Çexiya — Vikipediya

Çexiya
Česká republika
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
çex. "Pravda vítězí"
Himn: 
çex. Kde domov můj? (azərb. Mənim evim haradadır?‎)
Rəsmi dilləri
Paytaxt Praqa
İdarəetmə forması Parlament respublikası
Prezident Miloş Zeman[ 8.III.2013 ]
Baş nazir Petr Fiala[ 28.XI.2021 ]
Sahəsi Dünyada 117-ci
 • Ümumi 78900 km²
 • Su sahəsi (%) 2 %
Əhalisi
 • Əhali 10,5 milyon nəfər (87-ci)
 • Siyahıyaalma (26.III.2011) 10 562 214 nəf.
 • Sıxlıq 133 nəf./km²
ÜDM (AQP)
 • Ümumi 314,6 milyard dollar  (52-ci)
 • Adambaşına 29 900 dollar  (59-cu)
Valyuta Çex kronu[1][2]
İnternet domeni .cz
ISO kodu CZ
BOK kodu CZE
Telefon kodu +420
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][3]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çexiya (çex. Česko) və ya rəsmi adı ilə Çex Respublikası (çex. Česká republika) — Mərkəzi Avropada yerləşən dənizə çıxışı olmayan dövlət. Tarixən Bohemiya[4] kimi tanınan ölkə cənubda Avstriya, qərbdə Almaniya, şimal-şərqdə Polşa və cənub-şərqdə Slovakiya ilə həmsərhəddir.[5] Çex Respublikası əsasən mülayim kontinentaldəniz iqlimi olan 78.871 km². (30.452 kv. mil) ərazini əhatə edən dağlıq ölkədir. Paytaxtı və ən böyük şəhəri Praqadır. Digər böyük şəhərlərinə Brno, Ostrava, PlzenLiberets daxildir.

Bohemiya hersoqluğu IX əsrin sonlarında Böyük Moraviyanın tərkibində qurulmuşdur. Rəsmi şəkildə 1002-ci ildə Müqəddəs Roma imperiyasının imperiya dövləti kimi tanındı və 1198-ci ildə krallığa çevrildi.[6][7] 1526-cı ildə Mohaç döyüşündən sonra Bohemiyanın bütün kral torpaqları tədricən Habsburq monarxiyasına birləşdirildi. Təxminən 100 il sonra protestant Bohemiya üsyanı Otuzillik müharibəyə səbəb oldu. Ağ Dağ döyüşündən sonra Habsburqlar öz hakimiyyətini möhkəmləndirdilər. 1806-cı ildə Müqəddəs Roma imperiyasının dağılması ilə kral torpaqları Avstriya imperiyasının bir hissəsi oldu.

Çexiya XIX əsrdə daha çox sənayeləşdi və 1918-ci ildə böyük hissəsi I Dünya müharibəsindən sonra Avstriya-Macarıstanın dağılmasının ardınca Birinci Çexoslavakiya Respublikasının hissəsi oldu.[8] Çexoslovakiya Mərkəzi və Şərqi Avropada bütün müharibələr arası dövr ərzində parlamentar demokratiya olaraq qalan yeganə ölkə idi.[9] 1938-ci ildə Münhen sazişindən sonra nasist Almaniyası sistemli şəkildə Çexiya torpaqlarına nəzarəti ələ keçirdi.

Çexoslovakiya 1945-ci ildə bərpa olundu və üç il sonra 1948-ci ildə dövlət çevrilişinin ardınca ardınca Şərq bloku kommunist dövlətinə çevrildi. Hökuməti və iqtisadiyyatı liberallaşdırmaq cəhdləri 1968-ci ildə Praqa baharı zamanı sovet qoşunlarının ölkəyə hücumu ilə yatırıldı. 1989-cu ilin noyabrında Məxməri inqilab ölkədə kommunist idarəçiliyinə son qoydu və demokratiyanı bərpa etdi. 31 dekabr 1992-ci ildə Çexoslovakiya sülh yolu ilə dağıldı, onun tərkib hissəsi olan dövlətlər Çexiya və Slovakiya müstəqil dövlətlər oldu.

Çexiya unitar parlamentli respublika və qabaqcıl, yüksək gəlirli sosial bazar iqtisadiyyatına malik inkişaf etmiş ölkədir. O, Avropa sosial modeli, universal səhiyyə və ödənişsiz universitet təhsili olan sosial dövlətdir. Ölkə İnsan İnkişafı İndeksində 32-ci yerdədir. Çexiya BMT, NATO, Avropa İttifaqı, İƏİT, ATƏT, Avropa ŞurasıVişeqrad qrupunun üzvüdür.

border=none Əsas məqalə: Çexiyanın etimologiyası

Ölkənin ənənəvi adı "Bohemiya" sözünün mənşəyi latın dilindən götürülüb. Belə ki, Boiohaemum "boiilərin evi" (qal qəbiləsi) mənasını verir. Hazırkı adı isə mənşəyini çex dilində Čech sözündün götürüb.[10][11][12] Bu ad slavyan tayfasından (çex. Češi, Čechové) və rəvayətə görə onları Rip dağına məskunlaşmaq üçün Bohemiyaya gətirən liderləri Çexdən yaranıb.[13]

Ölkə ənənəvi olaraq qərbdə Bohemiya (Čechy), şərqdə Moraviya (Morava) və şimal-şərqdə Çex Sileziya (Slezsko; tarixi Sileziya ərazisinin daha kiçik cənub-şərq hissəsi) olmaqla üç fərqli hissədə müxtəlif adlanır.[14] XIV əsrdən bəri Bohemiya krallığının əraziləri kimi tanınan ölkəni Çex/Bohemiya əraziləri, Bohemiya krallığı, Çexiya[15] və Müqəddəs Venkeslaus krallığı əraziləri kimi bir sıra adlarla adlandırıblar. Astriya-Macarıstan imperiyasının 1918-ci ildə süqutundan sonra ölkə müstəqilliyini yenidən qazananda çex və slovak millətlərinin vahid ölkə daxilində birləşməsini göstərmək üçün yeni Çexoslovakiya adı yaradıldı.[16]

Çexoslovakiya 1992-ci ildə parçalandıqdan sonra Česko yeni dövlətin çex dilində qısa adı kimi qəbul edildi və Çexiya Xarici İşlər Nazirliyi ingiliscə forması üçün Çexiya adını təklif etdi.[17] Bu forma o dövrdə geniş yayılmadı, beləcə demək olar ki, hər yerdə ingiliscə ad kimi Çex Respublikası uzun adından istifadə edildi. Çexiya hökuməti 2016-cı ildə Çexiyanın rəsmi ingiliscə qısa adı kimi istifadə edilməsinə qərar vermişdir.[18] Qısa ad BMT tərəfindən siyahıya alınmışdır[19]Avropa İttifaqı,[20] NATO,[21] Mərkəzi Kəşfiyyat İdarəsi,[22] Google Maps[23]Avropa Yayım İttifaqı[24] kimi digər qurumlar tərəfindən istifadə edilir.

border=none Əsas məqalə: Çexiya tarixi
Keramika heykəltəraşlığı
Daş heykəl
Sol: Vestonis Venerası e.ə. 29.000-25.000-ə aiddir.
Sağ: Keltlərin daş başı Praqa Milli Muzeyinin arxeoloji kolleksiyaları arasındadır.[25]

Arxeoloqlar ərazidə paleolit dövrünə qədər gedib çatan ibtidai dövrə aid insan məskənlərinə dair qalıqlar tapıblar.

Antik dövrdə e.ə. III əsrdə baş vermiş keltlərin köçlərinin nəticəsində Bohemiya boii tayfaları ilə əlaqələndirilir.[26] Boiilər müasir Praqanın yerləşdiyi ərazinin yaxınlığında oppidum qurdular.[27] Daha sonra I əsrdə german tayfaları olan markomannilərkvadlar burada məskunlaşdı.[28]

Qara dəniz-Karpat ərazisindən gələn slavyanlar ərazidə məskunlaşdı.[29][30] VI əsrdə hunlar qərbə Bohemiya, Moraviya və müasir Avstriya və Almaniyanın bir hissəsinə doğru irəliləmişdi.[30]

VII əsrdə frank tacir Samo yaxınlıqdakı avarlara qarşı döyüşən slavyanları dəstəkləyərək[31] Mərkəzi Avropada qeydə alınmış ilk slavyan dövləti olan Samo dövlətinin hökmdarı oldu. Moymir sülaləsinin idarə etdiyi Böyük Moraviya hersoqluğu VIII əsrdə yarandı.[32] IX əsrdə (I Svatoplukun dövründə) frankların hücumlarına qarşı gələrək yüksəliş yaşadı. Böyük Moraviya Bizans missiyası Kiril və Mefodinin rolu ilə xristianlaşdırıldı. Slavaynlar ilk ədəbi və ayin dili olan qədim slavyan diliniqlaqolitsa yazısını kodlaşdırdılar.[33]

border=none Əsas məqalə: Bohemiya
Müqəddəs Roma imperiyasının tərkibindəki Bohemiya tacı torpaqları (1600-cü il). Çex torpaqları 1002–1806-cı illərdə imperiyanın bir hissəsi idi, Praqa isə 1346–1437-ci və 1583–1611-ci illərdə imperiyanın mərkəzi olmuşdur.

Bohemiya hersoqluğu IX əsrin sonlarında Prjemıslovlar tərəfindən birləşdiriləndə yaranmışdır. Bohemiya 1002–1806-cı illərdə Müqəddəs Roma imperiyasının imperiya dövləti idi.[34]

Alman köçəriləri XIII əsrdə Bohemiyanın ətrafında yerləşdi.[35][36] Avropanı işğal edən monqollar Moraviyaya gəldilər, lakin Olomoukda məğlub oldular.[37]

Bir sıra sülalə müharibələrindən sonra Lüksemburq sülaləsi Bohemiyanı ələ keçirdi.[38]

Bohemiyada kilsə islahatlarına cəhdlər XIV əsrin sonlarında başlamışdı. Yan Husun davamçıları Roma kilsəsini bəzi praktikalardan uzaqlaşdırmış və Husçular hərəkatında (1419–1434) Siqismundun onlara qarşı başlatdığı beş xaç yürüşünü məğlub etmişdir. Növbəti iki əsr müddətində Bohemiya və Moraviya əhalisinin 90%-i husçu qəbul edildi. Pasifist mütəfəkkir Petr Jelçiski Roma Katolik kilsəsindən tamamilə ayrılan Moraviyalı qardaşlar hərəkatının (XV əsrin ortalarında) ilham mənbəyi olmuşdur.[39]

Painting of battle between mounted knights
Husçular hərəkatı zamanı husçularla səlibçilər arasında döyüş; Jena kodeksi, XV əsr.

21 dekabr 1421-ci ildə uğurlu hərbi komandir və muzdlu əsgər olan Yan Jijka Kutna-Hora müharibəsində bir qrup qüvvəyə rəhbərlik etmiş və müharibə husçuların qalibiyyəti ilə bitmişdir. Jijka hazırda da milli qəhrəman kimi xatırlanır.

Bohemiya 1526–1627-ci illərdən sonra getdikcə Habsburqların qatı hakimiyyəti altına düşdü. Praqa 1583–1611-ci illərdə Müqəddəs Roma imperatoru II Rudolf və sarayının rəsmi mərkəzi idi.

Praqanın müdafiəsi və ardınca 1618-ci ildə Habsburqlara qarşı başlayan üsyan Otuzillik müharibənin başlanğıcı oldu. 1620-ci ildə Bohemiyadakı üsyan Ağ Dağ döyüşündə yatırıldı. Bohemiya üsyanının liderlərki 1621-ci ildə edam edildi. Zadəganlar və orta təbəqənin protestant nümayəndələri ya katolik olmalı, ya da ölkəni tərk etməli idilər.[40]

1620-ci ildən XVIII əsrin sonlarına qədər davam edən dövr "Qaranlıq dövr" kimi tanınır. Otuzillik müharibədə çex protestantların ölkədən çıxarılması ilə birlikdə müharibə, xəstəlik və aclıq səbəbi ilə çex ərazilərinin əhalisi üçdə bir nisbətində azaldı.[41] Habsburqlar katoliklik xaric bütün xristian məzhəblərini qadağan etdi.[42] Osmanlı türkləri və tatarlar 1663-cü ildə Moraviyanı işğal etdi.[43] 1679–1680-ci illərdə çex əraziləri Böyük Vyana vəbası və təhkimçilik üsyanları ilə qarşı-qarşıya qaldı.[44]

1618-ci ildə Praqanın defenstrasiyası Habsburqlara qarşı Bohemiya üsyanının başlanğıcına və buna görə də Otuzillik müharibənin birinci mərhələsinə səbəb oldu.

Aclıq səbəbi ilə kəndlilər üsyanlar etdilər.[45] 1781–1848-ci illər aralığında təhkimçilik ləğv edilmişdi. Napoleon müharibələrinin bir neçə döyüşü hazırkı Çexiyanın ərazilərində baş tutmuşdu.

Müqəddəs Roma imperiyasının 1806-cı ildə süqut etməsi Bohemiyanın siyasi statusunun geriləməsinə yol açmışdı. Bohemiya Müqəddəs Roma imperiyasının seçki bölgəsi mövqeyini və siyasi təmsilini itirmişdi.[46] Bohemiya əraziləri Avstriya imperiyasının tərkibinə qatılmışdı. XVIII–XIX əsrlərdə çex dili, mədəniyyəti və milli kimliyini yenidən canlandırmaq üçün Çex milli oyanışı yüksəlməyə başladı. Avstriya imperiyasının daxilində liberal islahatlar cə Bohemiya krallığının muxtariyyəti üçün çalışan Praqadakı 1848-ci il inqilabı yatırıldı.[47]

Bohemiyada müəyyən güzəştlərin ediləcəyi güman edilirdi, lakin sonda imperator I Frans İosif sadəcə Macarıstan ilə razılaşma əldə etdi. Avstriya-Macarıstanın 1867-ci il müqaviləsi və Frans İosifin Bohemiya kralı olaraq taxta oturmaması bəzi çex siyasətçilərinin ümidlərini puça çıxartdı.[47] Bohemiya kral əraziləri Sisleytaniya adlandırılan bölgənin bir hissəsi oldu.

Çex sosial-demokrat və mütərəqqi siyasətçiləri ümumi seçki hüququ uğrunda mübarizəyə başladılar. Kişilərin ümumi seçki hüququ ilə ilk seçkilər 1907-ci ildə keçirilmişdir.[48]

border=none Əsas məqalə: Çexoslovakiya
Birinci Çexoslovakiya Respublikası keçmiş Avstriya-Macarıstan əhalisinin 27%-ni və sənayenin təxminən 80%-ni təşkil edirdi.[49]

1918-ci ildə Birinci Dünya müharibəsinin sonunda Habsburq monarxiyasının dağılması zamanı qalib gələn Antanta dövlətlərinə qoşulan müstəqil Çexoslovakiya Respublikası Tomaş Masarikin başçılığı ilə quruldu.[50] Bu yeni ölkə Bohemiya tacını özündə birləşdirdi.[51]

Birinci Çexoslovakiya Respulikası keçmiş Avstriya-Macarıstan əhalisinin sadəcə 27%-ni təşkil edirdi, ancaq sənayenin təxminən 80%-ni təşkil edirdi. Bu da onun qərbin sənaye dövlətləri ilə rəqabətə girməsinə şərait yaradırdı.[49] 1929-cu ildə 1913-cü illə müqayisədə Ümumi Daxili Məhsul 52%, sənaye istehsalı isə 41% artmışdı. Çexoslovakiya 1938-ci ildə dünya üzrə sənaye istehsalında 10-cu yerdə idi.[52] Çexoslovakiya Mərkəzi və Şərqi Avropada iki müharibə aralığında liberal demokratiya olaraq qalan tək ölkə idi.[53] Birinci Çexoslovakiya Respublikasının unitar dövlət olmasına baxmayaraq, başda almanlar (1921-ci ildə 23,6%), macarlar (5,6%) və ukraynalılar (3,5%) olmaqla azlıqlara müəyyən hüquqlar vermişdir.[54]

1968-ci ildə Varşava Müqaviləsi üzvlərinin Çexoslovakiyaya hücumu zamanı Praqa.

Qərbi Çexoslovakiya bölgənin çoxunu Bohemiya və Moraviya protektoratına qatan nasist Almaniyası tərəfindən işğal edildi. Protektoratlıq Üçüncü Reyxin bir hissəsi kimi elan edildi və prezident ilə baş nazir nasist Almaniyasının reyxprotektoruna birləşdirildi. Praqanın şimalındakı Terezində nasist həbs düşərgəsi var idi. Protektoratlıqdakı yəhudilərin çox hissəsi nasistlərin idarə etdiyi həbs düşərgələrində öldürülmüşdür. Nasist Generalplan Ost alman xalqı üçün daha çox ərazi əldə etmək səbəbi ilə çexlərin çoxunu və yaxud hamısını öldürməyi, didərgin salmağı, almanlaşdırmağı və ya kölələşdirməyi hədəfləyirdi.[55] Alman işğalı 9 may 1945-ci ildə sovet və amerikan ordularının gəlişi və Praqa üsyanı ilə sona çatdı.[56] Çexoslovakiyada alman dilində danışanların çoxu ölkədən məcburi surətdə çıxardıldı.[57]

1946-cı ilparlament seçkilərində Kommunist Partiyası 38% səs toplayaraq[58] Çexoslovakiya Parlamentindəki ən böyük partiyaya çevrildi. O digər partiyalar ilə koalisiya qurdu və hakimiyyətini gücləndirdi. 1948-ci ildə dövlət çevrilişi baş verdi və birpartiyalı hökumət quruldu. Növbəti 41 il ərzində Çexoslovak kommunist dövləti Şərq blokunun iqtisadi və siyasi xüsusiyyətlərinə uyğunlaşdı.[59] Praqa baharı siyasi liberallaşması 1968-ci il Varşava paktının Çexoslovakiyanın işğalı ilə dayandırıldı. Analitiklər bu işğalın kommunist hərəkatının dağılmasına və nəticəsində 1989-cu il inqilabına səbəb olduğuna inanır.

Çex Respublikası

[redaktə | mənbəni redaktə et]
Vatslav Havel XX əsrdə Çexiya tarixinin ən mühüm simalarından biri. Məxməri inqilabın lideri, Çexoslovakiyanın son prezidenti və Çexiyanın ilk prezidenti.

Çexoslovakiya 1989-cu ilin noyabrında Məxməri inqilab ilə yenidən liberal demokratiyaya keçid etdi. Lakin slovak milli istəkləri gücləndi (Hypen müharibəsi) və 31 dekabr 1992-ci ildə ölkə sülh yolu ilə müstəqil Çexiya və Slovakiya ölkələrinə ayrıldı. Hər iki ölkə də bazar iqtisadiyyatı yaratmaq səbəbi ilə iqtisadi islahatlar və özəlləşdirmələr keçirdi. Bu proses böyük ölçüdə uğurlu oldu. 2006-cı ildə Dünya Bankı Çexiyanı "inkişaf etmiş ölkə" kimi qəbul etdi[60] və 2009-cu ildə İnsan İnkişafı İndeksi Çexiyanı "çox yüksək insan inkişafı" səviyyəsinə sahib ölkə kimi qiymətləndirdi.[61]

Çexiya 1991-ci ildən etibarən Çexoslovakiyanın bir hissəsi kimi və 1993-cü ildən etibarən müstəqil şəkildə Vişeqrad qrupunun və 1995-ci ildən etibarən də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) üzvüdür. Çexiya 12 mart 1999-cu ildə NATO-ya və 1 may 2004-cü ildə Avropa İttifaqına qoşulmuşdur. Çexiya 21 dekabr 2007-ci ildə Şengen bölgəsinə qatılmışdır.[62]

Çexiya hökumətlərini 2017-ci ilə qədər ya sol mərkəzçi Çexiya Sosial Demokrat Partiyası (SDP), ya da sağ mərkəzçi Vətəndaş Demokratik Partiyası (VDP) idarə etmişdir. 2017-ci ilin oktyabrında ölkənin ən varlı ikinci adamı Andrey Babişin başlatdığı populist hərəkat ANO 2011 ən yaxın rəqibi olan VDP-dən üç dəfə daha çox səs toplayaraq seçkilərdə qalib gəldi.[63] 2017-ci ilin dekabrında Çexiyanın Prezidenti Miloş Zeman Andrey Babişi baş nazir vəzifəsinə təyin etdi.[64]

2021-ci il seçkilərində ANO 2011 az fərqlə məğlub oldu və Petr Fiala yeni baş nazir oldu.[65] 2023-cü ilin yanvarında təqaüdçü general Petr Pavel prezident seçkilərində qalib gələrək Miloş Zemanın yerinə yeni prezident oldu.[66] 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra ölkə yarım milyon ukraynalı qaçqını qəbul etdi ki, bu da dünyada adambaşına düşən ən böyük rəqəmdir.[67][68]

Çexiya 2002 və 2022-ci illərdə, hər biri altı ay olmaqla Avropa İttifaqı Şurasının Şədr ölkəsi olmuşdur.

border=none Əsas məqalə: Çexiya coğrafiyası
Çexiyanın topoqrafik xəritəsi

Çexiya əsasən 48° və 51° Ş. enlikləri və 12° və 19° Ş. uzunluqları arasında yerləşir.

Bohemiya qərbdə Elba (çex. Labe) və Vltava çayları tərəfindən qurudulmuş hövzədən ibarətdir, əsasən alçaq dağlarla, məsələn, Sudet dağının Krkonoşe silsiləsi ilə əhatə olunmuşdur. Ölkənin ən yüksək nöqtəsi 1.603 m (5.259 fut) olan Snejka dağı burada yerləşir. Ölkənin şərq hissəsi olan Moraviya da dağlıqdır.

Çex Respublikasından su üç fərqli dənizə axır: Şimal dənizinə, Baltik dənizinəQara dənizə. Çexiya həmçinin Versal sülh müqaviləsinin 363-cü maddəsi ilə Çexoslovakiyaya verilmiş Hamburq limanlarının ortasında yerləşən 30.000 kvadratmetr (7.4 akr) ərazisi olan Moldauhafen ərazisini dənizə çıxışı olmayan ölkəyə icarəyə verir. Ərazi 2028-ci ildə Almaniyaya qaytarılacaq.

Ümumdünya Təbiəti Mühafizə Fondunun məlumatına görə, Çexiya ərazisi dörd ekoregiona bölünə bilər: Qərbi Avropa enliyarpaqlı meşələri, Mərkəzi Avropa qarışıq meşələri, Pannoniya qarışıq meşələri və Karpat dağ iynəyarpaqlı meşələri.[69]

Çexiyada dörd milli park var. Ən qədimi Krkonoşe Milli Parkı (Biosfer rezervi), digərləri isə Şumava Milli Parkı (Biosfer rezervi), Podiyi Milli ParkıBohemiya İsveçrəsidir.

0 °C izotermindən istifadə edərək Çexiyanın Köppen iqlim təsnifatı növləri
−3 °C izotermindən istifadə edərək Çexiyanın Köppen iqlim təsnifatı növləri

Çexiya okean və kontinental iqlim tipləri arasında keçid zonasında yerləşən mülayim iqlimə malikdir, yayı isti, qışı isə soyuq, buludlu və qarlı olur. Yay və qış arasındakı temperatur fərqi dənizə çıxışı olmayan coğrafi mövqe ilə əlaqədardır.[70]

Temperaturlar hündürlükdən asılı olaraq dəyişir. Ümumiyyətlə, yüksək hündürlüklərdə temperatur azalır və yağıntılar artır. Çexiyadakı ən rütubətli ərazi Yizera dağlarında Bílý Potok ətrafında, ən quraq bölgə isə Praqanın şimal-qərbindəki Louni rayonudur.

Snejkanın ən yüksək zirvəsində (1.603 m) orta temperatur −0,4 °C (31 °F), Yihomoravsk diyarının düzənliklərində isə orta temperatur 10 °C (50 °F) qədər yüksəkdir. Ölkənin paytaxtı Praqada da oxşar orta temperatur var, baxmayaraq ki, buna şəhər faktorları təsir edir.

Ən soyuq ay adətən yanvar, ardınca fevral və dekabr aylarıdır. Bu aylarda dağlarda, bəzən isə şəhər və aran rayonlarında qar yağır. Mart, aprel və may aylarında temperatur adətən yüksəlir, xüsusən aprel ayında, temperatur və hava gün ərzində dəyişməyə meyilli olur. Yaz fəsli həm də qarın əriməsi səbəbindən çaylarda suyun səviyyəsinin artması ilə xarakterizə olunur.

İlin ən isti ayı iyul, sonra avqust və iyun aylarıdır. Orta hesabla, yay temperaturu qışdan təxminən 20–30 °C (36–54 °F) yüksəkdir. Yay həm də yağış və tufanlarla xarakterizə olunur.

Payız ümumiyyətlə hələ isti və quru olan sentyabr ayında başlayır. Oktyabr ayında temperatur adətən 15 °C (59 °F) və ya 10 °C (50 °F) aşağı düşür və yarpaqlı ağaclar yarpaqlarını tökməyə başlayır. Noyabrın sonunda temperatur adətən donma nöqtəsi ətrafında dəyişir.

İndiyə qədər ölçülən ən soyuq temperatur 1929-cu ildə Çeske-Budeyovise yaxınlığındakı Litvinovisdə −42.2 °C (−44.0 °F) ilə, ən isti isə 2012-ci ildə Dobrjixovis 40,4 °C (104.7 °F) olmuşdur.[71]

Ən çox yağış yay aylarında düşür. Sporadik yağıntılar il boyu olur (Praqada ayda ən azı 0,1 mm). Yağış yağan günlərin orta sayı sentyabr və oktyabrda 12-dən noyabrda 16-ya qədər dəyişir, lakin konsentrat yağıntı (10 mm-dən çox olan günlər) may-avqust aylarında (orta hesabla ayda iki belə gün) daha tez-tez olur.[72][73][74]

Ətraf mühit, ekologiya

[redaktə | mənbəni redaktə et]

2020-ci ildən bəri Çexiya Ətraf Mühit Performansı İndeksində dünyada ekoloji cəhətdən ən şüurlu 21-ci ölkə kimi yer alır.[75]2018-ci ildə Meşə Landşaftının Dürüstlük İndeksində 1,71/10 orta hesabla 172 ölkə arasında 160-cı yerdə qərarlaşıb.[76] Çexiyada dörd milli park (Şumava Milli Parkı, Krkonoşe Milli Parkı, Bohemiya İsveçrəsi, Podiyi Milli Parkı) və 25 qorunan landşaft ərazisi var.

Elm, təhsil, mədəniyyət

[redaktə | mənbəni redaktə et]

Universitetlər

[redaktə | mənbəni redaktə et]

Çexiya industrial ölkədir. İqtisadiyyatın əsas sahələri yanacaq-energetika, metallurgiya, maşınqayırma, kimya, yüngül və yeyinti sənayeləridir.

Bütün postkommunist ölkələri içərisində Çexiya ən stabil və uğurlu iqtisadiyyat sisteminə malik ölkələrdən biridir. Onun iqtisadiyyatının əsasını sənaye (maşınqayırma, elektrotexnika və elektronika, kimya, yeyinti sənayesi, qara metallurgiya) və qulluq sahəsi təşkil edir.

Kənd və meşə təsərrüfatı, həmçinin dağ-mədən sənayesinin həcmi nəzərəçarpacaq deyil və azalmaqda davam edir.

Maliyyə, bank sektoru

[redaktə | mənbəni redaktə et]

Çexiya da ən populyar idman növləri futbolbuz üzərində hokkeydir. Əsasən də buz üzərində hokkey də Çexiya böyük ənənələrə malikdir və dünya liderlərindən biridir. Futbol üzrə Çexiya yığması (1996-cı il Avropa cempionatında 2-ci yer və 2004-cü il Avropa çempionatının yarimfinalçısı) və hokkey üzrə Çexiya yiğması (altıqat dünya çempionu) bütün dünyada məşhurdur.

Siyasi partiyalar

[redaktə | mənbəni redaktə et]

Həmkarlar ittifaqları

[redaktə | mənbəni redaktə et]

Digər təskilarlar

[redaktə | mənbəni redaktə et]

Dövlət quruluşu

[redaktə | mənbəni redaktə et]

Xarici siyasət

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Çexiya Ordusu

İnsan hüquqları

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Çexiyada insan hüquqları

İnzibati idarəetmə quruluşu

[redaktə | mənbəni redaktə et]
  1. zákon č. 60/1993 Sb. o oddělení měny.
  2. nařízení vlády č. 61/1993 Sb. k provedení zákona o oddělení měny.
  3. http://chartsbin.com/view/edr.
  4. Šitler, Jiří. "From Bohemia to Czechia". Czech Radio. 12 July 2016. 16 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 June 2021.
  5. "Information about the Czech Republic". Çexiya Xarici İşlər Nazirliyi. 3 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 March 2016.
  6. Mlsna, Petr; Šlehofer, F.; Urban, D. "The Path of Czech Constitutionality" (PDF). 1st edition (çex və ingilis). Praha: Úřad Vlády České Republiky (The Office of the Government of the Czech Republic). 2010. 10–11. 16 January 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 31 October 2012.
  7. Čumlivski, Denko. "800 let Zlaté buly sicilské" (çex). National Archives of the Czech Republic (Národní Archiv České Republiky). 2012. 28 November 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 October 2012.
  8. Dijk, Ruud van; Gray, William Glenn; Savranskaya, Svetlana; Suri, Jeremi; Zhai, Qiang. Encyclopedia of the Cold War. Routledge. 2013. səh. 76. ISBN 978-1135923112. 22 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 December 2017.
  9. Timothy Garton Ash The Uses of Adversity Granta Books, 1991 ISBN 0-14-014038-7 p. 60
  10. "Czech definition and meaning". Collins English Dictionary. Collins. 16 January 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 November 2012.
  11. "Czech". American Heritage Dictionary. Houghton Mifflin Harcourt. 4 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 January 2018.
  12. "Czech – Definition in English". Oxford Dictionaries. Oxford University Press. 12 April 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 April 2018.
  13. Spal, Jaromír. "Původ jména Čech". Naše řeč. 9 December 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2012.
  14. Sviták, Zbyněk. "Úvod do historické topografie českých zemí: Územní vývoj českých zemí" (PDF). 1st edition (çex). Brno. 2014. 75–80, 82, 92–96. 9 December 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 23 June 2021.
  15. "From Bohemia to Czechia – Radio Prague". 12 July 2016. 9 March 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 February 2018.
  16. Thompson, Wayne C. Nordic, Central and Southeastern Europe 2012. Stryker Post. 2012. 345–. ISBN 978-1-61048-892-1.
  17. "Czechia – the civic initiative". www.czechia-initiative.com. 7 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 January 2022.
  18. "Vláda schválila doplnení jednoslovného názvu Cesko v cizích jazycích do databází OSN" [The government has approved the addition of one-word Czech name in foreign languages to UN databases]. Ministerstvo zahraničních věcí České republiky (çex). 5 May 2016. 28 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2018.
  19. UNGEGN. "UNGEGN List of Country Names" (PDF). səh. 27. 25 July 2018 tarixində arxivləşdirilib (PDF).
  20. European Union. "Czechia". European Union. 5 July 2016. 25 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 May 2021.
  21. NATO. "Member countries". NATO. 9 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 October 2022.
  22. Şablon:Cite CIA World Factbook
  23. "Czechia: mapping progress one year on". Radio Prague International. 8 June 2017. 2 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 May 2021.
  24. "Our Members". European Broadcasting Union. 17 February 2023. 19 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 May 2023.
  25. "Top items – Head of a Celt". Muzeum 3000. 2023-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-06.
  26. Rankin, David. Celts and the Classical World. Routledge. 2002. səh. 16. ISBN 978-1-134-74722-1.
  27. Kartografie Praha (Firm). Praha, plán města. Kartografie Praha. 1997. səh. 17. ISBN 978-80-7011-468-1.
  28. Vasco La Salvia. Iron Making During the Migration Period: The Case of the Lombards. Archaeopress. 2007. səh. 43. ISBN 978-1-4073-0159-4.
  29. Hugh LeCaine Agnew. The Czechs and the Lands of the Bohemian Crown. Hoover Press. 2004. səh. 37. ISBN 978-0-8179-4492-6.
  30. 1 2 Hahn, Sylvia; Nadel, Stanley. Asian Migrants in Europe: Transcultural Connections. V&R unipress GmbH. 2014. 7–8. ISBN 978-3-8471-0254-0.
  31. Bartl, Július; Škvarna, Dušan. Slovak History: Chronology & Lexicon. Bolchazy-Carducci Publishers. 2002. səh. 18. ISBN 978-0-86516-444-4.
  32. Champion, Tim. Centre and Periphery: Comparative Studies in Archaeology. Routledge. 2005. səh. 233. ISBN 978-1-134-80679-9.
  33. Benedetto, Robert; Duke, James O. The New Westminster Dictionary of Church History: The early, medieval, and Reformation eras. Westminster John Knox Press. 2008. səh. 474. ISBN 978-0-664-22416-5.
  34. Pánek, Jaroslav; Tůma, Oldřich. A History of the Czech Lands. Charles University in Prague, Karolinum Press. 2019. səh. 76. ISBN 978-80-246-2227-9.
  35. Pánek, Jaroslav; Tůma, Oldřich. A History of the Czech Lands. Charles University in Prague, Karolinum Press. 2019. səh. 237. ISBN 978-80-246-2227-9.
  36. Pánek, Jaroslav; Tůma, Oldřich. A History of the Czech Lands. Charles University in Prague, Karolinum Press. 2019. səh. 111. ISBN 978-80-246-2227-9.
  37. Grousset, René. The Empire of the Steppes. Rutgers University Press. 1970. səh. 266. ISBN 978-0-8135-1304-1. İstifadə tarixi: 26 August 2017.
  38. "Václav II. český král". panovnici.cz. 7 September 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 October 2011.
  39. "Mentor and precursor of the Reformation". 4 April 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 April 2016.
  40. "Protestantism in Bohemia and Moravia (Czech Republic)". Virtual Museum of Protestantism. 15 October 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 May 2015.
  41. Oskar Krejčí, Martin C. Styan, Ústav politických vied SAV. (2005). Geopolitics of the Central European region: the view from Prague and Bratislava. p.293. ISBN 80-224-0852-2
  42. "RP's History Online – Habsburgs". Archiv.radio.cz. 17 July 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 April 2010.
  43. "History of the Mongols from the 9th to the 19th Century. Part 2. The So-Called Tartars of Russia and Central Asia. Division 1". Henry Hoyle Howorth. p.557. ISBN 1-4021-7772-0
  44. "The new Cambridge modern history: The ascendancy of France, 1648–88". Francis Ludwig Carsten (1979). p.494. ISBN 0-521-04544-4
  45. "The Cambridge economic history of Europe: The economic organization of early modern Europe". E. E. Rich, C. H. Wilson, M. M. Postan (1977). p.614. ISBN 0-521-08710-4
  46. Hlavačka, Milan. "Formování moderního českého národa 1815–1914". Historický Obzor (çex). 20 (9/10). 2009: 195.
  47. 1 2 Cole, Laurence; Unowsky, David (redaktorlar ). The Limits of Loyalty: Imperial Symbolism, Popular Allegiances, and State Patriotism in the Late Habsburg Monarchy (PDF). New York, Oxford: Berghahn Books. 25 May 2015 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 24 May 2015.
  48. "Františka Plamínková: the feminist suffragette who ensured Czechoslovakia's Constitution of 1920 lived up to the principle of equality". Radio Prague International. 29 February 2020. 8 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 January 2021.
  49. 1 2 Stephen J. Lee. Aspects of European History 1789–1980. Page 107. Chapter "Austria-Hungary and the successor states". Routledge. 28 January 2008.
  50. Preclík, Vratislav. Masaryk a legie (Masaryk and legions), váz. kniha, 219 pages, first issue – vydalo nakladatelství Paris Karviná, Žižkova 2379 (734 01 Karviná, Czech Republic) ve spolupráci s Masarykovým demokratickým hnutím (Masaryk Democratic Movement, Prague), 2019, ISBN 978-80-87173-47-3, pages 22–81, 85–86, 111–112, 124–125, 128, 129, 132, 140–148, 184–209.
  51. "Tab. 3 Národnost československých státních příslušníků podle žup a zemí k 15 February 1921" (PDF) (çex). Czech Statistical Office. 5 June 2007 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2 June 2007.
  52. "Ekonomika ČSSR v letech padesátých a šedesátých". Blisty.cz. 21 August 1968. 7 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 May 2014.
  53. Dijk, Ruud van; Gray, William Glenn; Savranskaya, Svetlana; Suri, Jeremi; Zhai, Qiang. Encyclopedia of the Cold War. Routledge. 2013. səh. 76. ISBN 978-1135923112. 22 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 December 2017.
  54. Rothenbacher, Franz. The European Population 1850–1945. Palgrave Macmillan, London. 2002. səh. 145. ISBN 978-1-349-65611-0.
  55. Chad Bryant (2009) Prague in Black: Nazi Rule and Czech Nationalism (Harvard University Press, 2009), pp 104–178. Snyder, Timothy (2010). Bloodlands: Europe Between Hitler and Stalin. Basic Books. p. 160. ISBN 0465002390
  56. "A Companion to Russian History Arxivləşdirilib 6 sentyabr 2015 at the Wayback Machine". Abbott Gleason (2009). Wiley-Blackwell. p.409. ISBN 1-4051-3560-3
  57. Chad Bryant (2009) Prague in Black: Nazi Rule and Czech Nationalism (Harvard University Press, 2009), 208–252.
  58. F. Čapka: Dějiny zemí Koruny české v datech Arxiv surəti 20 iyun 2008 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 20 iyun 2008 at the Wayback Machine. XII. Od lidově demokratického po socialistické Československo – pokračování. Libri.cz Şablon:İn lang
  59. "Czech schools revisit communism". 4 August 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 September 2014.
  60. Velinger, Jan. "World Bank Marks Czech Republic's Graduation to 'Developed' Status". Radio Prague. 28 February 2006. 12 January 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 January 2007.
  61. "Human Development Report 2009" (PDF). UNDP.org. January 2009. 22 November 2009 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 25 April 2010.
  62. "EU, NATO, Schengen and Eurozone member states in Europe". 13 October 2018. 2 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2024.
  63. "Czech election: Billionaire Babis wins by large margin". BBC News. 21 October 2017. 18 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2024.
  64. "Czech billionaire Andrej Babis named new prime minister". Deutsche Welle. 6 December 2017. 4 February 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2024.
  65. "Czech Republic: Petr Fiala named new prime minister". DW.COM. 28 November 2021. 22 February 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2024.
  66. "Retired general Petr Pavel wins election to become Czech president". euronews. 28 January 2023. 27 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2024.
  67. "Regional Refugee Response Plan for the Ukraine Situation – Inter-Agency Operational Update: Czech Republic, July – October 2022". reliefweb. UN Office for the Coordination of Humanitarian Affairs. 17 November 2022. 2 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 February 2023.
  68. Field, Matt. "Ukraine is fighting on behalf of all democracies". GOV.UK. British Embassy Prague. 24 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 February 2023.
  69. Dinerstein, Eric; Olson, David; Joshi, Anup; Vynne, Carly; Burgess, Neil D.; Wikramanayake, Eric; Hahn, Nathan; Palminteri, Suzanne; Hedao, Prashant; Noss, Reed; Hansen, Matt; Locke, Harvey; Ellis, Erle C; Jones, Benjamin; Barber, Charles Victor; Hayes, Randy; Kormos, Cyril; Martin, Vance; Crist, Eileen; Sechrest, Wes; Price, Lori; Baillie, Jonathan E. M.; Weeden, Don; Suckling, Kierán; Davis, Crystal; Sizer, Nigel; Moore, Rebecca; Thau, David; Birch, Tanya; Potapov, Peter; Turubanova, Svetlana; Tyukavina, Alexandra; de Souza, Nadia; Pintea, Lilian; Brito, José C.; Llewellyn, Othman A.; Miller, Anthony G.; Patzelt, Annette; Ghazanfar, Shahina A.; Timberlake, Jonathan; Klöser, Heinz; Shennan-Farpón, Yara; Kindt, Roeland; Lillesø, Jens-Peter Barnekow; van Breugel, Paulo; Graudal, Lars; Voge, Maianna; Al-Shammari, Khalaf F.; Saleem, Muhammad. "An Ecoregion-Based Approach to Protecting Half the Terrestrial Realm". BioScience. 67 (6). 2017: 534–545. doi:10.1093/biosci/bix014. ISSN 0006-3568. PMC 5451287. PMID 28608869.
  70. R. Tolasz, Climate Atlas of the Czech Republic, Czech Hydrometeorological Institute, Prague, 2007. ISBN 80-244-1626-3, graphs 1.5 and 1.6
  71. "Czech absolute record temperature registered near Prague". České noviny. ČTK. 25 October 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 August 2012.
  72. Brázdil, Rudolf; və b. "Spatiotemporal variability of tornadoes in the Czech Lands, 1801–2017". Theor. Appl. Climatol. 136 (3–4). 2019: 1233–1248. Bibcode:2019ThApC.136.1233B. doi:10.1007/s00704-018-2553-y. ISSN 0177-798X.
  73. Antonescu, Bogdan; D. M. Schultz; F. Lomas. "Tornadoes in Europe: Synthesis of the Observational Datasets". Mon. Wea. Rev. 144 (7). 2016: 2445–2480. Bibcode:2016MWRv..144.2445A. doi:10.1175/MWR-D-15-0298.1.
  74. R. Tolasz, Climate Atlas of the Czech Republic, Czech Hydrometeorological Institute, Prague, 2007. ISBN 80-244-1626-3, graph 2.9.
  75. "Country Rankings". Yale. 2016. 2 February 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 November 2016.
  76. Grantham, H. S.; Duncan, A.; Evans, T. D.; Jones, K. R.; Beyer, H. L.; Schuster, R.; Walston, J.; Ray, J. C.; Robinson, J. G.; Callow, M.; Clements, T.; Costa, H. M.; DeGemmis, A.; Elsen, P. R.; Ervin, J.; Franco, P.; Goldman, E.; Goetz, S.; Hansen, A.; Hofsvang, E.; Jantz, P.; Jupiter, S.; Kang, A.; Langhammer, P.; Laurance, W. F.; Lieberman, S.; Linkie, M.; Malhi, Y.; Maxwell, S.; Mendez, M.; Mittermeier, R.; Murray, N. J.; Possingham, H.; Radachowsky, J.; Saatchi, S.; Samper, C.; Silverman, J.; Shapiro, A.; Strassburg, B.; Stevens, T.; Stokes, E.; Taylor, R.; Tear, T.; Tizard, R.; Venter, O.; Visconti, P.; Wang, S.; Watson, J. E. M. "Anthropogenic modification of forests means only 40% of remaining forests have high ecosystem integrity – Supplementary Material". Nature Communications. 11 (1). 2020: 5978. Bibcode:2020NatCo..11.5978G. doi:10.1038/s41467-020-19493-3. ISSN 2041-1723. PMC 7723057 (#bad_pmc). PMID 33293507 (#bad_pmid).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]