Yaşıl möcüzə (film, 1979) — Vikipediya
Yaşıl möcüzə | |
---|---|
Janr | sənədli film |
Rejissor | Xamiz Muradov |
Ssenari müəllifləri | Cəlal Əliyev Vaqif Hümmətoğlu |
Operator | Sərdar Vəliyev |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1979 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | SSRİ |
İl | 1979 |
Texniki məlumatlar | 2 hissə 560 metr 35 mm |
Rəng | rəngli |
Məzmun
[redaktə | mənbəni redaktə et]Xlorellanın nə olduğunu yəqin ki, çoxları bilmir. Halbuki bu yaşıl yosunlar kənd təsərrüfatı istehsalının intensivləşdirilməsində mühüm rol oynaya bilər. Xlorellada çoxlu zülallar və digər qidalı maddələr vardır. Bunlardan iri buynuzlu mal-qaranın, quşların və balıqların yemlərinə əlavə kimi istifadə olunur.
Elmi-kütləvi film yosunların xüsusiyyətini, onların xalq təsərrüfatı üçün əhəmiyyətini öyrənmək məqsədilə yaradılmışdır.
Filmin çəkilişləri xlorelladan geniş istifadə olunan yerlərdə — Şəki bölgəsində, Özbəkistanda və Moskvada aparılmışdır.
Film haqqında
[redaktə | mənbəni redaktə et]Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]Film üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]- Rejissor: Xamiz Muradov
- Ssenari müəllifi: Cəlal Əliyev, Vaqif Hümmətoğlu
- Operator: Sərdar Vəliyev
- Səs operatoru: Şamil Kərimov
Sponsor
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258; 377.