Sarı Hacılı — Vikipediya
Sarı Hacılı | |
---|---|
40°50′08″ şm. e. 47°39′41″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Qəbələ |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Sarı Hacılı — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Sarıhacılı kiçik kəndlərdən biridir. Bir vaxtlar bu ərazidə yaşayanların şəraiti elə ağır olub ki, nəticədə buranı tərk etmək məcburiyyəti ilə üzləşiblər. Ona görə də əhalinin sayı get-gedə aşağı düşüb. Hazırda burada artezian quyusu qazılıb, yolu təmir edilib, yaşayışın öz axarına düşməsi üçün ciddi işlər görüldüyündən kənddə artım hiss olunur. Həm əhalinin sayında, həm də dolanışığında irəliləyiş var.[1] İndi camaat təsərrüfatlarını genişləndirə bilir, suyu olduğundan əkin-biçinə marağı da güclənib. Məktəb yaşlı uşaqların sayı çoxaldıqdan sonra kənddə məktəb tikintisinə də başlanacaq. Hələlik isə qonşu Dızaxlı kəndində, orta məktədə təhsil almaq imkanları var.[1]
Toponimikası
[redaktə | mənbəni redaktə et]- Sarıhacılı oyk., sadə.
- Ağdam r-nunun Seyidli i.ə.v.-də kənd. Qarabağ düzündədir;
- Qəbələ r-nunun Zalam i.ə.v.-də kənd. Ərəş düzündədir. Sanhacıllı, Sanhacalılı variantlarında da qeydə alınmışdır. Oykonim sarı-hacılı nəslinin adını əks etdirir.[2]
Əhalisi
[redaktə | mənbəni redaktə et]- 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 89 nəfər əhali yaşayır.[3]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- İnzibati Ərazi Vahidləri Arxivləşdirilib 2017-07-29 at the Wayback Machine
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Qəbələ rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |