Viktor Naneyşvili — Vikipediya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Viktor Naneyşvili | |
---|---|
23 iyul 1920 – 9 sentyabr 1920 | |
Əvvəlki | Mirzə Davud Hüseynov |
Sonrakı | Yelena Stasova |
1924 – 19 fevral 1925 | |
Əvvəlki | Georgi Korostelyov |
Sonrakı | vəzifə ləğv olunub |
19 fevral 1925 – iyun 1925 | |
Əvvəlki | vəzifə təsis olunub |
Sonrakı | Filip Qoloşyokin |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1878 |
Doğum yeri | |
Vəfat tarixi | 22 mart 1940 |
Vəfat yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | Vera Pavlovna Naneyşvili |
Uşaqları | Mariya Viktorovna Naneyşvili, Pavel Viktoroviç Naneyşvili |
Viktor İvanoviç Naneyşvili (1878, Samtredia bələdiyyəsi[d], İmereti – 22 mart 1940, Moskva) — sovet siyasi xadimi, 1903-cü ildən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının üzvü.
Həyatı
[redaktə | mənbəni redaktə et]Viktor Naneyşvili 1878-ci ildə kəndli ailəsində dünyaya gəlmişdir. 1917-ci il inqilabı zamanı Bakıda olmuşdur. 1918-ci ilin aprelində Dağıstanın fövqəladə komissarı təyin edilmiş, 23 noyabr 1918-yanvar 1919 tarixlərində RKP(b)-nin Həştərxan quberniya komitəsinin sədri vəzifəsini icra etmişdir. 1920-ci il iyul ayının 23-dən sentyabr ayının 9-na qədər Azərbaycan SSR KP MK-nın prezidiumunun sədri, 1922-ci ilin sentyabrından 1923-cü ilin sonlarına qədər RKP(b)-nin Perm quberniyası komitəsinin katibi olmuşdur. 1924-cü ilin sentyabrından 1925-ci ilin iyununa qədər RKP(b)-nin Qazaxıstan partiya təşkilatının məsul (1-ci) katibi vəzifəsini icra etmişdir.
1931-ci ildən həbs olunduğu 1939-cu ilə qədər Moskva Ümumittifaq Ticarət Akademiyasına rəhbərlik etmişdir.
1939-cu il noyabr ayının 28-də həbs olunmuş, SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası tərəfindən 21 mart 1940-cı ildə ölüm hökmünə məhkum edilmiş, 22 mart 1940-cı ildə güllələnmişdir. 1955-ci il mart ayının 19-da bəraət almışdır.
Qırmızı əmək bayrağı ordeni ilə mükafatlandırılmışdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- [1] Arxivləşdirilib 2010-07-30 at the Wayback Machine