Yusif Qasımov (siyasətçi) — Vikipediya
Yusif Qasımov | |
---|---|
21 noyabr 1927 – ? | |
Vəzifədədir | |
1920-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 sentyabr 1896 |
Doğum yeri | |
Vəfat tarixi | 15 noyabr 1957 (61 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Fəaliyyəti | inqilabçı |
Yusif İbad oğlu Qasımov (1 sentyabr 1896, Salyan rayonu – 15 noyabr 1957, Bakı[2]) — Azərbaycan SSR ədliyyə naziri, Azərbaycan SSR Muğan mahalı (Petropavlovka dairəsi) Salyan qəzası inqilab komitəsinin sədri (1920).
Həyatı
[redaktə | mənbəni redaktə et]Erkən illəri
[redaktə | mənbəni redaktə et]Yusif Qasımov 1896-cı ildə Cavad qəzasında anadan olmuşdur.
Kommunist Partiyasında fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1918-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub.[3] 1918-ci il oktyabrın 20-də Qazax Müəllimlər Seminariyasında tarix fənləri üzrə müəllim olub.[4][5]
1920-ci ildə Azərbaycan SSR Muğan dairəsinin Salyan qəzası inqilab komitəsinin sədri olub.[2][6] Onun sözlərinə görə, 1920-ci illərin ikinci yarısında Azərbaycan kommunist partiyasında rəhbərliyində iki dəstə var idi: Birinci dəstəyə Mircəfər Bağırov, Ruhulla Axundov, Hüseyn Rəhmanov, Həbib Cəbiyev, ikinci dəstəyə isə Sultanməcid Əfəndiyev, Qəzənfər Musabəyov və o özü daxil idi.[7]
1927-ci il noyabrın 19-da "Kommunist" qəzetinin Əhməd Triniç birlikdə redaktoru təyin edilib.[8] 1930-cu illərdə Mərkəzi Komitənin katibi Vladimir Polonski, Nazirlər Sovetinin sədri Mir Cəfər Bağırov, Azərbaycan Respublikanın ikinci katibi isə Yusif Qasımov olmuşdur.[9] Mir Cəfər Bağırov Daxili İşlər orqanında rəhbər olarkan Yusif Qasımovla arası olmamışdır. 1932-ci ildə fəalların yığıncağında Bağırovla Polonski birləşib Yusif Qasımovu işdən azad etmək üçün plan qururlar. Hər iki tərəfdən çıxışlar olur. Yığıncaqda Azərbaycan şairi Zülfüqar Əhmədzadə də çıxış etmişdi:
Azərbaycan Kommunist Partiyasına uzun müddətdir ki, Rubinlər, Polonskilər, Mirzayanlar başçılıq edirlər. Mərkəzi Komitədə cəmi 9% azərbaycanlı işləyir, qalanı erməni, rus, yəhudilər və gürcülərdir. Azərbaycanım məgər elə bilr oğlu, kadrosu yoxmudur ki, rəhbər işləsin? Üstəlik Qasımovu da bəyənmirsiz...[9] |
Məhz həmin çıxışdan sonra Zülfüqar Əhmədzadə Sovet hakimiyyəti tərəfindən "Xalq Düşməni" elan edildi.[9] 1934-cü ildə Yusif Qasımov Sovet İttifaqı Kommunist Partiyasının "Qaliblər syezdi — XVII syezd" Leninqrad partiya təşkilatından nümayəndə seçilib.[3]
1937-ci ilin iyun-sentyabr aylarında Şərq-Sibir bölgəsinin ikinci katibi olub. Həmin dövrdə NKVD SSRİ-nin 30.07.1937-ci il tarixli 00447 saylı əmri ilə yaradılan xüsusi üçlüyün tərkibində olub, Stalin repressiyasında aktiv iştirak edib.[10][11]
Həbs olunması və son illəri
[redaktə | mənbəni redaktə et]1937-ci il 24 sentyabrda həbs olunub.[11] RSFSR Cinayət Məcəlləsinin 58–1a, 58–8, 58–11 maddələrinin Leninqradda anti-sovet sağçılar təşkilatı iştirakçısı kimi ittiham olunub. 19 aprel 1938-ci il tarixli Stalinin edam siyahısında ölüm hökmünə məhkum olunsa da, 1938-ci il aprelin 21-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası onu 20 il əmək düşərgəsinə məhkum etdi.[12][13] 1955-ci il əmək düşərgəsindən azad olunub və cinayətinin olmamasına görə reabilitasiya olunub.[14][15] 1955-ci ildə Yusif Qasımovun məhkəmədə verdiyi ifadəyə görə, o, Lavrenti Beriya və Boqdan Kobulov ona qarşı istifadə edilən döyülmələr nəticəsində, Aleksandr Uqarov və Sergey Sobolyevın üzərinə böhtan atmağa məcbur oldu.[14]
1957-ci il noyabrın 15-də Yusif Qasımov Bakıda vəfat etdi və I Fəxri Xiyabanda dəfn edilmişdir.[16]
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Abram adlı oğulluğu olub.
İrsi
[redaktə | mənbəni redaktə et]Salyan şəhərində küçə və 4 saylı orta məktəb onun adını daşıyır.[17]
Təltif və mükafatları
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-07.
- ↑ 1 2 "Глава Сальянского района — глава исполнительной власти, назначается президентом". 2009-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-02-28.
- ↑ 1 2 "Делегаты XVII съезда ВКП(б) 26.1 - 10.2.1934". www.knowbysight.info. 2018-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2017.
- ↑ Vəliyeva, Sona. “Kaspi” – maarifçilik meydanı”. Zərdabi LTD. 2016. səh. 420. ISBN 978 9952 504 48 4. (#accessdate_missing_url)
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. Bakı: Lider nəşriyyat. 2005. səh. 148. (#accessdate_missing_url)
- ↑ Nəzirli, Şəmistan. Qoridən gələn qatar (PDF). Bakı: “Şərq-Qərb” Nəşriyyat evi. 2011. səh. 481. ISBN 978-9952-34-606-0. 20 fevral 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 fevral 2016.
- ↑ "Дело Рухуллы Ахундова". Восток: 92–96. 2000. (#accessdate_missing_url)
- ↑ "90 il xalqın xidmətində". www.anl.az. 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2017.
- ↑ 1 2 3 Həşimov, Ulduz. "30-cu illərin represiya qurbanları: Zülfüqar Əhmədzadə". www.talish.org. /www.talish.org. Archived from the original on 2021-05-17. İstifadə tarixi: 20 fevral 2016.
- ↑ "СПИСОК ЛИЦ, входивших в состав троек, созданных по приказу НКВД СССР от 30.07.1937 № 00447". nkvd.memo.ru. 2020-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2017.
- ↑ 1 2 "СТАЛИНСКИЙ ПЛАН ПО УНИЧТОЖЕНИЮ НАРОДА: Подготовка и реализация приказа НКВД № 00447 «Об операции по репрессированию бывших кулаков, уголовников и других антисоветских элементов»". www.alexanderyakovlev.org. 2017-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2017.
- ↑ "Справочник по истории Коммунистической партии и Советского Союза 1898 - 1991". www.knowbysight.info. 2017-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2017.
- ↑ "АП РФ, оп.24, дело 416, лист 10". stalin.memo.ru. 2017-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2017.
- ↑ 1 2 "Реабилитация как это было 1953-1956". litresp.ru. 2017-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2017.
- ↑ "Большой террор в Азербайджане". www.ourbaku.com. 2021-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2017.
- ↑ "FƏXRI XİYABANDA DƏFN EDİLƏNLƏR". www.azerbaijan.az. 2017-11-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2017.
- ↑ "Salyan müasir şəhərə çevrilir". www.anl.az. 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2017.