Yusif İbn İsmayil Xoyi — Vikipediya

Yusif İbn İsmayil Xoyi
Doğum yeri
Vəfat tarixi 1353[1]
Fəaliyyəti həkim
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yusif İbn İsmayıl (Xoy, Qərbi Azərbaycan ostanı1353[1]) — XIII–XIV əsrlərin ən tanınmış əczaçı alimlərindən biri idi.

Şərq ökələrində İbn Kəbir təxəllüsü ilə şöhrət tapmışdı. O, Cənubi Azərbaycanın Xoy şəhərində anadan olmuş, orada tibb üzrə təhsil almış və bir müddət əczaçı işləmişdir. Sonralar o, doğma şəhərini tərk edib, Bağdada üz tutmuşdu və xəlifələrin saray həkimi olmuşdur.

1311-ci ildə Yusif İbn İsmayıl bütün Şərqdə şöhrət tapmış "Cameyi-Bağdadi" ("Bağdad toplusu") əsərini yazmışdı. Əsər ərəb dilində yaradılmış ən məşhur əczaçılıq ensiklopediyalarından biri idi. Onun başqa adı "Mə lə yəsəüt-təbib cəhləhu" ("Savadcız həkimlər üçün lazım olmayan [kitab]") olmuşdur. Əsərdə bir neçə min dərman bitkisindən, mineral və tibdə istifadə olunan heyvanlardan bəhs olunur.

Yusif İbn İsmayıl Xoyinin kitabı zəngin olmaqla yanaşı, sistemli və yığcam idi və sadə üslubda yazılmışdı. "Cameyi-Bağdadi"dən sonra yaradılmış əczaçılıq ensiklopediyaların əksəriyyətində Yusif İbn İsmayıla istinad edilirdi. Məsələn, məşhur əczaçı Məhəmməd Mömin 1669-cu ildə yaratdığı "Töhfətül-möminin" ("Möminlərin töhfəsi") əczaçılıq ensiklopediyasında yazır: "Bu kitabı yazarkən mən İbn Kəbirin "Cameyi-Bağdadi" əsəri kimi zəngin və etibarlı mənbələrdən istifadə etmişəm". Orta əsrlər zamanı "Cameyi-Bağdadi" əsəri ərəb dilindən fars dilinə də tərcümə edilmişdi.

  1. 1 2 Record #9664480 // VIAF (çd.). [Dublin, Ohio]: OCLC, 2003.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]