VIII Konstantin — Vikipediya
VIII Konstantin | |
---|---|
yun. Κωνσταντῖνος Η΄ | |
Bizans imperatoru | |
Vəzifədədir | |
15 noyabr 1028 - 11 aprel 1034-cü ildən | |
Əvvəlki | II Basileios |
Sonrakı | III Romanos |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | rəhbər |
Həyat yoldaşı | Eleni |
Vikianbarda əlaqəli mediafayllar |
VIII Konstantin (yun. Κωνσταντῖνος Η΄; 960, Konstantinopol – 15 noyabr 1028, Konstantinopol) — 962-1025-ci illər arası qardaşı II Basileios ilə şərik imperator olmuş, 1025-1028-ci illərdə isə Bizans imperiyasında tək başına hakimiyyətə keçmişdi.
Həyatı
[redaktə | mənbəni redaktə et]VIII Konstantin II Roman ilə Teofanonun (II Romanın həyat yoldaşı) ikinci oğludur. 22 aprel 962-ci ildə hələ iki yaşında olarkən dörd yaşlı qardaşı II Basileios ilə birlikdə atası II Roman tərəfindən Ayasofyada keçirilən bir tədbir nəticəsində şərik imperator olaraq taclandırılmışdı. VIII Konstantin 962-1028-ci illər ərzində 66 il hökmranlıq etmişdir.
Ancaq tək başına hakimiyyəti hökümdarlığının son 1025-1028-ci illərinə təsadüf edir. Digər dövrlərdə VIII Konstantin şərikli imperator olarkən, dövlət işlərinin həqiqi idarə edilməsi digər imperatorların və yüksək hökmdarların əlində idi. VIII Konstantinin şərikli imperatorluğunun ilk illərində atası II Roman (962-963-cü illər) idarəedici imperator idi. Atası 963-cü ildə vəfat edərkən 20 yaşlı anası Empress Teofano saray naziri imperator Yozef Brinqas ilə birlikdə 6 yaşlı Basileios və 3 yaşlı VIII Konstantin taxta gətirildi. 963-cü ildə anası Teofanonun istəklərinə əməl edən general Nikiforos Fokas hakimiyyəti ələ keçirdi və 963-969-cu illərdə VII Konstantin və qardaşı Basileios birlikdə imperator oldular.
10 dekabr 969-cı ildə II Nikiforos Fokas general İoannis Cimiskeslə evlənmiş Teofano tərəfindən planlaşdırılan bir sui-qəsddə öldürüldü. 969-976-cı illərdə idarəedici imparator I İoannis Çimiskes oldu; lakin VIII Konstantin və qardaşı II Basilieos simvolik olaraq şərikli imperiya adını daşımağa davam etdilər. İmparator I İoannis Çimiskes 976-cı ildə Abbasilər üzərinə hərbi döyüşdən dönərkən gözlənilmədən vəfat etdi.
VIII Konstantin həqiqi imperatorluq dövrünə 976-cı ildə qardaşı II Basileios ilə birlikdə şərikli imperator olaraq keçdi. Amma 976- 1025-ci illərdə VIII Konstantin Bizansda dövlət idarəediciliyini bütünlükdə qardaşı II Basileiosa buraxdı. 1025-ci ildə qardaşı II Basileios öldü.
1025-1028-ci illərdə vəfat etdiyi zaman VIII Konstantin dövlət işlərinə cavabdeh olan əsl imperator idi. Ancaq bacarıqsız qohumlarını dövlət vəzifələrinə cəlb etdi. Zövq düşkünü olan VIII Konstantin dövlət hakimiyyətinin başqalarının əlinə keçməsinə şərait yaratdı.
Oğlan varisi olmadığından 1028-ci ildə ikinci qızı Zoinin taxta çıxacağını və Konstantinopol eparkosu (Konstantinopolun qubernatoru) Roman III Arqirə ərə getməsini qərara aldı. Lakin Roman III Arqir evli idi. VIII Konstantin Roman III Arqiri həyat yoldaşından boşanmağa və onu qızı Zoi ilə evlənməsinə icazə vermək üçün monastıra bağlamağa məcbur etdi. Qızı Zoi ilə Roman III Arqirin toy mərasimi 12 noyabr 1028-ci ildə baş verdi. Bu nikahdan 3 gün sonra imperator VIII Konstantin vəfat etdi.[1]
Ailəsi
[redaktə | mənbəni redaktə et]VIII Konstantin Bolqar çarı II Barisin qızı ilə nişanlanmış və daha sonra bu nişanı geri qaytarmışdı.
Sonra Alipius adlı bir Bizans zadəganının qızı Eleni ilə evləndi. Bu nikahdan onun üç qızı olduş:
- Evdokia: rahibə olmuştur.
- Zoi
- Teodora
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Ostrogorskiy, Georgiy (çev. Fikret Işıltan), (1999 5.baskı) Bizans Devleti Tarihi, Ankara:Türkiye Tarih Kurumu ISBN 975-16-0348-X (Orijinal 1.baskı:1940)
- Gregory, Timothy E. (çev. Esra Ermert), (2008), Bizans Tarihi, İstanbul:Yapı Kredi Yayınları ISBN 978-975-08-1507-2
- Norwich, John Julius, (1991) Byzantium: The Apogee, Londra:Penguin ISBN 0-14-011448-3, say.278-286 (İngilizce)
- Aleksandr Kajdan, (Ed.) (1991). The Oxford Dictionary of Byzantium (İngilizce). Oxford and New York: Oxford University Press. ISBN 0-19-504652-8.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Psellos, Mihail (çev. Işın Demirkent). Mikhail Psellos'un Khronographiası,. 1. Ankara: Türk Tarih Kurumu Yayınları XIX.Dizi. 1992. ISBN 975-16-0485-0.