Valyuta işarələri — Vikipediya
Valyuta işarəsi və ya simvolu — pul vahidi adının qısa işarə olunması. Bu hərf, hərf birləşməsi, heroqlif, heca, xüsusi işarə və ya simvol şəklində göstərilə bilər. Bundan başqa onu təsvir etmək üçün qrafem, qrafik qısaltmalar, abbreviatura (hərf kodu şəklində daxil olmaqla), şərti hərf nişanları və həmçinin onların kombinasiya növlərindən istifadə olunur. Hətta bütöv bir söz valyuta işarəsi kimi istifadə edilə bilər.
Həmçinin "Valyuta işarələri (simovlları)" müəyyən Unicode standartı qrafeminin (¤) adıdır, hansı ki bəzən bütöv oxşar simvol qrupu üçün emblem kimi istifadə olunur.
"Valyuta simvolları" (ing. Currency Symbols) — 20A0-20CF aralığında yerləşən və bəzi valyutaların yığcam təsvirlərini özündə cəmləşdirən Unicode standartında tipoqrafik işarə qrupunun adı. Bir sıra səbəblərə görə standartın digər qruplarına aid olunan işarələrlə birlikdə onlar "Valyuta Simvolu" kateqoriyasını təşkil edirlər, hansına ki standartın 8-ci versiyasının dərcində 53 qrafem (qədim simvolları saymadan) daxil idi[1], baxmayaraq ki, əslində dünyada daha çox valyuta simvolu mövcuddur.
Valyuta işarələri çox vaxt unikal olmur, eyni simvol bir neçə valyutanı təsvir etmək üçün istifadə olunur. Eyni zamanda, bəzi pul vahidlərinin ümumiyyətlə xüsusi simvol yoxdur və onları göstərmək üçün sadə qısaltmalardan istifadə olunur. Nəhayət, valyuta adlarının qısa yazılışı variantlarının dil və ölkədən asılı olaraq fərqli ola biləcəyini nəzərə almaq lazımdır. Başqa sözlə, müəyyən valyutanın dəqiq identifikasiyası tələb olunduğu hallarda valyuta işarələri istifadə edilə bilməz. Onların əsas tətbiq sahəsi qeyri-ixtisaslaşdırılmış mətnlərdir. Xüsusi mətnlərdə ISO 4217 standartının üç hərfli valyuta kodlarından istifadə edilməsi tövsiyə olunur.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Unicode Utilities: UnicodeSet / General Category = Currency Symbol". 2015-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-07.
- ↑ "Unicode: Chapter 22.1. Currency Symbols" (PDF). 2016-12-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-09-07.