Vüqar Süleymanov (əsgər) — Vikipediya

Vüqar Süleymanov
Vüqar Natiq oğlu Süleymanov
Şəxsi məlumatlar
Doğum tarixi 20 yanvar 1993(1993-01-20)
Doğum yeri
Vəfat tarixi 2 aprel 2016(2016-04-02) (23 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Əsgər
Döyüşlər Aprel döyüşləri
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı

Vüqar Natiq oğlu Süleymanov (20 yanvar 1993, Böyük Dəhnə, Şəki rayonu2 aprel 2016, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Vüqar Süleymanov 1993-cü ilin 20 yanvar günündə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub. Vüqar Süleymanov 2015-ci ildə Bakı Slavyan Universitetini bitirib.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Əsgər Vüqar Süleymanov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 5-i isə Vüqar Süleymanov doğulduğu Şəki rayonunun Böyük Dəhnə kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Süleymanov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Vüqar Süleymanov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.