Uruqvay çayı — Vikipediya

Uruqvay çayı
isp. Río Uruquay
Ölkələr
Şəhərlər
  • Salto
  • Konkordiya
Mənbəyi Pelotas çayıKanoas çayı
 • Yüksəkliyi 1800 m
Mənsəbi Atlantik okeanı
 • Yüksəkliyi 0 m
Uzunluğu 1600 km
Su sərfi 4,622 m³/s
Su hövzəsi 365,000 km²
Hövzəsinin sahəsi 365.000 km²
Qolları İbikuiRio-Neqro çayı
Uruqvay çayı (Cənubi Amerika)
mənbəyi
mənsəbi
Parana çayı Cənubi Amerikanın fiziki xəritəsində:

27°36′30″ c. e. 51°27′21″ q. u.HGYO

33°56′45″ c. e. 58°24′34″ q. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uruqvay (isp. Río Uruguay) — Cənubi Amerika ərazisindəndə yerləşən çay.

Çay Braziliya ərazisində 1800 metrdən başlayır, Pelotas və Kanoas çaylarının birləşməsindən əmələ gəlir. Şimaldan cənuba doğru axır və Braziliya və Uruqvay arasında sərhədi təşkil edir. Çay Parana çayının əmələ gətirdiyi estuariyə tökülür (La-Plata estuarisi adlanır).

Quarani dilindən tərcümədə mənası "rəngli quşların çayı" anlamında işlənir.

Uzunluğu təxmini 1600 km[1] (Pelotas çayı ilə birlikdə 2200 km), hövzəsi 365,000 km²[2] təşkil edir. Mənsəbdə eni 12 km çatır.

Əsas qolları — İbikuiRio-Neqro çayıdır.

Salto şəhərindən yuxarı axarlarda çayda astanalara rast gəlinir və yatağı qayalıqlarla zəngindir. Şəhərdən aşağı axarlarda isə çay gəmiçilik üçün əlverişlidir[3]. Əsas limanları: Konkordiya (Argentina), Salto, Paysandu və Fray-Ventos (Uruqvay). Bu çay sistemləri həm ölkələrin su təhcizatında həm də hidroeneji alınmasında istifadə edilir. Ən iri hidroelektrostansiya Argentina-Uruqvay SES "Salto-Qrande" adlanır. Rio-Neqroda çayı üzərində — Rinkon-del-Bonete və Rinkon-del-Bayqorriya stansiyaları vardır.

  1.  (ing.) "Río de la Plata". Encyclopædia Britannica. 2012-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 August 2010.
  2.  (ing.) Varis, Olli; Tortajada, Cecilia; Biswas, Asit K. Management of Transboundary Rivers and Lakes. Springer. 2008. səh. 272. ISBN 9783540749264.[ölü keçid]
  3. "Ölkələr və xalqlar: Cənubi Amerika", Moskvа, "Fikir", 1983, səh. 212