Zəfər bayrağı — Vikipediya
Zəfər bayrağı və ya Qələbə bayrağı[1] (rus. Знамя Победы) — 1945-ci il, mayın 1-i günü Qızıl Ordu əsgərləri tərəfindən Berlindəki Reyxstaq binası üzərinə qaldırılan, 188x82 sm ölçülü, üzərində oraq, çəkic və qırmızı ulduz emblemləri olan bayraq.
Aleksey Berest, Meliton Kantariya və Mixayıl Yegorov adlı üç Sovet əsgəri tərəfindən ucaldılan bayraq, II Dünya Müharibəsində Sovet İttifaqının Nasist Almaniyası üzərində qələbə çalmasının rəsmi simvoludur.[2] İndiki keçmiş SSRİ ölkələri və Rusiyada hələ də rəsmi tədbirlərdə, xüsusən Qələbə Günü təntənələrində və Moskva Qələbə Günü Parad Mərasimlərində istifadə edilir. Eyni zamanda 1996-cı ildən bəri Belarus[3] və 2009-cu ildən bəri Dnestryanın (Dnestryanı Moldov Respublikası)[4] rəsmi simvollarından biridir.
Orijinal bayraq Moskvadakı Mərkəzi Silahlı Qüvvələr Muzeyində nümayiş etdirilir.
Haqqında
[redaktə | mənbəni redaktə et]Qələbə Bayrağının üzərində kiril əlifbası ilə yazılıb;
"150. Tüfəng, II. Kutuzov sinfi, İdrissa bölüyü, 79. Tüfəng Korpusu, 3. Zərbə Ordusu 1. Belarus Cəbhəsi"
Sovet bayrağının oraqsız və çəkicsiz olan bir variantı var idi, prezident Boris Yeltsin 1996-cı il aprel ayının 5-də milli bayrağa bu emblemleri verdi. Prezident Vladimir Putin də zəfər bayrağını rus ordusunun rəsmi bayrağı kimi qəbul etdi. Bu bayraq Reyxstaqda qaldırılan bayraqdan sonra adlandırıldı, lakin bu da "qələbə bayrağı" adlanır. Bu gün bu variant artıq rəsmi rəmz deyil. Rusiyanın quru qoşunlarının bayrağı sovet dövründəki ulduzsuz bayrağa dəyişdirildi.[5][6]
Sovet İttifaqı günü kimi qeyd edilən bayramlarda istifadə ediləcək bayraqlar federal qanunla müəyyənləşdirilmişdir.[7]
Sözügedən bayraq Reyxstaq binası üzərinə qaldırılması üçün hazırlanan vahid bayraq olmamasına baxmayaraq, bu binada yüksəldilməsi üçün hazırlanan xüsusi "rəsmi" bayraqlar içərisində xilas edilə bilən yeganə bayraqdır. Bu səbəbdən simvol olma xüsusiyyəti daşıyır.
Qələbə günü bayramlarının ilki olan Moskva qələbə günü (1945) paradında bu bayrağın bir surəti daşınmışdır. Bundan sonra təkrarlanan qələbə günü bayramlarında bu bayrağın daşınması bir ənənə halını almışdır.
Çıxış
[redaktə | mənbəni redaktə et] Qızıl Ordu siyasi idarəsinin rəisi 3-cü hücum ordusunun komandirinin Reyxstaq ilə mübarizədə zəfər bayrağını binanın üzərinə qaldırılması haqqında çıxışı[8] 2 İyul, 1945 Sovetlər Birliyinin 1-ci Belarus Cəbhəsinin Marşal komandiri yoldaş Jukov əmr verdi ki, 3-cü desant ordusunun qoşunları sürətlə Berlinə daxil olsun, orada "zəfər bayrağı"nı Reyxstaq binasının üzərinə yerləşdirsin. Ordunun qoşunları dayaq məntəqələrindən keçərək düşməni məğlub edib 1945-ci il aprel ayının 21-də saat 18:00-da Berlinə daxil oldu Şəhər işğal edildikdən sonra 3-cü desant ordusunun qoşunların 1945-ci il aprel ayının 29-da Reyxstaq ətrafına daxil oldular.. Aprel ayının 30-na sübh tezdən qoşun Reyxstaqda kütləvi hücuma başladılar. 1945-ci il aprelin 30-da, saat 14:25-də Siyanov qrupunun üstün döyüşçüləri dama çıxıb, günbəzə çatdılar. Cəsur döyüşçülər — kommunist leytenant Berest, komsomol Üzvü Əsgər Yeqorov və heç bir partiyanın üzvü olmayan kiçik karpal Kantariya Böyük qələbənin rəmzi olan Sovet İttifaqının məğrur bayrağı Almaniya Parlamenti binasının üzərinə asıldı. Yanmış və güllələrlə deşilmiş bayraq məğlub olmuş Berlinin üzərində qalibiyyətlə dalğalanırdı. 3-cü Desant Ordusunun qoşun komandanı, Sovet İttifaqı Qəhrəmanı, General-Polkovnik Kuznetsov 3-cü Desant Ordusunda hərbi şuranın üzvü, general-mayor Litvinov |
Qalereya
[redaktə | mənbəni redaktə et]- Bayrağın Reyxstaq binası üzərinə qaldırılmasının 40 il yubileyi münasibətilə 1985-ci ildə istehsal edilən bir kartpost
- Rusiya prezidenti Vladimir Putinin də iştirak etdiyi Kremlin binası yaxınlığında olan "Əsgər abidəsi"nə gül qoyma mərasimində "Zəfər bayrağı"nın bir sürəti Rusiya bayrağı ilə birlikdə, 23 Fevral 2001
- Donbas döyüşünün üsyançı komandiri Aleksander Kodakovski, "zəfər bayrağı"nın önünde danışarkən, Avqust 2014
- 9 May 2015-ci ildə qeyd edilən zəfər günü mərasimində "zəfər bayrağı" əsgərlərin əlində
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- ЗНАМЯ ПОБЕДЫ Arxivləşdirilib 2018-02-03 at the Wayback Machine
- Знамя Победы Arxivləşdirilib 2018-02-18 at the Wayback Machine
- Banner of Victory (Soviet Army in Berlin, 1945)
Mənbə
[redaktə | mənbəni redaktə et]- ↑ Азәрбајҹан Пионер Тәшкилаты // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 166–167.
- ↑ Центральний музей ЗС України видав чергову сторінку "Історичного календаря", присвячену Герою України Олексій Бересту Arxivləşdirilib 2017-12-16 at the Wayback Machine, Şablon:Uk icon Erişim tarihi: 27 Haziran 2016.
- ↑ Указ Президента Республики Беларусь от 06.05.1996 N 158 "О Знамени Победы" Arxivləşdirilib 2018-05-05 at the Wayback Machine, Erişim tarihi: 27 Haziran 2016.
- ↑ Красное Знамя Победы стало одним из официальных символов Приднестровья Arxivləşdirilib 2016-03-14 at the Wayback Machine, (rus.) Erişim tarihi: 27 Haziran 2016.
- ↑ "Флаги". 2007-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-28.
- ↑ "Федеральный закон Российской Федерации «О знамени Вооруженных Сил Российской Федерации, знамени Военно-Морского Флота, знаменах иных видов Вооруженных Сил Российской Федерации и знаменах других войск»". 2017-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-28.
- ↑ "Федеральный закон Российской Федерации от 7 мая 2007 г. N 68-ФЗ "О Знамени Победы"". 2017-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-28.
- ↑ "Russian archive: Second World War: B. 15 (4-5). Fight for Berlin (Red Army in the defeated Germany).— M.: Terra, 1995. Chapter III. «Banner above Reichtag»". 2017-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-28.