Vaqif Dərgahlı — Vikipediya
Vaqif Dərgahlı | |
---|---|
Vəzifədədir | |
1 sentyabr 2021-ci ildən | |
31 dekabr 2013 – 1 sentyabr 2021 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1969, 25 Avqust |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | ![]() |
Təhsili |
|
Hərbi xidmət | |
Xidmət illəri | 1992—hal-hazırda |
Mənsubiyyəti | ![]() |
Qoşun növü | ![]() |
Döyüşlər | Qarabağ müharibəsi İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Rütbəsi | Polkovnik |
| |
Təltifləri | ![]() |
Vaqif Rafiq oğlu Dərgahlı (1969, Bakı) — Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin Katibliyinin rəisi. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi (2013-2021). Azərbaycan Silahlı Qüvvələrinin polkovniki.
Həyatı
[redaktə | mənbəni redaktə et]Vaqif Dərgahlı 1969-cu ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə Lvov Ali Hərbi Siyasi Məktəbinin hərbi jurnalistika fakültəsini bitirib.
1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdədir.
Müxtəlif vaxtlarda Müdafiə Nazirliyinin mətbuat xidmətində, Hərbi Elmi Mərkəzində, İnformasiya İdarəsində, Müdafiə Nazirinin Katibliyində müxtəlif vəzifələrdə xidmət edib.
31 dekabr 2013-cü il tarixində Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi vəzifəsinə təyin olunub.
1 sentyabr 2021-ci il tarixində Müdafiə nazirinin müvafiq əmri ilə Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin Katibliyinin rəisi vəzifəsinə təyin edilib.