Xilafətin ləğvi — Vikipediya

Xilafətin ləğvi
Tarix 1924
Yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xilafətin ləğvi — dünyada sonuncu tanınmış xilafət olan Osmanlı xilafətinin Türkiyə Böyük Millət Məclisinin 3 mart 1924-cü il tarixli fərmanı ilə ləğv edilməsi. Bu proses Atatürkün Osmanlı imperiyasının Türkiyə Cümhuriyyəti ilə əvəzlənməsindən sonra həyata keçirdiyi islahatlardan biri idi.[1] II Əbdülməcid sonuncu Osmanlı xəlifəsi kimi taxtdan salınmışdı.

Xəlifə nominal olaraq dünyadakı bütün müsəlmanların ali dini və siyasi lideri idi.[2] Hadisədən əvvəlki illərdə, davam edən Türkiyə İstiqlaliyyət müharibəsi zamanı xilafətin qeyri-müəyyən gələcəyi dünya miqyasında sünni islam icması arasında kəskin reaksiyalara səbəb olmuşdu.[3] Xilafətin ləğv edilməsi ehtimalına Hindistandakı Xilafət hərəkatı fəal şəkildə qarşı çıxmış,[1] bütün müsəlman dünyasında qızğın müzakirələrə səbəb olmuşdu.[4] Xilafətin ləğvi Osmanlı sultanlığının ləğvindən 18 aydan az bir müddət sonra baş vermişdi.

  1. 1 2 Brown, 2011. səh. 260
  2. Özcan, 1997. səh. 45–52
  3. Nafi, 2012. səh. 47
  4. Nafi, 2012. səh. 31
  • Nafi, Basheer. The Abolition of the caliphate: causes and consequences // The Different aspects of Islamic culture, v. 6, pt. I: Islam in the World today, Retrospective of the evolution of Islam and the Muslim world. UNESCO. 2016. 183–192.
  • Brown, Daniel W. A New Introduction to Islam. John Wiley & Sons. 24 August 2011. ISBN 978-1-4443-5772-1.
  • Özcan, Azmi. Pan-Islamism: Indian Muslims, the Ottomans and Britain, 1877–1924. BRILL. 1997. ISBN 90-04-10632-4.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]