Zeynal Xəlil — Vikipediya
Zeynal Xəlil | |
---|---|
Zeynal Rza oğlu Xəlilov | |
Doğum adı | Зейнал Рза оглы Халилов |
Təxəllüsü | Zeynal Xəlil |
Doğum tarixi | |
Doğum yeri | Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (59 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Azərbaycan SSR |
Təhsili | |
Fəaliyyəti | şair |
Fəaliyyət illəri | 1932–1973 |
Mükafatları | |
Xəlilov Zeynal Rza oğlu (23 mart 1914, Yelizavetpol – 11 avqust 1973, Bakı) — Azərbaycan şairi, dramaturq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960).
Həyatı
[redaktə | mənbəni redaktə et]On yeddi yaşında ikən poeziya aləminə gələn Zeynal Xəlil, az bir müddət ərzində özünü tanıtmağa, XX əsrin 30-cu illərində sürətlə irəli çıxan S. Vurğun, M. Müşfiq, R. Rza, S. Rüstəm, M. Rahim, O. Sarıvəlli kimi qüdrətli söz ustaları arasında görünməyə başlayır.[1] "İstək" adlı ilk şe‘rlər kitabı 1936-cı ildə nəşr olunmuşdur. Böyük Vətən müharibəsi illərində döyüşçülərin qəhrəmanlığını tərənnüm edən əsərlər: "Yəhərləyin atları", "416", "Döyüşçünün vəsiyyəti" və s. şeirlər; Zoya Kosmodemyanskayaya həsr olunmuş "Tatyana" poeması , (1942) yazmışdır.
"Düşüncələr" (1943), "E‘tibar" (1947), "Arzular" (1949), "İki dünya" (1952), "Bənövşə" (1956), "Şe‘rlər" (1963), "Sevdiyim rəng" (1970), "Günəş, dəniz və insan" (1973) və s. şe‘r kitablarının, "Ulduzlar" (1961) mənzum romanın müəllifidir. "İntiqam" (1941), "Qatır Məmməd" (1945), "Gənc ustalar" (1954), "Ata yolu" (1966) pyesləri var. "Qatır Məmməd"in motivləri əsasında eyniadlı film çəkilmişdir.
Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur. P. Antokolski , R. Həmzətov, D. Quramişvili, Ş. Petöfi, Qafur Qulam və b.-dan tərcümələr etmişdir.
"Şərəf nişanı" ordeni və medallarla təltif olunmuşdur.
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]XX əsr Azərbaycan poeziyasının 70-ci illərə qədər davam edən ədəbi-bədii mərhələləri ilə bilavasitə bağlı olan, sürətlə inkişaf edən milli şeirimizin bir sıra forma və məzmun xüsusiyyətlərini özünün bədii sənət nümunələrində əks etdirən Z. Xəlilin ədəbi irsində xalq ədəbiyyatına, klassik irsə, ümumən ədəbi-bədii ənənələrə qayğı, diqqət, sədaqətlə yanaşı müasir həyatın aktual və qabarıq hadisələrinə, "tarix-insan-tale", milli ruh, milli zövq məsələlərinə təbii, orijinal bir münasibət olmuşdur. Buna görə də Z. Xəlilin ədəbi-bədii yaradıcılığı Azərbaycan milli poeziyasının qırx illik (30–70) inkişaf mərhələlərini öyrınmık, tədqiq etmək baxımından nümunəvi poetik mənbələrdən sayılır.[2]
XX əsr Azərbaycan şeirində süjetli lirikanın gözəl nümunələrini yaradanlardan biri də Z. Xəlil olmuşdur. Hadisə, ıhvalat və vəziyyətlərin təbii, maraqlı obrazlarla verilməsi, fikrin, mətləbin bədii lövhələrlə çatdırılması Z. Xəlil şeirinə həzn bir romantika, təbii obrazlılıq, estetik, müasir ruh gətirmişdir.[3]
Əsərləri
[redaktə | mənbəni redaktə et]- 1. Əsərləri, 2 cilddə, B., 1965;
- 2. Əsrim, taleyim mənim, B., 1978;
- 3.Стихи о горной тропинке, M., 1973.