Xəqani Cəbrayılov — Vikipediya
Xəqani Cəbrayılov | |
---|---|
Xəqani Sərdar oğlu Cəbrayılov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 yanvar 1968 (56 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | azərbaycanlı |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Qoşun növü | quru qoşunları |
Xidmət illəri | 1989-2021 |
Rütbəsi | General-mayor |
Döyüşlər | |
Təltifləri |
Cəbrayılov Xəqani Sərdar oğlu (24 yanvar 1968, Cahangirbəyli, Zəngilan rayonu) — ehtiyatda olan general-mayor.
Həyatı
[redaktə | mənbəni redaktə et]Xəqani Cəbrayılov 24 yanvar 1968-ci ildə Zəngilan rayonun Cahangirbəyli kəndində anadan olub. 1985-ci ildə Cahangirbəyli kənd orta məktəbini bitirdikdən sonra Blaqoveşensk Ali Tank Komandanlıq Məktəbinə daxil olub. 23 iyul 1989-cu ildə həmin məktəbi bitirdikdən sonra leytenant hərbi rütbəsi alıb. 1989-1992-ci illərdə Uzaq Şərq Hərbi Dairəsində taqım və bölük komandiri vəzifələrində xidmət edib. 1992-ci ilin mart ayından etibarən Azərbaycan Ordusunda xidmətə başlayıb. Bölük, tabor və birləşmə komandiri vəzifələrində xidmət edib. Birləşmə komandiri vəzifəsinə təyin edilib. 1992-1994-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə tabor komandiri olub. 1998-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasını bitirib. 25 iyun 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə general-mayor ali hərbi rütbəsinə layiq görülüb.
2021-ci ilin yanvar ayında ehtiyata buraxılıb.
Xidməti dövründə 1 orden və 15 medalla təltif edilib.
Mükafatları
[redaktə | mənbəni redaktə et]- "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubileyi" medalı — Azərbaycan Respublikası Müdafiə nazirinin 26.06.2003 tarixli əmri
- "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı — Azərbaycan Respublikası Müdafiə nazirinin 26.06.2003 tarixli əmri
- "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı — Azərbaycan Respublikası Müdafiə nazirinin 23.06.2005 tarixli əmri
- "Vətən uğrunda" medalı — Azərbaycan Respublikası Prezidentinin 24.06.2005 tarixli Sərəncamı
- "Hərbi xidmətlərə görə" medalı — Azərbaycan Respublikası Prezidentinin 25.06.2011 tarixli Sərəncamı
- "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubileyi" medalı — Azərbaycan Respublikası Müdafiə nazirinin 24.06.2013 tarixli əmri
- "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubileyi" medalı — Azərbaycan Respublikası Müdafiə nazirinin 05.07.2014 tarixli əmri
- "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı — Azərbaycan Respublikası Müdafiə nazirinin 20.10.2014 tarixli əmri
- 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — Azərbaycan Respublikası Prezidentinin 24.06.2015 tarixli Sərəncamı
- "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı — Azərbaycan Respublikası Müdafiə nazirinin 26.06.2015 tarixli əmri
- "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı — Azərbaycan Respublikası Müdafiə nazirinin 26.06.2016 tarixli əmri
- "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı — Azərbaycan Respublikası Müdafiə nazirinin 26.06.2016 tarixli əmri
- "İgidliyə görə" medalı — Azərbaycan Respublikası Prezidentinin 25.06.2018 tarixli Sərəncamı
- "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubileyi medalı — Azərbaycan Respublikası Müdafiə nazirinin 26.06.2018 tarixli əmri
- "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" Azərbaycan Respublikası yubileyi medalı — Azərbaycan Respublikası Prezidentinin 25.07.2019 tarixli Sərəncamı
- "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı — Azərbaycan Respublikası Müdafiə nazirinin 09.12.2019 tarixli əmri.