Zond plitəsi — Vikipediya

Zond plitəsi

Zond plitəsi — Litosfer plitəsi Asiyanın cənub şərqində yerləşir. Adətən Avrasiya plitəsinin tərkib hissəsi kimi göstərilir. 0,21967 steradian sahəyə malikdir.

Zond plitəsi Cənubi Çin dənizi, Andaman dənizi, Vyetnamın cənubu və Tayland, Malaziya, İndoneziyaya məxsus Kalimantan, Sumatra, Yava, Sulavesi (bir hissəsi) adalarının təməlini təşkil edir. Filippinin bir hissəsini əhatə edir.

Filippin, Quşbaşı, Molukk dənizi, Banda dənizi, Timor, Hind-Avstraliya, Birman, AvrasiyaYanszı plitələri ilə sərhədlənir.