II Vilhelm — Vikipediya

II Vilhelm
alm. Wilhelm II
15 iyun 1888 – 9 noyabr 1918
ƏvvəlkiIII Fridrix
Sonrakımonarxiya ləğv edildi
Noyabr inqilabı
Şəxsi məlumatlar
Doğum tarixi 27 yanvar 1859(1859-01-27)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 4 iyun 1941(1941-06-04)[1][2][…] (82 yaşında)
Vəfat səbəbi ürək-damar xəstəliyi[d]
Təhsili
Fəaliyyəti dövlət xadimi, rəssam, rəsm kolleksioneri[d], müəllif, rəhbər
Atası III Fridrix[3][4]
Anası Viktoriya (Almaniya imperatriçası)[3][4]
Həyat yoldaşları
Ailəsi Hohensollernlər[5]
Dini lüteranlıq
Hərbi xidmət
Döyüşlər
Rütbəsi general, general-feldmarşal (1900)
Elmi fəaliyyəti
Elmi dərəcəsi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

II Vilhelm (alm. Friedrich Wilhelm Viktor Albert von Preußen‎; 27 yanvar 1859[1][2][…], Potsdam[4]4 iyun 1941[1][2][…]) — alman imperatoru III FridrixinViktoriya Saksen-Koburq-Qotanın oğlu. Britaniya kraliçası I Viktoriyanın nəvəsi. 1888–1918-ci illərdə hakimiyyətdə olmuş sonuncu Prussiya Kralı və Almaniya imperatoru.

O anadan olanda aldığı xəsarətdən əlinin biri şikəst idi. Şəkillərdə o həmişə bu əlini başqası ilə gizlətmiş və ya da fotoaparata yan tərəfdən baxmışdır.

II Vilhelm onun babası I Vilhelm və atası III Fridrix vəfat etdikdən sonra 29 yaşındaykən imperator olur.

Xarici siyasəti

[redaktə | mənbəni redaktə et]

II Vilhelm alman tarixində daha çox güclü xarici siyasəti ilə yadda qalmışdır.

Onun imperatorluğu dövründə Alman imperiyasının müstəmləkəçilik siyasəti genişlənir ki, bu da AfrikadaÇində hərbi toqquşmalara səbəb olur.

İmperatorun Britaniya donanması ilə rəqabətə girə biləcək hərbi dəniz donanmasını yaratmaq cəhdi Londonda mənfi qarşılanır və XX əsrin əvvəlində ingilis-alman dəniz silahlanmasında yarışmaya səbəb olur. Onun əsas müttəfiqi Avstriya-Macarıstan monarxiyasının Balkanlardakı ekspansiya siyasətini və onun Osmanlı imperiyasını dəstəkləməsi Rusiya ilə olan münasibətlərini həddən artıq kəskinləşdirir. Avropanın nəhəng dövlətləri arasında olan konfliktlər, Vilhelmin Böyük BritaniyaRusiya ilə şəxsi qohumluq və dostluq müasibətlərinin olmasına baxmayaraq Birinci dünya müharibəsinin başlanmasını dayandırmaq mümkün olmamışdır.

Almaniya öz müstəmləkələrindən məhrum olduqdan sonra iki cəbhədə müharibə aparmalı olur. Nəticədə arxa cəbhədə iqtisadi durum pisləşir. Müharibədə məğlubiyyət 1918-ci ildə Almaniyadakı inqilabla paralel olaraq baş vermişdir. Bundan sonra Vilhelm həmişəlik Almaniyanı tərk edərək neytral zona olan Niderlanda köçür və ömrünün sonuna qədər Niderlandda yaşayır.

Sosial siyasəti

[redaktə | mənbəni redaktə et]

II Vilehlmin hökmranlığı dövründə Bismarkın sosializmin zəiflədilməsi xəttindən uzaqlaşma hiss olunur. Bismarkın sosialistlərin əleyhinə işlədiyi qanun yerinə yetirilmir, hökumətin sosial-demokratlarla yaxınlaşması hiss olunur. Hətta sosial-demokratlar 1914-cü ildə Birinci dünya müharibəsinin başlanmasını dəstəkləyirlər.

Onun idarəçiliyi dövründə bazar günü işləməyi qadağan edən qanun, qadın və uşaqların gecə növbəsində işləməsini, qadınların sonuncu hamiləlik aylarında işləməsini qadağan edilməsi və 14 yaşından kiçik olan uşaqların işləməsinin məhdudlaşdırılmasını tənzim edən qanunların qəbulu ölkədə iqtisadiyyatın inkişafına kömək etmişdir.

O deyirdi ki, "mən kasıbların şahı olmaq istəyirəm". Belə ki,vergilərin proqressiv şəkildə tətbiqi də II Vilhelmin dövründə qəbul edilmişdir.

Fəaliyyətinin sonu

[redaktə | mənbəni redaktə et]

1919-cu ildə bağlanmış Versal sülh müqaviləsinə əsasən Vilhelm müharibənin səbəbkarı kimi Beynəlxalq tribunalda mühakimə edilməli idi. Ancaq Niderland hökuməti onu vermir, və eyni zamanda qalib dövlətlər də bunu tələb etmirlər. Vilhelm ömrünün sonuna kimi Niderlandda yaşayır. 1920-ci illərdə onunla dostluq əlaqəsi olan feldmarşal Paul fon Hindenburq ilə o aktiv məktublaşır. Vilhelm öz yaxın dostu Hindenburqun 1925-ci ildə Veymar Respublikasının prezidenti seçilməsini alqışlayır. 1926-cı ildə Prussiya landtaqı Vilhelmə əvvəllər malik olduğu torpaq sahələrini qaytarmaq üçün qərar qəbul edir. Bu torpaqlar 1918-ci il inqilabı ərəfəsində Vilhelmin əlindən alınmışdır. 1920-ci illərində Vilhelm xeyriyyəçilik ilə məşğul olur. 1928-ci ildə o "Hadisələr və adamlar 1878–1918" adlı kitab yazır. Burada Vilhelm o dövrdəki dünya tarixini öz baxışından təsir edir.

Vilhelm İkinci dünya müharibəsi ərəfəsində, 1941-ci ildə Almaniya tərəfindən zəbt olunmuş Niderlandda vəfat edir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 Balfour M. G. William II // Encyclopædia Britannica (ing.).
  2. 1 2 3 4 Wilhelm II // RKDartists (nid.).
  3. 1 2 3 4 Kindred Britain.
  4. 1 2 3 4 5 6 Catalog of the German National Library (alm.).
  5. http://www.irishtimes.com/news/world/europe/the-man-who-would-be-kaiser-1.1884029.