Yuqurta müharibəsi — Vikipediya

Yuqurta müharibəsi
Yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yuqurta müharibəsi (e.ə 111–105) — e.ə. 118-ci ildə Numidiya çarı Masinissa ölür. Romalıların vasitəçiliyi ilə onun mirası, qardaşı oğlu Yuqurta da daxil olmaqla iki oğlu arasında bölüşdürülür. Ancaq bir neçə ildən sonra Yuqurta, Romanın arbitrajına məhəl qoymayaraq və hər iki rəqibini aradan götürərək Numidiyanı ələ keçirir. Yuqurta romalı səfirləri satın aldığına görə senat vaxtında tədbir görə bilmir və Yuqurta Tsirta şəhərini ələ keçirərək, romalılar da daxil onun əhalisini qətl edir. Hiddətlənən Roma atlılarının təzyiqi ilə Yuqurtaya müharibə elan olunur.

E.ə 111-ci ildə romalılar uğurla hucuma keçirlər, lakin Yuqurta satın alma yolu ilə özünə sərf edən sülh müqaviləsinə nail olur. E.ə 109-cu ildə müharibə yenidən başlayır. Roma oliqarşisinin nümayəndələrindən biri olan Avl Postuminin başçılığı altında romalı ordu rüsvayçı məğlubiyətə uğrayır.[2][3][4][5]

  1. Югуртинская война (rus.). // Малая советская энциклопедия / под ред. Н. Л. Мещеряков 2 Советская энциклопедия, 1936.
  2. Azəri, Bəxtiyar. "Lusi Korneli Sulla Feliks". academia.edu. 2022. 3-Avgust-2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3-Avgust-2024.
  3. "Roma tarixçisinin 2040 illik kitabında Azərbaycan". Axar.Az. 10-May-2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3-Avgust-2024.
  4. "YUQURTA İLƏ MÜHARİBƏ". azkurs.org. 2024-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3-Avgust-2024.
  5. "Azərbaycan Diasporu: tarixi və inkişaf mərhələləri". www.anl.az. 3-Avgust-2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3-Avgust-2024.