Zeynal Əkpərov — Vikipediya
Zeynal Əkpərov | |
---|---|
Zeynal İba oğlu Əkpərov | |
Doğum tarixi | |
Doğum yeri | Privolnoye, Cəlilabad rayonu |
Elmi dərəcəsi | Aqrar elmlər üzrə elmlər doktoru |
İş yeri | |
Üzvlüyü |
Zeynal Əkpərov (Zeynal İba oğlu Əkpərov; d. 28.09.1952, Cəlilabad rayonu, Privolnı kəndi) — genetik, aqronom, seleksiyaçı alim, bioloq, botanik, fizioloq, aqrar elmlər üzrə elmlər doktoru, Genetik Ehtiyatlar İnstitutunun direktoru (2002). AMEA-nın müxbir üzvü (2014).[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]1952-ci ildə Cəlilabad rayonunun Privolnı kəndində anadan olub. 1971-ci ildə Privolnı kənd orta məktəbini bitirib. 1973-1978-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (Gəncə) “Aqronomluq” fakültəsini fərqlənmə diplomu ilə, 1978-1981-ci illərdə ET Əkinçilik İnstitutunda bitkilərin fiziologiyası ixtisası üzrə əyani aspiranturanı bitirib.
1987-ci ildə Moldova Respublikasının Elmlər Akaemiyasının Fiziologiya və Biokimya İnstitutunda fiziologiya ixtisası üzrə “Soyadan yüksək və keyfiyyətli məhsul alınmasını təmin edən fotosintez fəaliyyəti” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi alıb.
1987-2010-cu illərdə ET Əkinçilik İnstitutunda və AMEA Genetik Ehtiyatlar İnstitutunda bitki genetik müxtəlifliyinin tədqiqi, toplanması, mühafizəsi, seleksiyada səmərəli istifadəsi və idarə olunmasının elmi-nəzəri əsaslarının işlənib hazırlanması istiqamətində apardığı tədqiqatların nəticəsində 2010-cu ildə ET Əkinçilik İnstitutunda seleksiya və toxumçuluq ixtisasında “Azərbaycanın bitki genetik ehtiyatlarının öyrənilməsi və seleksiyada istifadəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və aqrar elmlər üzrə elmlər doktoru elmi dərəcəsi almışdır.140-dan çox elmi əsərin (66-i xaricdə), 5 kitabın (2-i xaricdə), o cümlədən 3 monoqrafiyanın, 2 kitabçanın, 2 tövsiyənin müəllifidir.
Tədqiqat sahəsi
[redaktə | mənbəni redaktə et]Bitki genetik müxtəlifliyinin tədqiqi, toplanması, mühafizəsi, seleksiyada səmərəli istifadəsi və yeni sortların yaradılması,Bitkilərin becərilmə texnologiyasının elmi əsasları
Elmi-təşkilati fəaliyyəti
[redaktə | mənbəni redaktə et]- 1996 - “Seleksiya nailiyyətləri haqqında”,
- 1998 - “Toxumçuluq haqqında”,
- 2011 - Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası qanunlarının hazırlanması, [2]
- 2004-2011 Bitki Genetik Ehtiyatlarının Mühafizəsi üzrə Milli Genbankın yaradılması, Milli toxum genefondunun burada toplanması və mühafizəsinin təşkili,
- 2004 - Bioloji Müxtəliflik üzrə Konvensiya çərçivəsində Azərbaycan Respublikasında biomüxtəlifliyin vəziyyəti ilə bağlı I Milli Məruzənin hazırlanması, [3]
- 2006 - Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə qəbul edilmiş “Azərbaycan Respublikasında Biomüxtəlifliyin Qorunması və davamlı İstifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı”nın hazırlanması,[4]
- 1996-2006 - Ərzaq və Kənd Təsərrüfatı Bitki Genetik Ehtiyatları üzrə I və II Ölkə Hesabatlarının hazırlanması,[5] [6]
- 2006-2010 - Milli İnformasiya Mübadiləsi Mexanizminin yaradılması,[7]
- 2009-2010 - Ərzaq və Kənd Təsərrüfatı Bitki Genetik Ehtiyatları üzrə Dünya Hesabatının hazırlanması,
- 2004-2006 - Respublikanın zəngin bitki müxtəlifliyi olan Şəki və Lerik rayonlarında elmi-tədqiqat bazalarının yaradılması
- 2010-2011 - Ərzaq və Kənd Təsərrüfatı Bitki Genetik Ehtiyatları üzrə Qlobal Fəaliyyət Planının yeni variantının hazırlanması,[8]
- 2011 - Bitki Genetik Ehtiyatları üzrə Milli Strategiya və Fəaliyyət Planının hazırlanması
Əmək fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1981-1988 - ET Əkinçilik İnstitutunda kiçik elmi işçi 1988-1992- ET Əkinçilik İnstitutunda böyük elmi işçi 1992-2000- ET Əkinçilik İnstitutunda elmi işlər üzrə direktor müavini, laboratoriya müdiri 2000-2002 - Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyində, Dünya Bankının Kənd Təsərrüfatının Kreditləşməsi və İnkişafı layihəsində, Müsabiqəli Qrantlar Proqramında Kənd Təsərrüfatı Tədqiqatları Şurasının icraçı katibliyində müşavir 2002-ci ildən bu günə kimi AMEA Genetik Ehtiyatlar İnstitutunun direktorudur.
Seçilmiş əsərləri və monografiyaları
[redaktə | mənbəni redaktə et]- 1. Əliyev C.Ə., Əkpərov Z.İ., Nəbiyev M.H. Azərbaycanda suvarma şə-raitində soyanın becərilməsi, Azərnəşr, Bakı, 1982, 54 s. (kitabça)
- 2. Алиев Дж.А., Акперов З.И. Фотосинтез и урожай сои. Москва: Издат.Ком. «Родник», 1995, 126 с.
- 3. Aliyev D.A., Akperov Z.İ. Fotosinteza Si Recolta De SOİA. Chişnau: Stiinta, 1998, 126 (Rumın dilində)
- 4. Frese L., Akparov Z., Burenin V., Arjmand M. and Hajiyev V. Plant exploration in the Talysch Mountains // Plant Genetic Resources Newsletter, Roma, No.126, 2001, p.21-26
- 5. Əkpərov Z.İ. Soya əkinlərinin quruluşu, fotosintez əlamətləri və məhsuldarlıq // AMEA-nın Xəbərləri (biologiya elmləri seriyası), N1-6, "Elm", Bakı, 2002, s.421-429
- 6. Əliyev C.Ə., Əkpərov Z.İ. Azərbaycanın bitki genetik ehtiyatları // AMEA-nın Xəbərləri, Biologiya Elmləri Seriyası, Bakı, 2002, N 1-6, səh. 57-68.
- 7. Əliyev C.Ə., Əkpərov Z.İ., Məmmədov H.İ. Araxisin becərilməsi. "Elm", Bakı, 2004, 29 s.
- 8. Əkpərov Z.İ., Həsənova Q.M., Əmirov L.Ə., Mirzəyev R.Ş. “Nərmin” noxud sortu. Patent və Müəlliflik şəhadətnaməsi: N 00092, Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyası, 2005
- 9. Akparov Z.I., Khidirova E. Following Almond Footprints in Azerbaijan // In: Following Almond Footprints (Amygdaluscommunis L.), a publication of the International Society for Horticultural Science, Rome, 2006, p. 24-28
- 10. Əkpərov Z.İ., Məmmədov H.İ. Yerfındığının sort nümunələrinin morfofizioloji xüsusiyyətləri və məhsuldarlığı // AMEA-nın Xəbərləri (biologiya elmləri seriyası), N1-2, Bakı: “Elm”, 2007, s. 109-117.
- 11. Акперов З.И., Мамедов А.Т. Информационная система по генетическим ресурсам растений Азербайджана // Ж-л «Современные проблемы науки и образовани», Moskva, 2007, № 6, с.9-13.
- 12. Əkpərov Z.İ., Həsənova Q.M., Təlai C.M., Mirzəyev R.Ş., Əmirov L.Ə. “Arzu” Mərci sortu. Patent və Müəlliflik şəhadətnaməsi: N 00116, Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyası, 2008.
- 13. Əkpərov Z.İ. Biomüxtəlifliyin mühafizəsinin mənəvi-etik problemləri // Dirçəliş, XXI əsr, N124-125, Bakı, 2008, 369-374.
- 14. Əliyev C.Ə., Əkpərov Z.İ., Məmmədov A.T. Bioloji Müxtəliflik. Bakı: “Elm” nəşriyyatı, 2008, 232 s.
- 15. Əkpərov Z.İ. Bitki genetik ehtiyatlarının mühafizəsinin elmi əsasları. Bakı: “Təknur”, 2009, 123 s.
- 16. Əkpərov Z.İ., Əsgərov A.M. Üçbölümlü arpa (Hordeum aegiceras Neesex Royle) Qafqaz florası üçün yeni növdür // AMEA-nın məruzələri, Bakı, 2009, LXV cild, N6, s.95-97.
- 17. Babayeva S., Akparov Z., Abbasov M. et al. Diversity analysis of Central Asia and Caucasian lentil (Lens culinaris Medik.) germplasm using SSR fingerprinting // Genet Resour Crop Evol., 2009, 56:293–298
- 18. Акпаров З.И., Аскеров А.М., Мамедовa Р.Б., Кадыров И.Г., Мамедов А.Т. Редкие и исчезающие дикие сородичи культурных растений флоры Абшерона и Кобустана // Бюллетень Никитского ботанического сада, 2009, Вып. 99, с. 26-30
- 19. Акпаров З.И. Агроэкологические проблемы и агрообио¬разно-образие сельскохозяйственных систем // Радиологические и агроекологи-чес¬кие исследования, Том VI, Тбилиси, 2009, с.82-84
- 20. Babayeva S.M., Akparov Z.I., Mammadov A.Ch. Genetic Variationin CAC Lentil Germplasm Assessed by Microsatellites (SSRs) // AMEA-nın Məruzələri, Bakı, 2009, №1, s. 88-98.
- 21. Акперов З.И., Мехтизаде Э.Р., Мамедова С.А. Прогноз гене-тической долговечности семян // Вестник Российской Академии Сельскохозяйственных Наук, Москва, 2010, № 4, с. 46-48.
- 22. Акпаров З.И., Мамедов Х.И. Прогностическая модель морфобиологических признаков для высокоурожайных сортов арахиса // Ж-л «Аграрная наука», Moskva, 2010, № 5,
- 23. Batello C., Avanzato D., Akparov Z., Kartvelishvili T., Melikyan A. Gardens of biodiversity: Conservation and use of genetic resources for food and agriculture in the Southern Caucasus. FAO, Roma, 2010, 363 p.
- 24. Mustafayev E., Kumari S., Attar N., Akparov Z. Viruses infecting chickpea and lentil crops in Azerbaijan / Australian Plant Pathology, Vol.40, No.6, 2011, 612-620.
- 25. N.Maxted, Z.Akparov, M.Aronsson et al. Current and Future Threats and Opportunities Facing European Crop Wild relative and Landrace Diversity. Agrobiodiversity Conservation: Securing the Diversity of Crop Wild Relatives and Landraces (eds N. Maxted et al.) CAB International 2012. p. 333-353
- 26. Z.Akparov, Musayev M.K. Diversity of the fruit plant genetic resources in the Azerbaijan / Proceedings of the 1st International Symposium on Wild Relatives of Subtropical and Temperate Fruit and Nut Crops. Davis, California, USA, March 19-23, 2011. Acta Horticulturae 948, ISHS, May 2012, p. 217-221
- 27. Maghradze D., Bobokashvili Z., Musayev M., Mammadov A. The importance, usage, and prospective of crop wild relatives of fruits, grapevine, and nuts in Georgia and Azerbaijan /Proceedings of the 1st International Symposium on Wild Relatives of Subtropical and Temperate Fruit and Nut Crops. Davis, California, USA, March 19-23, 2011. Acta Horticulturae 948, ISHS, May 2012, p. 33-40
- 28. Askerova R., Mammadov A. Following Olive Footprints in AZERBAIJAN, The Marvel of Nature // In: "Following Olive Footprints (Olea europaea L.): Cultivation and Culture, Folklore and History, Traditions and Uses", edited by Mohamed El-Kholy, Damiano Avanzato etc. AARINENA, IOC, ISHS (Scripta Horticulturae N. 13), p. 48-57 (internet res.: http://www.aarinena.org/aarinena/Networks/Olive/Book/FOF+BOOK.pdf Arxivləşdirilib 2013-06-05 at the Wayback Machine)
- 29. Maxted N., Aronsson M., Asdal A., Akparov Z. et al. Current and Future Threats and Opportunities Facing European Crop Wild relative and Landrace Diversity Agrobiodiversity Conservation: Securing the Diversity of Crop Wild Relatives and Landraces (eds N. Maxted et al.) CAB International 2012, p. 333-353
- 30. Musayev M.K. Centuries-old results of cultivation and diversity of genetic resources of grapes in Azerbaijan // “The Mediterrian Genetic Code - Grapevine and Olive”. Edited by D.Poljuha and B.Sladonya. InTech, Croatia, 2013, p.99-123.
- 31. Mammadova S.A., Mammadov A.T. Mobilization and conservation of the seed pool of plant genetic resources in Azerbaijan // Russian Journal of Genetics: Applied Research, January 2013, Volume 3, Issue 1, pp 26-29 (http://link.springer.com/article/10.1134%2FS2079059713010024) Original Russian Text published in Vavilovskii Zhurnal Genetiki i Selektsii, 2012, Vol. 16, No. 3, pp.655–659.
- 32. Azərbaycanın bitki genetik ehtiyatlarının öyrənilməsi və seleksiyada istifadəsi. Monoqrafiya. Bakı: “Elm” nəşriyyatında çapda, 2014.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "BTEB-in elmi müəssisələrində direktor vəzifəsini tutmaq üçün seçkilər keçirildi". science.gov.az. Azərbaycan Milli Elmlər Akademiyası. 22.06.2016 16:07. 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyun 2016.
- ↑ "Azərbaycan Respublikasının Qanunu". 2021-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-07.
- ↑ "I Milli Məruzə" (PDF). 2012-01-19 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-05-07.
- ↑ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI[ölü keçid]
- ↑ "I Ölkə Hesabatı" (PDF). 2012-01-19 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-05-07.
- ↑ [ölü keçid] II Ölkə Hesabatı]
- ↑ Milli İnformasiya Mübadiləsi Mexanizmi[ölü keçid]
- ↑ "Qlobal Fəaliyyət Planını". 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-07.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- http://www.science.gov.az/az/genetics/index.htm Arxivləşdirilib 2014-08-18 at the Wayback Machine
- http://www.genres.az/az Arxivləşdirilib 2013-12-20 at the Wayback Machine
- https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_Milli_Elml%C9%99r_Akademiyas%C4%B1
- http://www.pgrfa.org/gpa/aze/azewelcomeil.html[ölü keçid]