V Olaf — Vikipediya

V Olaf
norv. Olav V
Norveç kralı və Danimarka şahzadəsi
1957 – 1991
ƏvvəlkiVII Haakon
SonrakıV Harald
Şəxsi məlumatlar
Doğum adı Alexander Edward Christian Frederik
Doğum tarixi 2 iyul 1903(1903-07-02)[1][2][…]
Vəfat tarixi 17 yanvar 1991(1991-01-17)[3][1][…] (88 yaşında)
Vəfat səbəbi ürək tutması
Təhsili
  • Balliol kolleci[d]
Fəaliyyəti monarx
Atası VII Haakon
Anası Maud of Wales
Uşaqları
Dini lüteranlıq
Hərbi xidmət
Döyüşlər
Rütbəsi Admiral
kongehuset.no/c27311/sek…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

V Olaf (2 iyul 1903 - 30 yanvar 1991) - Norveç kralı. VII Haakonun tək övladı.

Hökmdarlığa qədər

[redaktə | mənbəni redaktə et]

1903-cü ildə Norfolk şəhərində anadan olmuşdu. Atası ona Olaf adını 1905-ci ildə vermişdi. Əsl adı Aleksandr Eduard Kristian Frederik idi. 1924-cü ildə Norveç Hərbi Akademiyasının məzunu oldu. Oksford Universitetində iqtisadiyyat oxuduqdan sonra 1928 Yay Olimpiya Oyunlarında qızıl medal aldı. 1920-ci ildə isə Karl Bernadotun qızı Marta ilə evləndi və ondan üç övladı oldu. 1944-cü ildə Norveçin Alman işğalından azad olmasında xüsusi rolu olmuşdu.

1957-ci ildə taxta çıxdı. Xalqla çox əlaqədə olan hökmdar, maşını özü sürür, xalqın içinə tərəddüdsüz çıxırdı. Ona bu barədə sual verildikdə isə "Mənim 4 milyon qoruyucum var"[4] demişdi. Hakimiyyət dövrü Norveçin iqtisadi güclənməsi ilə müşayiət olunmuşdu. 1991-ci ildə vəfat edəndə xalq onun üçün böyük yas tutmuşdu.

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]

Antarktidadakı Şahzadə Olaf sahili onun şərəfinə 1930-cu ildə adlandırılmışdır.

  1. 1 2 Oppr. Alexander Edward Christian Frederik // Norsk biografisk leksikon (бук.). Kunnskapsforlaget. ISSN 2464-1502
  2. Lundy D. R. Olav V zu Schleswig-Holstein-Sonderburg-Glücksburg, King of Norway // The Peerage (ing.).
  3. http://www.royalcourt.no/artikkel.html?tid=28671&sek=28577.
  4. "Arxivlənmiş surət". 2022-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-20.