Yuri Konovalov — Vikipediya
Yuri Konovalov | |
---|---|
rus. Юрий Коновалов | |
| |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | SSRİ → Rusiya |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (78 yaşında) |
Vəfat yeri | Smolensk vilayəti, Rusiya |
Boyu | 1.83 sm |
Çəkisi | 77 kq |
İdman növü | yüngül atletika |
Komandası | "Neftçi" (Bakı) |
Vikianbarda əlaqəli mediafayllar |
Yuri Konovalov (rus. Юрий Коновалов; 30 dekabr 1929, Bakı – 25 may 2008, Smolensk) — sovet yüngül atleti, Olimpiya oyunlarının ikiqat mükafatçısı, SSRİ idman ustası (1955), SSRİ əməkdar idman ustası (1957).
İdman karyerası
[redaktə | mənbəni redaktə et]Yuri Konovalov 1956-cı il Melburn Yay Olimpiya Oyunlarında 4x100 metr məsafəyə estafet yarışında Leonid Bartenev, Boris Tokarev və Vladimir Suxarevlə birlikdə gümüş medal qazanıb.[1] 100 və 200 metr məsafəyə qaçış üzrə şəxsi yarışlarda finala keçməyib.
1960-cı il Roma Yay Olimpiya Oyunlarında 4x100 metr məsafəyə estafet yarışında Qusman Kosanov, Leonid Bartenev və Edvin Ozolinlə birlikdə gümüş medal qazanaraq dörd il əvvəlki uğurunu təkrarlayıb.[1] 100 və 200 metr məsafəyə qaçış üzrə şəxsi yarışlarda dörd il əvvəl olduğu kimi, yenə də finala keçə bilməyib.
1957-ci ildə 100 metr məsafəyə qaçış üzrə şəxsi yarışda, 1958-ci ildə isə 200 metr məsafəyə qaçış üzrə şəxsi yarışda SSRİ çempionu adını qazanıb.[1]
Yuri Konovalov 2008-ci il mayın 25-də vəfat edib. O, Smolenskdəki Odinçovski qəbiristanlığında dəfn olunub.[1]
Qalereya
[redaktə | mənbəni redaktə et]- Smolenskdəki Odinçovski qəbiristanlığında Yuri Konovalovun məzarı.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 "Коновалов Юрий Семенович". Smolnecropol.ru. 15 fevral 2019 tarixində arxivləşdirilib.