Ukrayna Silahlı Qüvvələri — Vikipediya
| ||
: | ||
Silahlı qüvvələr | Ukrayna Quru Qoşunları Ukrayna Hərbi Hava Qüvvələri Ukrayna Hərbi Dəniz Qüvvələri Ukrayna hava hücumu qoşunları Ukrayna Xüsusi Əməliyyat Qüvvələri Ukrayna Ərazi Müdafiə Qüvvələri | |
Müdafiə naziri | Rüstəm Ümerov | |
Baş Qərargah rəisi | Aleksandr Sırski | |
Əsgərlərin sayı | 280 000[1][2] | |
Əsgərlik yaşı | 18-dən [3] 27-ə kimi | |
Hərbi xidmət | 12/18 ay | |
Beynəlxalq əməkdaşlıq | ABŞ Kanada Birləşmiş Krallıq Fransa | |
Hərbi büdcə | 5.5 milyard $ 2015 |
Ukrayna Silahlı Qüvvələri (ukr. Збройні сили України) — Ukrayna dövlətinin silahlı qüvvələri. Ukrayna Silahlı Qüvvələri də daxil olmaqla bütün hərbi və təhlükəsizlik qurumları Ukrayna prezidentinə tabedir. Ukrayna Silahlı Qüvvələri Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Desant Qoşunlarından ibarətdir.
2014-cü ildə Rusiya ilə Ukrayna arasında baş verən hadisələrdən sonra Ukrayna özünün Silahlı Qüvvələrinin sayını 204,000 nəfərə çatdırdı ki, bu da 229,000 nəfər hərbçisi olan Fransadan sonra Avropada ən çox hərbi qulluqçusu olan ölkə deməkdir.[4]
3 iyun 2016-cı il tarixindən etibarən qadınlar da Ukrayna Silahlı Qüvvələrində döyüş əməliyyatlarına cəlb edilir.[5]
Büdcə
[redaktə | mənbəni redaktə et]2016-cı ildə milli təhlükəsizlik və müdafiə büdcəsi 2013-cü illə müqayisədə 23%, 2005-ci illə müqayisədə 65% artaraq 5.172 milyard ABŞ $ təşkil etmişdir ki, bu da Ukrayna ÜDM-nin 5%-nə bərabərdir. 2016-cı ildə, həmçinin Silahlı Qüvvələrin modernizasiya xərcləri də 30% artmışdır.[6]
- 2005: 2.7 milyard ABŞ dolları
- 2013: 3.6 milyard ABŞ dolları
- 2016: 4.4 milyard ABŞ dolları
- 2017: 5.1 milyard ABŞ dolları
Hərbi bayram günləri
[redaktə | mənbəni redaktə et]- 8 iyul: Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələri günü
- İyulun ilk bazar günü: Hərbi Dəniz Qüvvələri günü[7]
- 2 avqust: Desant Qüvvələri günü
- 7 sentyabr: Hərbi kəşfiyyat günü
- 14 oktyabr: Ukraynanın müdafiəçiləri günü
- 29 oktyabr: Maliyyə zabitləri günü
- 3 noyabr: Raket və Artilleriya Qoşunları günü
- 3 noyabr: Mühəndislər günü
- 6 dekabr: Silahlı Qüvvələr günü
- 12 dekabr: Quru Qoşunları günü
Hərbi Sənaye Kompleksi
[redaktə | mənbəni redaktə et]SSRİ dağıldıqdan sonra onun hərbi sənayesinin 30%-i Ukraynaya verildi. Ukrayna hələ də raket texnologiyası, döyüş gəmiləri və sualtı gəmilər üçün naviqasiya elektronikaları, döyüş təyyarələri üçün radar istehsalına görə liderlərdən biridir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ [1] Arxivləşdirilib 2015-09-25 at the Wayback Machine // официальный сайт министерства обороны Украины от 12 сентября 2015
- ↑ Александр КРУГЛОВ. "БОЕВОЙ ГОПАК". Совершенно секретно. 2 Сентября 2015. 2015-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-27.
- ↑ "Стаття 15. Призовний вік. Призов громадян України на строкову військову службу. На строкову військову службу в мирний час призиваються придатні для цього за станом здоров'я громадяни України чоловічої статі, яким до дня відправлення у військові частини виповнилося 18 років"
Закон № 2232-XII від 25.03.1992 "Про військовий обов'язок і військову службу" (ред. вiд 19.03.2015) Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine - ↑ "Arxivlənmiş surət". 2014-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-14.
- ↑ "Arxivlənmiş surət". 2017-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-14.
- ↑ "Arxivlənmiş surət". 2012-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-14.
- ↑ "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-14.