Virciniya Vulf — Vikipediya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Virciniya Vulf | |
---|---|
ing. Virginia Woolf | |
Doğum adı | Adeline Virginia Stephen[6] |
Doğum tarixi | 25 yanvar 1882[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 28 mart 1941[3][4][…] (59 yaşında) |
Atası | Lesli Stiven[d][5][7] |
Təhsili | |
Fəaliyyəti | romançı, esseist, avtobioqraf[d], hekayə yazıçısı[d], gündəlik yazıçısı[d], ədəbiyyat tənqidçisi, naşir, yazıçı, qadın hüquqları fəalı[d], müəllif |
Fəaliyyət illəri | 1904–1941 |
Əsərlərinin dili | Britaniya ingiliscəsi |
Janrlar | dram, nəsr |
Tanınmış əsərləri | |
Virciniya Vulf Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Vircinia Vulf (25 yanvar 1882[1][2][…], London[4] – 28 mart 1941[3][4][…]) — İngilis yazıçısı, modernizm ədəbi cərəyanının qurucularından biridir. Adı Ceyms Coys, Frans Kafka, Marsel Prust, Uilyam Folkner kimi yazarlarla bir sırada çəkilir.
Əgər Ceyms Coysun dünya ədəbiyyatına möhrünü vurmuş "Uliss" romanı varsa, Vircinia Vulfun da "Missis Dellouy" romanı vardır.
Həyatı
[redaktə | mənbəni redaktə et]Vircinia Vulf 1882-ci ildə Londonda ədəbi tənqidçi ser Lesli Stiven və Culi Dakuortların ailəsində göz açmışdı. Vircinia onların üçüncü övladları idi. Dul Stiven və Dakuortların isə ümumilikdə 8 övladları olmuşdu. Stivenin birinci evlilikdən bir qızı, Dakuortun isə iki oğlu bir qızı var idi.
Zatən, uşaq ikən ögey qardaşlarının cinsi təcavüzlərinə məruz qalaraq psixi sarsıntı keçirmiş Vircinianın həyatında ölümlər hər zaman mühüm rol oynayıb. İlk ölümü Vircinia 13 yaşında yaşadı. O anasını itirdi.
Anasını itirməsi ilə başlayan baş ağrıları, qarabasmalar, qəribə səslər heç vaxt Vircinianı tərk etmədi. O bu ağrılardan xilas olmaq üçün bir neçə dəfə intihara cəhd etsə də uğursuz alındı.
Bundan sonra böyük ailənin yükünü çəkmək ögey bacısı Stellanın üzərinə düşdü. Lakin tezliklə yenicə ailə həyatı qurmuş Stella bal ayından qayıdarkən vəfat elədi. Bu Vircinia üçün ikinci böyük zərbə oldu. Stivenlər ailəsi hər iki qadının ölümündə ata Leslini günahlandırırdılar. Ona qadın istismarçısı, eqoist biri kimi baxır, onu ailədə arzuolunmaz hesab edirdilər.
Atanın yolu ilə
[redaktə | mənbəni redaktə et]Lesli Stiven XIX əsr Böyük Britaniyasında hörmətlə anılan insanlardan idi. O, yazıçı, tənqdiçi, filosof idi. Lesli cəmiyyət içində nə qədər alicənab olsa da ailədə tipik viktorian kişisi idi. Onun böyük ailəsi də patriarxal qanunlarla idarə olunurdu.
İkinci evliliyi də onun qayğısına qalan birinin olması üçün vacib idi. Leslinin yaradıcılıqla məşğul olması üçün biri ona həyatını həsr etməli idi. Üstəlik, arvadının ölümündən sonra Leslinin qayğısı daha da artmışdı. Onun uşağı vardı. Culia uşaqlardan çox əri ilə maraqlanır, onun qayğısına qalırdı. Vircina gündəliyində yazırdı: "Onunla (anamla) hər dəfə bir neçə dəqiqədən artıq bir yerdə olduğumuzu xatırlaya bilərəmmi?"
Lesli övladlarına da viktorian tərbiyəsi verir, oğlanlarını qızlarından üstün tuturdu. Bu fərq illik büdcə ayırmalarında belə özünü büruzə verirdi. Buna görə də Vircinianın ögey qardaşlarının təcavüzünə uğradığını bilsə də susmağa üstünlük vermişdi.
Vircina başqa qardaş-bacılarından fərqli olaraq atasına olan münasibətinə aydınlıq gətirə bilmirdi. Bəli, onun üçün atası əzazil, yalnız özünü, yaradıcılığını düşünən valideyn idi. Bununla belə atasının xəyalı heç vaxt onu tərk etmədi. Vircinia onun yolu ilə gedərək tənqidçi oldu, atası kimi yazıçılıq elədi. "Mayakda" romanında atasının obrazını canlandıraraq birdəfəlik onun kabusundan xilas olmağa cəhd etsə də, atasının xəyalı heç zaman onu tərk etmədi.
Lesli Stiven 1904-cü ildə vəfat elədi.
Qardaş ölümü, bacı toyu
[redaktə | mənbəni redaktə et]Atasının ölümündən sonra ailə Blumsberi rayonuna köçdü. Ailəyə başçılığı Vircininanın təkcə qan bağlılıqları deyil, ruhi bağlılıqları da olan bacı Vanessa edirdi. Bəzi araşdırmaçılara görə Vircinia ilə bacısı arasında sevgi əlaqələri var idi. Bu ərəfədə qardaşı Tobi də Yunanıstan səfərindən qayıdanda xəstəlikdən öldü. Yeni bir sarsıntı yaşamış Vircinia çox keçmədən daha bir zərbə aldı: Vanessa məşhur rəssam Klayv Bellə ərə gedir.
Oysa Vircinia ilə Vanessa hələ uşaqkən əhd etmişdilər ki, heç vaxt ərə getməsinlər. Vanessa əhdinə vəfa eləmədi.
Blumsberi qrupu
[redaktə | mənbəni redaktə et]Blumsberiyə köçəndən sonra Stivenlərin günləri xoş keçirdi. Onların evlərinə Britaniyanın gənc, müasir, proqressiv ədəbiyyat, incəsənət, elm adamları ayaq açmağa başladılar.
Beləcə tarixə "Blumsberi qrupu" adıyla düşən Blumsberi qrupu yarandı. Üzvlərin arasında Vita Sekvil-Vest, M. Forster, Dora Karrinqton, Dunkan Qrant, Klayv Bell kimi məşhur rəssamlar, ədəbiyyat adamları ilə yanaşı məşhur iqtisadçı 20-ci əsr iqtisad elmində dönüş yaratmış Con Meynard Keyns də var idi. Onun iqtisadiyyatın dövlət tənzimlənməsindən ibarət nəzəriyyəsi 20-ci əsrin əvvəlində dünyanı bürüyən böhrandan ən yaxşı xilas vasitəsi oldu. Keynsin nəzəriyyəsi dövlətin iqtisadiyyatı tənzimləməsinin qaçılmaz olduğunu bir daha təsdiqlədi.
Blumsberi qrupunun təkcə ingilis cəmiyyətində hakim viktorian dünyagörüşünə qarşı mübarizə üsulu deyil, həm də bir dostluq, səmimiyyət qrupu idi. Bu qrupdakıların bir özəlliyi isə homoseksual, ya da biseksual olmaları idi.
1900-cü illərdə Vircinia atasının peşəsini davam etdirməyə, jurnallarda tənqidi məqalələr yazmağa başladı. "Tayms" jurnalının ədəbiyyat əlavəsinə tənqidi məqalələr, esselər yazırdı. Birinci romanı üzərində də işləyirdi.
Qeyri-ənənəvi nikah
[redaktə | mənbəni redaktə et]Vircinia 1912-ci ildə yazıçı, jurnalist Loenard Vulfa ərə gedir. Onların izdivacı qarşılıqlı hörmət üzərində qurulmuşdu. Vircinia frigit, seksual baxımdan passiv idi. Uşaqlığında yaşadığı cinsi travma onda problemlər yaratmışdı, kişilərdən çəkinirdi. Buna görə də adı yazıçı, rəssam, məşhur bağban, yüksək cəmiyyət qadını Vita Sekvil-Vestlə lezbiyən əlaqədə hallanırdı.
1917-ci ildə ər-ərvad Vircinianın bütün əsərlərinin də nəşr olunacağı "Hoqard-Press" nəşriyyatını təsis edirlər. Leonard yoldaşına yaradıcılığını davam etdirməsi üçün hər cür köməklik göstərirdi. Əgər Vircinianın atasının ailəsində anası Leslinin qayğısına qalır, onun yaradıcılığı üçün münbit şərait yaradırdısa, bu dəfə tərsinə idi, Leonard onun qayğısına qalırdı.
Həm modernist, həm feminist
[redaktə | mənbəni redaktə et]Modernizim cərəyanının yaradıcılarından biri kimi tanınan Vircinia Vulf ingilis ədəbiyyatında öz novatorluğu ilə seçilirdi. O öz əsərlərində modernizm ədəbi priyomlarından sayılan "şüur axını"ndan geniş istifadə edirdi.
"Şüur axını" Ceyms Coysun, Uilyam Foknerin də çox geniş istifadə etdikləri üsullardan sayılırdı. Monoloqlar vasitəsilə qəhərəmanın iç dünyası, daxili aləmi aydınlatılır, düşüncəsinə nüfuz edilir.
Vircinia Vulf istər "Missis Dellouy"da, "Mayaka doğru"da, "Orlando"da, "İllər"də böyüdüyü vikrorian əxlaqını, ailəsindən gəlmə və cəmiyyətdə də mövcud olan patriarxal münasibətləri tənqid edirdi. Onun əsərlərində feminist baxış geniş şəkildə təzahür edirdi. Vircinia Vulf "Gecə və gündüz" romanında qadın haqlarından, sinfi fərqlər, eşq, mübarizə, azadlıq kimi məsələlərdən danışır. Yazar günümüzün insanın taleyini yumoristik, amma həssas bir dillə anlatmağa çalışır.
Qadınların "Uliss"i
[redaktə | mənbəni redaktə et]"Missis Dellouy" əsərində də Ceyms Coysun "Uliss" əsərində olduğu kimi bir qadının bir günlük həyatından bəhs edər. Bu əsər modernizm axımının ən bariz nümunələrindən sayılır. Vircina Vulfun demək olar ki, bütün romanları müasir roman janrına ən bariz nümunələr sayıla bilər. "Özünə aid bir otaq"ı isə bu sıralamaya daxil etmək olmaz.
"Özünə aid bir otaq" feminizm hərəkatının klassik bir əsəri olaraq qəbul edilir. Sadə, axıcı dillə yazılmışdır. Bu kitab "Qadınlar arasında niyə Şekspir yoxdur?" deyənlərə ən mükəmməl cavab sayıla bilər. Vulf qadınlara səslənərək: "Pul qazanın, özünüzə aid bir otaq və boş zaman ayırın. Və yazın, kişilər nə deyər deyə düşünmədən yazın." — deyirdi. Dövrümüzdə yazmaq üçün "pul və zaman" məsələsini təkcə qadınlara aid etmək haqsızlıqlıq olardı məncə.
Vircina Vulf gündəlik yazmağı yalnız xəstəlik zamanı dayandırırdı. Gündəlikləri 4 cilddə nəşr olunmuşdu.
İkinci Dünya Müharibəsindən sonra Vircinia Vulf Böyük Britaniyada demək olar ki, unudulmuşdu. Hətta çap olunan kitablarının üzərinə də "Lesli Stivenin qızı, Leonard Vulfun həyat yoldaşı " kimi patriarxal damğa yapışdırılırdı.
70-ci illərdə isə feminist hərəkatının geniş təşəkkül tapması ilə Vircinia Vulfun yenidən doğuşu başladı. O 20-ci əsr Britaniya və dünya ədəbiyyatınnın simasını dəyişmiş böyük şəxsiyyət kimi gerçək qiymətini aldı.
Sonuncu ölüm
[redaktə | mənbəni redaktə et]İkinci Dünya müharibəsinin başlanması ilə Vircinianın baş ağrıları və qorxuları yenidən artmağa başladı. Vanessanının oğlunun İspaniyadan ölüm xəbəri gəlir.
Vircininanin daha taqəti qalmamışdı. Son zamanlar xəstəliyi şiddətlənmişdi. Tez-tez sayıqlayır, qarabasmalar onu rahat buraxmır, dəlilik əlamətləri hiss olunurdu. Bir yandan da almanların İngiltərəyə hücumu sırasında (bombalamada Vircininanin evi də dağıdılmışdı) milliyyətcə yəhudi olan ərinin öldürüləcəyi qorxusu. Vircinina daha bir ölümü qaldıra bilməzdi. Çıxış yolu axtarırdı. Çıxış yolu yenə də ölüm oldu.
Vircinia Vulf 1941-ci il 28 mart tarixində ciblərinə çoxlu daş yığaraq şəhər kənarındakı evlərinin yaxınlığından axan Ouz çayına özünü atdı. Ərinə yazdığı vida məktubunda bu sözlər yazılmışdı:
Ən sevdiyim.
Sanki dəli olacağam, bu qorxunc günləri geridə qoya bilməyəcəyik kimi hissedirəm. Qulağıma səslər gəlməyə başlayıb və fikrimi cəmləşdirə bilmirəm. Keçən zamanı geri qaytara bilməyəcəyəm. Onun üçün də, nə etməliyəmsə onu da edəcəyəm. Mənə ən böyük xoşbəxtlik verdin, heç kəsin etməyəcəyi şeyləri etdin. Amma, mən artık mübarizə edə bilməyəcəyəm. Bilirəm, sənin də həyatını məhv edəcəyəm, lakin mənsiz daha xoşbəxt olacaqsan. Görürsən bu məktubu belə düzgün yaza bilmirəm, oxuya bilmirəm. Həyatımdaki bütün xoşbəxtliyi sənə borçlu olduğumu söyləmək istəyirəm. Mənə qarşı olduqca səbirlisən. Əgər kimsə məni bu vəziyyətdən xilas edəbilərdisə bu sən olardın. Zənnimcə heç kim bizim qədər xoşbəxt olabilməzdi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Reid P. Virginia Woolf // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 The Fine Art Archive. 2003.
- ↑ 1 2 Вулф Вирджиния // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 3 4 Archivio Storico Ricordi. 1808.
- ↑ 1 2 3 Oxford Dictionary of National Biography (ing.). / C. Matthew Oxford: OUP, 2004.
- ↑ Blain V., Grundy I., Clements P. The Feminist Companion to Literature in English (ing.): Women Writers from the Middle Ages to the Present. 1990. P. 1185.
- ↑ Kindred Britain.