Vladimir Obraztsov — Vikipediya
Vladimir Obraztsov | |
---|---|
Doğum tarixi | 6 (18) iyun 1874 |
Doğum yeri | |
Vəfat tarixi | 28 noyabr 1949[1] (75 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Elm sahəsi | dəmiryol nəqliyyatı |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Vladimir Nikolayeviç Obraztsov (rus. Владимир Николаевич Образцов; 6 (18) iyun 1874, Mikolayev, Xerson quberniyası[1] – 28 noyabr 1949[1], Moskva, RSFSR, SSRİ[1]) — nəqliyyat sahəsi üzrə SSRİ alimi, SSRİ Dövlət mükafatı laureatı (1942, 1943). 1939-cu ildə SSRİ Elmlər Akademiyasının üzvü olmuşdur.
Həyatı
[redaktə | mənbəni redaktə et]Vladimir Nikolayeviç Obraztsov 18 iyun 1874-cü il tarixində Rusiya imperiyasının Xerson quberniyası ərazisində yerləşən Mikolayev şəhərində (indiki Ukrayna) anadan olmuşdur. O, 1919–1922-ci illərdə Moskva Mülki Mühəndislər İnstitutunda, 1923–1949-cu illərdə isə Moskva Dəmiryol Nəqliyyat Mühəndisləri İnstitutunda professor olmuşdur. Obraztsov 1935–1940-cı illərdə həm də Moskva Elmi-Tədqiqat Dəmiryol Nəqliyyat İnstitutunda rəis işləmiş, 1939-cu ildən ömrünün sonunadək SSRİ Elmlər Akademiyası nəqliyyat problemləri bölməsinə başçılıq etmişdir. Onun əsas tədqiqatları dəmiryol stansiyası və qovşaqlarının layihələnməsinə həsr olunmuşdur. Obraztsov 1935-ci ildə XVI çağırış Ümumrusiya MİK üzvü, həmçinin SSRİ Ali Sovetinin (I–II çağırış) deputatı olmuşdur. O, 28 noyabr 1949-cu il tarixində, 75 yaşında SSRİ respublikalarından olan Rusiya SFSR-nin paytaxtı Moskva şəhərində vəfat etmiş, Novodeviçye qəbiristanlığında dəfn edilmişdir.[2]
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Vladimir Obraztsovun oğlu Sergey Rusiya-sovet teatr xadimi, aktyoru və rejissoru, SSRİ xalq artisti (1954), Sosialist Əməyi Qəhrəmanı (1971), SSRİ Dövlət mükafatı laureatıdır (1946).[3]
Təltif və mükafatlar
[redaktə | mənbəni redaktə et]Obraztsov 1942-ci və 1943-cü illərdə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. 3 dəfə Lenin ordeni, 4 başqa orden və medallarla təltif olunmuşdur.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 Образцов Владимир Николаевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Образтсов Владимир Николајевич // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 316.
- ↑ Образтсов Серҝеј Владимирович // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 316.
Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Куванов А. На самолёте "Ртищевский железнодорожник" // Путь Ленина. — 11 января 1978
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Vladimir Obraztsov // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
- Памяти академика В. Н. Образцова // Вестник АН СССР, 1950, № 2, стр. 65–66
- Профиль Владимира Николаевича Образцова на официальном сайте РАН