Ürək həqiqəti bilir (film, 1992) — Vikipediya
Ürək həqiqəti bilir | |
---|---|
Dil Aashna Hai | |
Janr | dram filmi |
Rejissor | Hema Malini |
Prodüser | Hema Malini |
Ssenari müəllifləri | İqbal Dürrani İmtiyaz Hüseyn Surac Sənim |
Baş rollarda | Şahrux Xan Divya Bharti Citendra Dimpli Kapadiya Kabir Bədi Amrita Sinq Sonu Valya |
İstehsalçı | H. M. Creations |
Distribütor | Netflix |
İlk baxış tarixi | 23 oktyabr 1992 |
Müddət | 164 dəq. |
Ölkə | Hindistan |
Dil | Hind dili |
Rəng | rəngli |
IMDb | ID0101732 |
Dil Aashna Hai (hind. दिल अश्ना ह, urdu dil. دل اَشنا ہے, mənası: Ürək həqiqəti bilir) hind-urdu dilində olan filmin rejissoru Hema Malinidir. Filmin baş rollarında Divya Bharti və Şahrux Xan çəkilib. İkinci dərəcəli rollarda Mitxun Çakraborti, Dimpl Kapadiya, Amrita Sinqx və s. yer alıb. Ssenari xətti Leyla (Divya Bharti) adlı qızın sevgilisi Karanla(Şahrux Xan) həqiqi anasının axtarışını əks etdirir. Film 1992-ci ildə tamaşaçılara təqdim edilib. Kassada böyük uğursuzluqla qarşılaşan film iflasa uğrayır, belə ki, 140 mln büdcə ilə hazırlanan proyekt kassadan 10 mln qazana bilir. Buna baxmayaraq ekran əsərində yer alan aktyor və aktrisaların ifası qiymətləndirilir, mərhum Divya Bharti və Şahrux Xan cütlüyü bəyənilir. Film həmin zamanlarda yayımlanan bir serialdan ilhamlanmışdır. Şahrux Xanın ilk filmidir. Lakin gecikmələr üzündən Xanın iştirakı ilə böyük ekranlara çıxan ilk film "Deewana" filmi olur və Xanın debüt filmi adlanır.
Rollarda
[redaktə | mənbəni redaktə et]Aktyor / Aktrisa | Rolu |
---|---|
Şahrux Xan | Karan |
Citendra | Şahzadə Arcun Sinq |
Dimpli Kapadiya | Barxa |
Divya Bharti | Leyla — Sitarə |
Kabir Bədi | Diqvicay Sinq |
Fəridə Cəlal | Raziyə |
Amrita Sinq | Rac |
Sonu Valya | Səlma |
Mithun Çakraborti | Sunil — Qonaq oyunçu |
Raza Murad | Qoverdhan Das |
Suşma Səth | Xanım Beiq |
Musiqi
[redaktə | mənbəni redaktə et]# | Adı | Müğənni |
---|---|---|
1 | "Kisi Ne Bhi To Na Dekha" | Pankac Udas |
2 | "Dil Aashna Hai" | Sureş Vadkar, Sədhanə Sərgam |
3 | "Bhool Ke Din" | Sudeş Bhəsli, Abhicit Bəttaçarya, Bupinder Sinq, Kavita Krişnamurti, Sədhanə Sərgam, Padmini Kolhapur |
4 | "Rangeen Haseen Raat Ho" | Kavita Krişnamurti |
5 | "Ho Abhi To Hui Jawan" | Kavita Krişnamurti |
6 | "Yeh Dil Aashna Hai" | Sədhanə Sərgam |