İsrail — Vikipediya

İsrail
מְדִינַת יִשְׂרָאֵל  (İvrit)
دَوْلَة إِسْرَائِيل  (Ərəb)
Bayraq Gerb
Bayraq Gerb
Tarixi
 • Fələstin mandatlığının yaranması 25 aprel 1920
 • Müstəqilliyin əldə edilməsi 14 may 1948
 • Birləşmiş Millətlər Təşkilatına qəbul 11 may 1949
 • İsrailin əsas qanunlarının qəbulu 1 oktyabr 1958
Rəsmi dilləri
Paytaxt Qüds
İdarəetmə forması Unitar parlament respublikası
Prezident İsaak Herzoq
Baş nazir Benyamin Netanyahu
Knesset spikeri Əmir Ohana
İsrail Ali Məhkəməsinin Baş Hakimi Ester Hayut
Sahəsi Dünyada 149-cu
 • Ümumi 20,770-22,072 km² km²
 • Su sahəsi (%) 2.71
Əhalisi
 • Əhali 9,730,400[1][Qeyd 1] nəfər (91-ci)
 • Siyahıyaalma (2008) 7,412,200[4][Qeyd 1] nəf.
 • Sıxlıq 441 nəf./km² (29-cu)
ÜDM (AQP)
 • Ümumi $533.9 milyard dollar  (48-ci)
 • Adambaşına $55,540 dollar  (29-cu)
ÜDM (nominal)
 • Ümumi (2023) $539.2 milyard dollar  (29-cu)
 • Adambaşına $55,535 dollar  (13-cü)
İİİ (2018) 0.919 (artım; 22-ci)
Demonim İsrailli
Valyuta Yeni İsrail şekeli
İnternet domeni .il
ISO kodu IL
BOK kodu ISR
Telefon kodu +972
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][5]
Rəsmi veb-səhifə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İsrail (ivr.יִשְׂרָאֵל‏‎; ərəb. إِسْرَائِيل‎) və ya rəsmi adı ilə İsrail Dövləti (ivr.מְדִינַת יִשְׂרָאֵל‏‎, Medinat Yisra'el) — Yaxın Şərqdə yerləşən dövlət. 31 dekabr 2019-cu il tarixində aparılan siyahıyaalmaya əsasən əhalisi 9.136.000 nəfərdir. Ərazisi 22,072 km² əhatə edir. Əhalisinə görə dünyada 96-cı, ərazisinə görə isə 148-ci yeri tutur. Yaxın Şərqdə, Aralıq dənizinin şərq sahillərində yerləşir. Şimaldan Livan, şimal-şərqdən Suriya, şərqdən İordaniyaİordan çayının qərb sahili, cənub-qərbdən MisirQəzzə zolağı ilə həmsərhəddir.[6] Dövlət dili ivritcə olsa da, ərəb dili xüsusi statusa malikdir.[7][8] Dövlətin paytaxtı, iqtisadi və texnoloji mərkəzi Təl-Əviv,[9] hökumətin mərkəzi və elan edilmiş paytaxtı işğal altında olan Qüdsdür. Lakin dövlətin Qüds üzərində suverenliyinin tanınması məhduddur.[10][11][12][13][Qeyd 2]

İsrail torpağı Afrika xaricindəki ilk hominidlərin köç nöqtələrindən biri olmuşdur.[17] Kənan qəbilələri bu bölgədə Orta Tunc dövründən yaşamış,[18][19] İsrail KrallığıYəhudi Krallığı dəmir dövründə qurulmuşdur.[20][21] E.ə. 720-ci ildə Yeni Assuriya İmperiyasının yaranması ilə İsrail Krallığı süquta uğramışdır.[22] Yəhudi Krallığı, sırasıyla Babil, FarsYunan imperiyaları tərəfindən işğal edilmiş, lakin muxtar statusu olan yəhudiliyi qoruyub saxlamışdır.[23][24] Məkkəbi üsyanı nəticəsində e.ə. 110-cu ildə Haşmoneyi Krallığı qurulsa da,[25] əvvəlcə e.ə. 63-cü ildə Roma Respublikasının vassal dövləti olmuş, daha sonra e.ə. 37-ci ildə Herod xanədanlığı mərkəzi hökmdar olaraq təyin edilmiş, e.ə 6-cı ildə isə Yəhudiyyə adı altında Roma İmperiyasının vilayəti olaraq yenidən qurulmuşdur.[26] Yəhudiyyə uzun müddət Roma İmperiyasının vilayəti olaraq qalmış,[25] lakin üsyanlar nəticəsində Roma hökmdarları şəhəri atəşə vermiş, yəhudilər qovulmuş və bölgənin adı Suriya Fələstini olaraq dəyişdirilmişdir.[25][27][28] Sonradan bölgədəki yəhudilərin varlığı əsrlər boyu müəyyən dərəcədə davam etmişdir. Eramızın VII əsrində Levant, ərəblər tərəfindən Bizans İmperiyasından alınmış və bölgədəki ərəb hökmranlığı 1099-cu il Birinci Səlib yürüşünə qədər davam etmişdir. 1187-ci ildə Əyyubilərlə birlikdə müsəlmanlar yenidən bölgəyə hakim olmuş, XIII əsrdə məmlüklər Misirdən bu bölgəyə qədər olan əraziləri öz torpaqlarına qatmışdır. 1517-ci ildə Məmlüklər, Osmanlı İmperiyası tərəfindən məğlub edilmiş və bu bölgədəki Osmanlı hökmranlığı, imperiyanın Birinci Dünya Müharibəsində dağılmasına qədər davam etmişdir.[29][30] XIX əsrdə, milli yəhudi oyanışı ilə yəhudi diasporunda sionist hərəkat meydana gəlmiş, Osmanlı SuriyasıFələstin mandatına yəhudilərin sürətli köçü baş tutmuşdur.[31][32][33]

1947-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən hazırlanmış paylaşma planı ilə bölgədə müstəqil ərəb və yəhudi dövlətləri ilə birlikdə beynəlxalq Qüds rəhbərliyinin qurulması istənildi.[34][35] Ərəb liderləri rədd etsə də, Yəhudi Agentliyi bu planı qəbul etdi.[36] Növbəti il Yəhudi Agentliyi İsrail Dövlətinin müstəqilliyini elan etdi və 1948-ci il Ərəb-İsrail müharibəsi nəticəsində İsrail keçmiş Fələstin Mandat ərazisinin əksəriyyətini əlində saxlamağa nail olsa da qonşu ərəb ölkələri isə İordan çayının qərb sahiliQəzzəni ələ keçirmiş oldu.[37][38] Bu müharibədən sonra İsrail və ərəb ölkələri arasında bir çox müharibələr baş tutdu. 1967-ci ildəki altı günlük müharibədən sonra İsrail İordan çayının qərb sahili, Qəzzə zolağıQolan təpələrini ələ keçirmiş oldu.[39][40][41][Qeyd 3] Şərqi YerusəlimQolan təpələrində hakimiyyəti ələ keçirsə də, İordan çayının qərb sahilində uğursuzluq yaşandı.[46][47][48][49] İsrailin Fələstin torpaqlarının işğalı müasir dövrün ən uzun müddətli işğallarından biridir.[42][43][44] İsrail-Fələstin münaqişəsinə beynəlxalq səviyyədə son qoyma səyləri daim uğursuzluqla nəticələnsə də, İsrail ilə Misirİordaniya arasında sülh müqavilələri imzalanmışdır.[45]

Müstəqillik bəyannaməsinə görə İsrail müstəqil bir yəhudi dövlətidir.[50] İsrail, eyni zamanda yəhudilərlə yanaşı, bütün etnik qrupların din, dil və irqdən asılı olmayaraq bərabər hüquqlara sahib olduğu çoxmillətli və demokratik bir dövlətdir.[51][52] İsrail əhəmiyyətli etno-mədəni müxtəlifliyi ilə seçilir.[53][54] Ölkənin əhalisinin əsas hissəsini 6.772.000 nəfər ilə yəhudilər (74.1%), 1.916.000 nəfər ilə ərəblər (21%), 448.000 nəfər ilə digər millətlər təşkil edir.[55][56] İsrail inkişaf etmiş bir ölkədirİƏİT üzvüdür. Nominal ÜDM dəyərlərinə görə dünyanın ən böyük 31-ci iqtisadiyyatına sahibdir və hazırda münaqişə vəziyyətində olan ən inkişaf etmiş ölkələrdən biridir.[57] Yaxın Şərqdə yaşayış standartları,[58] ali təhsilli vətəndaşların nisbəti,[59] araşdırma və inkişaf xərclərinin ÜDM-də nisbəti,[60] qadınların təhlükəsizliyi,[61] ömür müddəti,[62] innovativlik və xoşbəxtlik baxımından ilk sıradadır.[63][64]

Tövrata görə Yaqub peyğəmbər ailəsi ilə birlikdə köç edərkən Tanrının insan şəklində göndərdiyi mələk ilə qarşılaşır. Ailəsini çayın o biri tərəfinə keçirdikdən sonra Yakub peyğəmbər mələk ilə səhər açılana qədər güləşir. Səhərin açıldığını və Yakub peyğəmbəri məğlub edə bilməyəciyini görən mələk ondan onu buraxmasını xahiş edir. Yakub peyğəmbər isə onu müqəddəsləşdirmək şərtiylə buraxacağını bildirir. Beləliklə mələk onu "Tanrı ilə döyüşən" mənasını verən İsrail adı ilə müqəddəsləşdirir. Buna görə Yakubun soyundan gələnlər İsrailoğulları adı ilə xatırlanır.

border=none Əsas məqalə: İsrail tarixi

Ubaydiya bölgəsində aparılan arxeoloji qazıntılar zamanı Homo erektusun müasir İsrail ərazilərində yaşadığının sübutu olan bir çox izlərə rast gəlinmişdir. Təxminən 200 min il əvvəl neandertal insanlar bu bölgədə yaşamış, bundan qısa müddət sonra müasir tipli insanlar ortaya çıxmışdır. İsrailin Qalileya bölgəsində yer alan Misliya mağarasında sümüklərinin yaşı 175–200 min il olan homo sapienlərə rast gəlinmişdir.

E.ə. X-VIII minilliklərdə bu ərazilər, tarixdə ilk dəfə dənli bitkilər becərməyə başlayan Natufiya mədəniyyət zonasının bir hissəsi olmuşdur. Təxminən 9 min il əvvəl bu yerlərdə neolitik inqilab başlamış və qədim Yerixo şəhəri də daxil olmaqla ilk yaşayış yerləri meydana gəlmişdir. İlk sami tayfalarından olan kənanlar burada təxminən e.ə IV-III minilliklərdə meydana gəlmişlər. Növbəti 2–3 min il ərzində bu ərazilər Qədim Misirin himayəsi altında qalmışdır.

Yəhudi xalqı və İsrail torpağı arasındakı əlaqə İncilin patriarxı İbrahimə təsadüf edir. İncilə görə İsrail torpağı "Vəd edilmiş torpaq" olaraq Tanrı tərəfindən yəhudilərə vəsiyət edilmişdir. Məhz buna görə də, yəhudi xalqının bütün müqəddəs ibadət məskənləri burada yerləşir.

border=none Əsas məqalələr: İsrail coğrafiyasıİsrail faunası

İsrail Bərəkətli Hilal regionunun Levant bölgəsində yerləşir.[65] Ölkə Aralıq dənizinin şərqində, şimaldan Livan, şimal-şərqdən Suriya, şərqdən İordaniyaİordan çayının qərb sahili, cənub-qərbdən MisirQəzzə zolağı ilə həmsərhəddir. 29°-34° şimal enliyi və 34°-36° şərq uzunluğu arasında yer alır.[66][67]

Ölkənin şimaldan cənuba uzunluğu 470 km, şərqdən qərbə uzunluğu isə 135 km təşkil edir. Sərhədlərinin ümumi uzunluğu 1125 km-dir. İsrailin suveren ərazisi (Rodos müqaviləsi sərhəd xəttlərinə görə və 1967-ci il altı günlük müharibə zamanı ələ keçirilən bütün torpaqlar istisna olmaqla) 20.770 kvadrat kilometrdir.[68] Ərazisinin 2,1%-ni su sahəsi təşkil edir. İsrail qanunlarına görə isə, dövlətin sərhədləri Şərqi QüdsQolan təpələri də daxil olmaqla ümumilikdə 22.072 kvadrat kilometrdir.[69] Lakin İsrail, hərbi nəzarəti altında olan və qismən Fələstin milli idarəsi tərəfindən idarə olunan İordan çayının qərb sahili ilə birlikdə 27,799 kvadrat kilometr sahəyə sahibdir.[70][71] Sahəcə kiçik olmasına baxmayaraq, İsrail cənubdakı Negev səhrasından İzreel vadisinə, Qalileya yüksəkliklərindən Karmel dağı və şimaldakı Qolan təpələrinə qədər bir çox coğrafi məkanlara ev sahibliyi edir. Aralıq dənizi sahillərindəki İsrail sahil düzü, ölkə əhalisinin ən sıx məskunlaşdığı bölgələrdəndir.[72] Mərkəzi dağlıqların şərqində 6500 kilometr uzunluğunda Böyük rift vadisinin kiçik bir hissəsini təşkil edən İordaniya rift vadisi yerləşir.[73] İordan çayı İordaniya rift vadisi boyunca Hermon dağından Ölü dənizə qədər uzanır.[74] Cənubda Qırmızı dənizin bir hissəsi olan Aqaba körfəzinin qutaracağında Arava səhrası yerləşir. Bu səhrada sadəcə İsrail və Sinay yarımadası üçün xarakterik olan maxteşim və ya eroziya sirkləri geniş yayılmışdır. Dünyadakı ən böyük maxteşim 40 kilometr uzunluğunda olan Negev səhrasındaki Ramon krateridir.[75] Aralıq dənizi ekoloji vəziyyəti hesabatına əsasən ən çox bitki növünə İsrail hövzəsinə rast gəlmək mümkündür. İsrailin beynəlxalq səviyyədə tanınan ərazidəki ən yüksək nöqtə 1.208 metr ilə Meron dağıdır.[76]

Hazırda İsrailin ərazisi daxilində yerləşən dəniz adaları yoxdur. Lakin, İsrail hökuməti, ərazi sahəsi azlığına cavab olaraq sahil yaxınlığında bir hava limanı, dəniz limanı, duzsuzlaşdırma qurğusu, elektrik stansiyası və hərbi sınaq bazası yerləşdirmək üçün süni adalar inşa etməyi planlaşdırır.[71][77][78]

Təbii faydalı qazıntılar

[redaktə | mənbəni redaktə et]

İsrail torpaqları ərazisində, qədim dövrlərdən bəri mis, asfaltkükürd kimi təbii faydalı qazıntılar çıxarılaraq ixrac olunmuşdur. XXI əsrdə İsrail mədən sənayesinin illik istehsalının dəyəri 100 milyard dollar olaraq qiymətləndirilmişdir. XX əsrin ikinci yarısında aparılan araşdırmalara görə ölkədə müxtəlif növ inşaat və kimyəvi xammallar olsa da, tektonik quruluş səbəbilə qiymətli mineralların olmadığı aşkar edilmişdir. Lakin, sonralar İsrail geologiya elminin gücləndirilməsi və aparılan təcrübəli tədqiqatlar nəticəsində bir çox qiymətli mineral yataqları kəşf edilmişdir.

İsrailin perspektivli neft ehtiyatları 4.2 milyard barel olaraq qiymətləndirilir. Aparılan araşdırmalara əsasən, sadəcə Aralıq dənizi şelfində 1,5 milyard barelə yaxın neft ehtiyatı mövcuddur. Dənizin hövzə yatağında isə 1,4 milyard barel neft ehtiyatı mövcuddur. Şist nefti ehtiyatlarının 250 milyard barel olduğu təxmin edilir ki, bu da Səudiyyə Ərəbistanı ilə müqayisə edilə bilər. İsrail neft şirkəti Ölü dənizin cənub-qərb sahili yaxınlığında Çuk-Çamrur yatağını istismar edir. Gündəlik istehsal təxminən 200 bareldir. 2015-ci ilin noyabrında, Genie Oil & Gas kəşfiyyat şirkətinin nümayəndəsi Yuval Bartov, Qolan təpələrində 1 milyard barel həcmində ehtiyata sahib neft yatağı kəşf etmişdir. 1961-ci ildə Ölü dənizin qərb sahilində 500–700 m dərinlikdə Zohar qaz yatağı aşkar edilmiş və Arad şəhərinqazla təmin edilmişdir. XXI əsrin ikinci onilliyinin əvvəllərində İsrail enerji mənbələrini idxal edən ölkələr kateqoriyasından enerji ehtiyatlarını xarici bazara tədarük etmək istəyən dövlətlərin siyahısına keçid etdi. 2012-ci il üçün verilən məlumatlara görə Tamar, Meri-B və Noa yataqlarında təsdiqlənmiş təbii qaz ehtiyatları təxminən 278 milyard kubmetr təşkil edir. İsrailin müstəsna iqtisadi zonasında yerləşən Leviafan, Dalit və Tanin yataqlarında isə qaz ehtiyatları 522 milyard kubmetr təşkil edir.

Bununla yanaşı, ölkədə gəlirsiz mis yataqları da mövcuddur. Fosforit, kükürd, manqan, əhəng daşımərmər hasil olunur. Ölü dənizin suları əhəmiyyətli miqdarda kalium duzubrom ehtiva edir. Maxteş-Ramon kanyonunda çox sayda almaz yataqları kəşf olunmuşdur. 2002-ci ildə İsrailli geofizik Lev Eppelbaum, Maxteş Ramon Kanyonunda almaz tərkibli yataqların kəşf edilməsinə dair Beynəlxalq Geofizika Konfransında ilk təqdimatını etmişdir. Fosfat istismarına görə İsrail dünyanın ilk beş ölkəsindən biridir. Maqnetik kəşfiyyat analizindən sonra Kiryat-Şhomona yaxınlığında dəmir yatağı aşkar edilmişdir.

Təbiətinin mühüm xüsusiyyəti ölkənin dənizlər, dağlar və səhralar arasında yerləşməsidir. İsrailin ərazisi kiçik olsa da səth quruluşunda müxtəliflik hiss olunur. Qaliley yaylası adlanan hissə ölkənin şimal və qərb bölgəsini tutur. Əslində bu yayla hündür düzənliyi xatırladır. Burada hündürlük 600–700 m-dən artıq deyil. Ölkənin şimali-şərqini İordan çayının dərəsi tutur. Mərkəzi hissə Aralıq dənizi sahili boyunca yerləşmiş alçaq ovalığı xatırladır. Burada sahil xətti zəif parçalandığından ovalığın şimal hissəsində yerləşmiş Hayfa körfəzi istisna olmaqla təbii körfəz və buxtalar yoxdur. Ölkə ərazisinin əksər hissəsini Neqev yaylası tutur. Bu yayla şimalda alçaq dağ massivlərinə, şərqdə isə Qhor tektonik çöçəkliyinə yaxınlaşır. Bu çöçəkliyin ən dərin yerində okean səviyyəsindən 392 m. aşağı olan Ölü dəniz yerləşir. Bu dənizlə Qırmızı dəniz arasında qalan ərazidə Aqava dərəsi yerləşir. İsrailin ərazisi faydalı qazıntılarla zəngin deyil. Əsasən mezazoy dövrünün çöküntüləri ilə örtülüdür. Nisbətən hündür yerlərdə karst hadisələrinə və mağaralarına rast gəlmək olar. Ölkədə qeyri-metal sərvətlər metal və yanacaq sərvətlərindən çoxdur. Qeyrimetal faydalı qazıntılar içində Ölü dənizdəki kalium duzları, natriumbrom çoxdur. Neqev yaylasında fosforit, gips, tikinti materialları və kvars qumları aşkar edilmişdir. Müxtəlif yerlərdə ehtiyatı az olan dəmir və mis filizi, neft və təbii qaz yataqları aşkar edilmişdir. Ölü dənizdən əldə edilən təbii sərvət – potaş, xlorlu maqnezium, xörək və kalsium duzları, xüsusilə, əhəmiyyətlidir. Bu bölgədə beynəlxalq əhəmiyyətli kurortlar yerləşir.

Ölkənin nisbətən çox yağıntı alan qərb hissəsində quru subtropik meşə və kolluqların qəhvəyi torpaqları, mərkəzi və şərq bölgələrində boz qəhvəyi torpaqlar, cənubunda isə subtropik səhra torpaqları yayılmışdır. Dağlıq ərazilərin bəzi yerləri torpaq örtüyündən məhrumdur. Sahil bölgələrin torpaqları nisbətən məhsuldardır. Belə torpaqlarda humusun miqdarı 24 faizə çatır. Ölkənin Aralıq dənizi sahili mövqeyi florasının zənginliyinə səbəb olmuşdur. Endemik bitki növləri üstünlük təşkil edir. Baharda yağıntılardan sonra ölkənin landşaftı füsünkar olur. Qaliley ölkənin tarixi-təbii baxımdan gözəl yeri sayılır. Çünki bu rayonun iqlimi yumşaq, rütubətli, torpaqları məhsuldardır. Əvvəllər meşələrlə örtülü olan Qalileydə hazırda təbii landşaftdan nadir izlər qalmışdır. Kənd təsərrüfatına yararlı sahələrdə və yamaclarda meşələr salınmışdır. Meşələr ərazinin cəmi 5 faizində yayılmışdır. Neqev səhrasının həyatsız görünüşü vardır. Onu dik qayalar və dərin dərələr "bəzəyir". İsrail təbiətinin mühafizəsinə, ekoloji mühitinin sağlamlığına diqqətlə yanaşan ölkələrdən biridir. Hökumət Ölü dəniz bölgəsini Milli qoruq elan etmişdir. Amma ərazidə uzun illər aparılan müharibələr və terrorçuların fəaliyyəti ölkənin həm təbii, həm də antropogen landşaftına böyük ziyan vurmuşdur.

İsraildə Aralıq dənizi iqlim tipi hakimdir. Ərazidə yay ayları quraq və isti, qış isə mülayim və rütubətli keçir. Yazda və yayda İsrail üzərində tropik, payızda və qışda isə mülayim enliklərin hava kütlələri hakimdir. Səth quruluşunun müxtəlifliyi ölkədə iqlim fərqlərinin yaranmasına səbəb olur. Ölkənin qərbindən şərqinə getdikcə yağıntıların miqdarı kəskin şəkildə azalır. Məsələn, qərbdə yerləşmiş Qaliley yaylasına il ərzində 1000 mm-ə qədər yağıntı düşdüyü halda, şərqdə yerləşmiş Eylat bölgəsinə 50 mm yağıntı düşür. Ölkənin mərkəzi bölgələrinə 500 mm-ə qədər, Ölü dənizin sahillərinə isə 70–80 mm yağıntı düşür. Yanvar, fevral ayları ən çox yağış yağan aylardır. Aralıq dənizi sahil bölgəsində orta illik temperatur müsbət 20 dərəcə olduğu halda, dağlıq bölgələrdə bu göstərici bir neçə dərəcə aşağıdır. Orta temperatur yüksək olduğundan Aralıq dənizinin çimərliklərindən ilin 7–8 ayı istifadə etmək olar. Ölkənin ən isti yeri onun cənubundadır. Burada orta illik temperatur 23 dərəcədən aşağı düşmür. Cənubda ilin yay aylarının orta temperaturu 32–33 dərəcəyə çatır. Qış aylarında mənfi temperaturlar da müşahidə olunur. Hündür ərazilərdə qış aylarının orta temperaturu mənfi 5 dərəcəyə uyğun gəlir. Ölkənin mərkəzi bölgələrində ilin 300 günü orta temperatur müsbət 15 dərəcəyə bərabərdir. Ərazi üçün şimal və qərb küləklərinin əsməsi səciyyəvidir. Yazda və yayın əvvəllərində Ərəbistan yarımadasından quru və isti xəmsin küləkləri əsir. Tozlu və dəhşətli isti havaya Neqev səhrasında rast gəlinir.

İsrail səth suları ilə zəif təmin olunmuş ölkədir. Ərazinin qərb hissəsindən axan kiçik çaylar Aralıq dənizi hövzəsinə aiddir. Bu çayların əksəriyyəti ilin isti aylarda quruyur. Ölkənin şərq hissəsi axarsızdar. Ərazinin şimal-şərqindəki tektonik dərə ilə daima sulu İordan (Ürdün) çayı axır. Xermon massivindən başlanğıcını götürən bu çay Ölü dənizə tökülür. Tiveriad gölünə qədər bu çay ensiz dərə ilə, qalan hissələrdə isə allüvial düzənliklə axır. Okean səviyyəsindən 200 metr alçaqda yerləşmiş Tiveriad (yaxud Qaliley) gölünün uzunluğu 21 km, maksimal dərinliyi 48 metrdir. Gölün suyu duzlu olmadığından ondan içməli su mənbəyi kimi istifadə olunur. 1000 km² ərazisi olan Ölü dənizin (uzunluğu 76, eni 16 km) 250 kv. km-i İsrailə məxsusdur. Bu kiçik ərazidən İsrail hökuməti maksimum faydalanır. Ərazidə qiymətli mineral duzlar çıxarılmaqla yanaşı kurort təsərrüfatı inkişaf etdirilir. Sənaye, kənd təsərrüfatı və əhalinin suya olan tələbatını ödəmək məqsədilə su təchizatı və irriqasiyanın mərkəzləşdirilmiş sistemi yaradılmışdır. Bu sistemdə başlıca su kəmərlərinin uzunluğu 150 km-ə çatır, Tiveriad gölünün şimal-qərb sahillərindən Roş-xa-Ayin məntəqəsinədək davam edir, burada 106 km uzunluğunda olan Yarkon-Şimali Neqev xəttilə birləşir. Mütəxəssislər ölkənin içməli su ehtiyatlarının 1,8 mlrd. kub metr olduğunu hesablamışlar. Bu suyun 1,1 mlrd. kub metri kiçik çayların və bulaqların 320 mln. kub metri İordan çayının İsrailə aid olan hissəsinin, 200 mln. kub metri Yarkon çayının suları təşkil edir. Ümumiyyətlə, İsrail hökuməti içməli su təminatında böyük müvəffəqiyyətlər əldə etmişdir. Onun bu təcrübəsindən başqa quraq ölkələr də istifadə edir.

İsrailin dövlətinin bayrağı yəhudi kişilərin səhər istifadə etdikləri dua şalı olan tallitdən ilham alınmışdır. Bayrağın üzərindəki göy rəng isə Davudun qalxanının rəngi olduğu düşünülür.

Ölkə başçısı prezidentdir. Prezident (Nasi) hər yeddi ildən bir Knesset (Milli Məclis) tərəfindən seçilir. Prezident əsasən mərasimlərdə iştirak edir, amma əfv etmə kimi səlahiyyətlərinə də sahibdir. Nazir isə prezident tərəfindən seçilmiş partiyanın liderlərindən biri olur. Milli Məclisin 120 üzvü var.

border=none Əsas məqalə: İsrail iqtisadiyyatı

İsrail iqtisadiyyatı texnologiya avadanlıqları, əkin, sənaye və turizmə əsaslanır. Kibbutz adı verilən kommunal fermalar ölkənin qida ehtiyacının tamamını qarşılayır. Beləcə ölkə qida ehtiyacını özü ödəyir. Texnologiya sahəsində İsrail dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birdir. İntel, İBM, Motorola, Google gibi şirkətlərin İsraildə mərkəzləri yerləşir. Bunun səbəbi İsrail əhalisinin böyük hissəsinin texnologiya sahəsində qabiliyyətə sahib olmasıdır. NASDAQ indeksinə görə İsrail firmaları ABŞKanada firmalarından sonra dünyada üçüncü yerdə gəlir. Təhlükəli şəraitə baxmayaraq İsrail savadlı insan cəmiyyəti yetişdirməklə güclü iqtisadiyyatə qurmağı hədəfləyən ölkələrdəndir.

İsraildə kənd təsərrüfatının əsasını kibbutzlar təşkil edir. Kibbutz kollektiv istehsalat təşkilatlarıdır. Nəcəf səhrası uzun illərdən sonra əkin üçün uyğun vəziyyətə gətirilmişdir. Kibbutzlar kollektiv təşkilatlar olsalar da korperativ şəkilləri də mövcuddur. Bu cür kibbutzlar moşavim adlanır. Əkinçilik işləri moşavimlər tərəfindən həyata keçirilir. İsrailin əmək qüvvəsinin 6,5%i kənd təsərrüfatında işləyir. İsraildə suvarma kanalları geniş yayılmışdır. 400.000 hektardan büyük bir sahə sulanır. Əsas əkinçilik rayonu Eşdraelondur. Sahil ovaları da kənd təsərrüfatı üçün əhəmiyyət daşıyır. İsraildə əsasən taxıl bitkiləri, narınc meyvələr, şəkər çuğunduru, üzüm və albalı yetişdirilir.

Otlaqlar az olduğu üçün heyvandarlıq zəif inkişaf etmişdir. Əsasən qoyuna üstünlük verilir. Son illərdə İsraildə donuzçuluq sahəsi yaransa da yəhudilər donuz əti yemədiyi üçün inkişaf etməmişdir. Amma qəfəs heyvandarlığı geniş yayılmışdır. İsraildə heyvanlardan əldə edilən məhsullar ölkənin öz ehtiyaclarının ödənilməsinə sərf olunur. İsraildə balıqçılıq xeyli inkişaf etmişdir. Belə ki, Hind və Atlantik okeanına çıxardığı gəmilərlə İsrail hər il 25.000 tondan çox balıq ovlayır.

İsrail sənayesi sürətlə inkişaf edir. Sənaye inqilabı 1958–1965 illərində baş vermişdir. Bu illərdə İsrail sənayesində 142% artım müşahidə olundu. Xüsusilə qurğuşun sənayesi irəlidə gələnlərdəndir. İsrailin işçi qüvvəsinin 33,4%-i sənaye sahəsində işləyir. Əsas sənaye bölgələri Tel-ƏvivHayfadadır. İnkişaf edən sahələr dərman, optika, elektrik avadanlıqları, almaz, silah sənayesidir.

Tel-Əviv İsrailin sənaye mərkəzidir

Xarici bazar satışının üçdə birini almaz sənayesi təmin edir. İxrac etdiyi mallar arasında narınc meyvələr öndə gəlir. Bunlara portağal, banan, naringi və üzüm aiddir. Hazırda xaricə silah və təyyarə də satmaqdadır. Ticarətinin böyük hissəsini ABŞ, İngiltərəAlmaniya ilə edir.

İsrail turizmi dinə əsaslanmışdır. Hər il İsrail bir çox yəhudi, müsəlman və xristian tərəfindən ziyarət edilir. Ölkədə Aksa məscidi, Ağlaşma Divarı kimi dini tikililər turistləri özünə çəkən məkanlardır. İsraildə sadəcə dini turizm yoxdur. Arxeoloji və tarixi abidələr də turist axınına məruz qalır. İsrailin mülayim iqlimi və çimərlikləri də turizm üçün əlverişli şərait yaradır.

border=none Əsas məqalə: İsrail əhalisi

İsraildə 6.110.600 yəhudi yaşayır. İsrail əhalisinin 20,7%-i isə ərəblər təşkil edir. Son illərdən Rumıniya, Tailand, Çin, Cənubi Amerikadan gələnlərin sayı artmışdır. Onların çoxunun bura gəlməsi qanunsuz olduğu üçün sayları dəqiq bilinmir.

20-ci əsrin əvvəlindən başlayaraq Fələstin çoxlu köç alır. Bu köçlər dünyanın bir çox yerlərində yaşayan yəhudilərin "ana vətənlərinə" qayıtması ilə əlaqədardır. Bu səbəbdən əvvəl regiondakı əhalinin kiçik bir qismini təşkil edən yəhudilər dominant olur. Son 10 ildə İsraildəki iş imkanları müxtəlif millətlərdən olan insanları ölkəyə cəlb etmişdir. 2012-ci ilin iyun ayına əsasən İsraildə 60.000 afrikalı yaşayır. İsraillilərin 92%-i şəhərlərdə yaşayır. 2011-ci ilə əsasən Şərqi Qüdsdə 250.000 nəfər yaşayır. Qolan təpələrində isə 20.000 nəfər məskunlaşıb.

İsrail özünü yəhudi adlandıran yeganə dövlətdir. Ancaq yəhudi olanlar və yəhudi soyundan gələnlər İsrail vətəndaşı ola bilərlər. İsrail əhalisinin sadəcə 4%-i yəhudi soyundan gələn, amma yəhudi olmayan insanlardır. Hazırda İsrail vətəndaşlarının 73%-i İsrail doğumludur. 18,4%-i Avropa və Amerikdan köç edən yəhudilərdir. Qalan 8,6%-i isə Asiya və Yaxın Şərq yəhudiləridir, və sayları dayanmadan artır.

Böyük şəhərlər

[redaktə | mənbəni redaktə et]
İsraildə ivritcə, ərəbcə və ingiliscə yol nişanı

İsrailin iki rəsmi dili var: İvrit diliərəb dili. İvrit ölkədə ən geniş yayılmış dildir. Ərəb dili isə ölkədəki ərəb azlıqlar tərəfindən istifadə olunur. İngilis rəsmi dil olmasa da, İsraildə bir çox yazılarda ingiliscədən istifadə edilir. Məktəblərdə də ingilis dili tədris olunur. İsraildə ingiliscə efir verən media quruluşlar mövcuddur. Bu dillərdən əlavə xaricilər də müxtəlif dillərdə danışırlar. 1990–1994-cü illərdə ana dilləri rus dili olan 1 milyon yəhudi Rusiyadan İsrailə köçmüşdür. 2004-cü ilə qədər 700.000 yəhudi Fransadan köçmüşdür. Xaricdən köçüb gələnlər ivrit dilini öyrənsələr belə, digər dillərdən istifadə edə bilərlər. Buna görə rus və fransız dilləri də sıx istifadə olunan dillərdir.

1948-ci ildə yaradılmış İsrail dövlətində hakim din iudaizmdir. Onun ardıcılları bütün inanclı yəhudilərdir. Ölkədə 2 iudaizm sektası mövcuddur. Lakin onların ardıcılları çox azdır: karaimlər (12 min nəfər) və samaritlər (500 nəfərə yaxın). İnduistlərdən başqa İsraildə müsəlmanlar və xristianlar da yaşayır (İsraildə yaşayan ərəblərin 4/5 hissəsi islama, 1/5 hissəsi xristianlığa ibadət edir). Müsəlmanların əsas hissəsi müxtəlif məzhəbli sünnülərdir, və dini etiqadlarına görə ayrı-seçkiliyə məruz qalırılar. Eyni zamanda burda druzlar da yaşayır (50 min nəfər). İsraildə xristianlıq bir sıra kilsələrlə təmsil olunur. Əksəriyyəti katoliklərdir. Bunlar əsasən Hayfa və digər rayonlarda yaşayan mel-kitlər (41 min nəfər), eləcə də latın ənənəli katoliklər (12 min nəfər) və maronitlərdir (6 min nəfər). Burada pravoslavlar (22 min nəfər), az sayda Yepiskopal kilsənin tərəfdarları (1000 nəfər), lüteranlar, presviteranlar, baptistlər, erməni-qriqoryanlar (900 nəfər), monofizit kilsəsinin tərəfdarları — Efiopiya kilsəsi və Kopt kilsəsi (700 nəfər) mövcuddur. Xristianların hamısı demək olar ki, böyük şəhərlərdə yaşayırlar.

Bar-İlan Univesiteti

İsrail məktəblərində təhsil 15 il davam edir. BMT-yə görə İsrail əhalisinin 97%-i oxuyub-yazma qabiliyyətinə sahibdir. 1953-cü ildən məktəblər 5 yerə ayrılır: normal məktəblər, dini məktəblər, ortodoks məktəblər, ictimai məktəblər və ərəb məktəbləri. İsrail əhalisinin çoxu normal məktəblərdə təhsil alır. İsraildə yaşayan ərəblər isə ərəb məktəblərinə gedirlər. Ərəb məktəblərində islam dərslərinin keçirilməsinə icazə verilir.

İsrailli məktəblilər məktəbə 3 yaşında başlayır, 18 yaşında bitirirlər. Univesitetə qəbul isə imtahanladır. Universitetə daxil olanlar təhsillərinə davam edirlər. İsraildə ibtidai təhsil, orta təhsil və lisey məcburidir. İngilis dili ibtidai siniflərdən tədris olunur. İbtidai siniflər 1–6-cı siniflərdən, orta təhsil 7–11-ci siniflərdən, lisey isə 12–15-ci siniflərdən ibarətdir. Liseyi bitirən məktəblilər Baqrut adlı imtahan verir və aldıqları dərəcəyə görə universitetə daxil olurlar. İmtahanda əsas suallar riyaziyyat, İvrit dili, mədəniiyət, fəlsəfə və tarix fənlərinə aid olur. Bu imtahanlar məktəbə görə dəyişmir. Dini məktəbi bitirən də Baqrut imtahanını verməlidir və imtahana dini suallar düşmür. İsraildə təhsil pulsuzdur və özəl məktəblər yoxdur. Bütün məktəblər dövlətə bağlıdır. İsrail universitetləri məzunlarına təmin etdiyi iş prespektivləri ilə məşhurdur. Qüds və Tel-Əviv Universitetlərini dünyanın ən yaxşı 100 universiteti siyahısına salınmışdır.

  1. 1 2 İsrail haqqında ərazi, əhali və iqtisadi məlumatlar, Qolan təpələri, Şərqi Qüdsİordan çayının qərb sahilindəki yəhudi yaşayış yerləri daxil olmaqla İsrailin bütün ərazisini əhatə edir.[2][3]
  2. Qüds qanununa əsasən "Yerusəlim İsrail Dövlətinin rəsmi paytaxtıdır". Prezident iqamətgahı, dövlət idarələri, ali məhkəmə və parlamentin yerləşdiyi hökumətin mərkəzi vəzifəsini yerinə yetirir. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 478 saylı Qərarı (20 avqust 1980; 14-0, ABŞ bitərəfdir) ilə Qüds qanunu "etibarsız" sayılmış və üzv dövlətlərin diplomatik nümayəndəliklərini Yerusəlimdən geri çəkməyə çağırılmışdır.[14][15][16]
  3. Beynəlxalq cəmiyyətlərin əksəriyyəti (BMT Baş Məclisi, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası, Avropa Birliyi, Beynəlxalq Cinayət Məhkəməsi və insan haqları təşkilatlarının böyük əksəriyyəti) İsrailin Qəzzə, İordan çayının qərb sahiliŞərqi Yerusəlimü işğal etdiyini bildirmişdir. 2005-ci il İsrailin Qəzzəni tərk etməsinə baxmayaraq, davam edən hərbi və iqtisadi nəzarət formaları səbəbi ilə Qəzzə hələ də Birləşmiş Millətlər Təşkilatı, beynəlxalq insan haqları təşkilatları və qanuni şərhçilər tərəfindən "işğal edilmiş" sayılır.[42][43][44][45]
  1. "Number of Population Census 2020 of Israel". İsrail Mərkəzi Statistika Bürosu. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2017.
  2. OECD Statistics Directorate. "Study on the Geographic Coverage of Israeli Data" (PDF). OECD (ingilis). 2011. 2022-09-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 5 oktyabr 2020.
  3. "Quarterly Economic and Social Monitor" (PDF). mas.ps (ingilis). "When Israel bid in March 2010 for membership in the 'Organization for Economic Co-operation and Development'... some members questioned the accuracy of Israeli statistics, as the Israeli figures (relating to gross domestic product, spending and number of the population) cover geographical areas that the Organization does not recognize as part of the Israeli territory. These areas include East Jerusalem, Israeli settlements in the West Bank and the Golan Heights.". 26 oktyabr 2011. səh. 57. 2021-10-09 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2020.
  4. Population Census 2008 (PDF) (Hesabat). İsrail Mərkəzi Statistika Bürosu. 2008. 2017-05-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 27 dekabr 2016.
  5. http://chartsbin.com/view/edr.
  6. "Palestinian Territories". State.gov. 22 April 2008. 26 August 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2012.
  7. "Israel". The World Factbook. Central Intelligence Agency. 2016-05-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 yanvar 2017.
  8. Skolnik, 2007. səh. 132–232
  9. "GaWC – The World According to GaWC 2008". Globalization and World Cities Research Network. 2011-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2009.
  10. Aldajani, Ra'fat, and Drew Christiansen. 22 June 2015. "The Controversial Sovereignty over the City of Jerusalem Arxivləşdirilib 2018-11-21 at the Wayback Machine." The National Catholic Reporter. via Berkley Center for Religion, Peace & World Affairs: "No U. S. president has ever officially acknowledged Israeli sovereignty over any part of Jerusalem (…) The refusal to recognize Jerusalem as Israeli territory is a near universal policy among Western nations."
  11. Akram, Susan M., Michael Dumper, Michael Lynk, and Iain Scobbie, eds. 2010. International Law and the Israeli-Palestinian Conflict: A Rights-Based Approach to Middle East Peace. Routledge. p. 119: "UN General Assembly Resolution 181 recommended the creation of an international zone, or corpus separatum, in Jerusalem to be administered by the UN for a 10-year period, after which there would be a referendum to determine its future. This approach applies equally to West and East Jerusalem and is not affected by the occupation of East Jerusalem in 1967. To a large extent it is this approach that still guides the diplomatic behaviour of states and thus has greater force in international law."
  12. "Jerusalem: Opposition to mooted Trump Israel announcement grows Arxivləşdirilib 2019-08-06 at the Wayback Machine." BBC News. 4 dekabr 2017: "Israeli sovereignty over Jerusalem has never been recognised internationally"
  13. Whither Jerusalem (Lapidot) p. 17: "Israeli control in west Jerusalem since 1948 was illegal and most states have not recognized its sovereignty there"
  14. "Security Council Resolution 478 - UNSCR". Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (ingilis). 2022-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2020.
  15. "The Security Council, Recalling its resolution 476 (1980), Reaffirming again that the acquisition of territory by force is inadmissible, Deeply concerned over the enactment of a "basic law" in the Israeli Knesset proclaiming a change in the character and status of the Holy City of Jerusalem, with its implications for peace and security" (PDF). Təhlükəsizlik Şurası Hesabat Bürosu (ingilis). 20 avqust 1980. 2012-03-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 5 oktyabr 2020.
  16. "S/RES/478 (1980) of 20 August 1980". unispal.un.org (ingilis). 12 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2020.
  17. Charles A. Repenning & Oldrich Fejfar, Evidence for earlier date of 'Ubeidiya, Israel, hominid site Arxivləşdirilib 2016-07-26 at the Wayback Machine Nature 299, 344–347 (23 sentyabr 1982)
  18. "Canaan | Definition, History, & Facts". Britannika Ensiklopediyası (ingilis). 2019-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2020.
  19. Golden, Jonathan M. Ancient Canaan and Israel: An Introduction (ingilis). OUP USA. 2009. ISBN 978-0-19-537985-3. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2020.
  20. Finkelstein, Israel; Silberman, Neil Asher. The Bible unearthed : archaeology's new vision of ancient Israel and the origin of its stories (1st Touchstone). New York: Simon & Schuster. 2001. ISBN 978-0-684-86912-4.
  21. Holloway, Steven W.; Handy, Lowell K. The Pitcher is Broken: Memorial Essays for Gösta W. Ahlström (ingilis). Bloomsbury Publishing. 1995. ISBN 978-0-567-63671-3. 2019-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2020.
  22. Broshi, Maguen. Bread, Wine, Walls and Scrolls. Bloomsbury Publishing. 2001. səh. 174. ISBN 978-1-84127-201-6. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-05.
  23. "British Museum – Cuneiform tablet with part of the Babylonian Chronicle (605–594 BCE)". 30 oktyabr 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2014.
  24. Jon L. Berquist. Approaching Yehud: New Approaches to the Study of the Persian Period. Society of Biblical Lit. 2007. 195–. ISBN 978-1-58983-145-2. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-05.
  25. 1 2 3 Peter Fibiger Bang; Walter Scheidel. The Oxford Handbook of the State in the Ancient Near East and Mediterranean. Oxford University Press. 2013. 184–187. ISBN 978-0-19-518831-8. 2022-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-05.
  26. Abraham Malamat. A History of the Jewish People. Harvard University Press. 1976. 223–239. ISBN 978-0-674-39731-6. 2022-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-05.
  27. Yohanan Aharoni. The Jewish People: An Illustrated History. A&C Black. 15 sentyabr 2006. 99. ISBN 978-0-8264-1886-9.
  28. Erwin Fahlbusch; Geoffrey William Bromiley. The Encyclopedia of Christianity. Wm. B. Eerdmans Publishing. 2005. 15. ISBN 978-0-8028-2416-5. 2022-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-05.
  29. Coueras, Nicholas Savvas. "Latin Cyprus and its relations with the Mamluk Sultanate, 1250-1517". researchgate.net (ingilis). 1 may 2016. İstifadə tarixi: 5 oktyabr 2020.
  30. Wing, Patrick. "The Syrian Commercial Elite and Mamluk State-Building in the Fifteenth Century". Trajectories of State Formation across Fifteenth-Century Islamic West-Asia (ingilis). 29 may 2020. 306–318. doi:10.1163/9789004431317_011. 18 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2020.
  31. Sagi, Rottem. "Zionist Movement". researchgate.net (ingilis). 26 yanvar 2013. İstifadə tarixi: 5 oktyabr 2020.
  32. Litvin, Yoav. "The Zionist fallacy of 'Jewish supremacy'". www.aljazeera.com (ingilis). 9 yanvar 2019. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2020.
  33. "Zionism | Definition, History, Examples, & Facts". Britannika Ensiklopediyası (ingilis). 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2020.
  34. David Tal. War in Palestine, 1948: Israeli and Arab Strategy and Diplomacy. Routledge. 2004. səh. 469. ISBN 978-1-135-77513-1. 2022-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-05. some of the Arab armies invaded Palestine in order to prevent the establishment of a Jewish state, Transjordan...
  35. "PDF copy of Cablegram from the Secretary-General of the League of Arab States to the Secretary-General of the United Nations: S/745: 15 May 1948". Un.org. 9 September 2002. 7 yanvar 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 oktyabr 2013.
  36. Morris, Benny; Morris, Research Fellow Truman Institute Benny. 1948: A History of the First Arab-Israeli War (ingilis). "The League demanded independence for Palestine as a "unitary" state, with an Arab majority and minority rights for the Jews. The League's Political Committee met in Sofar, Lebanon, on 16–19 September, and urged the Palestine Arabs to fight partition, which it called "aggression," "without mercy." The League promised them, in line with Bludan, assistance "in manpower, money and equipment" should the United Nations endorse partition.", p. 72: at December 1947 "The League vowed, in very general language, "to try to stymie the partition plan and prevent the establishment of a Jewish state in Palestine.": Yale University Press. 2008. ISBN 978-0-300-12696-9. 2013-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-05.
  37. "Declaration of Establishment of State of Israel". Israel Ministry of Foreign Affairs. 14 may 1948. 17 March 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2017.
  38. Gilbert, 2005. səh. 1
  39. "Debate Map: Israel". 2019-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-20.
  40. Benjamin Rubin. Israel, Occupied Territories // Max Planck Encyclopedias of International Law [MPIL]. doi:10.1093/law:epil/9780199231690/law-9780199231690-e1301 (inactive 27 sentyabr 2020). 2019-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-20 – Oxford Public International Law vasitəsilə.
  41. Cuyckens, Hanne. "Is Israel Still an Occupying Power in Gaza?". Netherlands International Law Review. 63 (3). 1 oktyabr 2016: 275–295. doi:10.1007/s40802-016-0070-1. ISSN 0165-070X.
  42. 1 2 Hajjar, Lisa. Courting Conflict: The Israeli Military Court System in the West Bank and Gaza (ingilis). University of California Press. 2005. ISBN 978-0-520-93798-7. 2022-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2020.
  43. 1 2 Perry, Anderson. "Editorial: Scurrying Towards Bethlehem". newleftreview.org. 2018-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2020.
  44. 1 2 Makdisi, Saree. Palestine Inside Out: An Everyday Occupation (ingilis). W. W. Norton & Company. 2010. ISBN 978-0-393-33844-7. 2022-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2020.
  45. 1 2 Weill, Sharon. The Role of National Courts in Applying International Humanitarian Law (ingilis). OUP Oxford. 2014. ISBN 978-0-19-968542-4. 2022-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2020.
  46. The status of Jerusalem (PDF) // The Question of Palestine & the United Nations. United Nations Department of Public Information. 2019-08-08 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2020-10-05. East Jerusalem has been considered, by both the General Assembly and the Security Council, as part of the occupied Palestinian territory.
  47. "Analysis: Kadima's big plans". BBC News. 29 mart 2006. 5 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 October 2010.
  48. Kessner, BC. "Israel's Hard-Learned Lessons". Homeland Security Today. 2 April 2006. 22 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2012.
  49. Kumaraswamy, P.R. "The Legacy of Undefined Borders". Tel Aviv Notes. 5 June 2002. 3 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 March 2013.
  50. "Israel". Freedom in the World. Freedom House. 2008. 2012-06-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 mart 2012.
  51. "Tunisia holds first post-revolution presidential poll". BBC News. 23 noyabr 2014. 2021-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-05.
  52. "Freedom in the World 2018". freedomhouse.org. 13 yanvar 2018. 2019-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-05.
  53. Rummel, 1997. səh. 11. "A current list of liberal democracies includes: Andorra, Argentina, …, Cyprus, …, Israel, …"
  54. "Global Survey 2006: Middle East Progress Amid Global Gains in Freedom". Freedom House. 19 dekabr 2005. 23 June 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 March 2012.
  55. "Latest Population Statistics for Israel". www.jewishvirtuallibrary.org. 2019-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2019.
  56. "Israel's accession to the OECD". Organisation for Economic Co-operation and Development. 2012-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 avqust 2012.
  57. "Curated Data". ACLED (ingilis). 13 iyun 2019. 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2020.
  58. Sitat səhvi: Yanlış <ref> teqi; HDI adlı istinad üçün mətn göstərilməyib
  59. Education at a Glance: Israel (Hesabat). Organisation for Economic Co-operation and Development. 15 September 2016. 10 November 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2017.
  60. "Research and development (R&D) - Gross domestic spending on R&D - OECD Data". data.oecd.org. 2017-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2016.
  61. Australia, Chris Pash, Business Insider. "The 10 safest countries in the world for women". Business Insider. 2017. 2019-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2019.
  62. "Health status - Life expectancy at birth - OECD Data". theOECD. 2015-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-05.
  63. "These Are the World's Most Innovative Countries". Bloomberg.com. 2022-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2019.
  64. Report, World Happiness. "World Happiness Report 2018". World Happiness Report (ingilis). 14 mart 2018. 2018-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2019.
  65. "The Land of Israel: Geography and Climate". mfa.gov.il. 2019-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2020.
  66. "Geography of Israel Table of Contents". jewishvirtuallibrary.org (ingilis). 2022-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2020.
  67. "Geography of Israel". fanack.com (ingilis). 2020-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2020.
  68. Cohen, Gili. "Israel Navy to devote majority of missile boats to secure offshore drilling rafts". Haaretz. 9 yanvar 2012. 2020-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-05.
  69. "Area of Districts, Sub-Districts, Natural Regions and Lakes". Israel Central Bureau of Statistics. 11 sentyabr 2012. 4 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 June 2013.
  70. "Israel (Geography)". Country Studies. 7 May 2009. 10 July 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 fevral 2010.
  71. 1 2 "The coastal plain". 22 avqust 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 yanvar 2008.
  72. "The Coastal Plain". Israel Ministry of Tourism. 7 yanvar 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 yanvar 2017.
  73. The Living Dead Sea. Israel Ministry of Foreign Affairs. 1999. ISBN 978-0-8264-0406-0. İstifadə tarixi: 20 iyul 2007.
  74. Makhteshim Country. UNESCO. 2001. ISBN 978-954-642-135-7. 2020-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2007.
  75. Jacobs, Daniel; Eber, Shirley; Silvani, Francesca; (Firm), Rough Guides. Israel and the Palestinian Territories. 1998. ISBN 978-1-85828-248-0. İstifadə tarixi: 24 February 2016.
  76. Rinat, Zafrir. "More endangered than rain forests?". Haaretz. Tel Aviv. 29 May 2008. 10 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 mart 2012.
  77. "Israel considers building artificial islands – Israel Environment". Ynetnews. 20 iyun 1995. 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-05.
  78. Ben, Ilan. "Short on space, Israel looks to artificial islands". The Times of Israel. 17 iyun 2012. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-05.