Yəmən Mütəvəkkili krallığı — Vikipediya

Tarixi dövlət
Yəmən Mütəvəkkili krallığı
Bayraq Gerb
Bayraq Gerb

Paytaxt Taiz
Dilləri ərəb dili
Ərazisi
  • 195.000 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yəmən Mütəvəkkili Krallığı (ərəb. المملكة ‏المتوكلية اليمنية‎) — Müasir Yəmən ərazisində 1918-ci ildən 1962-ci ilə qədər mövcud olmuş dövlət.

1918-ci ildə Osmanlı İmperiyası məğlub oldu. Zeydilər yenidən Yəmənin əhəmiyyətli bir hissəsinə nəzarəti qurdular. 30 oktyabr 1918-ci ildə Birinci Dünya müharibəsi dövründə Osmanlı İmperiyasının məğlubiyyətindən sonra İmam Şeyx Yəhya bin Məhəmməd Həmid əd-Din ölkənin müstəqilliyini elan bəyan etdi və üç gün sonra özünü kral elan etdi.

Müharibə illərində İngilis qoşunları Yəmənin Kamaran adasını (1915) və Tihamə sahillərini (İngiltərə 1921-ci ildə Asir əmirliyinə vermiş Hudeydə liman şəhərini də) işğal etdi. 1918–28-ci illərdə İngiltərə-Yəmən qarşıdurması yarandı. Yəmən dağları qapadıldı, xarici ticarət əlaqələri kəsildi. Cənub bölgələri İngilis qoşunları ilə Yəmən qəbilələri arasında davamlı qarşıdurmalar teatrına çevrildi. 1918-ci ildə Türklər Taizi yeni müstəqil Yəmən krallığına verdilər. 1919-cu ildə özünü Yəmənin kralı elan edən Yəhya bin Məhəmməd Həmid əd-Din nəhayət, Türkiyə ilə vassal münasibətləri kəsdi. O dövrdə Yəmən dağını işğal edən Yəhya dövləti Yəmən tayfalarının birləşmə hərəkatının mərkəzinə çevrildi. Yəhya ibn Məhəmmədin səyləri ilə krallıq ordusu təşkil olundu. 1920-ci ildə Yəmən krallığı Yəmən Mütəvəkkili krallığı adlandırılır[1]. 1921-ci ildə türklərin təslim olmasından sonra ingilislər 1918–1921-ci illərdə Hodeydə limanını işğal etdilər. İmam Yəhya eyni zamanda Şimali Yəmən tayfalarını birləşdirən və separatçıların 1922–1923-cü illərdəki qiyamlarını yatırtmaq məqsədilə Yəmən dövlətçiliyini möhkəmləndirmək üçün aktiv bir kampaniya başlatdı və Yəmənin beynəlxalq səviyyədə tanınması istiqamətində bir addım atdı. 1923-cü ildə Müasir Türkiyənin sərhədlərini müəyyənləşdirən Lozanna Sülh Müqaviləsini imzalanması ilə yəmənin hüquqi baxımdan müstəqilliyi təstiqləndi. Lozanna Sülh müqaviləsinin imzalanmasından və Osmanlı İmperiyasının dağılmasından sonra Kamaran adası Ədən ingilis koloniyasının rəhbərliyinə tabe edildi. 1925-ci ildə Hodeydə və Tihamənin qalan hissəsi azad edildi. Yəmənin imzaladığı ilk beynəlxalq müqavilə 1926-cı ildə Sənada imzalanan Krallığın İtaliya ilə müqaviləsi oldu. 1926-cı ildə Ankarada Yəmənin rəsmi nümayəndələrinin SSRİ diplomatları ilə ilk təmasları baş verdi. 1 noyabr 1928-ci ildə SSRİ ilə Yəmən Mütəvəkkili krallığı arasında dostluq və ticarət haqqında saziş bağlandı. 1932-ci ildə Əmir Asir əl-İdrisi əmirliklərin Səudiyyə Ərəbistanından müstəqilliyini elan etdi. Asir üsyanının yatırılmasından sonra əl-İdrisi Yəmənə qaçdı. 1933-cü ilin martında İmam Yəhya və Səudiyyə kralı Abdül Əziz görüşür və əl-İdrisinin gücünü bərpa etmə ehtimalını müzakirə edirlər. Abdül Əzizin elçiləri Asirin şimala köçürülməsini və əl-İdrisi ailəsinin üzvlərinin təhvil verilməsini təkid etdilər. 1933-cü il mayında Yəmən Nacranı ələ keçirdi, Asirdən Nəcd şəhərinə nəqliyyat yollarını bağladı. 1934-cü ildə İngiltərə Ədən Protektoratlarını qoruduğu ingilis-yemen müqaviləsini bağladı. Səudiyyə Ərəbistanı şahzadəsi Feysəl və qardaşı Səud İbn Əbdüləzizin qoşunları Asir vilayətini ələ keçirdi. Asir vilayətinin Səudiyyə Ərəbistanına keçdiyini təstiqləyən Taif müqaviləsi (Hodeydə şəhəri yaxınlığında) imzalandı. 1935-ci ildə ingilis qadın Freya Stark Hədramauta baş çəkir. 1937-ci ildə Yəməndə bir vulkan püskürdü. 15 oktyabr 1937-ci ildə 1926-cı il tarixli İtalya-Yəmənn müqaviləsi uzadıldı. 1930-cu illərin sonu Hadramaut Böyük Britaniyanın Şərqi Ədən protektoratının bir hissəsi oldu. 1944-cü ildə Şimalda "inqilabın atası" olan şair Məhəmməd Əl Zubayri Misirdən Yəmənə qayıdır, lakin tezliklə Azad Yəmənilər Partiyasını yaratmaq üçün cənuba qaçır. 1945-ci ildə Kral Yəhya bin Muhammad Ərəb Dövlətləri Liqasının yaradılmasını dəstəkləyir. Yəmən Ərəb Dövlətləri Liqasının bir hissəsi olur. 1947-ci ildə Yəmənin BMT-yə qəbul olunur. 17 fevral 1948-ci ildə kral Yəhya bin Məhəmməd bir sui-qəsd nəticəsində öldürülür. 1948-ci ildə İlk Yəmən İnqilabı baş verir. Öldürülmüş Kral Yəhyanın yerini İmam Əhməd tutur. Paytaxt Taiz şəhərinə köçürlür. 1950-ci ildə Londonda İngilis-Yəmən Konfrans müqavilənin imzalanması ilə bitir. 1950–1951 amerikalı arxeoloq Vendal Fillips ay tanrısına həsr olunmuş oval bir məbədin açıldığı Marib şəhərinin arxeoloji qazıntılarına başlayır. 1952-ci ildə İmam Əhməd ictimai yerlərdə radio dinləməyi qadağan edir. 1954-cü ildə Böyük Britaniyanın kraliçası II Yelizaveta Ədən şəhərini ziyarət edir. Elə həmin ildə British Petroleum tərəfindən inşa edilmiş bir neft emalı zavodunun və Kiçik Adendəki limanın açılışı baş tutur. 1955-ci ildə bir neçə gün sonra Taizdəki qarnizon üsyanı yatırılir 31 oktyabr 1955-ci ildə Qahirədə (Misir) 1928-ci il müqaviləsini yeniləyən və SSRİ ilə Yəmən arasında diplomatik münasibətlər quran Dostluq Müqaviləsi imzalanmışdır. 23 aprel 1956-cı ildə SSRİ və Yəmən Krallığı diplomatik nümayəndəliklərin qarşılıqlı açılması barədə razılığa gəlirlər (1956–58-ci illərdə SSRİ missiyası Qahirədə yerləşirdi, 1958-ci ildə isə Taizə köçürüldü). 8 mart 1956-cı ildə Qahirədə SSRİ ilə Yəmən arasında Ticarət və Ödəmə Sazişi imzalanmışdır. 21 iyun — 11 iyul tarixlərində YMK-nın vəliəhd şahzadəsi Məhəmməd əl-Bədr SSRİ-yə dostluq səfəri edir. Bu müddət ərzində İqtisadi və Texniki Əməkdaşlıq Sazişi imzalanmışdır. 1957 — SSRİ ilə YMK arasında hərbi-texniki əməkdaşlığın başladılır. 1958-ci ilin əvvəlləri Camal Əbdül Nasirin Yaxın Şərqdəki İngilis müstəmləkə idarəçiliyinə qarşı siyasətinin təsiri altında Ədəndə hələ özünü açıq şəkildə ortaya qoymayan bir İngilis əleyhinə bir hərəkat yaranmağa başladı. Birləşmiş Ərəb Respublikasıformalaşdıqdan sonra (1958-ci il fevral) Nasir Ədən Protektoratının mövcudluğunu təhdid edən Yəmənə ona qoşulmağa dəvət etdi. Koloniyanın itirilməsindən qorxaraq İngiltərə hakimiyyəti Cənubi Yəmənli bəzi knyazlıqları ingilis tacı altında birləşdirməyə qərar verdi. 8 mart 1958-ci ildə Yəmən Krallığı Misir və Suriyadan ibarət Birləşmiş Ərəb Respublikası ilə konfederasiyaya qoşuldu. 1958-ci ildə Taizdə (Qahirədən köçürülmüş) SSRİ missiyası açıldı. 1958–1961 — Sovet mütəxəssisləri Hodeydədə yeni bir liman qurur. fevral 1959-cu ildə Cənubi Birləşmiş Ərəb Əmirlikləri Federasiyası formalşdırıldı. Sonra Qərb Protektoratlığının 6 knyazlığını özündə birləşdirən Cənubi Ərəbistan Federasiyası adlandırıldı. Şərqdə Katiri və Quaiti sultanlıqları Federasiyaya üzv olmaqdan imtina etdilər. 1959-cu ildə Sovet Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyəti quraqlığın təsirini aradan qaldırmaq üçün Yəmənə 10.000 ton buğda göndərdi. 1960-cı illər Taiz şəhərində Yəməndə ilk su təmizləyici qurğunu açıldı. 1961-ci ildə Sovet mütəxəssisləri Hodeydədə limani qurdular. Elə həminildə Birləşmiş Ərəb Respublikası mövcudluğunu dayandırdı. 1962-ci ildə paytaxt yenidən Sənaya köçürülür. 24 iyunda SSRİ səfirliyi (Taizdən köçürülmüş) Şahzadə Kasimin keçmiş iqamətgahında, Sanaada yerləşirdi. 18 sentyabrda Yəmənin kralı İmam Əhməd ibn Yəhya Həmidəddin Taizdə vəfat etdi. Şahzadə Məhəmməd əl-Bədr kral elan olunur[2]. 26 sentyabrda Yəmən ordusu tankların dəstəyi ilə Sənadakı Dar əl-Başair kral sarayına hücum etdi. Zərbə zamanı atasının ölümündən bir həftə əvvəl hakimiyyətə gələn yeni imam Məhəmməd əl-Bədr devrildi. Yəmən Ərəb Respublikası elan etdi. Abdullah əl-Sallal başda olmaqla İnqilab Komandanlığı Şurası təsis olundu. Elə həmin gün Misir qoşunları Səna və Taizə gəldi. 29 sentyabr 1962-ci ildə SSRİ İnqilab Komandanlığı Şurasını tanıdı.

  1. Йемен // Советская Историческая энциклопедия в 16 томах. — Т. 6(Индра — Каракас). — С. 730. — 1022 с.
  2. Герасимов О. Г. Йеменская революция. 1962–1975. — М., 1979. — С. 40.