Çarxana (Qəbələ) — Vikipediya
Çarxana | |
---|---|
40°50′23″ şm. e. 47°41′20″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Çarxana — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Çarxana kəndi Hacıalılı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Çarxana kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]
Toponimikası
[redaktə | mənbəni redaktə et]1846-ci ilin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrin əvvəllərində maldarlıqla məşğul olmuş və sonralar oturaq həyata keçmiş çarxana (dörd evli) tayfası salmış və kənd də onların adı ilə adlandırılmışdır.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Kənd Qaraçayın sahilində, Hacallı düzündə yerləşir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 817 nəfər əhali yaşayır.[3]
Tanınmış şəxsləri
[redaktə | mənbəni redaktə et]- Qara Əhmədov — tarix elmləri doktoru, professor, Azərbaycanda arxeologiya sahəsində ilk elmlər doktoru, AMEA-nın müxbir üzvü.
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Kənd əhalisinin əsas məşğuliyyətini meyvəçilik, tərəvəzçilik və maldarlıq təşkil edir.
Mədəniyyəti
[redaktə | mənbəni redaktə et]Kənddə Qara Əhmədovun ev-xatirə muzayi var.[4]
Din
[redaktə | mənbəni redaktə et]Kənddə Çarxana kənd məscidi dini icması fəaliyyət göstərir.[5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı". 2022-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-24.
- ↑ Çarxana (Qəbələ) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- ↑ Şəlalə Məhyəddinqızı. Qəbələ Qafqazın incisi. Bakı: Oğuz Eli, 2009.
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2018-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-08 at the Wayback Machine. scwra.gov.az (az.)
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Qəbələ rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |