Netflix — Vikipediya
Netflix | |
---|---|
Ümumi məlumatlar | |
Məhsulları | OTT |
Təsis tarixi | 29 avqust 1997 |
netflix.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Netflix — seriallar və filmlərin video axın şəkildə təchizçisi olan ABŞ transmilli şirkəti.
Beynəlxalq genişlənməsi
[redaktə | mənbəni redaktə et]Şirkət xarici ölkələrdə video axını təklif etməyə 2010-cu ildən başladı. Həmin ilin sentyabrın 22-dən bu xidməti Kanadada əlçatan etdilər. O vaxt kanadalılar üçün aylıq abunə haqqı $7.99 idi. Şirkətin baş icraçı direktoru Heystinqsin sözlərinə görə, bu dünya boyunca qoyduğumuz ən minimal, ən aqressiv qiymət (the lowest, most aggressive price we’ve ever had anywhere in the world) idi.[1] Lakin, Kanadada filmlərin və serialların sayına məhdudiyyət qoyulmuşdu. 2012-ci ildə Coş Loiuen Canadian Business Online üçün araşdırma çərçivəsində öyrəndi ki, ABŞ Netflix kitabxanasında unikal filmlərin və serialların sayı 10,625 Kanadada isə 2,647 idi.[2] Eyni zamanda, Kanadadaki Netflix ABŞ-yəda Netflix saytında mövcud olmayan bəzi filmləri və serialları təklif edirdi. Məsələn, Running Wilde ABŞ televiziyasındda yayımlamağa başlayarkən, Kanadada Netflix saytında mövcud idi, ABŞ-də isə yox idi.[1] Ölkədə bir ildən qısa müddətdə million adam sayta abunə oldu,[3] bu Kanada əhalinin təxminən 3 %-ni təşkil edirdi.
2011-ci ilin iyulun 5-də Netflix video axın xidmətini Latın Amerikaya gətirmək planı olduğunu açıqladı.[4] O vaxt, bu Netflix üçün ən böyük genişlənmə idi və artıq ABŞ və Kanadada 23 million abunəçisi var idi.[5]
2011-ci ilin sentyabrda şirkət Mərkəzi və Cənubi Amerika və Karib hövzəsinin 43 ölkə və əraziyə İngilis, İspan və Portuqal dilində film və serialları təklif edərək genişləməsiyi başlayıb. Sentyabrın 5-də Braziliya xidmət açıldığı ilk Latın Amerika ölkəsi olub. Oradaki aylıq abunə haqqı $BR 14,99 idi (Bu isə $9,10 edir; yəni, ABŞ və Kanadadan daha çox).[6]
Xidmətin Latın Amerikasına gəlməsi şirkətin istədiyi qədər uğurlu olmadı. Baxmayaraq ki, onun Kanadadakı kimi bu regionun bazarında rəqibi olmayıb, orada genişzolaqlı internetin inkişaf olmadığı sürətli artmasına mane olub.[7]
Netflix Avropada genişləməsini 2012-ci ilin yanvarın 4-də Birləşmiş Krallıq və İrlandiyadan başlayıb.[8] Həmin ilin sentyabrın 18-də, o artıq Danimarka, Finlandiya, Norveç və İsveçə genişləndirilib.[9] 2013-cü ilin sentyabrın ayında Netflix saytında artıq Channel 4, ITV və BBC proqramları var idi.[10]
2013-cü ildə Forbes jurnalın ehtimalına görə, ABŞ-dən kənar baxışlar şikətin dəyərinin 15%-i təsis edirdi. ABŞ-nin özündə isə evlərin 30%-i Netflix xidmətinə yazılıb.[11]
Britaniya və Skandinaviyadan sonra, Netflix 2013-cü ilin sentyabrın 11-də Niderlanda genişlənib. Bu, Netflix o ildə genişləndiyi yeganə ölkə idi, çünki şirkət yazılma qiymətləri idarə etmək üçün genişlənməsini yavaşdırmağa qərar verib.[12]
2014-cü ilin sentyabrın 19-da, Netflix artıq Avstriya, Belçika, Fransa, Almaniya, Lüksemburq və İsveçrəyə genişləndirilib.[13] Fransadan başqa Netflix Avropada yaxşı qarşılandı. Buna görə şirkət Marseille adlı fransız dilli serialı yaratmağa qərar vermiş. O, House of Cards serialın remeyki olub. Orijinal serialın məzmunu Fransa kontekstinə qoyulub. Bu Netflix üçün ingilis dildə olmayan ilk tamaşadır.[14]
Avstraliya və Yeni Zelandiyaya genişlənməsi 2015-ci ilin martın 24-də baş verib.[15][16] Həmin ilin fevralın 4-də elan olunub ki, Yaponiyaya genişlənmə 2015-ci ilin payızında olacaq,[17] mayında isə Netflix Cek Manın Wasu Media Holding və başqa partnyorları ilə Çin onlayn video bazarına girmək üçün danışıqlar apardığını açığlayıb.[18]
2015-ci ilin iyunun 6-da Rid Hestinqs Portuqaliyanın Expresso qəzetində elan edib ki, həmin ilin oktyabırında Netflix İtaliya, Portuqaliya və İspaniya bazarlarına girəcək.[19]
Həmin ilin sentyabrın 9-da Netflix elan edib ki, o ərkən 2016-cı ildə Asiyaya , o cümlədən Pakistan, Honkonq, Sinqapur, Cənubi Koreya və Tayvana, yaxın gələcəkdə isə, Cənub-Şərq Asiya və Filippinə qədər genişlənəcək.[20]
2016-cı ilin yanvarın 6-da Consumer Electronics Show-da Netflix ən böyük olan, 130 yeni ölkəyə genişlənməsini elan edib. Beləliklə, şirkətin dediyinə görə, xidməti Çin və ABŞ sanksiyaların altında olan Krım, Suriya və Şimali Koreya kimi bölgələrdən , "dünyanın " mövcud olacaq.[21][22][23][24][25][26]
2022-ci ildə Rusiyanın Ukraynanı işğalından sonra, 4 mart 2022-ci ildə Netflix Rusiyadan gələcək bütün layihələri və satınalmaları dayandırdığını elan etdi[27] İki gün sonra, 6 mart 2022-ci ildə Netflix Rusiyadakı xidmətini dayandıracağını elan etdi.[28]
Təsiri
[redaktə | mənbəni redaktə et]Rusiya Mədəniyyət Naziri, Vladimir Medinski fikrinə görə "ABŞ Netflix vasitəsi ilə hər bir evə, hər bir televizora, televizordan isə dünyanın hər sakinin başına girir".[29]
İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ 1 2 Star Staff; Canadian Press. "Netflix stumbles as it launches in Canada". Toronto Star. Toronto Star. September 10, 2010. December 9, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 3, 2014.
- ↑ "Netflix To Launch Canadian Service". Netflix. July 19, 2010. July 22, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 12, 2016.
- ↑ Vlessing, Etan. "Netflix Canada Signs Up One Millionth Subscriber". Hollywood Reporter. Hollywood Reporter. August 4, 2011. October 3, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 1, 2014.
- ↑ Pepitone, Julianne. "Netflix expands to 43 new countries". CNN Money. CNN Money. July 5, 2011. December 10, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 1, 2014.
- ↑ Cabot Investing Advice. "Netflix Surges on Latin America Expansion News". Cabot Investing Advice. Cabot Investing Advice. July 6, 2011. December 13, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 1, 2014.
- ↑ hdreport. "Netflix begins Latin America rollout". hdreport. hdreport. September 6, 2011. October 11, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 1, 2014.
- ↑ Fritz, Ben. "Netflix faces problems in Latin America". LA Times. LA Times. May 16, 2012. December 22, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 1, 2014.
- ↑ "Netflix launches UK film and TV streaming service". BBC News. January 9, 2012. March 10, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 9, 2012.
- ↑ "Netflix Launches In Sweden, Denmark, Norway And Finland". PRNewswire (Press-reliz). October 18, 2012. November 27, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 14, 2014.
- ↑ "Netflix UK Review". slinkystudio.info. September 10, 2013. March 8, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 8, 2014. (#invalid_param_val)
- ↑ Trefis Team. "Sizing Up Netflix's International Subscriber Growth Potential". Forbes. Forbes. March 5, 2013. November 6, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 1, 2014.
- ↑ Wallenstein, Andrew. "Netflix 2014 European Expansion: A Look Ahead". Variety. Variety. September 1, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 1, 2014.
- ↑ "Netflix now in France, Germany, Austria, Switzerland, Belgium and Luxembourg". Netflix Media Center (Press-reliz). September 18, 2014. September 19, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 14, 2014.
- ↑ Hall, Emma. "Netflix Braves Cultural Barriers for European Expansion". Advertising Age. Advertising Age. September 18, 2014. February 9, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 1, 2014.
- ↑ "Netflix to launch in Australia and New Zealand in March 2015". Netflix Media Center (Press-reliz). November 18, 2014. November 29, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 20, 2014.
- ↑ "How the Australian Netflix differs from the US service". Sydney Morning Herald. 24 March 2015. 24 March 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 March 2015.
- ↑ "Netflix to launch in Japan this fall". Netflix Media Center (Press-reliz). February 4, 2015. February 5, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 5, 2015.
- ↑ Supriya Kurane. "TITLE". Reuters. 15 May 2015. 18 May 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 May 2015.
- ↑ Ramos, João. "'Portugal terá Netflix em Outubro'" ["Portugal will have Netflix in October"]. Expresso (Portuguese) (2223). Paço de Arcos: Impresa Publishing. June 6, 2015. E20–E21. August 13, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 6, 2015. (Subscription required (help)).
- ↑ "Netflix To Launch In South Korea, Singapore, Hong Kong And Taiwan In Early 2016". netflix.com. Netflix. 2015-09-09. 2015-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-09.
- ↑ "Netflix launches in 130 new countries, including India and Russia". VentureBeat. 6 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 January 2016.
- ↑ "Netflix Everywhere: Live in nearly every country except China". Engadget. AOL. 6 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 January 2016.
- ↑ "Netflix announces it's now live in 130 new countries including India and Russia". The Verge. 6 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 January 2016.
- ↑ "Netflix Expands Into India, but Not China". Re/code. Vox Media. 7 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 January 2016.
- ↑ "Netflix goes live in 130 new countries". CNET. CBS Interactive. 8 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 January 2016.
- ↑ "Arxivlənmiş surət". 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-15.
- ↑ "Netflix pauses future projects in Russia" (ingilis). 2022-03-02. 2022-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-04.
- ↑ Lang, Brent. "Netflix Suspends Service in Russia Amid Invasion of Ukraine". Variety. Penske Media Corporation. 2022-03-06. 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-06.
- ↑ "Мединский заявил о планах США залезть в головы жителям Земли через Netflix". snob.ru. Snob. 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2016.