Düsseldorf — Vikipediya
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Düsseldorf | |||||
---|---|---|---|---|---|
Düsseldorf | |||||
| |||||
51°13′52″ şm. e. 6°46′20″ ş. u.HGYO | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
İlk məlumat | 1135 | ||||
Sahəsi |
| ||||
Mərkəzin hündürlüyü | 38 ± 1 m | ||||
Saat qurşağı |
| ||||
Əhalisi | |||||
Əhalisi |
| ||||
Rəsmi dili | |||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | 02104, 0211, 0203 | ||||
Poçt indeksi | 40210, 40211, 40212, 40213, 40215, 40217, 40219, 40221, 40223, 40225, 40227, 40229, 40231, 40233, 40235, 40237, 40239, 40468, 40470, 40472, 40474, 40476, 40477, 40479, 40489, 40545, 40547, 40549, 40589, 40591, 40593, 40595, 40597, 40599, 40625, 40627, 40629 | ||||
Nəqliyyat kodu | D | ||||
Digər | |||||
duesseldorf.de | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Düsseldorf (ⓘ) — Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətinin paytaxtıdır. Reyn çayının bir hissəsi Düsseldorf ərazisindən keçir. Əhalisi 583.829 nəfərdir (2009). Və Almaniyanın ən böyük şəhərlərindən biridir.
Düsseldorf şəhəri Almaniyanın qərbindəki Reyn-Rur bölgəsində yerləşir. 2009-cu ilin statistikasına görə, 217 kvadrat kilometr sahəsi olan Düsseldorfun əhalisinin sayı 584 min nəfərdir. Düsseldorf şəhər statusunu 1288-ci ildə alıb. Şəhərin adı Düssel çayından götürülüb. Reyn çayının şimalında — Düssel çayının Reyn çayına töküldüyü yerdə yerləşir.
Düsseldorf 50 rayona bölünmüş 10 dairədən ibarətdir və Reyn-Rur bölgəsinin iqtisadi cəhətdən ən inkişaf etmiş şəhəridir. Şəhər reklam, telekommunikasiya texnologiyaları sahəsində aparıcı mərkəz, həmçinin "Almaniyanın modalar şəhəri" hesab olunur. Düsseldorf şəhəri rəssamlıq akademiyaları, muzeyləri və üzərində dünyanın ən böyük elektron saatı asılmış televiziya qülləsi ilə məşhurdur. Müasir incəsənətin ən tanınmış nümayəndələri öz işlərini Düsseldorf Münsterdəki İncəsənət Akademiyasında davam etdirirlər.
Dünya turizm agentlikləri Düsseldorfu "pivə şəhəri" adlandırır. Almanlar özləri isə bu şəhərə "dünyanın ən uzun barı" deyirlər. Çünki şəhərin qədim hissəsində — Qədim şəhərdə (almanca: Altstadt) 250 pivəxana fəaliyyət göstərir.
Düsseldorf əhalisinin yaşayış səviyyəsinə görə dünyada 6-cı, bahalığa görə isə 5-ci yeri tutur. Almaniyada Frankfurtdan sonra ikinci ən böyük bank və birja mərkəzidir.
Əhali
[redaktə | mənbəni redaktə et]Vətəndaşlığına görə Xarici Ölkə Rezidentləri | |
Ölkə | Əhali (31. dekabr 2017) |
---|---|
Türkiyə | 12,707 |
Yunanıstan | 10,388 |
Polşa | 9,316 |
İtaliya | 7,799 |
Yaponiya | 5,829 |
Suriya | 5,820 |
Rumıniya | 4,856 |
Mərakeş | 4,541 |
İspaniya | 4,477 |
Rusiya | 4,430 |
ÇXR | 4,251 |
Şimali Makedoniya | 3,842 |
Xorvatiya | 3,720 |
Fransa | 3,328 |
Ukrayna | 3,266 |
İraq | 3,079 |
İran | 2,962 |
Coğrafiya
[redaktə | mənbəni redaktə et]İqlim
[redaktə | mənbəni redaktə et]Düsseldorf (1991–2020) iqlimi | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
Mütləq maksimum, °C | 16,4 | 21,0 | 23,8 | 28,8 | 33,8 | 36,8 | 40,7 | 38,5 | 34,0 | 27,7 | 21,0 | 16,3 | 40,7 |
Maksimum orta, °C | 6,0 | 7,2 | 11,1 | 15,6 | 19,4 | 22,5 | 24,7 | 24,2 | 20,1 | 15,2 | 10,0 | 6,6 | 15,2 |
Orta temperatur, °C | 3,4 | 4,0 | 6,9 | 10,5 | 14,3 | 17,3 | 19,4 | 18,9 | 15,3 | 11,2 | 7,1 | 4,2 | 11,0 |
Minimum orta, °C | 0,5 | 0,7 | 2,6 | 5,0 | 8,7 | 11,7 | 14,0 | 13,7 | 10,7 | 7,5 | 3,9 | 1,5 | 6,7 |
Mütləq minimum, °C | −20,8 | −15,4 | −16,1 | −6,3 | −1,1 | 2,4 | 4,8 | 5,0 | 0,7 | −6,2 | −9,4 | −15,3 | −20,8 |
Yağıntı norması, mm | 61,0 | 56,0 | 54,0 | 46,0 | 61,0 | 66,0 | 73,0 | 77,0 | 60,0 | 61,0 | 64,0 | 70,0 | 749,0 |
Mənbə: Düsseldorf Wetter – wetterlabs.de |
İdman
[redaktə | mənbəni redaktə et]"Fortuna Düsseldorf" şəhəri Bundesligada təmsil edən əsas futbol klubudur. "Fortuna" 1997/1998 futbol sezonund ikinci liqaya düşmüşdü. Klubun əsas liqaya dönüşü isə bu sezona, 2012/2013 futbol sezonuna təsadüf edir. Şəhərin müxtəlif yerlərində kluba aid atributları tapmaq mümkündür. "Fortuna"nın oyunları zamanı isə şəhərdə və Esprit arenada inanılmaz atmosfer yaranır.
Şəhər əhalisinin idmana, xüsusi ilə futbola marağı böyükdür.
Təhsil
[redaktə | mənbəni redaktə et]Şəhərdə mövcud olan əsas universitet Heinrich Heine Universitetidir (alm. Heinrich-Heine-Universität Düsseldorf). Universitet, məşhur alman şair və politoloqu Heinrich Heinenin şərəfinə adlandırılıb. Heinrich Heine 1797-ci ildə Düsseldorfda anadan olmuşdur.
1965-ci ildə sadəcə tibb fakültəsi ilə fəaliyyətə başlayan universitetdə hal-hazırda hüquq, tibb, fəlsəfə, riyaziyyat, iqtisadiyyat fakültələri mövcuddur. Universitetin ərazisi olduqca böyükdür, universitet ərazisində müxtəlif korpuslar mövcuddur. Universitetdə təxminən 28.000 tələbə təhsil almaqdadır.
Avroviziya 2011
[redaktə | mənbəni redaktə et]"Avroviziya 2011" yarışı Düsseldorf beynəlxalq hava limanından 5 kilometr aralıda yerləşən "Fortuna Arena"da keçirilib. 54 min nəfərdən çox tamaşaçı tutan "Fortuna Arena"da müsabiqə üçün səhnə və texniki avadanlıqlar quraşdırıldıqdan sonra 25 minə yaxın tamaşaçı üçün yer qalıb. Stadiondan qazon yığışdırılıb, oturacaqlar xüsusi döşəmə ilə əvəzlənmişdi.
Qardaş şəhərlər
[redaktə | mənbəni redaktə et]- , Resinq, İngiltərə, Böyük Britaniya (1988)
- Hayfa, İsrail (1988)
- Çemnitz, Keçmiş ADR, indiki AFR (1988)
- Varşava, Polşa (1989)
- Moskva, Rusiya (1992)
- Çuntsin, Çin (2004)
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ https://www.destatis.de/DE/ZahlenFakten/LaenderRegionen/Regionales/Gemeindeverzeichnis/Administrativ/Aktuell/05Staedte.html.
- ↑ Alle politisch selbständigen Gemeinden mit ausgewählten Merkmalen am 31.12.2022 (alm.). DESTATIS, 2023.
- ↑ "Statistische Informationen" (PDF). Amt 12. 23 April 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 June 2018.
- ↑ "Statistische Informationen" (PDF). Amt 12. 23 April 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 June 2018.
- ↑ "Statistische Informationen" (PDF). Amt 12. 23 April 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 June 2018.
- ↑ "Statistische Informationen" (PDF). Amt 12. 9 June 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 June 2018.
- ↑ "Statistische Informationen" (PDF). Amt 12. 23 April 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 June 2018.
- ↑ "Statistische Informationen" (PDF). Amt 12. 27 March 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 June 2018.
- ↑ "Statistische Informationen" (PDF). Amt 12. 23 April 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 June 2018.
- ↑ "EU-Ausländer in Duesseldorf" (PDF). 20 January 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 June 2018.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et] Almaniya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |