Vaqif Hüseynov (şair) — Vikipediya

Vaqif Hüseynov
Vaqif İbrahim oğlu Hüseynov
Təxəllüsü Vaqif İbrahim
Doğum tarixi 17 may 1936(1936-05-17)
Doğum yeri
Vəfat tarixi 10 iyul 1985(1985-07-10) (49 yaşında)
Milliyyəti Azərbaycanlı
Atası İbrahim
Təhsili
Fəaliyyəti jurnalist, publisist
Əsərlərinin dili Azərbaycan dili
İstiqamət jurnalistika
Janrlar şeir, nəsr
Mükafatları "Şərəf nişanı" ordeni
"Qızıl qələm" mükafatı

Vaqif İbrahim oğlu Hüseynov (17 may 1936, Lənkəran10 iyul 1985) – şair, jurnalist

1936-cı ildə Lənkəranda doğulub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. İlk mətbu şeiri 1958-ci ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunub. Bir müddət şeirlərinipoemalarını Vaqif İbrahim təxəllüsü ilə çapa verib. "Leninçi" adlı Lənkəran rayon qəzeti redaksiyasında şöbə müdiri, məsul katib (1958–1965), "Çağırış" adlı Masallı rayon qəzeti redaksiyasında şöbə müdiri, məsul katib, sonra redaktor olub (1965–1977). Sosial yüklü məqaləfelyotonları, dövrün ədalətsizliklərinə qarşı sərt şeirləri, redaktor kimi prinsipial mövqeyi onun qısa bir zaman ərzində tanınmasına və nüfuz qazanmasına zəmin yaradıb. Rəhbərlik etdiyi qəzetdə ən müxtəlif sahələrdəki problemləri işıqlandırması, rayon rəhbərliyinin təzyiqlərinə boyun əyməməsi "Çağırış" qəzetinin redaktorluğundan getməsi ilə nəticələnib. 1978-ci ildə doğulduğu Lənkərən rayonuna qayıdıb və omrünün sonunadək radio verilişləri redaksiyasının redaktoru vəzifəsində çalışıb.

  • "Şərəf" nişanı ordeni[1]
  • iki medalla təltif olunub.
  • Qızıl qələm[2]
  • Sevərək yaşayanlar (povest) – 1967-ci il
  • Dəniz çağırır – 1983-cü il
  • Vətən sənə borcum qaldı — 1985
  • Mənə vaxt verin – 2006
"


Qolu bağli bir köləyəm zəmanənin hüzurunda, Pəncəsində xışmalayır əjdaha tək dövran məni. Həyat qəmli bir karvandır addımlayir ağır-ağır, Son mənzilə aparacaq qoşulduğum karvan məni. Nə dostların vəfası var, nə qohumun etibarı, Nə tapılar bir hal əhli, nə bir duyan insan məni. Мən taqətsiz, düşmən güclü, əlində həm tüfəng vardır Su qarşımda, özüm təşmə, fəqət orda nəhəng vardır.


Yoxsul-məzlum, varlı-zalım, aqil – xəcil, axmaq - müdrik, Yaltaqların əllərində oyuncaqdır şahlar уеnə. Hünərləri əsir etmiş hünərsizlər nə zamandır, Ulduzları alişdirar alov saçan ahlar уеnə. Dövran belə uzun sürməz, yüksəlişin enişi var - Bu şahlıgın sütunları təməlindən laxlar уеnə. Qəfil yatma, bu çöllərdə, bu dağlarda pələng vardır, Su qarşimda, özüm təşnə, fəqət orda nəhəng vardır.


İldırım tək şaqqıldayıb haray çəkmək istəyirəm, Zəmanənin qıfılı var fəqət sözlü dodağımda. Vətənimi çalıp-çapır bir göy gözlü sarı iblis, Azad gəzə bilərəmmi əsir olan torpağımda? Eldən-elə, dildən-dilə düşsün gərək bu haqq səsim, Mən qoymaram dustaq olsun bu şeirim bu varağımda. Dörd bir yanım zülmətsə də hər kəlməmdə fişəng vardır,

Su qarşımda, özüm təşnə, fəqət orda nəhəng vardır.
Vaqif Hüseynov
"

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında". 2020-09-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-07-11.
  2. "Vaqif İbrahim oğlu Hüseynov". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-11.