Yakup Taş — Vikipediya
Yakup Taş | |
---|---|
türk. Yakup Taş | |
Türkiyə Böyük Millət Məclisinin 27-ci çağırış deputatı | |
7 iyul 2018 – 7 fevral 2023 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 iyun 1959 |
Doğum yeri | |
Vəfat tarixi | 7 fevral 2023 (64 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Türkiyə–Suriya zəlzələsi (2023) |
Dəfn yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Yakup Taş (16 iyun 1959, Adıyaman – 7 fevral 2023, Adıyaman ili) – Türkiyə siyasətçisi və iş adamı. 2018-ci ildə Ədalət və İnkişaf Partiyasının üzvü kimi Adıyamandan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilmişdi. Təsərrüfat, Meşə və Kənd İşləri Komissiyasının üzvü idi.[1]
Həyatı və karyerası
[redaktə | mənbəni redaktə et]1959-cu ildə Adıyamanda doğulmuşdur. Adıyamanda kənd təsərrüfatı və ticarət sahələrində fəaliyyət göstərmişdir. Adıyaman İdman Klubunun prezidenti və Adıyaman Kənd Təsərrüfatı Otağının sədri olmuşdur.[2] 2018-ci ildə baş tutmuş seçkilərdən sonra Ədalət və İnkişaf Partiyasının Adıyaman təmsilçisi kimi Türkiyə Böyük Millət Məclisinin deputatı seçilmişdi.
Ölümü
[redaktə | mənbəni redaktə et]2023-cü ildə baş vermiş Türkiyə–Suriya zəlzələsində bina dağıntılarının altında qalaraq ölmüşdür.[2] Adıyamanda dəfn olunmuşdur.[3]
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Evli və altı uşaq atası idi.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Yakup Taş TBMM". TBMM (türkcə). 30 avqust 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2023.
- ↑ 1 2 3 "AKP Milletvekili Yakup Taş yaşamını yitirdi" (türkcə). Cumhuriyet. 7 fevral 2023. 2023-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2023.
- ↑ "Deprem'de vefat eden milletvekili Yakup Taş son yolculuğuna uğurlandı" (türkcə). TGRT Haber. 8 fevral 2023. 2023-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2023.