Leopard 2 — Vikipediya

Leopard 2
Tipi Əsas döyüş tankı
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 1979- davam
İstismara başlanması 1979
İstifadə edilən döyüşlər Kosovo müharibəsi(1998-1999), Əfqanıstan müharibəsi (2001-günümüz)
İstehsal tarixçəsi
Konstruktor Kraus-Maffei Wegmann
Konstruksiya tarixi 1979- davam
İstehsalçı Krauss-Maffei Wegmann
Maschinenbau Kiel
Xüsusiyyətləri
Ağırlığı 62,3 ton
Şose sürəti 72 km/saat
geriyə 31 km/saat
Güc nisbəti 1500 at gücü.
Əsas silah 120-mm Rheinmetall Rh-120 (42)
Köməkçi silah 2 ədəd 7.62-mm MG3A1 (4750)
Uzunluğu 9997 mm (lülə ilə birlikdə)
Eni 3750 mm
Hündürlüyü 2790 mm
Ekipaj 4 nəfər (komandir, sürücü, topçu, yükləyici)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Leopard 2 Almaniya istehsalı 3-cü nəsil əsas döyüş tankıdır. Leopard 2 1970-ci illərin başlanğıcında dizayn olunmağa başlanmışdır. İlk nümunə 1979-cu ildə istehsal olunub. İngiltərəFransa xaricində 12 Avropa ölkəsinin silahlanmasında olan tankdır. Müxtəlif variantları Alman ordusu tərəfindən istifadə olunur.

Tankın iki inkişaf prosesi var. Leopard 2A4 tipinə qədər olanlar düz qülləyə sahib olduğu halda, Leopard 2A5 variantından etibarən qüllə daha maili formaya sahibdir. Bütün variantlar elektron atəş sistemi, lazer məsafə ölçən və termal kameraya sahibdir. Bu tanklar 4 metr dərinliyindəki sulardan keçməyə və 1 metr hündürlüyündəki divarları dağıtmağa qadirdir. 1500 at gücü olan V12 motoruna sahibdir ki, bu da tankın 70 km/s sürətlə hərəkət etməsinə şərait yaradır.

Almaniya istehsalı “Leopard 2A6” tankı

[redaktə | mənbəni redaktə et]
Almaniya ordusuna aid olan Leopard 2A6M
Almaniya ordusuna məxsus olan Leopard 2A6
Leopard 2A6HEL

İstehsalçı ölkə: Almaniya

Tip: Əsas döyüş tankı

İstehsalçı firma: Kraus-Maffei Wegmann

İstehsal tarixi: 2001 – davam edir

Xidmətə giriş ili: 2001 – günümüzə

İstehsal sayı: 500 ədəddən çox

Ekipaj: 4 nəfər

Ağırlığı: 63 ton

Uzunluğu: 7.7 m (Lülə daxil olmaqla 10.97 m)

Lülənin uzunluğu: 5.28 m

Eni: 3.7 m

Hündürlüyü: 3 m

Klirens: 0.49 m

Zirehi: 3-cü nəsil kompozit, homogen polad ekvivalenti ilə Kinetik sursatlara qarşı: 700 mm Kumulyativ sursatlara qarşı: 1000 mm

Sis bombaları

NBC qorunma

Aktiv müdafiə: MUSS (quraşdırıla bilər)

Zəminə təzyiq: 0.85 kq/sm ²

Dalış dərinliyi: 1 m (şnorkelsiz), 4 m (şnorkellə)

Xəndək keçmə: 3 m

Maneə keçmə: 1.1 m

Qalxma bucağı: 30º

Mühərrik: MTU MB 873 Ka-501 dizel

Güc: 1500 at gücü

Yanacaq çəninin tutumu: 900 litr

Maksimal sürət: 72 km/saat

Döyüş radiusu: 340 km (yolda), 220 km (yolsuzluq şəraitində)

Asqı tipi: fərdi burulma bar

Atəşi idarəetmə sistemi: EMES-15/FLT-2

Optik sistemlər

[redaktə | mənbəni redaktə et]

Komandirin optik və idarəetmə sistemi: PERİ-R17

Panoramik baxış sistemi: Carl Zeiss 2 dəfə və 8 dəfə böyütmə

Əsas silahı: 120 mm Rheinmetal “L55” hamarlüləli top

Kalibr: 120 mm

Lülənin qalxma bucağı: –8º... +18º

Üfüqi tuşlama bucağı: 360º

Mərminin başlanğıc sürəti: 1800 metr/saniyə

Atış tezliyi: 8 atış/dəqiqədə

Atəş məsafəsi: 2 km

TƏİR “Lahat”: 6 km (sürəti: 285-300 metr/saniyə)

Maksimal atəş məsafəsi: 8 km

Döyüş sursatı: 42 ədəd

Köməkçi silahları: 2 ədəd 7.62 mm “MG3” pulemyotu

Kalibr: 7.62 mm

Mərmi: 7.62x51 mm NATO

Atış tezliyi: 1000-1300 atış/dəqiqədə

Güllənin başlanğıc sürəti: 820 metr/saniyə

Atəş məsafəsi: 1.2 km

Maksimal atəş məsafəsi: 3.75 km

Mərmi sayı: 4750 ədəd

İstifadə edən ölkələr

[redaktə | mənbəni redaktə et]

Tankın inkişafını 2 dövrə ayırmaq olar. Leopard 2A4 tipinə qədər istehsal edilənlər düz lüləli, Leopard 2A5 tipindən sonrakılar isə əyimli lüləli istehsal edilib. SSRI istehsalı olan 2-ci nəsil tanklara qarşı yeni bir döyüş tankına ehtiyac duyulduğunu anlayan Almaniya 1970-ci ildə Leopard tankına yeni top - Rheinmetall L44 əlavə etdi. Lakin sonralar ABŞ ilə birlikdə MBT-70 tankının konstruksiyasına başladı. Bu tank mükəmməl konstruksiyaya malik idi lakin baha başa gəldiyindən istismarı dayandırıldı. 1974-cü ildə 17 prototip arasından seçilən yeni tank tipi əvvəlkindən daha mükəmməl zirehə, böyük bir topa və geniş silah tutumuna malik idi. ABŞ 1976-cı ildə bu yeni prototip ilə maraqlandığını bəyan etdi. Almaniya ABŞ üçün bir neçə ədəd nümunə istehsal etdi. Bunların taretlərindən başqa bütün hissələri eyni idi. Taretlər ABŞ standartlarına uyğunlaşdırılmaq üçün L7A3 105-mmlik top və Hughes atış nəzarət etmə qurğusu ilə təchiz edildi. ABŞ-yə çatan ilk prototiplər(Leopard 2) XM1 (M1 Abrams) ilə müqayisə edildikdən sonra Leopard 2-nin atəş gücü və manevr cəhətdən XM1-dən daha öndə olduğuna qərar verildi. Lakin zireh baxımından XM1 Leopard 2-dən daha üstün idi. Bu səbəbdən ABŞ XM1 istehsalı haqqında qərar qəbul etdi. Lakin hazırda Leopard 2-nin konstruksiyasında dəyişiklilər edilərək daha təkmil formaya gətirilmişdir. İlk olaraq XM1-dən daha dözümlü zireh qoyuldu. Atəş dəqiqliyi hərəkətsiz 65%-dən 87%-ə, hərəkətli 30%-dən 80%-ə gətirildi. Leopard 2A5, 2A6 və Hell versiyalarında bu göstərici daha yüksəkdir.

Bu tanklar elektronik atış sisteminə, lazer məsafə təyin edicisinə, tamamilə stabilləşdirilmiş topa və gecəgörmə(rermal) kameralarına malikdir. 4 metr dərinliyi olan sulardan keçə bilir və şnorkel luk sayəsində suyun altında qala bilər. 1500 at gücündə V12 dizel motoru sayəsində saatda 72 km qət edə bilir.

Leopard 2 tankının ilk prototipi

Leopard 2 tankının ilk variantıdır. Bəzən digər variantlardan fərqləndirmək üçün AO olaraq da adlandırılır. Bu variant 1979-cu ilin dekabrından 1982-ci ilin martına qədər istehsal olundu və cəmi 380 ədəd tankdır. Bu tanklardan 209-u Krauss Maffei, 171-i MaK tərəfindən istehsal olundu. Ümumi təchizatına WNA-H22 elektrikli hidravlik, bir atəş idarəetmə kompüteri, bir lazer məsafə ölçən, bir külək sensoru, bir ümumi məqsədli EMES-15 teleskopu daxildir.

İlk varianta bir neçə kiçik dəyişiklik edilmiş və termal kamera quraşdırılmışdır. İkinci partiyada 450 ədəd istehsal olunmuşdur ki, bunlardan 248-ni Krauss Maffei, digər 202-ni MaK istehsal etmişdir. 2A1 modelinin təslimatı 1982-ci ilin martında başlamış, 1983-cü ilin noyabrında başa çatmışdır.

Üçüncü partiyada 300 ədəd Leopard 2A1 1983-cü ilin noyabrı və 1984-cü ilin noyabrı arasında sifarişçiyə çatdırılmışdır.

4-cü partiyadır. Bu variantdan 300 ədəd istehsal olunub. Bunlardan 165-i Krauss Maffei tərəfindən, 135-i isə MaK tərəfindən 1984-cü ilin dekabrı və 1985-ci il arasında təhvil verilmişdir. Əvvəlki variantdan əsas fərqi SEM80/90 rəqəmsal radio qəbuledici əlavə olunması və sursat yükləmə qapağı ilə bağlı olmuşdur.

Sinqapur ordusuna məxsus olan Leopard 2A4 tankı
Polşa Silahlı Qüvvələrinə məxsus olan Leopard 2A4 tankı
Leopard 2A4 tankı. Drezden (Almaniya)

Leopard 2 tankları arasında ən geniş yayılmış variantdır. Görünüş cəhətdən əvvəlki 3 modellə eynidir, lakin, bir neşə dəyişiklik edilmişdir. Bu dəyişikliklərə avtomatik yanğın söndürmə sistemi, rəqəmsal atəş idarəetmə sistemi, inkişaf etdirilmiş qüllə və volfram/titan zireh aiddir. Leopard 2-lər 1985-1992 arasında 7 partiya şəklində istehsal olunmuş, əvvəlki bütün modellər standart 2A4 səviyyəsinə çatdırılmışdır. Ümumən Almaniya 2,125 ədəd, Hollandiya isə 445 ədəd bu tankdan istifadə etmişdir. İsveçrə 380 ədəd 2A4-ü Pz87 adında istehsal etmişdir.

İsveçrə ordusuna aid Pz 87 Leopard tankı 2006-cı ildə təşkil edilmiş parad zamanı

Soyuq müharibə başa çatdıqdan sonra, AlmaniyaHollandiya bu tankları NATO və digər müttəfiq ölkələrə uğurlu şəkildə satdı. İstehsal artığı olan tanklar Avstraliya (114), Kanada (80), Çili (140), Danimarka (51), Türkiyə (354), Finlandiya (124), Yunanıstan (183) və digər bir sıra ölkələrə satdı.

Leopard 2A4CAN/M Hollandiya ordusunda ehtiyac olmadığı üçün Kanadaya satılan Leopard 2A4 tankının Kanada tərəfindən inkişaf etdirilmiş variantıdır. Xüsusilə Əfqanıstan müharibəsi üçün nəzərdə tutulub. Bu tanklardan ilk 20 ədədi 2010-cu ilin sonunda Kanada ordusuna təhvil verilmişdir. Kanada ordusu bu tanklardan 2011-ci ilin iyuluna qədər Əfqanıstanda istifadə etmişdir.

Leopard 2A4CHL Chile

Leopard 2A4CL

1998-ci ilin ortalarından etibarən Alman ordusunda xidmətə daxil olmuşdur. Əsas silahı dəyişdirilərək L-55 topu quraşdırılmışdır ki, bu da tankın DM-53 APFSDS kimi daha güclü mərmilərdən istifadə edə bilməsinə şərait yaratmışdır.

Leopard 2A5 tankı
Almaniya Silahlı Qüvvələri nə məxsus olan Leopard 2A5 tankı
Alman ordusuna aid Leopard 2A6 tankı.

120 mm yivsiz top, köməkçi motor, mina qoruma sisteminə sahibdir. Kanada Hollandiyadan 40 ədəd Leopard 2A6 almaq istədiyini bildirmiş, bu tanklar 2007-ci ildə təhvil verilmişdir.

Leopard 2A6M Standart 2A6 variantının inkişaf etdirilmiş variantıdır. Heyətin sağ qalma şansını artırmaq üçün bir sıra əlavələr edilmişdir.

Leopard 2A6 HEL 2003-cü ildə Yunan ordusu tərəfindən sifariş olunmuşdur. 2006-2009-cu illər aralığında 170 tank təhvil verilmişdir.

Leopard 2E İspaniya və Almaniya orduları arasında böyük zireh qoruması olan inkişaf proqramıdır. Bununla bağlı müqavilə 1995-ci ildə imzalanmışdır. 1998-ci ildə İspaniya hökuməti 219 ədəd Leopard 2E, 12 ədəd Leopard 2ER (Buffalo) xilasedici tankı və 4 ədəd də təlim məqsədi ilə tank almağa razılaşmışdır. Müqavilənin ümumi dəyəri 2 mlrd ABŞ dollarına yaxın olmuşdur. İlk partiya 2004-cü ildə yerinə yetirilmiş, tamamı isə 2008-ci ildə yerinə yetirilmişdir.

İspaniya Silahlı Qüvvələrinə məxsus olan Leopard 2E tankı

Leopard 2PSO (Peace Support Operations- Sülhə dəstək əməliyyatları) şəhər daxili əməliyyatlar üçün, sülh sonrası təhlükə ilə qarşılaşma zamanı xüsusilə dizayn olunub.

İlk dəfə ictimaiyyətə Eurosatory 2010 zamanı göstərilmişdir. 2012-ci ildən etibarən 50 ədəd Leopard 2 tankının 2A7 səviyyəsinə çatdırılması planlaşdırılır.

İstifadəçilər

[redaktə | mənbəni redaktə et]
Leopard 2 istifadəçiləri(göy)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]