
Təyyarə
Təyyarə modeli Boeing 737-800
Havayolu şirkəti Ukrayna Hava Yolları
Qalxma yeri Tehran
İstiqamət Kiev
Uçuş nömrəsi PS752
Qeydiyyat nömrəsi UR-PSR
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ukrayna Beynəlxalq Hava yolları reys 752 (ukr. Збиття Boeing 737 під Тегераном) — Ukrayna Beynəlxalq Hava yollarına məxsus Boeing 737-800 modelli təyyarə ilə gerçəkləşdirilən Tehran-Kiev beynəlxalq reysinin uçuşu zamanı baş vermiş təyyarə qəzası. Təyyarə 2020-ci ilin 8 yanvar tarixində, Tehran şəhərindəki İmam Xomeyni adına Beynəlxalq Hava Limanından havaya qalxdıqdan bir necə dəqiqə sonra qəzaya uğrayıb. Qəzanın səbəbi İran İslam Respublikası Silahlı Qüvvələrinə məxsus zenit raketinin təyyarəni insan səhvi nəticəsində vurması olub.[1][2][3]

Təyyarədə olan 176 nəfərdən hamısı qəza nəticəsində həlak olmuşdur. 8 yanvar tarixində baş vermiş qəza, son onilliklər ərzində İran ərazisində baş vermiş ən kütləvi insan ölümünə səbəb olan aviasiya fəlakəti kimi tarixə keçmişdir. Eyni zamanda reys 752-nin zenit raketi ilə vurulası 1992-ci ildən bəri xidmət göstərən Ukrayna Beynəlxalq Hava Yollarının ilk təyyarə qəzası kimi də tarixə keçib.[4]

Əvvəlcə İran hakimiyyəti təyyarənin raket zərbəsi ilə vurulması iddialarını rədd etmiş və qəzaya təyyarədə olan hansısa texniki nasazlığın və ya pilot səhvinin səbəb olduğunu açıqlamışdır. İran ilk olaraq qəzanın onların üzərinə atılmasını psixoloji müharibə olaraq dəyərləndirmişdir. Ukrayna tərəfi, qəzanın baş vermə şəraitini və səbəblərini ciddi formada araşdırılacağını, ancaq ən indanırıcı ehtimalın, təyyarənin yerdən edilmiş hansısa müdaxilə nəticəsində qəzaya uğraması olduğunu bəyan etmişdir.[5][6]

ABŞ, KanadaBöyük Britaniya rəsmilərinin məsələ ilə bağlı etmiş olduğu ilkin açıqlamlarda təyyarənin İran İslam Respublikası Silahlı Qüvvələrinin arsenalında olan Tor M1 zenit raket kompleksi ilə vurulduğunu bildiriblər.[7]

Kanadanın Baş Naziri Castin Trüdo, ölkə kəşfiyyatının və ABŞ xüsusi xidmət orqnlarının vermiş olduğu sübutlar əsasında təyyarənin texniki qəza nəticəsində yox, yerdən açılmış atəşlə vurulduğunu bəyan edib.[8] 11 yanvar tarixində İran İslam Respublikasının rəsmiləri təyyarənin onlar tərəfindən vurulduğunu qəbul ediblər. İranlı rəsmilərin sözlərinə görə əsas düşmən hədəfi səhv salınıb və nəticədə mülkü təyyarə vurulub.[9]

Hadisə İran generalı Qasım Süleymaninin 3 yanvar tarixində ABŞ-nin Bağdad Beynəlxalq Hava Limanınına edilmiş hücum nəticəsində öldürülməsi və bundan sonra ABŞ-nin İraqdakı qüvvələrinin İran tərəfindən hədəf alınması kimi qarşılıqlı hücumların baş verdiyi zaman gerçəkləşib.[10] Bu hadisələrə qədər ABŞ-nin İraqda yerləşənə səfirliyinə edilmiş silahlı və bombalı hücuma görə ABŞ tərəfi İranın cavabdeh olduğunu və məsuliyyət daşıdığını bildirmişdi. Qəzadan sonra ABŞ-nin vermiş olduğu rəsmi əmrdə ABŞ-nin bütün mülkü təyyarə şirkətlərinin İranın hava məkanına daxil olmamağa göstəriş vermişdir.[11][12]

Təyyarədə olan şəxslərin vətəndaşlıqlarına görə siyahısı
Nation Number İkili/Digər
İran İran 147
Kanada Kanada 2 57[13]
Ukrayna Ukrayna 11
İsveç İsveç 4 10[14]
Əfqanıstan Əfqanıstan 12
Böyük Britaniya Birləşmiş Krallıq - 4[15]
Cəmi 176
Qəza yeri (İran)
Qəza yeri
Qəzanın baş verdiyi təxmini ərazi

Təyyarə heyəti

[redaktə | mənbəni redaktə et]
Ölkə Ad və soyad Vəzifə
Ukrayna Ukrayna Naumkin Aleksey Yevgenyeviç Kapitan pilot
Ukrayna Ukrayna Qaponenko Vladimir İvanoviç Pilot
Ukrayna Ukrayna Xomenko Sergey Anatolyeviç Pilot
Ukrayna Ukrayna Statnik Yekaterina Oleqovna Baş bələdçi
Ukrayna Ukrayna Matkov İqor Valeryeviç Bələdçi
Ukrayna Ukrayna Mikityuk Mariya Mixaylovna Bələdçi
Ukrayna Ukrayna Lixno Denis Mixayloviç Bələdçi
Ukrayna Ukrayna Ovçaruk Valeriya Yevgenyevna Bələdçi
Ukrayna Ukrayna Yuliya Soloqub Bələdçi

Təyyarənin vurulmasından sonra İran rəsmiləri təyyarənin texniki nasazlıq səbəbiylə qəzaya uğradığını bildirsə də, 11 yanvar tarixində İran silahlı qüvvələrinin Baş qərargahının bəyanatında bildirildi ki, aparılan daxili təhqiqat təyyarənin “insan səhvi nəticəsində” vurulduğunu təsdiqləmişdir. Eyni məlumatı İran xarici işlər naziri Cavad Zərif də öz tvitter səhifəsində bildirmişdir.[16]

  1. "Iran Says It Unintentionally Shot Down Ukrainian Airliner". New York Times. 10 January 2020. 12 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 January 2020.
  2. "Ukrainian airplane with 180 aboard crashes in Iran: Fars". Reuters. 8 January 2020. 8 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 January 2020.
  3. "Ukrainian airliner crashes near Tehran: Iranian media". Al Jazeera. 8 January 2020. 8 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 January 2020.
  4. Oliphant, Roland; Mendick, Robert; Nicholls, Dominic. "Iran plane crash: All 176 passengers killed as Ukraine Boeing 737 crashes near Tehran". The Telegraph. 8 January 2020. 8 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 January 2020.
  5. "Iran Plane Crash: Western Powers Suggest Missile Downed Jet". BBC News Online. 9 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 January 2019.
  6. Mirovalev, Mansur. "Zelenskyy: Claims Iran missile downed Ukraine plane 'unconfirmed'". Al Jazeera. 10 January 2020. 4 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 January 2020.
  7. "Iran missile shot down Ukraine-bound Boeing airliner, officials say". CNBC. 9 January 2020 tarixində arxivləşdirilib.
  8. Tunney, Catharine. "Trudeau says evidence suggests Iranian missile brought down Ukrainian flight". cbc.ca. CBC Canada. 9 January 2020. 9 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 January 2020.
  9. Karimi, Nasser; Krauss, Joseph. "Under pressure, Iran admits it shot down jetliner by mistake". Associated Press. 11 January 2020. 11 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 January 2020.
  10. Hooper, Ryan; Channon, Max. "Three Britons killed in Iran plane crash". plymouthherald. 8 January 2020. 11 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 January 2020.
  11. Slotnick, David. "Airlines are avoiding airspace near Iran and Iraq after a passenger plane was reportedly shot down". Business Insider. 12 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 January 2020.
  12. Bowden, John. "Ukraine bans all flights from Iranian airspace following crash". TheHill (ingilis). 8 January 2020. 1 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 January 2020.
  13. Champagne announces international working group to push Iran for answers on downed airliner Arxivləşdirilib 2021-12-04 at the Wayback Machine CBC, January 10, 2020
  14. "Who are the victims of Iran plane crash?". 10 January 2020. 10 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 January 2020 – www.bbc.com vasitəsilə.
  15. "British victim of Iran plane crash got 'last minute' seat on doomed jet after original flight was cancelled". The Independent. 10 January 2020. 31 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 January 2020.
  16. İran sərnişin təyyarəsini raketlə vurduğunu etiraf etdi -https://virtualaz.org/uzbeuz/154615