Yüzillik Kosmos Uçuşu layihəsi — Vikipediya
Yüzillik Kosmos Uçuşu layihəsi (ing. 100 Year Starship və ya qısaca ing. 100YSS) — NASA və Pentaqonun DARPA adlı qurumunun insanları Yer kürəsindən kənardakı planetlərə yerləşdirmək strategiyasının həyata keçirilməsi layihəsi
Layihənin əsasında insanları yad planetlərə aparıb, orada buraxmaq durur. Yəni insanların geri qaytarılması mümkün olmayacaq. İnsan yerləşdirilməsi nəzərdə tutulan ilk planet Marsdır.
2010-cu ildə bu layihə ictimaiyyətə təqdim olunan zaman NASA İdarə Heyətinin üzvü Simon Vorden deyib ki, layihə qarşıdakı 20 ildə həyata keçiriləcək: "2030-cu ildə Marsda olacağımızı düşünürəm".
2010-cu ilin oktyabr ayına qədər qədər NASA bu layihəyə 100 min dollar, Pentaqon 1 milyon dollar ayırıb. Layihə haqqında detallı məlumat verilmir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Yad planetlərə insan aparılacaq Arxivləşdirilib 2010-10-29 at the Wayback Machine. lent.az (az.)