Yarasa (operetta) — Vikipediya

Yarasa
alm. Die Fledermaus
Bəstəkar İohann Ştraus
Librettoçu Haffner KarlJene Rixard
Dili almanca
Süjet Yulius Roderix Benediksin “Həbs cəzası” vodevili əsasında
Pərdə 3
Səhnə 3
Yaradılma tarixi 1872
İlk səhnələşdirmə 5 aprel 1874[1]
An der Vin
Müddəti 2½ saat
Personajlar

Personajlar:

  • Henrix von Eyzenştayn tenor
  • Rozalinda,onun arvadı soprano
  • Adel, Rozalindanın qulluqçusu soprano
  • İda, Adelin bacısı soprano
  • Alfred, musiqi müəllimi tenor
  • Doktor Falk, notarius bariton
  • Doktor Blind, vəkil tenor
  • Frank, həbsana müdürü bariton
  • Knyaz Orlovski mezzosoprano yaxud bariton
  • İvan, knyazın qulluqçusu danışıqli rol
  • Froş, həbsxana gözəçisi danışıqli rol
  • Balda qonaqlar və qulluqçular xoru
Premyera 5 aprel 1874
Vyana, “An der Vin”
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
İohann Ştraus

Yarasa (alm. Die Fledermaus‎) — avstriyalı bəstəkar, İohann Ştrausun 1872-ci ldə yazmış olduğu operettası. Alman dilindəki librettonun müəllifləri Haffner KarlJene Rixarddırlar. Operettanın premyerası 5 aprel, 1874 cü ildə Vyana, "An der Vin" teatrında olmuşdur.

Yazılma tarixi

[redaktə | mənbəni redaktə et]

1872 ci ildə Vyana teatrı "An der Vin" Anri Malyak və Ludovik Halevinin "Yeni il gecəsi" fransız komediyasını tamaşaya qoymağa hazırlaşir. Son anda teatr direktoru, Maks Ştayner bu fikrindən daşınır. Yulius Roderix Benediksin "Həbs cəzası" vodevili əsasında Haffner KarlJene Rixard tərəfindən yazmılmış senari qaralamanı libretto kimi İohann Ştrausa təqdim edərək, yeni "Yarasa" operettasını yazmağı təklif edir. Şən, zarafatla dolu, bayram ovqatlı librettonu Ştraus çox bəyəndiyindən, oprettonu 6 həhtə ərzində bitirir. İlk zamanlar "Yarasa" populyarlıq qazanmasa da Vyana teatrının repertuarından düşmür. 3 ils sonra "Qaraçı" adı altında yenilənmiş versiyası Parisdə gurultulu uğur qazanır. Bundan sonra operetta məşurlaşaraq hər yerdə hətta AvstraliyadaHindistanda tamaşaya qoyulur. Oprettanın zəfər uğuru 20 ildən sonra Qustav Malerin yeni redaktəsində Hamburqda qoyulmuş tamaşasında olmuşdur.

Personajlar Səs
Henrix von Eyzenştayn tenor
Rozalinda, onun arvadı soprano
Adel, Rozalindanın qulluqçusu soprano
İda, Adelin bacısı soprano
Alfred, musiqi müəllimi tenor
Doktor Falk, notarius bariton
Doktor Blind, vəkil tenor
Frank, həbsana müdürü bariton
Knyaz Orlovski mezzosoprano yaxud bariton
İvan, knyazın qulluqçusu danışıqli rol
Froş, həbsxana gözəçisi danışıqli rol
Balda qonaqlar və qulluqçular xoru
Yarasadan bir səhnə

I Pərdə (Ayzemştaynın evində)

[redaktə | mənbəni redaktə et]

Evin pəncərəsinin altında Rozalindaya vurulmuş musiqi müəllimi Alfred serenada oxuyur. Onu ancaq qulluqçu Adel eşidir və gülərək istehza edir. Bu zaman Adel bacısı İdadan aldığı məktubu oxuyur. Bacısı onu messanat knyaz Orlovskinin təşkil etdiyi bala çağırır. Adel heyecanlanlıdır və buna çox sevinir- aktrisa olmaq arzusundadır və kyaz isə teatr sənətinin himayəçisi kimi tanınır. Rozalinda daxil olur. Adel dərhal üz-gözünü turşudaraq, bu axşam bala getməyə görə Rozalindadan izin almaq üçün yalan uyduraraq, sevimli xalasının guya xəstələndiyini və ona baş çəkmək istədiyini söyləyir. Bu zaman Alfred bayırdan Rozalindanı səsləyir. Ərinə sədaqətli olan Rozalinda ona heç fikir vermir. Bu vaxt qəzəb içində Ayzenştayn vəkil Blindlə evə gəlirlər. O, vəkilini bacarıqsızlığı üzündən məhkəməni udzduğuna, 8 gün həbsdə yatmağa məcbur olduğuna görə tənbeh edir. Ayzenştayn ilə vəkil Blind arasında qızğın mübahisə gedir. Bundan sonra Blind gedir. Rozalinda Ayzenştaynın dostu notar Falkın gəldiyini ona xəbər verir. Falk Ayzenştaynı Knyaz Orlovskinin bu gecə verəcəyi bala dəvət edir. O, təklif edir ki, Rozalindaya bu axşam həbsxanaya getdiyini desin. Əslində isə dostlar axşam bala, səhər isə baldan sonra Ayzenştaynın həbsxanaya gedəcəyini qərara alırlar. Ayzenştayn buna məmnunluqla razılıq verir. Qəmgin görkəm alaraq arvadı Rozalinda ilə vidalaşır. Onların ardınca isə bala Adel gedir. Qüssəli Rozalinda evdə tək qalır. Bu an Alfred Rozalindanı sevdiyini söyləmək üçün gəlir. Söhbətin qızğın çağında, həbsxana müdürü Frank peyda olur. O, Ayzenştaynı həbs etmək üçün gəlmişdir. Rozalindanı Alfredlə birlikdə görən Falk sonuncunun Ayzenştayn olduğunu zənn edir. Alfred Rozalindanı pis vəziyyətdə qoymamaq üçün özünü Ayzemştayn kimi qələmə verərək Falkla həbsxanaya getməyə razı olur və onlar yola düşürlər.

II Pərdə (Knyaz Orlovskinin sarayı, bal zalı)

[redaktə | mənbəni redaktə et]

Qonaqlar içib, rəqs edib əylənirlər. Milyonçu knyaz Orlovski darıxır. Artıq çoxdandır onu heç nə əyləndirmir. Falk elə bir əyləncə düzəldəcəyini, hətta kynazın üzündə gülüş oyadacağına söz verir. İda və Adel peyda olurlar. Falk Adeli məşhur rus aktrisası kimi cəmiyyətə təqdim edir. Ayzenştayn daxil olur. Falk onu isə fransız markiz Renar kimi təqdim edir. Ayzenştayn Adeli görüncə çaşıb qalır. Onun qulluqçusunun bala necə düşdüyünü soruşur. Lakin, knyaz və qonaqlar onun yanıldığını, Adelin tanınmış rus aktrisası olduğunu təsdiqləyirlər. Bala gələn həbsxana müdürü isə özünü fransız şevalyesi Şaqri kimi təqdim edir. Falk qonaqlara daha bir sürpriz təqdim edir. Bu maskalı naməlum macar qrafinyasıdır. Bu həqiqətdə isə Falk tərəfindən dəvət olunmuş macar qiyafətli Rozalindadır. Rozalinda saxta ad altında Ayzenştayına, Adelə və Franka təqdim ediləndə bir qədər duruxsa da büruzə vermir. Ayzenştayn ona məftunluqla vurulduğunu söyləyir və maskasını çıxarmağı təvəqqi edir. Rozalinda imtina edərək, onun cib saatını hədiyyə olaraq qəbul edir. Macar olduğunu sübut etmək üçün Rozalinda macar çardaşını oxuyaraq rəqs edir. Ayzenştayn yeni eşqdən çox məmnundur. Qonaqlara lətifələr söyləməklə onları əyləndirir. Falkın həyatında gülməli əhvəat danışır: kçən il maskaraddan sonra operada həddindən artıq içərək sərxoş olur ayaq üstə dura bilmir, onda o, onu mərkəzi meydandakı oturacaqlarda yatmaq üçün uzandırır. Gülməlisi onda idi ki, səhər ayıldıqdan sonra maskaradda geyndiyi yarasa qiyafətində evinə gedir. Bütün şəhər sakinləri ona baxıb gülmüşdür. Ayzenştaynın məzəli əhvəlatına knyaz Orlovski və Falk da qulaq asır. "İndi mənim tədbirlərim aydındır" — Falk deyir, "bu yarasanın alçaldılmasına qarşı bir qisasdır". Beləliklə bal sona çatır, qonaqlar ümumi parçanı ifa edirlər.

III Pərdə (Həbsxana)

[redaktə | mənbəni redaktə et]

Alfredin müxtəlif operalardan ariyalar oxuması həbsxana gözətçisi Froşun zəhləsini tökür. Səhər açılır. Geri dönən həbsxana müdürü Froşdan gecənin necə keçdiyini soruşur. Elə bu zaman Adel və İda peyda olurlar. Onlar Frankla oyun oynayaraq onu fransız kimi qəbul edərək, öz incəsənət məharətlərini göstərirlər. Adel özünü rus aktrisası kimi qələmə verir. Kiminsə gəldiyini hiss edən Frank onları dustaq kamerasında gizlədir. Frankın baldan markiz Renar kimi tanıdığı Ayzenştayn gəlir. Ayzenştayn da Frankı balda gördüyü şevalye Şaqri hesab edir. Bu zaman gələn vəkil Blind məhkəmənin qərara yenidən baxaraq Ayzenştaynı günahsız saydığını söyləyir. Froş Alfredi azad edir. Rozalinda daxil olur. Bu zaman Rozalinda ilə Ayzenştayn arasında qızğın mübahisə baş verir. Əri Rozalindadan Alfredin onun adı altında necə həbsə düşməsini izah etməyi tələb edir. Bu zaman Rozalinda balda markiz Renarın ona hədiyə etdiyi saatı göstərərək sədaqətsizlikdə günahlandırır. Frank İda və Adeli kameradan azad edir. Bu zaman knyaz Orlovski və Falk daxil olur. Kyaz Adelə istedadı müqabilində səhnədə çıxış etməsinə yardım edəcəyinə söz verir. Ayzenştayn bal cəmiyyəti qarşısında pərt olmuş olur. Beləliklə "yarasanın" qisası baş tutur. Rozalinda ərini bağışlayır. Hamı final parçasını oxuyurlar.

Musiqi nömrələri

[redaktə | mənbəni redaktə et]

Əsərin musiqi tərtibatını solistlərlə yanaşı dörd səsli xor və simfonik orkestr təşkil edir. Simfonik orkestrya 2 fleyta (pikkolo), 2 qoboy, 2 Klarnet, 2 faqot, 4 valtorna, 2 trompet, 3 trombon, təbil və simli alətlər: 1 skripka, Violinen 2, alt, violonçel, kontrabas daxildirlər.

Uvertüra

  • I Pərdə
  1. Adel və Alfred dueti (Taeubchen, das entflattert ist)
  2. Adelin ariyası (Hahahaha!)
  3. Rozalinda, Ayzenştayn və vəkil triosu (Nein, mit solchen Advokaten)
  4. Ayzenştayn və Falk dueti (Komm mit mir zum Souper)
  5. Rozalinda, Ayzenştayn və Adel triosu (So muss allein ich bleiben)
  6. Rozalinda, Ayzenştayn və Falk triosu (Trinke, Liebchen, trinke schnell)
  • II Pərdə
  1. Qonaqlar (Ein Souper heut' uns winkt)
  2. Orlovski və Ayzenştayn dueti (Ich lade gern mir Gaeste ein)
  3. Ansambl (Ach, meine Herren und Damen)
  4. Adelin bəndi (Mein Herr Marquis, ein Mann wie Sie)
  5. Xor (Wie fliehen schnell die Stunden fort)
  6. Rozalinda və Ayzenştayn dueti (saatla) (Dieser Anstand, so manierlich)
  7. Rozalindanın vəəni haqqında mahnısı (Klaenge der Heimat!)
  8. Ansambl (Im Feuerstorm der Reben)
  9. Ansambl (Herr Chevalier, ich gruesse Sie!)
  10. Ansambl (Genug damit, genug!)
  11. Antrakt
  • III Pərdə
  1. Frankın ariyası (Hahaha, da bin ich wieder in meinem Palais)
  2. Adelin ariyası (Spiel' ich die Unschuld vom Lande)
  3. Rozalinda, Ayzenştayn və Alfredin triosu (Ich stehe von Zagen)
  4. Final (O Fledermaus, o Fledermaus)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Mesa F. Opera (ing.): an encyclopedia of world premieres and significant performances, singers, composers, librettists, arias and conductors, 1597-2000. Jefferson: McFarland & Company, 2007. P. 100. ISBN 978-0-7864-0959-4