Çəkic sümükcüyü — Vikipediya

Çəkic sümükcüyü
Bitişir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çəkic sümüyü (lat. Malleus) — daxili qulağa aid eşitmə sümüklərindən biri. Başcıq, boğazcıq və dəstək hissələrə bölünür. Uzunluğu 7,6-9,1 mm arasında, dəstək hissəsinin uzunluğu 4,3-5,7 mm arasında[1] (8–9 mm)[2], kütləsi isə 25 mq-dır[3].

Çəkic sümüyünün başı-lat. caput mallei (capitulum mallei-BNA), boynu-lat. collum mallei, dəstəsi-lat. manubrium mallei, uzun ınçıxıntısı-lat. processus anterior (Folil) və qısa bayır çıxıntısı-lat. processus lateralis vardır. Çəkicin dəstəyu qulaq pərdəsinə bitişmişdir (lat. syndesmosis tympanomalleolaris); başı yuxarıya doğru çevrilmiş və üzərində zindana məxsus oynaq səthi vardır.

Qulaq sümükcükləri bir-birilə oynaqlar vasitəsilə birləşərək hərəkətli bir zəncir təşkil edir. Xarici qulaqdan daxil olan səs dalğaları qulaq pərdəsini ehtizaya gətirir, nəticədə çəkic sümüyü müvafiq olaraq zindan sümüyünü döyəcləyərək səs dalğalarını üzəngi sümüyü vasitəsilə dəhliz pəncərəsindən daxili qulağa ötürmüş olur.

  1. Anson, B.J., Donaldson, J.A.: Surgical Anatomy of the Temporal Bone. W.B. Saunders Company, Philadelphia, 1981.
  2. İnsanın Normal Anatomiyası, K. Balakişiyev, 1980, Maarif, III cild, səh. 337, UB-999,  (az.)
  3. Gelfand, S.A.: Essentials of Audiology. Thieme, New York & Stuttgart 1997, ISBN 3-13-103631-1. S. 46.
  • İnsanın Normal Anatomiyası, K. Balakişiyev, 1980, Maarif, III cild, səh. 337-338, UB-999,  (az.)