Almaniya — Vikipediya
Almaniya | |||||
---|---|---|---|---|---|
alm. Bundesrepublik Deutschland[1][2][…] | |||||
| |||||
Einigkeit und Recht und Freiheit "Birlik və Ədalət və Azadlıq" | |||||
Himn: Das Lied der Deutschen | |||||
Tarixi | |||||
• Aİ-yə qəbul | 23 may 1949 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Berlin | ||||
İdarəetmə forması | Federativ parlament respublikası | ||||
Prezident | Frank-Valter Ştaynmayer | ||||
Kansler | Olaf Şolts (ASDP) | ||||
Sahəsi | Dünyada 62-ci | ||||
• Ümumi | 357,592 km2 km² | ||||
• Su sahəsi (%) | 1.27 | ||||
Əhalisi | |||||
• Əhali | ▲ 84,270,625[6] nəfər (19-cu) | ||||
• Sıxlıq | 232 nəf./km² (58-ci) | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | ▲ $5.317 trilyon dollar (5-ci) | ||||
• Adambaşına | ▲ $63,835 dollar (18-ci) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2022) | ▲ $4.031 trilyon [2] dollar (4-cü) | ||||
• Adambaşına | ▲ $48,398 dollar (20-ci) | ||||
İİİ (2021) | 0.942 (artım; 9-cu) | ||||
Valyuta | avro[9][10][…] | ||||
İnternet domeni | .de[11] | ||||
ISO kodu | DE | ||||
BOK kodu | GER | ||||
Telefon kodu | +49 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][12][13] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Almaniya (alm. Deutschland [ˈdɔʏtʃlant]) və ya rəsmi adı ilə Almaniya Federativ Respublikası (alm. Bundesrepublik Deutschland [ˈbʊndəsʁepuˌbliːk ˈdɔʏtʃlant]) — Mərkəzi və Qərbi Avropada yerləşən federativ parlament respublikası.[14] Şimaldan Baltik və Şimal dənizləri, cənubdan Alp dağları, Boden gölü və Yuxarı Reynlə əhatə olunmuşdur. Ölkə şimaldan Danimarka, şərqdən Polşa və Çex Respublikası, cənubdan Avstriya və İsveçrə, cənub-qərbdən Fransa, qərbdən Lüksemburq, Belçika və Niderlandla həmsərhəddir. Əhalisi təxminən 83 milyondur ki, bu da Avropanın ən böyük (Rusiyadan sonra) əhalisidir. Almaniya həm də ABŞ-dən sonra dünyada ikinci ən çox mühacirət edilən ölkədir.
Almaniya ərazisinə 16 federal torpaq daxildir, ümumi sahəsi 357,386 kvadrat kilometr təşkil edir və mülayim mövsümi iqlimə sahibdir. Almaniya dünyada ABŞ-dən sonra ən çox miqrant qəbul edən ikinci ölkədir[15][16] 83 milyon nəfərlik əhalisi ilə Avropada Rusiyadan sonra ikinci, Avropa İttifaqına üzv ölkələr arasında isə ilk yerdədir. Almaniya yüksək səviyyədə desentralizasiyalaşmış ölkədir. Paytaxtı və ən böyük metropolisi Berlin olsa da, ölkənin əsas maliyyə mərkəzi və ən məşğul hava limanı Frankfurtdur. Almaniyanın digər böyük şəhərlərinə Hamburq, Münxen, Köln, Ştuttqart, Düsseldorf, Leypsiq, Drezden, Bremen, Hannover və Nürnberq aiddir.
Müasir Almaniyanın şimal hissələri antik dövrlərdən etibarən qədim germanlar tərəfindən məskunlaşmışdır. Miladi tarixlə 100-cü ildən əvvəl həmin region orada məskunlaşan tayfaların adı ilə Germaniya olaraq adlanmışdır. Xalqların böyük köçü dövründə german tayfaları cənub istiqamətində də yayılmışdılar. 10-cu əsrin başlanğıcından etibarən alman əraziləri Müqəddəs Roma İmperiyasının tərkib hissəsi olmuşdur. 16-cı əsr ərzində Şimali Almaniya regionları protestant reformasiyasının mərkəzi rolunu oynamışdır. Müqəddəs Roma İmperiyasının dağılmasından sonra, 1815-ci ildə Almaniya ittifaqı formalaşmışdır. Almaniyada 1848-1849-cu illər inqilabı Frankfurt Parlamentində mühüm demokratik hüquqların təsis edilməsi ilə nəticələnmişdir.
1871-ci ildə bir çox alman dövlətinin (İsveçrə və Avstriya istisna olmaqla) birləşməsi ilə Prussiya rəhbərliyində Almaniya İmperiyası yaradılmışdır. Birinci dünya müharibəsindən sonra, 1918–1919-cu illərdə baş vermiş inqilab nəticəsində imperiya parlamentli Veymar Respublikası ilə əvəzlənmişdir. 1933-cü ildə nasistlərin hakimiyyəti ələ keçirməsi ilə ölkədə diktatorluq rejimi qurulmasının ardınca, Avstriya anneksiya olundu və İkinci dünya müharibəsi başladı. Avropada İkinci dünya müharibəsinin başa çatması və Almaniyanın müttəfiq qoşunların işğalı altına düşməsindən sonra, Avstriya yenidən müstəqillik əldə etdi və iki yeni alman dövləti yaradıldı: Amerikan, ingilis və fransız işğal zonasında Qərbi Almaniya, Sovet işğal zonasında isə Şərqi Almaniya. 1989-cu il inqilabının ardınca, Mərkəzi və Şərqi Avropada kommunist idarəçiliyinə son qoyulmuş və 3 oktyabr 1990-cı ildə Almaniya yenidən vahid dövlət halında birləşmişdir.[17]
Bu gün suveren dövlət olan Almaniya kansler tərəfindən rəhbərlik olunan federal, parlamentli respublikadır. Güclü iqtisadiyyata sahib olan Almaniya dünya ölkələri arasında nominal ÜDM göstəricilərinə görə dördüncü, alıcılıq qabiliyyəti pariteti göstəricisinə görə isə beşinci yerdədir. Bəzi sənaye və texnoloji sektorlarda qlobal lider olan Almaniya dünya üzrə malların həm ixracına, həm də idxalına görə üçüncüdür. İnkişaf etmiş ölkə kimi yüksək həyat standartlarına, sosial təhlükəsizlik və universal səhiyyə sisteminə, təbiətin mühafizəsi və pulsuz ali təhsil sisteminə sahibdir.
Almaniya Federativ Respublikası 1957-ci ildə yaradılmış Avropa İqtisadi Birliyi və 1993-cü ildə əsası qoyulmuş Avropa İttifaqı kimi təşkilatların qurucu üzvlərindən biridir. Şengen zonasına daxil olan bu ölkə 1999-cu ildə yaradılmış Avrozonanın həmtəsisçisidir. Bundan başqa, Almaniya BMT, NATO, G7, G20, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı kimi təşkilatların da üzvüdür. Zəngin mədəni tarixi ilə məşhur olan bu ölkə təsirli və uğurlu rəssamların, filosofların, musiqiçilərin, idmançıların, sahibkarların, alimlərin, mühəndislərin və ixtiraçıların ev sahibi olmağa indi də davam edir. Ümumdünya irsi siyahısına daxil olan mədəni abidələri ilə zəngin olan Almaniya dünyanın əsas turizm məkanlarından biri hesab olunur.
Etimologiyası
[redaktə | mənbəni redaktə et]Almaniya sözü müxtəlif dillərdə müxtəlif cür səslənir. Məsələn, ingilis dilində Germany, alman dilində Deutschland, fransız dilində Allemagne, polyak dilində Niemcy, fin dilində Saksa kimi. Germanlar tayfası etnonimindəndir. Alman dilində Deutschland adlanır. Müasir ad p.ger. Þeudiskaz adından törənmişdir. Deutsch sözü (p.ger. Þeodisk sözündən törənmişdir) ilk anlamda "xalqa aid olan" mənasını verir və ilk dövrlərdə dilə aid işlənirdi[18]. Land "ölkə deməkdir. Ölkə adının müasir yazılış forması XV əsrdən işlənir.
Alman sözü isə, Cermen dillərindən gələn all (hamısı, varı) ilə mannez (man insan, kişi) sözlərindən törəyib. İlkin mənada bütün insanlar, insanların hamısı deməkdir. Cermen boylarının birləşməsindən yaranan iri oymaq belə adlanıb.
German sözünün kökü isə yetərincə aydın deyil. Kelt dillərindən gəldiyi düşünülür. Başqa bir variantda bu sözün hind-avropa dilindəki gene- doğmaq feili ilə bağlı olduğu deyilir.
Əsasən slavyan dillərində işlənən nemets/niemcy kimi adlandırmalar isə keçmiş slavyan dilindəki němьcь, cəmdə němьci sözündən gəldiyi düşünülür. Bu sözün lal olmaq, danışa bilməməklə bağlıdır. Söz "bizim kimi danışa bilməyən, yadelli" mənasındadır. Ötə yandan "slavyan" özü sözlə bağlı etnonim olduğuna görə, belə bir məntiqin qurulması olan işdir. Ayrı-ayrı ellərin, onlara yad olan millətlərə belə adlar verməsi nadir hal deyil.
Tarixi
[redaktə | mənbəni redaktə et]Ən qədim dövr
[redaktə | mənbəni redaktə et]Mauer-1 çənə sümüyünün kəşfi nəticəsində Almaniyada ilk insanların ən azı 600,000 il əvvəl yaşamağa başladığı müəyyən olunmuşdur.[19] Dünyanın ən qədim ov silahı da 1994 və 1998-ci illər aralığında Şöningen şəhərindəki kömür mədənində kəşf olunmuşdur. Həmin mədəndən uzunluğu 1.82 ilə 2.25 metr arasında dəyişən ümumilikdə səkkiz ədəd 380,000 il yaşı olan taxtadan hazırlanmış nizələr tapılmışdır.[20] Almaniyada yerləşən Neandertal vadisi Neandertal insanı adlanan yeni insan növünə aid fosillərin ilk dəfə kəşf olunduğu yerdir. Buradan tapılmış Neandertal-1 fosillərinin 40,000 yaşında olduğu bilinir. Bənzər şəkildə, müasir insanlara aid dəlillər Ulm şəhəri yaxınlığında, Şvabiya Alpları adlanan ərazidə yerləşən mağaralarda aşkar olunmuşdur. Həmçinin, 42,000 yaşlı quş sümüyü, indiyə qədər tapılmış ən qədim musiqi aləti hesab olunan, mamont dişindən hazırlanmış fleyta,[21] indiyə qədər kəşf olunmuş ən qədim incəsənət fiquru olan "Aslan-adam" heykəli[22] və 35,000 il yaşı olan, ən qədim insan təsvirindən ibarət olan incəsənət fiquru "Hol-Fels Venerası" da Almaniya ərazisindəki mağaralarda aşkar olunmuşdur.[23] Saksoniya-Anhalt vilayətinin Nebra yaşayış məntəqəsi yaxınlığında kəşf olunmuş "Nebra səma diski" Avropa tunc dövrü ərzində tuncdan hazırlanmış əl işidir. Həmin əl işi UNESCO-nun "Dünya mirası proqramı"na daxil edilmişdir.[24]
German tayfaları və Frank imperiyası
[redaktə | mənbəni redaktə et]Qədim germanların Tunc dövründə və ya Dəmir dövrünün əvvəlində ortaya çıxdığı güman edilir. Eramızdan əvvəl 1-ci əsrdə Skandinaviyanın cənubu və Almaniyanın şimalından gələn qəbilələr cənuba, şərqə və qərbə yayılaraq keltlər, qalliyalılar, slavyanlar, baltlar və İrandilli xalqlar ilə əlaqəyə girdilər.[25] Oktavian Avqustun rəhbərliyi altında Roma İmperiyası qoşunları Germaniyanı işğal etməyə başlamışdır. Miladi tarixlə 9-cu ildə Publius Varın rəhbərlik etdiyi üç Roma legionu Armininin rəhbərlik etdiyi german tayfalarından biri olan xerusk tayfası ilə döyüşdə məğlubiyyətə uğradı. Korneli Tasitin yazdığı əsərə görə german tayfaları təqribən 100-cü ildə müasir Almaniyanın yerləşdiyi ərazidə məskunlaşdı. Buna baxmayaraq, Roma İmperiyası ilə german tayfaları arasında baş vermiş müharibələr nəticəsində Avstriya, Baden-Vürtemberq, Bavariya və Hessen əyalətinin cənubu işğal olundu və Roma vilayətlərinə birləşdirildi.[26][27][28][29]
3-cü əsrdə bir çox qərbi german tayfaları ortaya çıxdı: alemanlar, franklar, sakslar, frizlər, xattilər, siqambrilər və turinqilər. Təxminən 260-cı ildə german tayfaları Roma idarəçiliyindəki ərazilərə daxil oldu.[30] 375-ci ildə hunların işğalı və 395-ci ildə Romanın tənəzzülündən sonra german tayfaları cənub-qərb istiqamətində hərəkət etdi. Eyni zamanda, bir neçə böyük tayfa indiki Almaniya ərazisində məskunlaşdı. Merovinqlər sülaləsi dövründən etibarən Avstraziya, Neystriya və Akvitaniya kimi geniş ərazilər franklar tərəfindən işğal olundu və Frank krallığının əsası qoyuldu. Müasir Almaniyanın şərq hissəsini təşkil edən ərazilərdə isə qərbi slavyanlar məskunlaşdı.
Şərqi Frank krallığı və Müqəddəs Roma İmperiyası
[redaktə | mənbəni redaktə et]800-cü ildə frank kralı Böyük Karlın imperator olması ilə birlikdə Karolinqlər İmperiyasının əsası qoyuldu. Hansı ki, həmin imperiya 843-cü ildə imzalanmış Verden müqaviləsi nəticəsində parçalandı.[31] Frank Krallığının süqutunun ardınca, Almaniya tarixi 900 il müddətinə Müqəddəs Roma İmperiyasının tarixi ilə birləşdi. Əvvəllər Şərqi Frank krallığı adlanan bu ərazi qərbdə Reyn çayından şərqdə Elba çayına, şimalda Şimal dənizindən cənubda Alp dağlarına qədər uzanırdı. Saksoniya sülaləsi (919–1024) öz hakimiyyəti dövründə bir çox böyük knyazlıqları öz ərazisinə birləşdirdi və alman kralı I Otto 962-ci ildə həmin ərazilərdə Müqəddəs Roma İmperiyasının əsasını qoydu. 966-cı ildə III Otto taxta çıxdıqdan qısa müddət sonra öz qohumu V Qriqorini papa təyin etdi və beləliklə, V Qriqori ilk alman papa kimi tarixə keçdi. Salian sülaləsinin hakimiyyəti dövründə İtaliyanın şimalı və Burqundiya da imperiya ərazisinə birləşdirildi.[32]
12-ci əsrdə, Hohenştaufen sülaləsi (1138–1254) dövründə alman hökmdarları imperiyanın sərhədlərini cənuba və şərqə doğru genişləndirərək slavyanlar tərəfindən məskunlaşılmış əraziləri də ələ keçirdilər. Əksər üzvləri şimali alman şəhərlərindən ibarət olan Hanza ittifaqı ticarətin genişləndirilməsi sayəsində bölgəni inkişaf etdirməyə nail oldu.[33] Cənubda isə Böyük Ravensburq Ticarət Korporasiyası oxşar funksiyanı icra edirdi. 1356-cı ildə imperator IV Karl tərəfindən imzalanmış dekretə əsasən imperiyanın əsas konstitusional strukturu müəyyən edilirdi və həmin struktura əsasən imperator yeddi nəfər seçici tərəfindən təyin olunmalı idi.[34]
1315-ci ildə baş tutmuş "Böyük aclıq" illərinin ardınca, 1348–1350-ci illər aralığında baş vermiş "Qara ölüm" adlı taun pandemiyası nəticəsində 14-cü əsrin birinci yarısında əhalinin sayı xeyli azalmışdı.[35] Əhalinin say baxımından tənəzzülə uğramasına baxmayaraq, alman rəssamları, mühəndisləri və alimləri tərəfindən inkişaf etdirilmiş texnikalar italyan rəssamları və konstruktorları tərəfindən Venesiya, Florensiya və Genuya kimi italyan şəhər-dövlətlərinin çiçəklənməsində istifadə olunmuşdur. Dövrün alman ixtiraçısı Yohan Qutenberq hərəkətli metal lövhələrin köməyi ilə kitab çapını asanlaşdırmış və elmin cəmiyyət arasında yayılmasını sürətləndirməyə nail olmuşdur.[36]
1517-ci ildə Vittenberq keşişi Martin Lüter katolik kilsəsinin indulgensiyaların satışı aktına qarşı "95 tezis" çıxışı ilə yadda qalmışdır. 1555-ci ildə Auqsburq sülhünün imzalanması nəticəsində "Lüteranizm" inancı katolisizmə alternativ kimi qəbul olundu.
Köln müharibəsindən Otuzillik müharibənin başa çatmasına qədər olan müddət ərzində baş verən dini münaqişələr alman ərazilərini viran hala salmışdı.[37] Həmin müharibələr nəticəsində alman dövlətləri öz əhalisinin təqribən 30 faizini, bəzi yerlərdə isə 80 faizindən çoxunu itirdi.[38] 1648-ci ildə imzalanan Vestfaliya sülhü bu din müharibələrini bitirdi. Həmin sülh müqaviləsi nəticəsində imperiya bir neçə müstəqil dövlətə parçalandı. 1740-cı ildən sonra, Avstriyada hökm sürən Habsburqlar sülaləsi və Prussiya dövləti alman əyalətlərini öz tərəflərinə çəkib ölkəyə tamamilə hökm etməyə başladılar.[39]
1772-ci ildə və sonradan, 1793 və 1795-ci ildə iki dominant alman dövləti olan Prussiya və Avstriya, həmçinin Rusiya imperiyası Polşa torpaqlarını öz aralarında bölüşdürməyə razılaşdılar. Bölüşdürülmə nəticəsində milyonlarla polyakdilli əhali iki alman monarxiyasının idarəçiliyi altına düşdü. Anneksiya olunmuş ərazilər Prussiya krallığı və Habsburqlar sülaləsinə birləşdirilsə də, həmin ərazilər rəsmi şəkildə Müqəddəs Roma İmperiyasının tərkib hissəsi hesab olunmadı.[40][41] 1806-cı ildə Napoleon müharibələri ərzində Müqəddəs Roma İmperiyası tamamilə süquta uğradı və bir çox alman dövləti Fransanın təsiri altına düşdü. 1815-ci ilə qədər Fransa, Rusiya, Prussiya və Habsburqlar (Avstriya) dövlətləri Napoleon müharibələri ərzində alman əraziləri uğrunda mübarizə aparırdı.[42]
Almaniya İttifaqı və İmperiya
[redaktə | mənbəni redaktə et]Napoleonun hakimiyyətdən düşməsinin ardınca, 1814-cü ildə toplanmış Vyana konqresi zamanı 39 suveren dövlətdən ibarət Almaniya İttifaqının əsası qoyuldu. İttifaqın daimi prezidenti olaraq Avstriya imperatorunu təyin etməsi konqresin Prussiyanın alman dövlətləri arasında artan nüfuzunu qəbul etməməsindəki uğursuzluğu göstərirdi ki, bu da Hohenzollern və Habsburqlar sülalələrinin hakimiyyət uğrunda uzunmüddətli çəkişmələrinin yaranmasına səbəb olmuşdu. Vyana konqresinə cavab olaraq Avropanın bir çox ölkələrində narazılıqlar baş verdi. Xüsusilə də Almaniyada elm və fəlsəfə sahələrində müşahidə olunan inkişaf və liberalizm hərəkatı xalqların öz hüquqlarını axtarmasında əsas faktor oldu. Alman gömrük ittifaqının yaradılması müxtəlif alman dövlətləri arasında iqtisadi vəhdətin yaranmasına səbəb oldu.[43]
Bu dövrdə alman xalqının əksər hissəsi Böyük Fransa inqilabı və millətçilik hərəkatından təsirləndi. 1832-ci ilin may ayında təşkil edilmiş Hambax festivalı alman xalqı arasında birlik, azadlıq və demokratiya meyillərini gücləndirən əsas hərəkat oldu. Avropada baş vermiş 1848-ci il üsyanları nəticəsində Fransada respublika elan olundu. Bu hərəkatın uğurla başa çatması ilə birlikdə alman intellektuallar və xalq da Almaniyada inqilab başlatdılar. Başlanğıcda hökmdarlar tələb edilən liberal haqları təsdiqlədi. Prussiya kralı IV Fridrix Vilhelmə bir neçə haqqı alınmış şəkildə krallıq təklif olunsa da, bunu qəbul etmədi. Ölümündən sonra onun yerinə hakimiyyətə I Vilhelm gəldi.
Kral I Vilhelm 1862-ci ildə Otto fon Bismarkı Prussiyanın baş naziri vəzifəsinə təyin etdi. Bismark 1864-cü ildə baş vermiş Danimarka ilə müharibə nəticəsində bəzi əraziləri ələ keçirdi. Prussiya qoşunları 1866-cı ildə Avstriya ilə müharibədə də qalib gələrək Şimali Alman İttifaqını yaratdı və Avstriyanı bu ittifaqa daxil etmədi. Fransa–Prussiya müharibəsində fransızları məğlub etdikdən sonra, 1871-ci ildə Versal sarayında toplaşan alman şahzadələri Avstriya və İsveçrənin almandilli əraziləri istisna olmaqla, Almaniyanın bütün parçalanmış hissələrini vahid dövlətdə birləşdirərək Almaniya İmperiyasının əsasını qoydular. Ölkənin qurucusu Prussiya Krallığı idi. İmperiyaya Hohentsollern sülaləsi başçılıq edirdi və ölkənin paytaxtı Berlin seçilmişdi.
İmperiyanın qurulması dövründə hakimiyyətdə olan I Vilhelm xarici siyasətdə Almaniyanı digər böyük dövlətlər kimi güclü vəziyyətə gətirmək üçün çalışmışdır. Fransadan diplomatik olaraq uzaq durmağa çalışılmış və müharibədən çəkinilmişdir. II Vilhelmin hakimiyyəti dövründə isə Almaniya digər Avropa ölkələri kimi imperialist siyasət xətti tutmuş və bəzən müstəmləkələri məsələsində qonşu dövlətlərlə mübarizəyə girmişdir. 1879-cu ildə Almaniya ilə Avstriya-Macarıstan imperiyaları Rusiyanın mümkün müdaxiləsinə qarşı bir-birlərinə kömək etmək məqsədilə İkili ittifaq yaratmışdır. Oxşar şəkildə, Birləşmiş Krallıq, Fransa və Rusiya da Rusiyanın Balkanlardakı maraqlarına qarşı Avstriya müdaxiləsi, həmçinin Almaniyanın Fransaya müdaxilə etməsi ehtimalına qarşı ittifaq yaratmışdır.[44]
Almaniyanın imperialist siyasətinin ölkə xaricinə çıxması nəticəsində dövlət digər Avropa gücləri kimi Afrikanın bölüşdürülməsində iştirak etmişdir. 1884-cü ildə keçirilmiş Berlin konfransı zamanı Afrika ərazisi Avropanın böyük gücləri arasında bölünmüşdür. Həmin bölüşdürülmə nəticəsində Almaniyanın payına Alman Şərqi Afrikası, Alman Cənub-Qərbi Afrikası, Toqo və Kamerun düşdü.[45] Sonradan, Almaniya öz müstəmləkə imperiyasının sahəsini genişləndirərək Sakit Okeanda yerləşən Alman Yeni Qvineyası, Alman Mikroneziyası, Alman Samoası və Çin ərazisi hesab olunan Tszyao-Çjou körfəzini öz ərazilərinə daxil etdi. 1904 və 1907-ci illər aralığında Cənub-Qərbi Afrikanın (müasir Namibiya) alman müstəmləkə hökuməti müstəmləkə idarəçiliyinə qarşı üsyana qalxan yerli Herero və Namaka xalqlarına qarşı cəza tədbiri olaraq qətliam həyata keçirmişdir ki, bu da sonradan "İyirminci əsrin ilk soyqırımı" kimi tarixə keçmişdir. Ümumilikdə, təqribən yüz min insan, hereroların 80 faizi, namakaların isə 50 faizi qətlə yetirilmişdir.[46][47]
28 iyun 1914-cü ildə Sarayevoda Avstriya-Macarıstan İmperiyasının vəliəhdi Franz Ferdinandın sui-qəsd nəticəsində öldürülməsinə cavab olaraq, Avstriya İmperiyasının Serbiyaya hücuma keçməsi nəticəsində Birinci Dünya müharibəsi başladı. Dörd il davam edən müharibə təxminən iki milyon alman hərbçinin həlak olması ilə nəticələndi[48] və 11 noyabr 1918-ci ildə imzalanmış atəşkəslə birlikdə alman qoşunları öz evlərinə qayıtmışdır. Müharibədə məğlub olan Almaniyada 1918-ci ilin noyabrında başlamış inqilab nəticəsində imperator II Vilhelm hakimiyyətdən imtina etmək məcburiyyətində qaldı. Almaniyanın yeni siyasi hökuməti isə 1919-cu ildə Versal sülh müqaviləsi imzaladı. Bu müqavilə ilə birlikdə Almaniya İttifaq dövlətlərinin üzvü kimi Birinci Dünya müharibəsində müttəfiq dövlətlərə qarşı məğlub olduğunu qəbul edirdi. Almanlar müqaviləni alçaldıcı və ədalətsiz hesab etdilər və bu hadisə sonralar tarixçilər tərəfindən Adolf Hitlerin hakimiyyətə gəlməsinin əsas səbəbi kimi qəbul edildi.[49][50][51] Birinci Dünya müharibəsindəki məğlubiyyət nəticəsində Almaniya Avropadakı ərazisinin təqribən 13 faizini, həmçinin bütün müstəmləkələrini itirdi.[52]
Veymar Respublikası və Nasist Almaniyası
[redaktə | mənbəni redaktə et]Uğurla başa çatan 1918-ci ilin noyabr inqilabının ardınca respublika elan olundu. 9 noyabr 1918-ci ildə qurulduğu elan olunan dövlət öz adını milli məclisin yeni konstitusiyanı formalaşdırmaq üçün toplaşdığı Veymar şəhərindən alırdı.[53] Bu hadisədən əvvəl Roza Lüksemburq və Karl Libknext 1918-ci ildə Almaniya Kommunist Partiyasını təsis etmişdilər. Bundan başqa, Alman Fəhlə Partiyası isə 5 yanvar 1919-cu ildə quruldu. Bu partiya daha sonra, 24 fevral 1920-ci ildə Nasional Sosialist Alman Fəhlə Partiyasına çevrildi. Bu vacib partiyalardan əlavə bir çox başqa partiyalar da mövcud idi.
Mühüm sənaye mərkəzlərində qanlı küçə döyüşlərinin baş verdiyi səs-küylü dövr, Rur bölgəsinin Belçika və Fransa qoşunları tərəfindən işğal edilməsi, 1922–1923-cü illərdə baş verən hiperinflyasiya və Almaniyadakı iqtisadi böhranı yatırmaq üçün təklif olunan Daues planı, həmçinin 1924-cü ildə yeni valyutanın yaradılması ölkədə bədii inovasiya və liberal mədəni həyatın inkişaf dövrü hesab olunur. Tarixçilər 1924 və 1929-cu illər aralığındakı periodu "qismən stabilləşmə" dövrü kimi təsəvvür edirlər.[54] Qlobal miqyaslı Böyük böhran Almaniyanı 1929-cu ildə vurdu. 1930-cu ildə keçirilən federal seçkilərdən sonra, prezident Paul fon Hindenburq tərəfindən kansler Henrix Brüninq hökumətinə parlament icazəsi olmadan hərəkət etmə imkanı verildi. Brüninq hökuməti sərt maliyyə siyasəti həyata keçirdi ki, bu da 1932-ci ilə qədər ölkədəki işsizliyin təqribən 30 faizədək yüksəlməsinə səbəb oldu.[55]
Adolf Hitler tərəfindən rəhbərlik olunan Nasional Sosialist Alman Fəhlə Partiyası 1932-ci ildə keçirilmiş xüsusi federal seçkilərdə qalib gəldi. Bir neçə uğursuz kabinetdən sonra, prezident Hindenburq 30 yanvar 1933-cü il tarixində Adolf Hitleri Almaniya kansleri elan etdi.[56] Reyxstaq binasında baş verən yanğın hadisəsindən sonra, əsas mülki hüquqların ləğv olunması barədə fərman imzalandı və bir neçə həftə ərzində Daxauda ilk nasist həbs düşərgəsi açıldı.[57][58] 1933-cü ildə qəbul olunmuş qanun nəticəsində Hitler qeyri-məhdud hakimiyyət əldə etdi. Bundan qısa müddət sonra onun rəhbərlik etdiyi hökumət totalitar dövlət formalaşdırdı, milli referendumun nəticələrinə əsasən ölkə Millətlər Liqasını tərk etdi və Almaniyanın yenidən silahlanması prosesi başladıldı.[59]
Büdcə kəsirini bağlamaq və iqtisadiyyatı yeniləmək məqsədilə əsas diqqət hökumət tərəfindən maliyyələşdirilən ictimai işlərə yönəldildi. 1934-cü ildə cəmi 1.7 milyon alman (əhalinin təqribən 2 faizi) ictimai iş layihələrində fəaliyyət göstərərək həm gəlir qazanır, həm də sosial mənfəət əldə edirdi.[60] Bu cür layihələrdən ən məşhuru isə yüksək sürətli avtomobil yolları ilə bağlı idi.[61] Növbəti beş il ərzində bu cür iqtisadi layihələr sayəsində işsizlik azaldı və həm saatlıq, həm də həftəlik ortalama əmək haqqılarda artım baş verdi.
Rejim 1935-ci ildə Versal sülh müqaviləsindən çıxdı və yəhudiləri, həmçinin digər etnik azlıqları hədəf alan Nürnberq qanunları qəbul olundu. Almaniya həmçinin 1935-ci ildə Saar bölgəsində nəzarəti yenidən ələ keçirdi, 1936-cı ildə Reynboyu vilayətinə daxil oldu, 1938-ci ildə Avstriya anneksiya olundu, Münhen sazişi ilə birlikdə Çexoslovakiyanın Sudet bölgəsi anneksiya olundu və 1939-cu ilin martında Münhen sazişinin müddəalarına zidd şəkildə Çexoslovakiyanın işğalı prosesi başladı.[62]
1938-ci ilin noyabrında tarixə "Kristal gecə" adı ilə daxil olan yəhudi poqromu baş verdi. "Kristal gecə" ərzində yüzlərlə sinaqoq yandırıldı, minlərlə yəhudi iş yeri dağıdıldı və Almaniya daxilində yaşayan təqribən 30,000 yəhudi kişi nasistlər tərəfindən həbs olundu. Bir çox yəhudi qadın həbs olundu, həmçinin yəhudilərin saxlanıldığı həbsxanalarda komendant saatı elan edildi.[63]
1939-cu ilin avqustunda Nasist Almaniyası ilə Sovet İttifaqı arasında Şərqi Avropanın bu ölkələrin maraq dairəsinə uyğun şəkildə bölüşdürülməsini və bir-birilərinə qarşı hücuma keçməməyi nəzərdə tutan Molotov-Ribbentrop paktı imzalandı. Bu razılaşmanın ardınca, 1 sentyabr 1939-cu ildə alman qoşunları Polşanı işğal etdi və Avropada İkinci dünya müharibəsi başladı.[64][65]
Hitlerin bu hərəkətlərinə cavab olaraq, iki gün sonra, 3 sentyabrda Almaniyanın Böyük Britaniya tərəfindən hərbi əməliyyatların dərhal dayandırılması barədə göndərilən ultimatuma məhəl qoymaması nəticəsində Böyük Britaniya və Fransa Almaniyaya müharibə elan etdi.[66] 1940-cı ilin payızında alman qoşunları Danimarka, Norveç, Niderland, Belçika, Lüksemburqu işğal etdi, həmçinin Fransanın əksər hissəsini işğal edərək fransız hökumətini atəşkəs imzalamağa məcbur etdi. Elə həmin il ingilislər alman hava hücumunun qarşısını almağa nail oldu. 1941-ci ildə alman qoşunları Yuqoslaviya, Yunanıstan və Sovet İttifaqı ərazilərinə daxil oldu. 1942-ci ilə qədər Almaniya və müttəfiqləri Avropa qitəsinin böyük hissəsini və Şimali Afrikanı ələ keçirə bilsə də, Sovet qoşunlarının Stalinqrad döyüşündə qalib gəlməsinin ardınca, müttəfiq qoşunlar Şimali Afrikanı geri qaytardı və 1943-cü ildə İtaliya ərazisinə daxil oldu. Alman qoşunları ardıcıl hərbi məğlubiyyətlərə məruz qaldı.[64] 1944-cü ilin iyununda Antihitler koalisiyası qoşunları Overlord əməliyyatı ilə birlikdə Fransa ərazisinə daxil oldu. Bununla eyni zamanda, Şərq cəbhəsində Sovet qoşunları Şərqi Avropanın içərilərinə doğru irəliləməyə başladı. Alman qoşunlarının Arden meşələri istiqamətində sonuncu əks-hücum cəhdinə baxmayaraq, 1944-cü ilin sonlarına qədər müttəfiqlər Almaniyaya daxil ola bildi. Hitlerin ölümünün ardınca, Berlin döyüşü ərzində, 8 may 1945-ci ildə alman silahlı qüvvələrinin təslim olması nəticəsində Avropada İkinci dünya müharibəsi başa çatdı.[67] İkinci dünya müharibəsinin başa çatmasından sonra, nasist rejimin keçmiş üzvləri törətdikləri müharibə cinayətlərinə görə Nürnberq prosesinə cəlb olundu.[68][69]
Sonradan Holokost olaraq bilinən hadisələr zamanı alman hökuməti azlıqları təqib etmiş və Avropanın müxtəlif nöqtələrində yerləşən nasist həbs və ölüm düşərgələri şəbəkəsi vasitəsilə özlərindən aşağı səviyyədə gördükləri insanlara qarşı soyqırım həyata keçirmişdir. Nasistlər tərəfindən həyata keçirilmiş bu soyqırımlar nəticəsində 6 milyon yəhudi, 220000 ilə 1500000 arasında qaraçı, 275000 əlil, minlərlə Yehovanın Şahidləri, yüz minlərlə Almaniya əleyhinə fikirləri olan siyasi və dini şəxsiyyət də daxil olmaqla, ümumilikdə 17 milyon insan sistematik şəkildə qətlə yetirilmişdir.[70] Alman qoşunları tərəfindən işğal olunmuş ərazilərdə aparılan nasist siyasəti nəticəsində 2,7 milyon polyak, 1,3 milyon ukraynalı, 1 milyon belorus və 3,5 milyon Sovet müharibə əsiri öldürülmüşdür.[68] Bunlara əlavə olaraq, alman işğalı altındakı Avropa ərazilərindən toplanmış 12 milyon insan Almaniya sənayesində kölə kimi istifadə olunmuşdur. Müharibə nəticəsində Almaniya 5.3 milyon insan itirmişdir.[71][72] Müharibənin başa çatmasından sonra təqribən 12 milyon etnik alman məcburi şəkildə Şərqi Avropadan çıxarılmışdır. Almaniya bu müharibə səbəbilə müharibədən əvvəlki ərazisinin dörddə bir hissəsini itirmişdir. Strateji bombardmanlar və quru döyüşləri bir çox şəhərin və mədəni abidələrin dağılmasına səbəb olmuşdur.
Şərqi və Qərbi Almaniya
[redaktə | mənbəni redaktə et]Nasist Almaniyasının təslim olmasından sonra, Antihitler koalisiyası Berlin və Almaniyanın qalan bütün ərazilərini dörd işğal zonasına böldü. Fransa, Birləşmiş Krallıq və ABŞ tərəfindən nəzarət olunan qərb sektoru adlanan ərazidə 23 may 1949-cu ildə Almaniya Federativ Respublikasının əsasının qoyulduğu halda, 7 oktyabr 1949-cu ildə Sovet işğal zonasında Almaniya Demokratik Respublikası yaradıldı. Bu ölkələr qeyri-rəsmi şəkildə müvafiq olaraq Qərbi Almaniya və Şərqi Almaniya adlanırdı. Şərqi Almaniya Şərqi Berlini öz paytaxtı elan etsə də, "iki dövlət" həll yolunu müvəqqəti status-kvo kimi qəbul edən Qərbi Almaniya isə Bonn şəhərini paytaxt seçdi.[73]
Federal parlamentli respublika şəklində qurulan Qərbi Almaniya sosial bazar iqtisadiyyatı modelinə üstünlük verdi. Qərbi Almaniya 1948-ci ilin əvvəlində Marşal planı adlanan ABŞ tərəfindən Avropa ölkələrinə yönələn dəstəyin əsas alıcısına çevrildi və bundan öz sənayesini yenidən qurmaq üçün istifadə etdi.[74] Konrad Adenauer 1949-cu ildə Almaniyanın ilk federal kansleri seçildi və 1963-cü ilədək bu vəzifədə qaldı. Onun və onun ardınca kansler seçilən Lüdviq Erhardın dövründə ölkə 1950-ci illərin başlanğıcından etibarən uzunmüddətli iqtisadi artım əldə etdi ki, bu da sonradan tarixə "iqtisadi möcüzə" kimi daxil oldu.[75] Almaniya Federativ Respublikası 1955-ci ildə NATO-ya daxil oldu və 1957-ci ildə əsası qoyulan Avropa İqtisadi Birliyi adlı təşkilatın qurucu üzvlərindən biri oldu.
Şərqi Almaniya isə bir Şərq bloku dövləti kimi işğal qüvvələri və Varşava Müqaviləsi Təşkilatı vasitəsilə SSRİ-nin siyasi və hərbi nəzarəti altında idi. Şərqi Almaniyada demokratiya elan olunmasına baxmayaraq, bütün siyasi güc kommunistlər tərəfindən idarə olunan Almaniya Sosialist Birlik Partiyasının aparıcı üzvlərinin əlində cəmləşmişdi və geniş səlahiyyətləri olan xüsusi xidmət orqanı cəmiyyətin bir çox aspektlərinə nəzarət edirdi.[76] Ölkədə Sovet tərzi planlı iqtisadiyyat yaradıldı və Şərqi Almaniya Qarşılıqlı İqtisadi Yardımlaşma Konseyinə üzv qəbul olundu.[77] Ölkənin sosial proqramını anladan və bunun faydalarından bəhs edən kommunist təbliğatına baxmayaraq, bir çox vətəndaş qərbdəki siyasi azadlıq və iqtisadi rifaha heyranlıq hissi ilə yanaşırdı.[78]
13 avqust 1961-ci ildə sürətlə inşa olunan Berlin divarı Şərqi Almaniya vətəndaşlarının Qərbi Almaniyaya qaçmasının qarşısını almaq məqsədilə inşa olunmuşdu və tədricən Soyuq müharibənin simvoluna çevrildi.[79] 26 iyun 1963-cü ildə Con Kennedinin "Mən bir Berlinliyəm" çıxışı başqa bir ABŞ Prezidenti Ronald Reyqanın 12 iyun 1987-ci ildəki "Bu divarı sökün!" nitqi ilə üst-üstə düşürdü. 1989-cu ildə Berlin divarının sökülməsi hadisəsi kommunizmin süqutu, Sovet İttifaqının dağılması, alman yenidən birləşməsinin əsas simvolu hesab olunur.[80]
1970-ci illərin əvvəllərindən etibarən Almaniya Federativ Respublikasının kansleri Villi Brandtın "Ostpolitik" (yeni şərq siyasəti) adlanan siyasəti sayəsində Şərqi və Qərbi Almaniya arasındakı gərginlik azalmışdı. 1989-cu ilin yayında Macarıstanın "Dəmir pərdə"ni sökməsi və Avstriya ilə sərhədi açmağa qərar verməsi minlərlə Şərqi Almaniya vətəndaşının Macarıstan və Avstriya vasitəsilə Qərbi Almaniyaya köç etməsinə səbəb oldu. Bu cür hadisələrin Almaniya Demokratik Respublikası üzərində dağıdıcı təsirləri oldu və ölkə üzrə baş verən kütləvi etiraz aksiyaları hökumətə qarşı narazılığı daha da artırdı. Bütün bunların nəticəsində Şərqi Almaniya hökuməti sərhəd məhdudiyyətlərini yüngülləşdirdi və ölkə vətəndaşlarının Qərbi Almaniyaya səyahət etməsinə icazə verildi. Bir il sonra, 12 sentyabr 1990-cı ildə "İki üstəgəl dörd razılaşması" əsasında dörd işğal gücü Almaniyanın təslimiyyət sənədində ifadə olunan hüquqlarından imtina etdilər və nəticədə, Almaniya tam suverenlik əldə etdi. 3 oktyabr 1990-cı ildə isə Almaniyanın yenidən birləşməsi prosesi tamamlandı.
Almaniyanın yenidən birləşməsi və Avropa İttifaqı
[redaktə | mənbəni redaktə et]Almaniyanın yenidən vahid dövlət halında birləşdirilməsindən sonra ölkə Qərbi Almaniyanın əvvəlcədən üzv olduğu təşkilatlardakı mövcudluğunu saxladı.[82] 1994-cü ildə qəbul olunmuş Berlin-Bonn aktına əsasən Berlin şəhəri yenidən birləşmiş Almaniyanın paytaxtı seçildi, Bonn şəhəri isə "federal şəhər" statusu əldə etdi və bəzi nazirliklər burada saxlanıldı.[83] Hökumətin yerdəyişməsi 1999-cu ildə tamamlandı.[84] 1998-ci ildə keçirilmiş seçkilərin nəticələrinə görə Almaniya Sosial-Demokrat Partiyasının üzvü Gerhard Şröder Almaniyanın federal kansleri təyin olundu. Şröderin hökumət başçısı olduğu iki dövr ərzində həyata keçirilən islahatlar nəticəsində əmək bazarı daha çevik hala gəldi və işsizlik azaldı.
Yenidən birləşmədən əvvəl mövcud olan şərqi alman iqtisadiyyatının modernizasiyası və qərbə inteqrasiyası prosesinin uzunmüddətli olacağı və 2019-cu ilə qədər davam edəcəyi gözlənilirdi. Qərbdən şərqə illik transferin təqribi məbləği 80 milyard ABŞ dolları olaraq hesablanmışdır.[85]
Yenidən birləşmədən sonra Almaniya Avropa İttifaqında daha aktiv rol oynamağa başlamışdır. 1992-ci ildə Almaniyanın Avropalı tərəfdaş ölkələrlə birlikdə Maastrixt sazişi imzalamasının ardınca, 1999-cu ildə Avrozona yaradıldı və 2007-ci ildə Lissabon müqaviləsi imzalandı.[86] Almaniya Balkanlarda stabilliyi qorumaq məqsədilə öz sülhməramlılarını buraya göndərdi, həmçinin öz qoşunlarının bir hissəsini Taliban terror qruplaşması ilə mübarizə aparmaq üçün NATO-nun tərkib hissəsi kimi Əfqanıstana göndərdi.[87] Qoşunların xarici ölkələrdəki münaqişə zonalarına göndərilməsi Almaniyanın öz qoşunlarını yalnız müdafiə məqsədilə istifadə etmək barədə olan yerli qanunları ilə ziddiyyət təşkil edirdi.[88]
2005-ci ildə keçirilmiş federal seçkilər nəticəsində Angela Merkel ölkənin ilk qadın kansleri seçildi. 2009-cu ildə alman hökuməti iqtisadiyyatın bəzi sahələrini iqtisadi tənəzzüldən qorumaq məqsədilə 50 milyard avro dəyərində iqtisadi stimul planı qəbul etdi.[89]
2009-cu ildə liberal-mühafizəkar koalisiyasından Angela Merkel ikinci dəfə, 2013-cü ildə isə üçüncü dəfə ardıcıl şəkildə Almaniyanın Federal Kansleri təyin olundu. 21-ci əsrin əvvəlində Almaniyanın əsas siyasi layihələrinə Avropa inteqrasiyasının dərinləşdirilməsi, tükənməz enerji təchizatının artırılması, balanslaşdırılmış büdcə siyasətinin təşkili və alman iqtisadiyyatının gələcək dəyişimini təmin etmək üçün yüksək texnologiya strategiyalarının hazırlanması daxil idi.[90]
2015-ci ildə baş vermiş Avropa miqrant böhranı Almaniyaya da təsir etdi. Afrika və Yaxın Şərq kimi regionlardan Avropa İttifaqına daxil olan sığınacaq axtarışında olan insanların əksər hissəsinin son dayanacağı Almaniya hesab olunurdu. Bu hadisələr zamanı Almaniya hökuməti bir milyondan artıq məcburi köçkün və miqrantı qəbul edərək, növbəti mərhələdə kvota sistemi tətbiq etdi və həmin miqrantları gəlir vergisi dərəcəsi, əhalinin sıxlığı nəzərə alınmaqla müxtəlif federal ştatlara yerləşdirdi.[91]
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Qərbi və Mərkəzi Avropa regionlarında yerləşən Almaniya şimaldan Danimarka, şərqdən Polşa və Çex Respublikası, cənub-şərqdən Avstriya, cənub-qərbdən İsveçrə, qərbdən Fransa, Lüksemburq və Belçika, şimal-qərbdən Niderlandla həmsərhəddir. Ölkə 47° və 55° şimal paralelləri, həmçinin 5° və 16° şərq meridianları arasında yerləşir. Mərkəzi Avropanın üçüncü ən böyük gölü olan Boden gölü Almaniya, İsveçrə və Avstriya dövlətlərinin sərhədində yerləşir.[92] Almaniyanın ümumi sahəsi 357,021 km² təşkil edir ki, bunun da 349,223 km²-i quru sahədən, 7,798 km²-i isə su sahəsindən ibarətdir. Ölkə ərazisinin böyüklüyünə görə Avropada yeddinci, dünyada isə 64-cü yerdədir.[93]
Yüksəklik aralığı cənubda Alp dağlarından başlayır və şimal-qərbdə Şimal dənizi, şimal-şərqdə Baltik dənizinə qədər müxtəliflik təşkil edir. Mərkəzi Almaniyadakı meşəlik ərazidəki yaylalarla şimaldakı alçaq səviyyədə yerləşən düzənliklərə çıxış Reyn, Dunay və Elba çayları vasitəsilə təmin olunur. Ölkə ərazisində rast gəlinən mühüm təbii resurslara dəmir filizi, kömür, potaş, linyit, uranium, mis, təbii qaz, duz, nikel və su daxildir.[93]
İqlim
[redaktə | mənbəni redaktə et]Almaniyanın əksər hissəsində rütubətli qərb küləklərinin üstün olduğu mülayim iqlim üstünlük təşkil edir. Ölkə Qərbi Avropanın dəniz iqlimi və Şərqi Avropanın kontinental iqlimi arasında yerləşir. İqlim Qolfstrim cərəyanının şimal uzantısı hesab olunan Şimali Atlantika cərəyanının təsiri altındadır. Bu isti cərəyanların təsiri nəticəsində Şimal dənizinin sahilində yerləşən ərazilərdə dəniz iqlimi hakimdir. Almaniyada illik ortalama 789 mm atmosfer yağıntıları müşahidə olunur və davamlı quru mövsümlərə rast gəlinmir. Qış mövsümü sərin, yay isə ilıq olur. Yay aylarında temperatur 30 °C-dək yüksəlir.[95]
Şərq bölgələrində iqlim nisbətən quru olur. Ölkənin mərkəzi və qərb bölgələrində isə dəniz iqlimi və kontinental iqlim müxtəliflik göstərir. Almaniyanın əksər hissələrində dəniz iqlimi və kontinental iqlimin hakim olmasına baxmayaraq, ucqar cənubda Alp dağlarında isə daha aşağı temperatur və daha artıq atmosfer yağıntıları müşahidə olunur.[95]
Ölkə ərazisində indiyə qədər qeydə alınmış ən yüksək temperatur 41,2 °C (2019-cu ilin iyulunda, Duysburq şəhəri) olduğu halda, ən aşağı temperatur isə −37.8 °C (1929-cu ilin fevralında, Pfaffenhofen-an-der-İlm şəhəri) qeydə alınmışdır.[96]
Biomüxtəliflik
[redaktə | mənbəni redaktə et]Almaniya ərazisi iki ekoloji bölgəyə ayrılır: Avropa-Aralıq dənizi dağlıq qarışıq meşələri və Şimal-şərqi Atlantik şelf zonası.[97] 2008-ci ilə olan məlumata əsasən Almaniya ərazisinin əsas hissəsi kənd təsərrüfatına yararlı torpaq (34%), meşələr (30.1%), daimi otlaqlar (13.4%) və 11,8%-i isə yaşayış məntəqələrindən ibarətdir.[98]
Bitki və heyvan növləri Mərkəzi Avropanın qalan bölgələri ilə eynidir. Fıstıq, palıd və başqa başqa yarpaqdəyişən ağaclar meşələrin üçdə bir hissəsini təşkil edir. Ölkə boyunca həyata keçirilən yaşıllaşdırma tədbirləri nəticəsində iynəyarpaqlı ağacların sayında artım müşahidə olunur. Küknar və ağ şam yüksək dağlıq ərazilərdə, şam ağacı və qaraşam kimi ağaclar isə düzənlik ərazilərdə üstünlük təşkil edir. Çiçək, göbələk və mamırların müxtəlif növlərinə rast gəlinir. Almaniyada rast gəlinən vəhşi heyvanlara Mərkəzi Avropa qırmızı maralı, çöldonuzu, muflon, adi tülkü, porsuq, boz dovşan və az sayda qunduz daxildir.[99] Mavi əkin güləvəri bir vaxtlar Almaniyanın milli simvolu hesab olunurdu.[100]
Almaniya ərazisində 16 milli park yerləşir. Buna əlavə olaraq, ölkə ərazisində 15 biosfer rezervi və 98 təbiət parkı vardır. Almaniyada qeydiyyatdan keçmiş 400-dən çox zoologiya parkı mövcuddur.[101] 1844-cü ildə açılmış Berlin zooparkı Almaniyanın ən köhnə zooparkı hesab olunur. Burada dünyanın müxtəlif yerlərində rast gəlinən heyvan növləri nümayiş olunur.[102]
İnzibati ərazi bölgüsü
[redaktə | mənbəni redaktə et]Almaniya ərazisində 16 əyalət və bunlara daxil olan 439 rayon vardır.
Əyalətlər və paytaxtları
[redaktə | mənbəni redaktə et]
|
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Almaniya iqtisadiyyatı Sosial yönümlü bazar iqtisadiyyatıdır. Ölkə iqtisadiyyatı üçün yüksək ixtisaslaşmış işçi qüvvəsi, inkişaf etmiş infastruktur, böyük həcmdə kapital ehtiyatı, korrupsiyanın çox aşağı səviyyəsi xarakterikdir, lakin ölkədə son illər korrupsiyanın və rüşvətin artması meylləri sezilir.[103] Həmçinin Almaniyada yüksək səviyyəli innovasiya mövcuddur.
Almaniyanın ÜDM-i 3.332 milyard dollara bərabərdir.[104] Bu göstəriciyə görə Almaniya Avropada birinci, dünyada isə 4-cü yeri tutur. Bundan başqa Almaniya ixrac həcminə görə dünyada Çindən sonra ikinci yeri tutur. 2009-cu ildə Almaniyanın ümumi ixracatı 1.120 trilyon dollar olmuşdur ki, bu da Ümumi Daxili Məhsulun üçdə birini təşkil edir. Almaniya külək və günəş enerjisinə aid olan məhsulların istehsalına görə dünyada birinci yeri tutur. Hər il beynəlxalq ticarətə dair konfranslar Almaniyanın müxtəlif şəhərlərində, Hannover, Frankfurt və Berlində keçirilir. Ölkə ixracatının əsas hissəsini mühəndislik ixtisasına aid məhsullar tutur. Bunlar avtomobil və müxtəlif maşınlar, kimya və metal məhsullarıdır.
Almaniyada fəal işçi qüvvəsinin sayı 43.5 milyondur, işsizlik səviyyəsi isə 2010-cu il Oktyabr ayı məlumatlarına görə 6,7%-dir. İşçi qüvvəsinin 67%-i xidmət sahəsində, 29%-i sənayedə, təxminən 2%-i isə kənd təsərrüfatında təmsil olunub. Ölkədə adambaşına düşən ümumi daxili məhsul miqdarı 42.000 ABŞ dollarıdır, lakin bununla belə 20 il əvvəl vahid dövlətdə birləşməsinə baxmayaraq, Şərqi Almaniya iqtisadi cəhətdən Qərbi Almaniyadan hələ də xeyli geridədir. Şərqi Almaniyada insanların gəliri qərbdəkindən 25% aşağıdır, işsizlik isə burada qərbə nisbətən 2 dəfə yüksəkdir.[105] Almaniya hökumətinin planlarına görə Şərqi Almaniya ilə Qərbi Almaniya arasındakı iqtisadi göstəricilərə görə fərqlər 2019-cu ildə tam olaraq aradan qalxmalıdır.
Almaniya iqtisadiyyatı İkinci dünya müharibəsindən sonra sürətli inkişafda olmuşdur. Buna əsas təkan verən faktorlar Marşal planı, müharibədən sonra Almaniyada çoxlu sayda ucuz və yüksək ixtisaslaşmış işçi qüvvəsi, həmçinin vahid Avropa bazarının yaradılması olmuşdur. 1957-ci ildə qurulan Avropa Birliyinin ilk üzvləri Qərbi Almaniya, Belçika, Fransa, Luksemburq, İtaliya, və Niderland olmuşdur. Sürətlə inkişaf edən Qərbi Almaniyaya Türkiyədən, Yunanıstandan, İtaliyadan və Portuqaliyadan çoxlu sayda qastarbayterlər (qonaq işçilər) axın etməyə başladı, lakin kommunizmin çökməsindən və Almaniyanın birləşməsindən sonrakı illərdə ölkə iqtisadiyyatının artım sürəti azaldı, 2000-ci illərdən sonra isə ümumiyyətlə inkişaf dayandı. Son illər dünyada baş verən iqtisadi böhran Almaniyadan da yan keçməyib, ölkə iqtisadiyyatı 2 il dalbadal, 2009 və 2010-cu illərdə azalmağa doğru gedib.
Aşağıdakı cədvəldə Almaniya iqtisadiyyatının son illərdəki artım tempi və ÜDM həcmi göstərilib:
1992 | 1993 | 1994 | 1995 | 1996 | 1997 | 1998 | 1999 | |
---|---|---|---|---|---|---|---|---|
ÜDM | € 1646.62 mlrd | € 1694.37 mlrd | € 1780.78 mlrd | € 1848.45 mlrd | € 1878.18 mlrd | € 1915.58 mlrd | € 1965.38 mlrd | € 2012.00 mlrd |
Artım | +7.3% | +2.9% | +5.1% | +3.8% | +1.5% | +2.1% | +2.6% | +2.4% |
2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | |
---|---|---|---|---|---|---|---|---|---|---|
ÜDM | € 2062.50 mlrd | € 2113.16 mlrd | € 2143.18 mlrd | € 2163.80 mlrd | € 2210.90 mlrd | € 2242.20 mlrd | € 2325.10 mlrd | € 2428.20 mlrd | € 2495.80 mlrd | € 2409.10 mlrd |
Artım | +2.5% | +2.5% | +1.4% | +1.0% | +2.2% | +1.4% | +3.7% | +4.4% | +2.8% | -3.5% |
Əhali
[redaktə | mənbəni redaktə et]31 dekabr 2011-ci il məlumatlaarına görə Almaniyada 81 843 743 nəfər əhali məskunlaşıb.[106] Əhalisinin sayına görə Almaniya Avropada 2-ci, dünyada isə 16-cı yeri tutur. Əhalisinin sıxlığı hər kvadrat kilometr üçün 230 nəfərdir ki, bu yüksək göstərici hesab olunur. Orta həyat davamlılığı 80 ildir, bu göstəriciyə görə Almaniya dünyada qabaqcıl yerlərdən birini tutur, lakin buna baxmayaraq ölkədə ölüm səviyyəsi doğumdan daha yüksəkdir ki, bu da Almaniya əhalisinin azalmasına səbəb olmaqdadır. Ölkədə 15 yaşından yuxarı insanların 99 faizi yazıb oxumağı bacarır, lakin yeni böyüyən nəsildə savadlılıq səviyyəsinin xeyli aşağı olması Almaniya rəhbərliyini narahat edən problemlərdəndir. Bundan başqa Almaniya miqrantların sayına görə də dünyada öncül yerlərdən birini tutur. Hal-hazırda Almaniyada 10 milyon nəfər Almaniyadan kənarda doğulmuş şəxs yaşayır. Bunların böyük hissəsi keçmir SSRİdə yaşayan etnik almanlar, həmçinin Almaniyaya işləməyə gələn türklər və polyaklardır. Hesablamalara görə Almaniyada doğulan və yaşı 5-dən az olan uşaqların 30 faizinin bir və ya hər iki valideyni qeyri-almandır. Əhalinin 91,5%-ni almanlar, 2,4%-ni türklər, 0,7%-ni italyanlar, 0,4%-ni yunanlar, 0,4%-ni polyaklar təşkil edir. Bundan başqa Almaniyadan kənarda çoxlu sayda etnik alman yaşayır.
Almaniya çox yüksək səviyyədə urbanizasiyalaşmış ölkə sayılır. Ölkə əhalisinin təxminən 90 faizə yaxını şəhərlərdə yaşayır.[107] Almaniyada əhalisi 1 milyon nəfərdən çox olan dörd şəhər yerləşir. Bunlar Berlin, Hamburq, Münhen və Köln şəhərləridir.
Dil
[redaktə | mənbəni redaktə et]Almaniyada rəsmi dil Alman dilidir. Bu dil Almaniyada ən geniş yayılmış dildir və demək olar ki, ölkədə yaşayan hər bir insan bu dili yüksək səviyyədə bilir. Həmçinin alman dili Avropa Birliyinin 23 rəsmi dilindən biridir, həmçinin 3 işçi dillərdən biridir. (digər iki işçi dili İngilis dili və Fransız dilidir) Yerli etnik azlıqların dili kimi danimarka dili, sorbiya dili, friziya dilləridir. Həmçinin son illərdə Almaniyaya köç etmiş miqrantların istifadə etdiyi dillər kimi Türk dili[108] Polyak dili, Rus dili[109] və Balkan yarımadasından olan xalqların dilləridir.
Bütün dünyada alman dili 100 milyon nəfər üçün əsas dil, təxminən 80 milyon nəfər üçün isə ikinci dildir. Alman dili Avropa Birliyində olan 90 milyon (18%) nəfər üçün ana dilidir. Almaniya əhalisinin 67% alman dilindən başqa daha bir dil, 27% isə alman dilindən başqa daha iki dil bilir. Ölkədə daha geniş yayılmış xarici dil ingilis dilidir. Xarici dil bilən almanların 51%-i ingilis dilini, 15%-i fransız dilini, 5%-i isə rus dilini bilir.
Din
[redaktə | mənbəni redaktə et]30% protestantlar (lüteranlar)[110], 30% katoliklər[111], 4% müsəlmanlar[112] təşkil edir. Son illərdə Almaniyada xristianların sayının azalması ilə bərabər, ateistlərin sayı artmaqdadır[113].
Xristianlıq Almaniyada Roma İmperiyası və Frank Krallığı dövründə yayılmağa başlayıb. İlk dövrlərdən Almaniya əhalisi Roma Katolik kilsəsinə sadiq olsa da, reformasiya hərəkatı başlanan zamandan etibarən Almaniya katolik kilsəsindən ayrılmağa başladı. 16-cı əsrdən etibarən daha çox alman protestanlığı qəbul etdi. Hal-hazırda da Almaniyadakı xristianların əksəriyyəti protestant olmaqdadır.
İslam barədə Almaniya tarixində çox az şey məlumdur. Almaniya torpağına ilk gələn müsəlmanlar 1683-cü ildə Vyana mühasirəsi zamanı əsir düşmüş türk əsgərləri olmuşdular. Daha sonra onların bir çoxu ya xristianlığı qəbul edərək Almaniyada qalmış, ya da öz vətəninə qayıtmışdılar. Daha sonra rus-osmanlı müharibələrində əsir düşmüş türk əsgərləri bir neçə dəfə Almaniyaya gətirilmişdilər. 1741-ci ildə etibarən Prussiya kralı Frederik II dövründə tatar, Bosniya və Albaniya müsəlmanlarından ibarət 1000 nəfər əsgər olan polk Prussiya ordusunda daimi xidmət edir. Həmin polk Ulan (türkcə oğlan) polku adlanırdı. 1798-ci ildə Almaniyada indiyə qədər mövcud olan ilk müsəlman qəbiristanlığı salınır.[114] Almaniyada ilk məscid 1779-cu ildə tikilir[115], lakin müsəlmanların sayı əsas olaraq İkinci dünya müharibəsindən sonra sürətlə artmağa başlayır. Hal-hazırda da müsəlmanlar ateistlərlə birgə sayı sürətlə artan qruplardandır.
Almaniya həmçinin yəhudilərin ənənəvi olaraq yaşadığı ölkələrdən olmuşdur. Almaniyanın birləşməsindən əvvəl, 1989-cu ildə burada 30.000 yəhudi yaşasa da, SSRİ-nin dağılmasının ardından bir çox yəhudinin bura köçməsi onların sayının çoxalmasına səbəb olmuşdur. 2004-cü ildə Almaniyada 200.000 yəhudi yaşayırdı. Bundan başqa ölkədə təxminən 250.000 buddist yaşayır ki[116], bunların da yarısı Asiya ölkələrindən bura gəlmiş immiqrantlardır.
İdman
[redaktə | mənbəni redaktə et]İdman alman həyatının ayrılmaz hissəsidir. 27 milyon almaniyalı idman klublarının üzvüdür, 12 milyon almaniyalı isə idman ilə individual olaraq məşğul olur. Almaniyada 91.000-dən çox idman klubu fəaliyyət göstərir. Olimpiya oyunlarında qazanılmış medalların sayına görə Almaniya bütün dünyada 3-cü yeri tutur. Həmçinin Almaniya 2 dəfə Olimpiya oyunlarına evsahibliyi edib. Bunlar 1936-cı ildə Berlində və 1972-ci ildə Münhendə keçirilən Olimpiada Oyunları olub.
İdman oyunları içərisində Almaniyada ən geniş yayılan növü futboldur. Almaniya Futbol Assosasiyası özündə 26.000 futbol klubunu və 6.6 milyon üzvü özündə birləşdirən böyük bir qurumdur. Almaniya futbol liqası Bundesliqa dünyadakı peşəkar idman yarışları içərisində özünə ən çox tamaşaçı cəlb edən yarışlardan biri hesab olunur. Futbol üzrə Almaniya yığma komandası 4 dəfə Dünya və 3 dəfə Avropa çempionu olub. Digər yarışlardan hokkey, reqbi, tennis və motorlu yarışlar da Almaniyada geniş yayılıb. "Formula-1"də alman pilotu Mihael Şumaxer 7 dəfə dünya çempionu olub.
Elm
[redaktə | mənbəni redaktə et]Almaniyada elm orta əsrlərdən bəri sürətlə inkişaf etməkdədir. Hal-hazırda da Almaniyada elmə yatırım çox yüksək səviyyədədir və bu məqam ölkə iqtisadiyyatının sürətlə inkişafına əsas təkan verən amillərdəndir. İndiyə kimi 103 alman Nobel mükafatına layiq görülmüşdür. Müasir dövrdə Almaniyada elmin inkişafına sənaye, universitetlər və dövlət tərəfindən böyük həcmdə yardımlar ayrılır.
Təhsil
[redaktə | mənbəni redaktə et]Almaniyada yüksək səviyyəli və keyfiyyətli təhsil mövcuddur. Burada təhsil ilə əlaqədar işlərə mərkəzi hökumət deyil, federal əyalətlər cavabdehdir. Uşaq bağçalarına gediş könüllü olsa da, orta məktəbdə 9 illik təhsil ölkədəki bütün uşaqlar üçün məcburi xarakter daşıyır. Bu gün Almaniyanın ali məktəblərində 1,98 milyon tələbə təhsil alır. Onların demək olar ki, yarısı, 48 faiz qadınlardır. Ümumilikdə 376 ali məktəb ali təhsil təklif edir və bunlardan 102-si universitet, 170-i ali peşə məktəbi və 69-u özəl ali məktəbdir. Ötən illərdə xarici tələbələrin sayı hiss olunacaq dərəcədə artmışdır.
Avropanın yalnız çox az dövlətləri Almaniya kimi çoxtərəfli təhsil imkanları təklif edir. 160-dan çox şəhərdə 376 ali məktəb gənclərə ali təhsil verir. Elmi cəhətdən güclü olan məktəblər yalnız Berlin və Hambuq kimi böyük şəhərlərdə deyil, Haydelberq kimi balaca şəhərlərdəki təhsil məktəbləri də bütün dünyada tanınır.
Ali məktəblər haqqında məlumat
[redaktə | mənbəni redaktə et]Bir fakültənin tələbələri nə qədər razıdırlar. Onların elmi təchizatı necədir. Müvafiq universitet və ali məktəb axtarışında tələbələrin çoxlu sualları vardır. Almaniyada onlar öz suallarına Ali məktəb İnkişafı Mərkəzinin (Centrums für Hochschulentwicklung-CHE) siyahılarında tapa bilərlər. AİM-in məlumatları almandilli universitetləri və ali peşə məktəbləri haqqında ən ətraflı və detallı məlumatlardır.
Buraya 35 fənn daxildir və bununla demək olar ki, abituriyentlərin 3/4-dən çoxunun köməyinə gəlir. Təhsilə, təchizata və tədqiqata dair faktlarla yanaşı, həmçinin 250000 tələbənin də təhsil şərtləri və fakültələrin ayrı-ayrı fənn professorları arasındaki çəkisi haqqında fikirləri ilə də tanış olmaq olar.
Ali məktəb növləri
[redaktə | mənbəni redaktə et]Ali peşə məktəbi, texniki ali məktəb, universitet, peşə akademiyası: Alman ali məktəb təhsil sistemi çoxtərəflidir və müxtəlif ali məktəb növlərindən ibarətdir. Bu ola bilər ki, ilk baxışda insanı çaşdırır, ancaq həm də o deməıkdir ki, müxtəliflik ən yaxşı təhsil seçiminə imkan yaradır. Təcrübəyə daha çox üstünlük verənlər peşə ali məktəbi, nəzəriyyəyə əsaslanan tədqiqata üstünlük verənlər isə universiteti seçirlər.
Bu gün Almaniyanın ali məktəblərində 1,98 milyon tələbə təhsil alır. Onların demək olar ki, yarısı, 48 faiz qadınlardır. Ümumilikdə 376 ali məktəb ali təhsil təklif edir və bunlardan 102-si universitet, 170-i ali peşə məktəbi və 69-u özəl ali məktəbdir. Ötən illərdə xarici tələbələrin sayı hiss olunacaq dərəcədə artmışdır.
Avropanın yalnız çox az dövlətləri Almaniya kimi çoxtərəfli təhsil imkanları təklif edir. 160-dan çox şəhərdə 376 ali məktəb gənclərə ali təhsil verir. Elmi cəhətdən güclü olan məktəblər yalnız Berlin və Hambuq kimi böyük şəhərlərdə deyil, Haydelberq kimi balaca şəhərlərdəki təhsil məktəbləri də bütün dünyada tanınır.
Siyasət
[redaktə | mənbəni redaktə et]Almaniyada xarici siyasət orqanları bir sıra özünəməxsusluğa malikdirlər. Xarici siyasət sahəsində federal torpaqların səlahiyyətləri kifayət qədər məhduddur. Xarici əlaqələrin federal orqanları ikipalatalı parlament, prezident, federal kansler və hökumət, xarici işlər naziridir. İkipalatalı parlament bundestaq və bundesratdan ibarətdir.
Xarici əlaqələrin ali orqanı prezident olsa da, real hakimiyyət, demək olar ki, tamamilə icra edici hakimiyyətin — hökumət və onun başçısı kanslerin əlindədir. Hətta buna görə alman sistemini hərdən kansler diktaturası adlandırırlar.
Parlament qanunverici formalaşdırmaya ehtiyac duyan xarici əlaqələr məsələləri həll edir. Hər palatanın ayrıca xarici işlər üzrə komissiyası var. Bütövlükdə xarici əlaqələr sahəsi faktiki olaraq prezidentin, federal kanslerin, federal hökumətin və xarici işlər nazirliyinin əlində cəmləşib.
İcraedici hakimiyyətin hüquqlarının genişlənməsi Almaniyada uzun müddət federal kansler xətti ilə getmişdi.
Əsas əməliyyat halqası başda federal nazir olmaqla xarici işlər nazirliyidir. Bundan başqa xarici işlər nazirinin müavini qismində iki dövlət naziri işləyir ki, onlardan biri avropa işləri üzrə müavindir. Həmçinin iki baş (stats) katib fəaliyyət göstərməkdədir ki, onlardan biri nazirliyin direktorlar konfransı adlanan kollegiyasına rəhbərlik edir. Həmçinin XİN strukturuna Avropa və qərb şöbələri, Şərq şöbəsi, ticarət-siyasi və hüquqi şöbələr, kadrlar şöbəsi və mədəniyyət işləri üzrə idarə daxildir. Almaniyanın xaricdəki missiyalarında bir qayda olaraq, siyasi şöbələrdən başqa geniş iqtisadi şöbələr, həmçinin informasiya və mədəniyyət üzrə şöbələr mövcuddur, maliyyə, sığorta, sosial məsələlər üzrə referentlər çalışır. Bütövlükdə alman diplomatik qurumunda 5600 yaxın adam işləyir (3200 nəfəri xaricdə).
Almaniyada seçkilərdə 18 yaşı tamam olmuş bütün Almaniya vətəndaşları iştirak edə bilərlər. Əsas siyasi partiyalar:
- Almaniya Sosial-Demokrat Partiyası — ASDP (1946), 774 min nəfər üzvü, sədr: F. Munteferinq.
- Yaşıllar Alyansı — 90, sədr: H. Restel.
- Xristian-Demokratik İttifaqı — XDİ (1945), 636 min nəfər üzvü, sədr: A. Merkel
Silahlı qüvvələr
[redaktə | mənbəni redaktə et]Almaniya Silahlı Qüvvələri (alm. Bundeswehr) quru qoşunlarından, hərbi hava qüvvələrindən (Luftwaffe) və hərbi dəniz qüvvələrindən ibarətdir. Almaniyada hərbi xidmət 18 yaşından yuxarı olan bütün kişilər üçün məcburidir. Hərbi xidmət müddəti 6 aydan ibarətdir. Almaniyanın 2009-cu ildə hərbi xərcləri 45,6 mld. dollar olub. Hərbi xərclərin miqdarına görə dünyada 7-ci yeri tutur. Hərbi xərclər Almaniya Ümumi Daxili Məhsulunun 1,3%-ni təşkil edir ki, bu da aşağı göstərici hesab olunur.[117] Hal-hazırda Almaniya ordusunda 200.500 peşəkar hərbçi, 50.000 nəfər 6 ay müddətinə orduda xidmət edən 18–25 yaş arası çağırışçı və 2.500 nəfər aktiv ehtiyat hərbçi xidmətdədir. 2001-ci ildə qadınların alman ordusunda xidmət etməsinə icazə verilmişdir, lakin onlar məcburi çağırışa məhkum deyillər. Hal-hazırda Almaniya ordusunda 14.500 qadın xidmət edir, indiyə kimi 2 qadın general rütbəsinə qədər yüksələ bilmişdir.
Alman ordusu Soyuq Müharibə dövründə Almaniyadan kənarda heç bir hərbi əməliyyatlarda iştirak etməmişdir. Buna baxmayaraq, keçirilən hərbi təlimlərdə əsgər itkiləri baş verirdi. Məsələn, 1957-ci ildə Bavariyada keçirilən hərbi təlimdə 15 desant əsgəri İller çayına eniş edərək orada boğulmuşdur, lakin Soyuq Muharibədən sonrakı dövrdə Almaniya xarici ölkələrdə gedən müharibələrdə iştirak edir. Hal-hazırda alman ordusunun minlərlə əsgəri Əfqanıstanda gedən müharibədə iştirak edir. Bundan başqa alman ordusunun əsgərləri Kosovoda, Livanda, Bosniya və Herseqovinada sülhməramlı kontingentin tərkibinə daxildirlər. 1994-cü ildən bəri 70 alman əsgəri Almaniyadan kənarda aparılan hərbi əməliyyatlarda öldürülüb.
Bundan başqa Almaniya NATO-nun üzvüdür. Bir neçə NATO ölkəsinin qoşunları isə Almaniyada yerləşir. İkinci dünya müharibəsindən sonra Almaniyada xarici ölkələrin yüz minlərlə əsgəri yerləşirdi, lakin Soyuq müharibənin bitməsindən sonra bu qoşunların bir çoxu ölkəni tərk etdi. Hal-hazırda Almaniyada 64.000 ABŞ və 20.000 nəfər Böyük Britaniya əsgəri var. Böyük Britaniya 2020-ci ilə kimi bütün əsgərlərini Almaniyadan çıxaracağını bəyan edib.[118]
Yeni qəbul olunmuş qanuna əsasən 2011-ci ildən etibarən Almaniyada məcburi əsgərlik xidməti ləğv olunur. Hərbi xidmətini yerinə yetirmək istəməyənlər bu vəzifədən azad ediləcəklər. Beləliklə Almaniyada 57 ildir davam edən hərbi xidmətə çağırış sona çatdı. Məcburi əsgərliklə əlaqədar konstitusiya maddəsi olduğu kimi qalacaq, lakin ölkədə zəruri əsgərlik qəti surətdə tətbiq olunmayacaq. Yəni Almaniya nə vaxtsa hücuma məruz qalarsa məcburi xidmət birmənalı şəkildə yenidən tətbiq ediləcək.[119] Ölkədə bundan sonra silahlı qüvvələrin əsas hissəsini müqavilə əsasında xidmət edən əsgərlər və muzdlular təşkil edəcək.
Şəkillər
[redaktə | mənbəni redaktə et]- Bavariyada Alp dağlarının mənzərəsi
- Bavariyada 12-ci əsrdə tikilmiş kral qəsri
- Tevtoburqda meşə görüntüsü
- Ulm şəhərində kitabxana
- Almaniyada Külək Elektrik Stansiyası
- Münhendə stadion
- Heydelberq şəhərin mərkəz hissəsi
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Süsterhenn A., Heuss T., Schmid C. Artikel 20 (1) // Grundgesetz für die Bundesrepublik Deutschland (alm.). // Bundesgesetzblatt / Hrsg.: Bundesministerium der Justiz Bo: Bundesanzeiger Verlag, 1949. Vol. 1949, burax. 1. S. 1–20.
- ↑ Bundesrepublik Deutschland - Was heißt das? (alm.).
- ↑ Süsterhenn A., Heuss T., Schmid C. Art. 22 (2) // Grundgesetz für die Bundesrepublik Deutschland (alm.). // Bundesgesetzblatt / Hrsg.: Bundesministerium der Justiz Bo: Bundesanzeiger Verlag, 1949. Vol. 1949, burax. 1. S. 1–20.
- ↑ https://www.protokoll-inland.de/SharedDocs/downloads/Webs/PI/DE/Beflaggung/FlaggendesBundes/Bekanntmachung_Bundeswappen.pdf?__blob=publicationFile&v=2 (alm.). / Hrsg.: Bundesministerium des Innern und für Heimat 1950. S. 1.
- ↑ https://web.archive.org/web/20190311191212/https://www.protokoll-inland.de/SharedDocs/Downloads/PI/DE/Allgemeines/bgbl_bundeswappen.html;jsessionid=69535C13E2F3A88D67A06887F049476A.2_cid295?nn=3314334 (alm.). / Hrsg.: Bundesministerium des Innern und für Heimat
- ↑ Federal Statistical Office and the statistical Offices of the Länder Arxivləşdirilib 2010-08-01 at the Wayback Machine (alm.)
- ↑ § 23 Amtssprache (1) // Verwaltungsverfahrensgesetz.
- ↑ Adler A., Silveira M. R. Welche Sprachen werden in Deutschland gesprochen? (alm.). // Sprachreport: Informationen und Meinungen zur deutschen Sprache 2021. S. 1. ISSN 0178-644X
- ↑ https://web.archive.org/web/20110111043412/http://ec.europa.eu/economy_finance/euro/countries/germany_en.htm (ing.). / European Commission
- ↑ http://www.bpb.de/nachschlagen/lexika/lexikon-der-wirtschaft/19280/europaeische-wirtschafts-und-waehrungsunion (alm.). / Hrsg.: Bundeszentrale für politische Bildung
- ↑ https://www.ionos.de/digitalguide/domains/domainendungen/cctlds-laenderspezifische-top-level-domain-liste/ (alm.). / Hrsg.: Ionos
- ↑ http://rammb.cira.colostate.edu/dev/hillger/driving-customs.htm (ing.).
- ↑ § 3 Abs. 1 // Straßenverkehrs-Ordnung.
- ↑ Mangold, Max, redaktorDuden, Aussprachewörterbuch (German) (6th). Dudenverlag. 2005. 271, 53f. ISBN 978-3-411-04066-7.
- ↑ "Germany Top Migration Land After U.S. in New OECD Ranking". Bloomberg. 20 may 2014. 17 March 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2019.
- ↑ "Trends in International Migrant Stock: The 2015 Revision". United Nations Department of Economic and Social Affairs, Population Division. 2015. 2019-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-07.
- ↑ Demshuk, Andrew. The Lost German East. 30 aprel 2012. ISBN 978-1-107-02073-3. 1 dekabr 2016 tarixində arxivləşdirilib.
- ↑ Wilhelm Schmidt, Geschichte der deutschen Sprache. Ein Lehrbuch für das gemanistische Studium. 7., verbesserte Aufl., Stuttgart / Leipzig 1996, S. 80 f. (alm.)
- ↑ Wagner, G. A; Krbetschek, M; Degering, D; Bahain, J.-J; Shao, Q; Falgueres, C; Voinchet, P; Dolo, J.-M; Garcia, T; Rightmire, G. P. "Radiometric dating of the type-site for Homo heidelbergensis at Mauer, Germany". Proceedings of the National Academy of Sciences of the United States of America. 107 (46). 27 avqust 2010: 19726–19730. Bibcode:2010PNAS..10719726W. doi:10.1073/pnas.1012722107. ISSN 0027-8424. PMC 2993404. PMID 21041630. 1 yanvar 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2019.
- ↑ Gerhard Trnka. "Rezension zu: H. Thieme (Hrsg.): Die Schöninger Speere, ...es sind acht Speere...(There are eight javelins)". H-Soz-Kult. 28 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2019.
- ↑ "Earliest music instruments found". BBC News. BBC. 25 may 2012. 3 sentyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2019.
- ↑ "Ice Age Lion Man is world's earliest figurative sculpture". The Art Newspaper. 31 yanvar 2013. 15 fevral 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2019.
- ↑ "The Venus of Hohle Fels". donsmaps.com. 14 may 2009. 4 yanvar 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2019.
- ↑ "Nebra Sky Disc". Unesco memory of the World. 2013. 11 oktyabr 2014 tarixində arxivləşdirilib.
- ↑ Claster, Jill N. Medieval Experience: 300–1400. New York University Press. 1982. səh. 35. ISBN 978-0-8147-1381-5.
- ↑ Fulbrook, Mary (1991). A Concise History of Germany. Cambridge University Press. ISBN 978-0-521-36836-0, pp. 9–13.
- ↑ Fichtner, Paula S. Historical Dictionary of Austria. Volume 70 (2nd). Scarecrow Press. 2009. səh. xlviii. ISBN 978-0-8108-6310-1. 16 may 2016 tarixində arxivləşdirilib: "When the Romans began to appear in the region, shortly before the beginning of the Christian era, they turned Noricum into an administrative province, which encompassed much of what today is Austria."
- ↑ Modi, J. J. "The Ancient Germans: Their History, Constitution, Religion, Manners and Customs". The Journal of the Anthropological Society of Bombay. 10 (7). 1916: 647.
Raetia (modern Bavaria and the adjoining country)
- ↑ Rüger, C. Germany // Bowman, Alan K.; Champlin, Edward; Lintott, Andrew (redaktorlar ). The Cambridge Ancient History: X, The Augustan Empire, 43 B.C. – A.D. 69. Volume 10 (2nd). Cambridge University Press. 2004 [1996]. 527–28. ISBN 978-0-521-26430-3. 23 dekabr 2016 tarixində arxivləşdirilib.
- ↑ Bowman, Alan K.; Garnsey, Peter; Cameron, Averil. The crisis of empire, A.D. 193–337. The Cambridge Ancient History. 12. Cambridge University Press. 2005. səh. 442. ISBN 978-0-521-30199-2.
- ↑ Fulbrook 1991, p. 11.
- ↑ McBrien, Richard. Lives of the Popes: The Pontiffs from St. Peter to Benedict XVI. HarperCollins. 2000. səh. 138.
- ↑ Fulbrook 1991, pp. 13–24.
- ↑ Fulbrook 1991, p. 27.
- ↑ Nelson, Lynn Harry. The Great Famine (1315–1317) and the Black Death (1346–1351). University of Kansas. 29 aprel 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 may 2019.
- ↑ Eisenstein, Elizabeth. (1980). The printing press as an agent of change. Cambridge University Press, pp. 3–43.
- ↑ Philpott, Daniel. "The Religious Roots of Modern International Relations". World Politics. 52 (2). January 2000: 206–245. doi:10.1017/S0043887100002604.
- ↑ Macfarlane, Alan. The Savage Wars of Peace: England, Japan and the Malthusian Trap. Blackwell. 1997. səh. 51. ISBN 978-0-631-18117-0.
- ↑ Gagliardo, G. Reich and Nation, The Holy Roman Empire as Idea and Reality, 1763–1806. Indiana University Press. 1980. 12–13.
- ↑ Bideleux, Robert; Jeffries, Ian. A History of Eastern Europe: Crisis and Change. Routledge. 1998. səh. 156.
- ↑ Batt, Judy; Wolczuk, Kataryna. Region, State and Identity in Central and Eastern Europe. Routledge. 2002. səh. 153.
- ↑ Fulbrook 1991, p. 97.
- ↑ Henderson, W. O. "The Zollverein". History. 19 (73). January 1934: 1–19. doi:10.1111/j.1468-229X.1934.tb01791.x.
- ↑ Fulbrook 1991, pp. 135, 149.
- ↑ Black, John, redaktor100 maps. Sterling Publishing. 2005. səh. 202. ISBN 978-1-4027-2885-3.
- ↑ Olusoga, David and Erichsen, Casper W (2010). The Kaiser's Holocaust. Germany's Forgotten Genocide and the Colonial Roots of Nazism. Faber and Faber. ISBN 978-0-571-23141-6
- ↑ Olusoga, David. "Dear Pope Francis, Namibia was the 20th century's first genocide". The Guardian. The Guardian News and Media Limited. 18 aprel 2015. 3 iyun 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 may 2019.
- ↑ Crossland, David. "Last German World War I Veteran Believed to Have Died". Spiegel Online. 22 yanvar 2008. 8 oktyabr 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 may 2019.
- ↑ Boemeke, Manfred F.; Feldman, Gerald D.; Glaser, Elisabeth. Introduction // Versailles: A Reassessment after 75 Years. Publications of the German Historical Institute. Cambridge University Press. 1998. 1–20. ISBN 978-0-521-62132-8.
- ↑ Klein, Fritz. Between Compiègne and Versailles: The Germans on the Way from a Misunderstood Defeat to an Unwanted Peace // Boemeke, Manfred F.; Feldman, Gerald D.; Glaser, Elisabeth (redaktorlar ). Versailles: A Reassessment after 75 Years. Publications of the German Historical Institute. Cambridge University Press. 1998. 203–220. ISBN 978-0-521-62132-8.
- ↑ Keylor, William R. Versailles and International Diplomacy // Boemeke, Manfred F.; Feldman, Gerald D.; Glaser, Elisabeth (redaktorlar ). Versailles: A Reassessment after 75 Years. Publications of the German Historical Institute. Cambridge University Press. 1998. 469–505. ISBN 978-0-521-62132-8.
- ↑ "GERMAN TERRITORIAL LOSSES, TREATY OF VERSAILLES, 1919". United States Holocaust Memorial Museum. United States Holocaust Memorial Museum, Washington, DC. 4 iyul 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 may 2019.
- ↑ Fulbrook 1991, pp. 156–160.
- ↑ Williamson. Germany since 1815: A Nation Forged and Renewed. Palgrave Macmillan. 2005. 186–204.
- ↑ "PROLOGUE: Roots of the Holocaust". The Holocaust Chronicle. 1 yanvar 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 may 2019.
- ↑ Fulbrook 1991, pp. 155–158, 172–177.
- ↑ Richard Evans, The Coming of the Third Reich. New York: Penguin, 2003, ISBN 978-0-14-303469-8 p. 344
- ↑ "Ein Konzentrationslager für politische Gefangene in der Nähe von Dachau". Münchner Neueste Nachrichten ("The Munich Latest News") (German). 21 mart 1933. 10 may 2000 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "Industrie und Wirtschaft" (German). Deutsches Historisches Museum. 30 aprel 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 may 2019.
- ↑ McNab, p. 54
- ↑ Evans, Richard J. (2005). The Third Reich in Power. New York: Penguin. ISBN 978-0-14-303790-3 pp. 322–326, 329
- ↑ Fulbrook 1991, pp. 188–189.
- ↑ "The "Night of Broken Glass"". www.ushmm.org (ingilis). 11 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 may 2019.
- ↑ 1 2 Fulbrook, pp. 190–195.
- ↑ Axelrod, Alan (2007) Encyclopedia of World War II, Volume 1. Infobase Publishing. pp. 659.
- ↑ Hiden, John; Lane, Thomas (2003). The Baltic and the Outbreak of the Second World War. Cambridge University Press. ISBN 978-0-521-53120-7, pp. 143–144.
- ↑ Steinberg, Heinz Günter. Die Bevölkerungsentwicklung in Deutschland im Zweiten Weltkrieg: mit einem Überblick über die Entwicklung von 1945 bis 1990 (German). Kulturstiftung der dt. Vertriebenen. 1991. ISBN 978-3-88557-089-9.
- ↑ 1 2 Ian Kershaw.Stalinism and Nazism: dictatorships in comparison Arxiv surəti 30 sentyabr 2023 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2015-09-15 at the Wayback Machine. Cambridge University Press, 1997, p.150 ISBN 0-521-56521-9
- ↑ Overy, Richard. "Nuremberg: Nazis on Trial". BBC History. 17 fevral 2011. 16 mart 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 may 2019.
- ↑ Niewyk, Donald L.; Nicosia, Francis R. The Columbia Guide to the Holocaust. Columbia University Press. 2000. 45–52. ISBN 978-0-231-11200-0.
- ↑ Overmans, Rüdiger. Deutsche militärische Verluste im Zweiten Weltkrieg. Oldenbourg. 2000. ISBN 978-3-486-56531-7.
- ↑ Kershaw, Ian. The End; Germany 1944–45. Allen Lane. 2011. 279.
- ↑ Wise, Michael Z. Capital dilemma: Germany's search for a new architecture of democracy. Princeton Architectural Press. 1998. səh. 23. ISBN 978-1-56898-134-5.
- ↑ Carlin, Wendy. West German growth and institutions (1945–90) // Crafts, Nicholas; Toniolo, Gianni (redaktorlar ). Economic Growth in Europe Since 1945. Cambridge University Press. 1996. səh. 464. ISBN 978-0-521-49964-4.
- ↑ Werner Bührer. "Deutschland in den 50er Jahren: Wirtschaft in beiden deutschen Staaten" [Economy in both German states]. Informationen zur Politischen Bildung. Bundeszentrale für politische Bildung. 24 dekabr 2002. 1 dekabr 2017 tarixində arxivləşdirilib.
- ↑ maw/dpa. "New Study Finds More Stasi Spooks". Spiegel Online. 11 mart 2008. 19 noyabr 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2019.
- ↑ "Germany (East)", Library of Congress Country Study, Appendix B: The Council for Mutual Economic Assistance Arxiv surəti 1 may 2009 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2009-05-01 at the Wayback Machine
- ↑ Protzman, Ferdinand. "Westward Tide of East Germans Is a Popular No-Confidence Vote". The New York Times. 22 avqust 1989. 4 oktyabr 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2019.
- ↑ "The Berlin Wall". 26 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2019.
- ↑ "What the Berlin Wall still stands for". CNN Interactive. 8 November 1999. 6 fevral 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2019.
- ↑ Vertrag zwischen der Bundesrepublik Deutschland und der Deutschen Demokratischen Republik über die Herstellung der Einheit Deutschlands (Einigungsvertrag) Arxiv surəti 4 fevral 2010 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 4 fevral 2010 at the Wayback Machine Unification Treaty signed by the Federal Republic of Germany and the German Democratic Republic in Berlin on 31 August 1990 (official text, in German).
- ↑ "Vertrag zwischen der Bundesrepublik Deutschland und der Deutschen Demokratischen Republik über die Herstellung der Einheit Deutschlands (Einigungsvertrag) Art 11 Verträge der Bundesrepublik Deutschland" (German). Bundesministerium für Justiz und Verbraucherschutz. 25 fevral 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2019.
- ↑ "Gesetz zur Umsetzung des Beschlusses des Deutschen Bundestages vom 20. Juni 1991 zur Vollendung der Einheit Deutschlands" [Law on the Implementation of the Beschlusses des Deutschen Bundestages vom 20. Juni 1991 zur Vollendung der Einheit Deutschlands] (PDF) (German). Bundesministerium der Justiz. 26 aprel 1994. 14 iyul 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 4 iyun 2019.
- ↑ "Brennpunkt: Hauptstadt-Umzug". Focus (German). 12 aprel 1999. 30 aprel 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2019.
- ↑ Kulish, Nicholas. "In East Germany, a Decline as Stark as a Wall". The New York Times. 19 iyun 2009. 3 aprel 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2019.
- ↑ "Lisbon Treaty : The making of". Council of the European Union. 20 may 2013 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2019.
After signature by all 27 Heads of State and governments, the Treaty will travel back to Brussels, where it will be officially sealed with the seals of the 27 Member States, on the 18th of December. Then, it will be sent to Rome, the Italian government being the depository of the Treaties.
- ↑ Dempsey, Judy. "Germany is planning a Bosnia withdrawal". International Herald Tribune. 31 oktyabr 2006. 11 noyabr 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2019.
- ↑ Merz, Sebastian. "Still on the way to Afghanistan? Germany and its forces in the Hindu Kush" (PDF). Stockholm International Peace Research Institute. 2007. 2, 3. 3 aprel 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 4 iyun 2019.
- ↑ "Germany agrees on 50-billion-euro stimulus plan". France 24. 6 yanvar 2009. 13 may 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2019.
- ↑ "Government declaration by Angela Merkel" (German). ARD Tagesschau. 29 yanvar 2014. 1 January 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2019.
- ↑ "Migrant crisis: Migration to Europe explained in seven charts". 28 yanvar 2016. 31 yanvar 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2019.
- ↑ Image #432, Flying Camera Satellite Images 1999 Arxiv surəti 15 oktyabr 2015 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 15 oktyabr 2015 at the Wayback Machine, Lloyd Reeds Map Collection, McMaster University Library.
- ↑ 1 2 "Germany". CIA World Factbook. Central Intelligence Agency. 11 fevral 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2019.
- ↑ Beck, Hylke E.; Zimmermann, Niklaus E.; McVicar, Tim R.; Vergopolan, Noemi; Berg, Alexis; Wood, Eric F. "Present and future Köppen-Geiger climate classification maps at 1-km resolution". Scientific Data. 5. 30 oktyabr 2018: 180214. doi:10.1038/sdata.2018.214.
- ↑ 1 2 "Climate in Germany". GermanCulture. 5 fevral 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2019.
- ↑ "Wetterrekorde Deutschland". wetterdienst.de. 2020-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2019.
- ↑ "Terrestrial Ecoregions". WWF. 2010-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2019.
- ↑ Strohm, Kathrin. "Arable farming in Germany" (PDF). Agri benchmark. may 2010. 2 iyul 2014 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 5 iyun 2019.
- ↑ Bekker, Henk. Adventure Guide Germany. Hunter. 2005. səh. 14. ISBN 978-1-58843-503-3.
- ↑ Marcel Cleene; Marie Claire Lejeune. Compendium of Symbolic and Ritual Plants in Europe: Herbs. Man & Culture. 2002.
The Cornflower was once the floral emblem of Germany (hence the German common name Kaiserblume).
- ↑ "Zoo Facts". Zoos and Aquariums of America. 7 oktyabr 2003 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2019.
- ↑ "Der Zoologische Garten Berlin" (German). Zoo Berlin. 30 aprel 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2019.
- ↑ "Korrupsiya Almaniyaya ildə 6 milyard avro zərər vurur". 2011-11-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-01-16.
- ↑ Beynəlxalq Valyuta Fondu Arxivləşdirilib 2011-11-10 at the Wayback Machine (ing.)
- ↑ "Almaniya Heç Kimə Borclu Deyil". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-17.
- ↑ "Area and population — Foreign population". 2010-08-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-02.
- ↑ Almaniyada Urbanizasiya Səviyyəsi Arxivləşdirilib 2010-07-21 at the Wayback Machine (ing.)
- ↑ Aktuell 2001, Harenberg Lexikon Verlag, Dortmund 2000, ISBN 3-611-00890-7, səh. 56
- ↑ "Rus dili Avropa, ABŞ və Kanadada". 2008-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-16.
- ↑ "EKD: Evangelische Kirche in Deutschland — EKD — Statistik". 2011-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-16.
- ↑ [1] [ölü keçid] (alm.)
- ↑ Studie über Muslime in Deutschland Arxivləşdirilib 2011-08-16 at the Wayback Machine (alm.)
- ↑ ABŞ dövlət departamentinin 2007-ci il hesabatı Arxivləşdirilib 2012-01-19 at the Wayback Machine (ing.)
- ↑ Almaniyada İslamın Tarixi [ölü keçid] (ing.)
- ↑ Şvezingen məscidi Arxivləşdirilib 2020-11-20 at the Wayback Machine (alm.)
- ↑ Religionen in Deutschland: Mitgliederzahlen Arxivləşdirilib 2008-06-25 at the Wayback Machine (alm.)
- ↑ 2009-cu ildə 15 Ən Böyük Hərbi Büdcəyə Malik Ölkələrin Siyahısı Arxivləşdirilib 2011-02-17 at the Wayback Machine (ing.)
- ↑ Böyük Britaniya 2020-ci ildə bütün qoşunlarının Almaniyadan çıxaracaq Arxivləşdirilib 2010-11-24 at the Wayback Machine (ing.)
- ↑ Almanlar 57 illik məcburi əsgərliyi aradan qaldırıb [ölü keçid]
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- deutschland.de Arxivləşdirilib 2012-03-24 at the Wayback Machine — Rəsmi Almaniya portalı
- Almaniya Kanslerinin rəsmi saytı Arxivləşdirilib 2012-10-14 at the Wayback Machine