Vasim Məmmədəliyev — Vikipediya

Vasim Məmmədəliyev
Vasim Məmmədəli oğlu Məmmədəliyev
Doğum tarixi 27 avqust 1942(1942-08-27)
Doğum yeri Kürdəxanı, Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 13 oktyabr 2019(2019-10-13) (77 yaşında)
Vəfat yeri
Elmi dərəcəsi Professor
Təhsili
Elmi rəhbəri Ələsgər Məmmədov
Üzvlüyü
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 1992
"Şərəf" ordeni — 2009 "Şöhrət" ordeni — 2002
"Qızıl çinar" beynəlxalq mükafatı — 2017
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vasim Məmmədəli oğlu Məmmədəliyev (27 avqust 1942, Bakı13 oktyabr 2019, Bakı) — şərqşünas-alim, professor (1979); Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2007); Azərbaycanın (1992) və Dağıstanın (2003) əməkdar elm xadimi; BDU-nun İlahiyyat fakültəsinin dekanı; BDU-nun ərəb filologiyası kafedrasının müdiri; Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri (1997).

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Vasim Məmmədəliyev 1942-ci il avqust ayının 27-də Bakı şəhəri Kürdəxanı kəndində anadan olmuşdur . 1949–1959-cu illərdə Bakı şəhər 113 saylı orta məktəbdə təhsil almışdır.

1959–1964 — BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini bitirmişdir. Ələsgər Məmmədovun tələbəsidir. 1965–1968 — Tbilisi Dövlət Universitetində aspirant.

  • 1978-ci ildən professor olmuşdur.
  • 1981–1991 — BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı.
  • 1989 — İraq Elmlər Akademiyası, 1994 — İslam Təşkilatı Konfransı nəzdində İslam Hüququ Akademiyası, 1995 — Suriya Quran Elmləri və Ərəb Filologiyası Akademiyası, 2003 — Misir Ərəb dili Akademiyasının üzvü seçilmişdir.
  • 1991–1992 — BDU-nun prorektoru.
  • 1992-ci ildən Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, ərəb filologiyası kafedrasının müdiri.
  • 1992 — Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
  • 1997-ci ildən Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri.
  • 2001 — AMEA-nın müxbir üzvü seçilmişdir.
  • 2002 — "Şöhrət ordeni" ilə təltif edilmişdir.
  • 2003 — Dağıstan Respublikasının Əməkdar elm xadimi adına layiq görülmüşdür.
  • 2007 — Azərbaycan Milli Elmlər Akademiyasının akademiki seçilmişdir.
  • 30-dan artıq dissertasiya işinə elmi rəhbərlik, 40-dan çox dissertasiya işinə rəsmi opponentlik etmişdir. 20 kitabın, 600-dən çox elmi və elmi-kütləvi məqalənin müəllifidir. Əsərləri dünyanın 15-dən artıq ölkəsində nəşr edilmişdir.
  • Türkiyə, İran, İraq, Misir, Liviya, Gürcüstan, Rusiya, Səudiyyə Ərəbistanı, Suriya, BƏƏ, Küveyt və digər ölkələrlə sıx elmi əməkdaşlıq əlaqələri var.
  • Vasim Məmmədəliyev akademik Ziya Bünyadov ilə sovet rejimi dövründə Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə etmişdir. İlk dəfə 1991-ci ildə işıq üzü görmüş bu tərcümə indiyə qədər müxtəlif illərdə 10 dəfə nəşr olunmuşdur.

Azərbaycan — İraq Dostluq Cəmiyyətinin sədri olmuşdur.

27 dekabr 2018-ci ildən Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının üzvü olmuşdur.[1]

Uzun illər Azərbaycan Televiziyasında yayımlanan "Haqqın dərgahı" verilişinin aparıcısı olmuşdur.[2]

İki qızı, bir oğlu var.

Vasim Məmmədəliyev 13 oktyabr 2019-cu ildə vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdur.

Beynəlxalq seminar, simpozium və konfraslarda iştirakı

[redaktə | mənbəni redaktə et]

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  • 2006 — İslam və gənclik
  • 2006 — Mövlana Cəlaləddin Rumi yaradıcılığında Məsnəvi (Q. T. Məmmədəliyeva ilə birlikdə)
  • 2006 — Milli jurnalistikamızın patriarxı. Mətbuatımızm klassiki.
  • 2006 — Ərəb dili proqramı (bakalavr pilləsi üçün) (N. Məmmədovla birlikdə)
  • 2006 — Globalization in Estimation of Muslim Scientists (ingilis dilində)
  • 2005 — İslamda məzhəblərin yaxınlığı və yaxınlaşmanın əsas istiqamətlərinə dair bəzi mülahizələr
  • 2005 — Ərəb dilçiliyi ümumi dilçiliyin əsas qollarından biri kimi
  • 2004 — Dünya şöhrətli alim Rüstəm Əliyev fenomeni
  • 2004 — Ərəb ədəbi dilində şərt budaq cümləli tabeli mürəkkəb cümlələr
  • 2004 — İslam əxlaqı və onun əsas prinsipləri
  • 2004 — Müsəlman alimlərinin qloballaşmaya münasibətinə dair bəzi qeydlər
  • 2004 — S. S. Rəşadinin "Sərf nəhv" kitabı haqqında
  • 2004 — Sibəveyhiyə tutulan iki məşhur irad barəsində bir neçə söz. Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri
  • 2003 — Əbu Həyyanın bəzi dilçilik görüşləri
  • 2003 — Təsəvvüfdə ariflə alimin fərqi. Şərqşünaslığın aktual problemləri.(Q. T. Məmmədəliyeva ilə birlikdə)
  • 2003 — Aida İmanquliyeva Azərbaycan şərqşünaslığının ən görkəmli nümayəndələrindən biri kimi
  • 2002 — Islam against terrorism, extremism and aggression. Cooperation for peace in the Caucasus. (Tbilisi)
  • 2002 — Сравнительный анализ индикативных и императивных наклонений в арабском языке и иврите (C. Fərzəliyevlə birlikdə)
  1. Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının tərkibi təsdiq edilib Arxivləşdirilib 2020-08-04 at the Wayback Machine. scwra.gov.az, 27. dekabr 2018 (az.)
  2. Mədəniyyət TV. "Akademik Vasim Məmmədəliyevin tarixin bu günü xatırlanır" (az.). Youtube.com. 13.10.2020. İstifadə tarixi: 2020-10-15.
  3. "V. M. Məmmədəliyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 26 avqust 2002-ci il tarixli, 777 nömrəli Fərmanı. [ölü keçid] e-qanun.az (az.)
  4. "V. M. Məmmədəliyevin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli, 541 nömrəli Sərəncamı. Arxivləşdirilib 2023-09-18 at the Wayback Machine e-qanun.az (az.)
  5. "Vasim Məmmədəliyev "Qızıl çinar" beynəlxalq mükafatına layiq görülüb". 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]