"Dostluq" ordeni (Azərbaycan) — Vikipediya
Dostluq ordeni | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Tip | orden |
Status | verilir |
Statistika | |
Təsis tarixi | 16 fevral 2007 |
İlk təltif |
|
Son təltif |
|
Təltif sayı | 118 nəfər |
Ardıcıllıq | |
Yüksək mükafat | "Şöhrət" ordeni |
Aşağı mükafat | "Vətənə xidmətə görə" ordeni |
Vikianbarda əlaqəli mediafayllar |
"Dostluq" ordeni — Azərbaycanın dövlət təltifi (orden). Azərbaycan Respublikasının 16 fevral 2007-ci il tarixli 248-IIIQ nömrəli Qanunu ilə təsis edilmişdir.
Statusu
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikasının Dostluq ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:
- Azərbaycan Respublikası ilə xarici ölkələr arasında dostluq, iqtisadi və mədəni əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinəgörə;
- xalqlar arasında dostluğun möhkəmləndirilməsi işində görkəmli xidmətlərinə görə;
- dünyada, regionda və müxtəlif ölkələrdə sülhün vəəmin-amanlığın bərqərar olmasında, sivilizasiyalar arasında konstruktiv münasibətlərin yaradılmasında və mədəniyyətlərarası dialoqun qurulmasında görkəmli xidmətlərinə görə.
Dostluq ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Şöhrət" ordenindən sonra taxılır.
Təsviri
[redaktə | mənbəni redaktə et]Dostluq ordeni qızıldan düzəldilmiş itiuclu səkkizguşəli ulduz və onun üzərinə bərkidilmiş girdə lövhədən ibarətdir. Girdə lövhədə tutqun sarı rəngli qızıldan hazırlanmış relyefli quş qanadları arasında parlaq platindən düzəldilmiş yer kürəsi təsvir olunmuşdur. Girdə lövhənin kənarları qabarıqdır. Orden halqa və ilgək vasitəsilə Azərbaycan bayrağının rəngləriniəks etdirən lentə birləşdirilmişdir. Arxa tərəfi hamar səthlidir, ortasında ordenin nömrəsi həkk olunmuşdur.
Təltif dəstinə aşağıdakılar daxildir:
- boyundan asmaq üçün Azərbaycan bayrağının rəngləriniəks etdirən 23 mm enində lentdən ibarət 50 mm qabarit ölçülü orden;
- paltara bərkidilmək üçün Azərbaycan bayrağının rənglərini əks etdirən 21 mm x 50 mm ölçüdə lentə halqa və ilgək vasitəsilə birləşdirilən 35 mm qabarit ölçülü orden;
- paltara bərkidilmək üçün elementi olan, Azərbaycan bayrağının rənglərini əks etdirən, ölçüsü 1 mm x 15 mm olan qəlib
Poçt markası üzərində
[redaktə | mənbəni redaktə et]2011-ci ilin sentyabr ayının 5-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan ordenlərinə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir. Qiyməti 60 qəpik, tirajı isə 5000 ədəd olan həmin markalardan biri "Dostluq" ordeninə həsr olunmuşdur[1][2].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Yeni markalar çap olunub. ictnews.az Arxivləşdirilib 2016-03-10 at the Wayback Machine (az.)
- ↑ 05.09.2011. Azərbaycan Respublikasının Ordenləri. azermarka.az Arxivləşdirilib 2015-09-19 at the Wayback Machine (az.)
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- "Azərbaycan Respublikasının "Dostluq" ordeninin Statutu", Azərbaycan Respublikasının 2007-ci il 16 fevral tarixli 248-IIIQ nömrəli Qanunu
- "Azərbaycan Respublikasının "Dostluq" ordeninin Təsviri", Azərbaycan Respublikasının 2007-ci il 16 fevral tarixli 248-IIIQ nömrəli Qanunu
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Ordenlər və medallar, səh. 29 Arxivləşdirilib 2010-11-06 at the Wayback Machine