Yekəxana (Qobustan) — Vikipediya

Yekəxana
40°28′33″ şm. e. 48°47′42″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Yekəxana xəritədə
Yekəxana
Yekəxana

YekəxanaAzərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 31 mart 1995-ci il tarixli, 1008 saylı Qərarı ilə Qobustan rayonunun Yekəxana kəndi Bədəlli kənd inzibati ərazi vahidindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yekəxana kənd inzibati ərazi vahidi yaradılmışdır.[1]

Kənd keçmişdə İbrahimbəy də adlanmışdır. Yaşayış məntəqəsi XIX əsrdə Pirsaat çayı yaxınlığında yaşamış yekəxana tayfasına məxsus ailələrin məskunlaşması nəticəsində yaranmış və bu tayfanın adı ilə adlandırılmışdır, İbrahimbəy bu ailələrin başçısı olmuşdur.[2]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Mərəzə yastanında yerləşir.

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1088 nəfər əhali yaşayır.[3]

  1. "Qobustan rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 31 mart 1995-ci il tarixli, 1008 saylı Qərarı". 2022-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-31.
  2. Yekəxana (Qobustan) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629