"Zəfər" ordeni — Vikipediya
"Zəfər" ordeni | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Tip | orden |
Kimə verilir | Vətən müharibəsi iştirakçılarına |
Status | təqdim olunur |
Statistika | |
Parametrlər | 40 mm x 114 mm |
Təsis tarixi | 26 noyabr 2020 |
İlk təltif |
|
Təltif sayı | 33 nəfər |
Ardıcıllıq | |
Yüksək mükafat | "Heydər Əliyev" ordeni |
Aşağı mükafat | "Qarabağ" ordeni |
Vikianbarda əlaqəli mediafayllar |
"Zəfər" ordeni — Azərbaycan Respublikasının 2-ci yüksək təltifi. Vətən müharibəsində qələbə münasibətilə təsis edilmişdir.
Təsis edilməsi
[redaktə | mənbəni redaktə et]2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş[1] və birinci oxunuşda təsdiqlənmişdir.[2]
Azərbaycan Respublikasının "Zəfər" ordeninin statutu Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VIQD nömrəli Qanunu ilə təsdiq edilmişdir.[3] Əsasnamədə deyilir:
Maddə 1. Təltif edilən şəxslər
- Azərbaycan Respublikasının "Zəfər" ordeni ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi zamanı əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatlarına, Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissə komandirləri və onlardan yuxarı rəhbər heyəti, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə digər şəxslər təltif edilir.
Maddə 2. Təltif edən orqan
- Azərbaycan Respublikasının "Zəfər" ordeni ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.
Maddə 3. Taxılma qaydası
- Azərbaycan Respublikasının "Zəfər" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri və medalları olduqda, "Heydər Əliyev" ordenindən sonra taxılır.
— ordenin STATUTU[3]
Təsviri
[redaktə | mənbəni redaktə et]Ordenin təsviri Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.[4]
Maddə 1. Ordenin ümumi təsviri
- Azərbaycan Respublikasının "Zəfər" ordeni (bundan sonra – orden) 900 əyarlı qızıldan hazırlanmış, sol və sağ tərəflərinə iki əyri qılınc, uclarına kiçik kürəciklər bərkidilmiş ayparadan, guşələri pilləvari olan səkkizguşəli altlıqdan və aypara ilə altlığın üzərinə yerləşdirilmiş, uclarına kiçik kürəciklər bərkidilmiş ikitərəfli hamar şüalı səkkizguşəli ulduz formalı, diametri 42 mm olan lövhədən ibarətdir.
Maddə 2. Ordenin ön tərəfi
- 2.1. Ordenin ön tərəfində aypara ağ qızıldan, səkkizguşəli ulduz, qılınclar və altlığın guşələrinin mərkəzi elementləri sarı qızıldan hazırlanmışdır.
- 2.2. Səkkizguşəli ulduzun qalan elementləri tünd rəngdədir. Səkkizguşəli ulduzun üzərində zolaq ilə konturlanmış tünd rəngli dairəvi lövhə və onun mərkəzində yumruq formasında sıxılmış əl təsvir olunmuşdur. Zolağın üzərində səkkiz ədəd maili xətlər vardır.
- 2.3. Yumruq və kürəciklər relyefli olaraq qabarıqdır.
Maddə 3. Ordenin arxa tərəfi
- 3.1. Ordenin arxa tərəfi hamar səthlidir, mərkəzdən yuxarıda "ZƏFƏR" sözü, mərkəzdə "VƏTƏN MÜHARİBƏSİ 2020" sözləri və rəqəmləri qabarıq şəkildə yazılmışdır.
- 3.2. Ordenin arxa tərəfinin mərkəzdən aşağı hissəsində ordenin seriyası və nömrəsi həkk olunmuşdur.
Maddə 4. Ordenin elementləri
- 4.1. Orden paltara bərkidilmək üçün elementi olan 37 mm x 50 mm ölçülü xara lentə 2 halqa və ilgək vasitəsilə birləşdirilir.
- 4.2. Xara lentin üzərində Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərinə uyğun rəngli zolaqlar təsvir olunmuşdur. Lentin mərkəzində 10 mm enində qırmızı rəngli şaquli zolaq, qırmızı zolaqdan sol və sağ tərəflərdə 13,5 mm enində yaşıl və mavi rəngli şaquli zolaqlar təsvir olunmuşdur.
- 4.3. Yaşıl və mavi zolaqların üzərində qırmızı zolaqdan 1,5 mm aralı və bir-birinin arası 1,5 mm olan 1 mm enində üç qırmızı rəngli şaquli zolaqlar təsvir olunmuşdur.
- 4.4. Xara lentin yuxarı hissəsinə 40 mm x 5,5 mm ölçülü lövhə bərkidilmişdir.
- 4.5. Lentin aşağı hissəsinə 40 mm x 12 mm ölçülü, yuxarı hissəsi düzbucaq, aşağı hissəsi üçbucaq formalı lövhə bərkidilmişdir.
- 4.6. Üçbucağın alt konturu iki relyefli qılınc formasında təsvir olunmuşdur. Üçbucağın mərkəzində relyefli aypara və ulduz vardır.
- 4.7. Ordenin dəstinə bir ədəd sinəyə taxılma və bir ədəd diametri 60 mm olan boyundan asılma orden daxildir.
- 4.8. Ordenə paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş iki ədəd 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.
— ordenin TƏSVİRİ[4]
Təltif edilənlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ ""Vətən Müharibəsində qələbə münasibətilə" Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında". meclis.gov.az. Azərbaycan Respublikasının Milli Məclisi. 20 noyabr 2020. 20 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 dekabr 2020.
- ↑ "Milli Məclis qələbə münasibətilə orden və medalların təsis olunması layihəsini birinci oxunuşda təsdiqlədi". report.az. 20 noyabr 2020. 20 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 dekabr 2020.
- ↑ 1 2 "Azərbaycan Respublikasının "Zəfər" ordeninin statutu". president.az. 1 dekabr 2020. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2020.
- ↑ 1 2 "Azərbaycan Respublikasının "Zəfər" ordeninin təsviri". president.az. 1 dekabr 2020. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2020.