Vətəndaş Birliyi Partiyası — Vikipediya

Vətəndaş Birliyi Partiyası
VBP
Sədri Sabir Hacıyev
Qurucu Ayaz Mütəllibov
Quruluş tarixi 1999
Qeydiyyat tarixi 12 avqust 2005
Dağılma tarixi 22 may 2023

Vətəndaş Birliyi Partiyası — Azərbaycanda 1999-2023-cü illərdə mövcud olmuş hakimiyyətyönlü siyasi partiya.

Vətəndaş Birliyi Partiyası 1999-cu ildə Azərbaycanın eks-prezidenti, 1992-ci ildən Moskvada mühacirətdə yaşayan Ayaz Mütəllibovun rəhbərliyi altında yaradılıb.[1]

1999-cu ildə Ayaz Mütəllibov rəhbərliyində təsis edilən Vətəndaş Birliyi Partiyasında 2000-ci il parlament seçkilərindən sonra mübahisələr yaranmışdır. Partiya partiya katibi İqbal Ağazadə və partiya qurucusu Ayaz Mütəllibov rəhbərliyində iki qola bölünmüşdür.[1] İqbal Ağazadənin rəhbərliyindəki qol 15 mart 2002-ci il tarixində Azərbaycan Ümid Partiyasına birləşmişdir. Birləşmiş partiyanın sədri İqbal Ağazadə seçilmişdir.

2003-cü ildə Ayaz Mütəllibov rəhbərlik etdiyi partiyanın Azərbaycan Sosial Demokrat Partiyası ilə birləşməsi ilə bağlı qərar qəbul etmişdir, lakin dövrün partiya katibi Sabir Hacıyev bununla razılaşmayaraq partiya rəhbərliyinə keçmişdir.[1] Nəticədə Ayaz Mütəllibov istefa verərək Azərbaycan Sosial Demokrat Partiyasına üzv olmuşdur.

Vətəndaş Birliyi Partiyası 2005-ci ilin parlament seçkilərində müxalif partiya kimi iştirak etmiş və seçki komissiyalarında müxalifəti təmsil etmişdir, lakin partiya 2008-ci ildə siyasi kursunu dəyişmiş və prezident İlham Əliyevi dəstəkləməyə başlamışdır.[1]

Partiya 22 may 2023-cü il tarixində özünü buraxmışdır.[2]

Partiyanın sədri Sabir Hacıyev Milli Məclisin III,IV, VVI çağırışlarında millətvəkili seçilib.

Seçki Sədr Majoritar
Səs % Mandat
2005 Sabir Hacıyev
1 / 125
2010 10 169 0.43
1 / 125
2015 13 548 0.48
1 / 125
2020
1 / 125
Seçki Sədr Səs Yer
# % ±
2009 Sabir Hacıyev
14 / 15.591
2014
2019

Ara bələdiyyə seçkiləri

[redaktə | mənbəni redaktə et]
Seçki Sədr Səs Bələdiyyə üzvü
# %
2006 Sabir Hacıyev
1 / 1.901
2011
  1. 1 2 3 4 "Azərbaycanın müxalifət partiyası siyasi kursunu dəyişib". Trend.Az (az.). 2008-01-09. 2020-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-11.
  2. "Azərbaycanda daha bir partiya özünü buraxdı: VBP-nin son BƏYANATI". musavat.com. 2023-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-22.