Yunan güyəməsi — Vikipediya
Yunan güyəməsi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: Yunan güyəməsi | ||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Yunan güyəməsi (lat. Periploca graeca)[2] — Periploca cinsinə aid bitki növü.[3]
Periploca graeca L.
Hündürlüyü 15–25 m olan, dırmaşan kol lianadır. Gövdə digər ağaclara sarmaşaraq hündürə qalxır. Qabığı çəhrayımtıl-boz rəngdədir, ziyilli mərciməklidir.[4]
Yarpaq
[redaktə | mənbəni redaktə et]Yarpaqları qarşı-qarşıyadır, qalın dərilidir, yumurtaşəkilli, yumurtaşəkilli-neştərvari və yaxud neştərvaridir, orta damarı seçiləndir,
çılpaq və qısa saplaqdadır; aşağı yarpaqlar adətən küt, yuxarı yarpaqlar isə sivridir.[4]
Çiçək
[redaktə | mənbəni redaktə et]Çiçəklər 2–7 sayda çiçəkdən ibarət seyrək yarımçətirlərdə toplanmış və budağın sonunda yerləşir. Çiçək altlığı və saplağı seyrək
tüklüdür. Tac qonurtəhər-yaşılımtıldır, diametri 1,5–2 sm-dir, hissələri uzunsovdur, kütdür, kənarları və qaidə hissəsi ağ tüklüdür; bölümləri qısa sapşəkillidir, tacın payları ilə növbələşir. Toxumları tünd-qonur rəngli, milşəkilli və uzunluğu 10–12 mm-dir, bir tərəfində uzun fır vardır, sonunda parlaq, ağ ipəyəoxşar kəkili vardır.[4]
Çiçəkləməsi
[redaktə | mənbəni redaktə et]May-İyul[4]
Meyvə verməsi
[redaktə | mənbəni redaktə et]İyul-Oktyabr[4]
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ cənub, Lənk. dağ., Alazan-Əyriçay, Kür-Araz oval., Kür düz., Lənk. oval. Aşağı dağ qurşağına qədər.[4]
Yaşayış mühiti
[redaktə | mənbəni redaktə et]Çayın aşağı tərəflərində, çay sahilində, kolluqlar arasında rast gəlinir; ağac və kollara dırmaşaraq onların gövdəsinin yuxarısına
qədər qalxır.[4]
Təsərrüfat əhəmiyyəti
[redaktə | mənbəni redaktə et]Zəhərli bitkidir. Şirəsində kauçuq və qatran vardır. Qabığı bir neçə ürək xəstəliklərində əhəmiyyətli sayılır. Dekorativ bitkidir.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh
- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 211.
- ↑ Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
- ↑ Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
- ↑ 1 2 3 4 5 6 7 8 Eldar Şükürov. İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı, Bakı 2016