Yusif Nəbiyev — Vikipediya

Yusif Nəbiyev
bayraq
Azərbaycan Kommunist Partiyası Mingəçevir Şəhər Komitəsinin birinci katibi
bayraq2
iyun 1979 – 1 dekabr 1980
ƏvvəlkiXalid Kərimov
SonrakıAydın Məmmədov
bayraq
Naxçıvan MSSR Nazirlər Sovetinin sədri
bayraq2
7 may 1970 – 26 yanvar 1979
ƏvvəlkiRamazan İsmayılov
Sonrakıİmran Mehdiyev
bayraq
Naxçıvan MSSR Dövlət Plan Komitəsinin sədri
bayraq2
1963 – 1970
Şəxsi məlumatlar
Doğum tarixi 27 dekabr 1926(1926-12-27)
Doğum yeri
Vəfat tarixi 1 dekabr 1980(1980-12-01) (54 yaşında)
Vəfat yeri
Partiya

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni “Əmək igidliyinə görə” medalı

Yusif Mustafa oğlu Nəbiyev (27 dekabr 1926, Şıxmahmud, Naxçıvan MSSR1 dekabr 1980, Mingəçevir) — Azərbaycan dövlət xadimi, Naxçıvan MSSR Nazirlər Sovetinin sədri (1970–1979), Azərbaycan Kommunist Partiyası Mingəçevir Şəhər Komitəsinin birinci katibi (1979–1980).

Yusif Mustafa oğlu Nəbiyev 27 dekabr 1926-cı ildə Naxçıvan MSSR-in Şıxmahmud (hazırda Babək rayonu) kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1941-ci ildə Naxçıvan şəhərində Naxçıvan Peşə Kooperasiyası İttifaqında hesabdar kimi başlamışdır.[1] Sonra baş mühasib müavini və baş mühasib vəzifələrində işləmişdir.[2] 1943-cü ildən Tbilis Dəmir Yol Nəqliyyatı Mühəndisləri İnstitutunda oxumuş, 1945-ci ildə Naxçıvan Dövlət Müəllimlər İnstitutunun qiyabi şöbəsinə keçmişdir. 1946-cı ildə bu institutun fizika-riyaziyyat fakültəsini bitirdikdən sonra Naxçıvan fəhlə-gənclər orta məktəbində müəllim işləmişdir.[1]

Yusif Nəbiyev 1947–1950-ci illərdə SSRİ Nazirlər Soveti yanında peşə və istehlak kooperasiyası işləri üzrə baş şöbənin Naxçıvan MSSR üzrə inspektor-müfəttişi olmuşdur. Sonrakı illərdə Naxçıvan MSSR Maliyyə Nazirliyində büdcə şöbəsinin rəisi, dövlət inspektorluğunun büro müdiri vəzifəsində çalışmış, 1953–1956-cı illərdə Leninqraddakı SSRİ Maliyyə Nazirliyinin Ümumittifaq Ali Maliyyə Məktəbinin dinləyicisi olmuşdur.[1] 1956–1958-ci illərdə Naxçıvan Şəhər Maliyyə Şöbəsinin müdiri, 1958–1963-cü illərdə SSRİ Dövlət Bankının Naxçıvan MSSR Kontorunun müdiri vəzifəsində işləmişdir.[3][4]

Yusif Nəbiyev 1963–1970-ci illərdə Naxçıvan MSSR Dövlət Plan Komitəsinin sədri vəzifəsində çalışmış, 1970-ci ildən isə Naxçıvan MSSR Nazirlər Nazirlər Sovetinin sədri olmuşdur.[5] Həmin illərdə qiyabi yolla ÜİK(b)P Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbini[rus.] bitirmişdir.[2] 1979-cu ilin yanvar ayında Azərbaycan SSR Nazirlər Sovetində nəqliyyat şöbəsinin müdiri vəzifəsinə keçirilmiş, iyun ayında isə Azərbaycan Kommunist Partiyası Mingəçevir Şəhər Komitəsinin birinci katibi seçilmişdir.[1]

1946-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olan Yusif Nəbiyev Azərbaycan Kommunist Partiyasının XXVIII və XXIX qurultaylarında Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü seçilmişdir. 8-ci çağırış SSRİ Ali Sovetinin, 9-cu və 10-cu çağırış Azərbaycan SSR Ali Sovetinin[1] və 7–9-cu çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı olmuşdur.[2] Üç dəfə "Qırmızı əmək bayrağı" ordeni, eləcə də "Əmək igidliyinə görə" medalı ilə təltif edilmişdir.[1]

Yusif Nəbiyev 1 dekabr 1980-ci ildə vəfat etmişdir.[3]

  1. 1 2 3 4 5 6 Ј. М. Нәбијев // Коммунист. № 278 (17614). 4 декабр 1980-ҹи ил. С. 3.
  2. 1 2 3 Nəbiyev Yusif Mustafa oğlu // Naxçıvanda seçkilərin tarixi (1937–2002). Ensiklopedik toplu. Bakı: Qanun. 2003. səh. 246–247.
  3. 1 2 Nəbiyev Yusif Mustafa oğlu // Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 187. ISBN 5-8066-1468-9.
  4. Нәбијев Јусиф Мустафа оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Доггузунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1976. С. 254.
  5. Nabiev, Iusif Mustafa ogly // Who's Who in the Socialist Countries (ingilis). New York: Saur. 1978. səh. 423. ISBN 0-89664-011-6.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]