Xotan dövləti — Vikipediya
Tarixi dövlət | |
Xotan dövləti | |
---|---|
| |
| |
Paytaxt | Xotən |
Rəsmi dilləri | Qandari dili Saka dili |
Dövlət dini | Buddizm |
İdarəetmə forması | Monarxiya |
Vikianbarda əlaqəli mediafayllar |
Xotan dövləti (çin. 于闐 ) - müasir Sintzyan-Uyğur Muxtar Rayonu ərazisində, Xotan şəhəri ətrafında 56-1006cı illər arasında mövcud olmuş qədim monarxiya.
Quruluşu və əhalisi
[redaktə | mənbəni redaktə et]Dövlətin qurulması haqqında 4 əfsanə var.[1] Hər 4 əfsanəyə görə şəhər Aşoka dövründə şimala köçmüş hindistanlılar tərəfindən qurulub. Əhalisi Saka dilinin yerli dialekti olan xotanca danışırdılar. Lakin sakaların Xotana nə vaxt gəldiyi məlum deyil. Əhalinin əsas dini buddizm idi. Han Tarixi Kitabına əsasən e.ə.125-23-cü illərdə Xotanda 3300-ə yaxın ev, 19300 nəfər əhali vardı. Bunlardan 2400ü əsgər idi.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Xotan əsasən ticarət dövləti olub tarixi boyu Xunnu, Han sülaləsi, Tan sülaləsi, Göytürklər, Tibet imperiyası asılılığında mövcud olmuşdur. 792-ci ildə Tibet tərəfindən işğal olunsa da 851-ci ildə müstəqilliyini geri qazanmışdı. 10-cu əsrdə Uyğurların və Qaraxanilərin hakimiyyəti altına düşməyən yeganə Mərkəzi Asiya dövləti olaraq mövcud idi. Xotan hətta 970-ci ildə Kaşqarı Qaraxanilərin əlindən almış, Çinə hədiyyə olaraq bir fil göndərmişdi. Lakin 1006-cı ildə Yusif Qadir xan tərəfindən Xotan ələ keçirilərək Qaraxanilər dövlətinə birləşdirildi. Bu işğal Mahmud Kaşqari tərəfindən xatırlanmışdır:
Biz onların üzərinə sel kimi axdıq, Biz onların şəhərlərinə yayıldıq, Biz onların bütxanalarını yıxdıq, Biz Buddanın başına sıçdıq![3] |
Hökmdarları
[redaktə | mənbəni redaktə et]Yu Lin (俞林) 23 Cun De (君得) 57 Hsiu Moba (休莫霸) 60 Quanq De (廣德) 60 Fanq Kyan (放前) 110 Cian (建) 132 An Quo (安國) 152 Kyu Ren (秋仁) 446 Poluo Erşi (婆羅二世) 471 Sanmo Rama Sanşi (散瞿羅摩三世) 477 Shi Duluo (舍都羅) 500 Visa (尉遲) 530 Bey Şilian (卑示練) 590 Visa Vumi (尉遲屋密) 620 Fudu Hsin (伏闍信) 642 Fudu Hsionq (伏闍雄) 665 Visa Cinq (尉遲璥) 691 Visa Tiao (尉遲眺) 724 Fu Şiçan (伏師戰) 725 Fudu Da (伏闍達) 736Visa Quy (尉遲珪) 740
Visa Şenq (尉遲勝) 745
Visa Vaham (尉遲曜) 764 Visa Cie (尉遲詰) 791 Visa Çiye (尉遲遲耶) 829 Visa Nanta (尉遲南塔) 844 Visa Vana (尉遲佤那) 859 Visa Pikiluomo (尉遲毗訖羅摩) 888 Visa Sambhava (尉遲僧烏波) 912-966 Visa Sura (尉遲蘇拉) 967 Visa Darma (尉達磨) 978 Visa Sanarama (尉遲僧伽羅摩) 986 Visa Saqemayi (尉遲薩格瑪依) 999
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Emmerick, R. E. (14 April 1983). "Chapter 7: Iranian Settlement East of the Pamirs". In Ehsan Yarshater (ed.). The Cambridge History of Iran, Vol III : The Seleucid, Parthian, and Sasanian Periods, Part 1. Cambridge University Press; Reissue edition. səh. 263. ISBN 978-0521200929.
- ↑ Xan Tarixi Kitabı, 96A Arxivləşdirilib 2019-10-12 at the Wayback Machine (Çincə)
- ↑ Divani Lüğət-it Türk, Bakı, Ozan, 2006. Səh. 353