Qazaxıstan — Vikipediya
Qazaxıstan | |||||
---|---|---|---|---|---|
Қазақстан Республикасы Qazaqstan Respublikasy Республика Казахстан | |||||
| |||||
El meu Kazakhstan, Менің Қазақстаным | |||||
Himn: Menıñ Qazaqstanym azərb. Mənim Qazaxıstanım | |||||
Tarixi | |||||
• Altin Orda | XIII-XV | ||||
• Qazax xanlığı | 1465–1847 | ||||
• Qazax SSR | 5 dekabr 1936 | ||||
• Qazaxıstan | 16 dekabr 1991 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Aqmola | ||||
İdarəetmə forması | prezidentli rejim[7] | ||||
Prezident | Qasım-Comərd Tokayev[1] | ||||
Baş nazir | Oljas Bektenov | ||||
Sahəsi | Dünyada 9-cu | ||||
• Ümumi | 2,724,900 km² km² | ||||
• Su sahəsi (%) | 1.7 | ||||
Əhalisi | |||||
• Əhali | 20 000 000[2] nəfər (64-cü) | ||||
• Sıxlıq | 7 nəf./km² (236-cı) | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | ▲ $596.666 dollar (41-ci) | ||||
• Adambaşına | ▲ $30,827 dollar (53-cü) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2022) | ▲ $224.338 dollar (55-ci) | ||||
• Adambaşına | ▲ $11,591 dollar (69-cu) | ||||
İİİ (2021) | 0.811 (azalma; 56-cı) | ||||
Valyuta | Qazaxıstan təngəsi | ||||
İnternet domeni | .kz, .қаз[8] | ||||
ISO kodu | KZ | ||||
BOK kodu | KAZ | ||||
Telefon kodu | +7[9] | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][10] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Qazaxıstan (qazax. Қазақстан/Qazaqstan; rus. Казахстан) və ya rəsmi adı ilə Qazaxıstan Respublikası (qazax. Қазақстан Республикасы/Qazaqstan Respublikasy; rus. Республика Казахстан) — Mərkəzi Asiyada ərazisinə görə ən böyük dövlət. Qazaxıstan sahəsinin böyüklüyünə görə dünyada doqquzuncu yerdə, dənizə çıxışı olmayan ölkələr arasında isə ilk pillədədir.[11] Ümumi sahəsi 2,724,900 km² olan Qazaxıstan şimalda Rusiya, şərqdə Çin, cənubda Türkmənistan, Özbəkistan və Qırğızıstanla həmsərhəddir. Ölkənin qərbində isə Xəzər dənizi yerləşir və bu dəniz vasitəsilə Rusiya, Azərbaycan, İran və Türkmənistanla su sərhədinə malikdir. Qazaxıstanın paytaxtı 1997-ci ildən bəri Astana şəhəridir. Həmin vaxta qədər ölkənin paytaxtı ən böyük şəhər olan Almatı şəhəri olmuşdur. Qazaxıstan iqtisadi cəhətdən Mərkəzi Asiya regionunda dominant dövlət hesab olunur. Belə ki, regionun ÜDM-nin 60 faizi Qazaxıstana məxsusdur. Ölkənin əsas gəlir mənbəyini neft-qaz sənayesi təşkil edir. Ölkə həmçinin böyük mineral resurslara sahibdir.
Qazaxıstan rəsmi olaraq müxtəlif mədəniyyətlərə ev sahibliyi edən demokratik, dünyəvi, unitar, konstitusiyalı respublikadır.[12] Ərazisi düzənlik, çöl, tayqa, kanyon, dağlar və səhralardan ibarətdir. 2020-ci il 1 avqusta olan məlumata əsasən əhalisinin sayı 18,8 milyon nəfərdən çoxdur.[13] Quru ərazisinin çox böyük olmasına baxmayaraq, əhali sıxlığına görə dünyada ən aşağı göstəricilərdən birinə sahibdir. Hər kvadrat kilometrdə əhali sıxlığı 6 nəfərə bərabərdir.
Qazaxıstan ərazisi tarix boyunca köçəri türk xalqlarına ev sahibliyi etmişdir. 13-cü əsrdə bu ərazi Çingiz xanın rəhbərlik etdiyi Monqol İmperiyası tərəfindən işğal olunmuşdur. 16-cı əsrdən etibarən qazaxlar ayrıca qrup kimi ortaya çıxdıqdan sonra onların yaşadığı ərazilər üç cüzə bölündü. 18-ci əsrdə ruslar Qazaxıstan ərazisində məskunlaşmağa başladı və 19-cu əsrin ortalarından etibarən bu ərazi Rusiya imperiyası tərəfindən idarə olunmağa başlandı. Rusiyada 1917-ci ildə baş tutmuş inqilab və onun ardınca baş vermiş Rusiya vətəndaş müharibəsi nəticəsində imperiyaya tabe olan digər bütün dövlətlər müstəqillik əldə etdi. Lakin bu müstəqillik uzun çəkmədi. 1920-ci ildə ölkə ərazisi yenə rusların işğalına məruz qaldı və Sovet hakimiyyəti bərqərar oldu. 1936-cı ildə Sovet İttifaqının tərkib hissəsi olan Qazaxıstan SSR-in əsası qoyuldu.
Qazaxıstan 1991-ci ildə Sovet İttifaqının dağılması zamanı ən son müstəqillik elan edən Sovet respublikalarından biri olmuşdur. Hazırkı prezident Qasım-Comərd Tokayev 2019-cu ildən bəri ölkəyə rəhbərlik edir. Qazaxıstan hal-hazırda öz iqtisadiyyatını, xüsusilə də karbohidrogen sənayesini inkişaf etdirməkdə davam edir.[14]
Qazaxıstanda qazaxlar (əhalinin 63%-ni təşkil edir), ruslar, özbəklər, ukraynalılar, almanlar, tatarlar və uyğurlar da daxil olmaqla 131 müxtəlif etnik qrup yaşayır.[15] Əhalinin təqribən 70%-i müsəlmanlardan, 26%-i isə xristianlardan ibarətdir.[16] Ölkənin rəsmi dili qazax dili olsa da, inzibati işlər də daxil olmaqla, bütün səviyyələrdə rus dili də bərabər statusa sahibdir. Qazaxıstan hal-hazırda BMT, Dünya Ticarət Təşkilatı, MDB, Şanxay Əməkdaşlıq Təşkilatı, Avrasiya İqtisadi Birliyi, KTMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və TÜRKSOY kimi təşkilatların üzvüdür.
Tarix
[redaktə | mənbəni redaktə et]Qazaxlar türklərin qıpçaq qolunun ən böyük xalqıdır. Qazax adına keçmişdən qazaxlarla əlaqə quran yazı mədəniyyətinə sahib məmləkətlərin yazılı qaynaqlarında rast gəlmək mümkündür. Bunlar; çin, rus, ərəb, fars, bizans, moğul və türk dillərində yazılan əsərlərdir. Bu əsərlərin dil xüsusiyyətlərinə görə "qazax" adı, Asa, Kasa, Hasa, Haysak, Kasok, Qasaq, Hasıq, Kazak, Kazsak və s. müxtəlif şəkillərlə yazılmışdır. Qazax adının nə zaman meydana çıxdığı tam olaraq bilinmir. Çünki "qazax" kəlməsinin etimologiyası tarixin dərinliklərinə gedir. Qazaxlar haqqında tarixçilər müxtəlif dəlillər gətirirlər. Məsələn; Akademik Marr: "Qafqazda qazaxlar yaşayırlar", çex tarixçisi Grozniy: "Qazaxlar eramızdan əvvəl Xəzər dənizinin şərq bölgəsində yaşayan hunların nəvələri və Qafqaz Kaspin sözlərinin qaz, qas kökündən törəmiş olduğu, qazax adının da bu kökdən qaynaqlandığını bildirir".
Müasir Qazaxıstanın kökləri 1400-cü illərə qədər getməkdədir. 1400-cü illərdə müxtəlif türk tayfalarının birləşməsi ilə Mərkəzi Asiyada yeni bir boy yaranmışdır. Qızıl Orda dövləti dağıldıqdan sonra türk tayfaları Noqay xan ətrafında birləşərək Noqay Xanlığını qurdular. Bu xanlıq sonradan Qazax xanlığına çevrildi. Qazax xanlığı üç hissədən ibarət idi: Ulu juz, Kiçik juz və Orta juz. 1771-ci ildən etibarən onlar bir-birindən asılı olmayan siyasət yeritməyə başladılar. 1770-ci ilin sonlarında qazax juzları Rusiya və Çin arasında mübarizə meydanına çevrildi. Bu mübarizə rusların qələbəsi ilə başa çatdı. Bundan sonra ruslar işğal etdikləri qazaxların ölkəsində müstəmləkəçilik siyasəti yeritməyə başladılar. Bu torpaqların bütün imkanlarını mənimsədilər. Yerli qazaxları köçə məcbur etdilər. Qazaxların dilinə, dininə və yaşayışına müxtəlif qadağalar qoyulmuşdur.
Aclıq və siyasi səbəblərlə 1912–17 ci illər arasında rus hökumətinə qarşı etiraz başladı. 1917-ci ildə Rusiyada çarlığın devrilməsi ilə əlaqədar olaraq Mərkəzi Asiya bir müddət müstəqil oldu. 1917–20 ci illər arasında keçmiş qazax juzları birləşərək "Alaş Orda" dövlətini qurdular. Bu dövlət üç il yaşaya bildi. 1920-ci ildən sonra ruslar hakimiyyəti ələ keçirdilər və bu tarixdən sonra SSRİ dövrü başladı. Rus hökuməti qazaxların milli şüurunu itirməsi üçün müxtəlif yollara əl atdı. Stalinin vaxtında qazaxcadan ərəb və farsca sözlər çıxarılaraq bunların yerinə rusca kəlmələr qoyuldu. Günümüzdə də qazaxcada olan bəzi kəlmələr üçün rus sözləri işlədilir. Sovet hakimiyyəti altında olan dövrdə 1933-cü ildə süni aclıq, 1937–38-ci illərdə soyqırım, 1954-cü ildə 6 milyon 300 min hektar yerin zorla rus mühacirlərinə paylanması, 1960-cı illərə qədər rus köçləri yerləşdirmə planlarının həyata keçirilməsi, 1986-cı ildə məşhur "Celtoksan" hadisəsini söyləmək mümkündür.
İkinci Dünya müharibəsindən sonrakı illərdə Qazaxıstan SSR-nin xalq təsərrüfatının bərpasında fəal iştirak etmişdir. 50–60-cı illərdə Qazaxıstanda 900-dən çox iri sənaye müəssisəsi və sexi tikilib işə salındı. Ust-Kamenoqorsk titan-maqnezium kombinatının, Pavlodar alüminium və alüminium oksidi zavodunun, Şərqi Qazaxıstanda sink zavodunun, Turqay boksit mədənlərinin yaradılması, mövcud əlvan metallurgiya müəssisələrinin yenidən qurulması və genişləndirilməsi ölkədə əlvan metal istehsalında Qazaxıstanın rolunu daha da artırdı. Karaqanda metallurgiya kombinatı tikildikdən sonra Qazaxıstan qara metallurgiyanın da mühüm bazasına çevrildi. Turqay düzündəki nadir dəmir filizi yatağı əsasında ildə 26,5 milyon ton filiz verən Sokolovo-Sarbay filizsaflaşdırma kombinatı yaradıldı. Bu kombinat Cənubi Ural və Qazaxıstan qara metallurgiya sənayesinin əsas xammal bazasına çevrildi. Karaqanda və Ekibastuz kömür hövzələrində yeni şaxtalar tikildi. Respublikada sənaye məhsulu istehsalı 2,1 dəfə artdı.[17]
50–60-cı illərdə Sovet İttifaqında xam və istifadəsiz torpaqların istifadə edilməsi proqramı həyata keçirildi. Qazaxıstanda bu müddətdə 4 milyon hektardan çox xam torpaq əkin üçün yararlı hala gətirilməli idi. Bu məqsədlə respublikaya minlərlə insan köçürüldü. 60–80-ci illərdə Qazaxıstan kommunist partiyasına Dinmuxamed Kunayev rəhbərlik etmişdir. Onun dövründə də respublikada sənayeləşmə davam etdirildi, Alma-Atada, Karaqandada, Ekibastuzda, Pavlodarda iri müəssisələr, energetika obyektləri, dəmir və avtomobil yolları tikildi. Qazaxıstana digər respublikalardan köçürmələr davam etdirilirdi, lakin, Kunayev qazax rəhbər kadrlarının irəli çəkilməsinə kömək edirdi. 50-ci illərin sonunda qazax etnosu Qazaxıstan əhalisinin cəmi 30 faizini təşkil edirdi. 70-ci illərdən başlayaraq Qazaxıstanda yerli əhalinin sayı tədricən artmağa başladı ki, bu da etnik balansın dəyişməsi ilə nəticələndi. Yalnız 1989-cu ildə qazaxlar öz tarixi vətənlərində üstünlük təşkil etməyə başladılar. 1989-cu il SSRİ əhalisinin siyahıya alınmasına görə "ikinci böyük etnik qrup olan ruslar Qazaxıstan əhalisinin 37,8 faizini təşkil etmişlər". Respublikanın yeddi vilayətində isə ümumiyyətlə, rusların sayı qazaxlardan çox olub. SSRİ-nin dağılması və Qazaxıstanın müstəqillik əldə etməsindən sonra, buraya müəyyən səbəblər ucbatından köçürülmüş xalqlar öz ata-baba yurdlarına qayıtmağa başladı ki, bu da etnik mənzərənin köklü formada dəyişilməsinə gətirib çıxardı. Lakin Qazaxıstan yenə də əvvəlki kimi çoxmillətli respublika olaraq qalır.[17]
SSRİ-də yenidənqurma başladıqdan və Qorbaçovun hakimiyyətə gəlişindən sonra Kunayev iqtisadiyyata pis rəhbərlik etdiyinə və korrupsiyaya görə vəzifəsindən uzaqlaşdırıldı. 1986-cı ilin dekabrında onun yerinə Ulyanovsk vilayət partiya komitəsinin rəhbəri Gennadi Kolbin (milliyətcə rus) təyin edildi. Bu təyinata etiraz əlaməti olaraq, minlərlə qazax tələbəsi Alma-Atada mitinq keçirdi. Məsələyə ordunun qarışması ilə minlərlə qazaxın qanı axıdıldı. 200 nəfərdən artıq insan həlak oldu. Bu ruslaşma və sovetləşmə siyasətinə qarşı ilk etiraz aksiyası idi və 1986-cı il sovet tarixinə millətlərarası toqquşma ili kimi daxil oldu. Hələ Qazaxıstan hadisələrindən bir neçə ay əvvəl mart-aprel aylarında Yakutiyada yakut tələbələri ilə rus gəncləri arasında qarşıdurma olmuşdu. G.Kolbin islahatlar aparmağı, qazax dilinin istifadəsini genişləndirəcəyini, hətta onun respublikada rəsmi dil kimi elan olunacağını söz verməklə vəziyyəti sakitləşdirməyə çalışdı. Yaranmış vəziyyətdən ehtiyat edən sovet rəhbərliyi 10 yanvar 1987-ci ildə Qazaxıstan KP MK-nin ikinci katibi vəzifəsinə milliyyətcə qazax olan Səidullah Kubaşovu gətirmək məcburiyyətində qaldı. Hadisələrin bir daha təkrarlanmaması üçün DTK vasitəsilə iştirakçılar təqib olunmağa, həbs edilməyə başlandı. Alma-Ata hadisələri Orta Asiyada milli məsələnin ciddi olduğunu və imperiyaya nifrətin gücləndiyini göstərdi. Qazaxıstanda müstəqil ictimai təşkilatlar meydana gəlməyə başladı. 1989-cu il iyunun 22-də Nursultan Nazarbayev Qazaxıstan KP MK-ın birinci katibi seçildi.[17]
1990-cı ildə iqtisadi böhran və SSRİ-nin süqutundana sonra 1991-ci ildə müstəqil olaraq dünya arenasında öz yerini tapdı. Nursultan Nazarbayev ölkənin ilk prezidenti oldu.
1992-ci ildə Qazaxıstan Rusiyanın təşəbbüsünə əsasən yanvarda Kollektiv Təhlükəsizlik Müqaviləsi imzalamışdır.
1997-ci ildə paytaxt Almatıdan Astanaya keçirilmişdir.
Qazaxıstanın xarici siyasət prioritetləri Rusiya, Çin, ABŞ, Avropa Birliyi, Orta Asiya dövlətləri. Həmçinin dünya ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə yönəlmişdir.
Qeyd: M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin analitik-informasiya mərkəzinin ekspert qrupunun rəhbəri Aleksey Vlasov düşünür ki, Gürcüstan-Osetiya münaqişəsi Qazaxıstanın 2010-cu ildə ATƏT-ə sədrliyi zamanı prioritetlər arasında olmayacaq. Bu gün Gürcüstana aid olan bu məsələlər siyasidir və burada iqtisadi məsələlərdən söhbət gedə bilməz. Anlamaq lazımdır ki, əgər Azərbaycanla Ermənistanın vəziyyətində türk-erməni sərhədlərinin açılması üçün hələ də iqtisadi səbəblər tapmaq olsa da bu Rusiya və ya Türkiyə biznesinin eləcə də erməni diasporunun maraqlarıdır. Gürcüstan ilə əlaqələr isə siyasidir. Burada iqtisadi məntiq işləməyəcək.
İSESKO şurası son iclasında 2015-ci ildə İslam mədəniyyəti şəhəri elan olunması ilə bağlı Almatının namizədliyini təsdiqləyib.
Fiziki-coğrafi xarakteristika
[redaktə | mənbəni redaktə et]Ölkənin şərqində ən yüksək zirvəsi olan Xan-Tenqri massivi (6995m), qərbində isə ən çökək yeri olan Qaragiye (-132m) yerləşir. Qazaxıstan ərazisinin relyefi çox da mürəkkəb deyildir. Düzənliklər daha geniş sahəni tutur. Qərbdə Xəzəryanı ovalıq və Üstürt yaylası, şərqdə isə Qazaxıstan xırda təpəliyi diqqəti cəlb edir. Cənubda Turan ovalığının bir hissəsi Qazaxıstan ərazisinə daxil olur. Şimalda Torğay çökəkliyi Qazaxıstan ərazisi ilə Qərbi Sibir ovalığını birləşdirir. Ölkənin ən hündür yeri şərqdə Altay dağlarının Qazaxıstan ərazisinə daxil olduğu hissədir. Ən alçaq yer isə qərbdə Xəzər sahillərində yerləşən Karagiye çökəkliyidir (-32 metr). Qazaxıstan ərazisində bir sıra faydalı qazıntıların zəngin yataqları vardır. Bunlardan Qarağandı,Ekibastuz və Torğay daş kömür yataqlarını, Cezqazğan,Sayık,Bozşakul,Balxaş və Kounrad,Qazaxıstan xırda təpəliyi mis mədənlərini, Torğay,Kostanay vilayətindəki dəmir filizi yataqlarını xüsusi qeyd etmək olar. Qazaxıstan ərazisi çox zəngin alüminium yataqlarına, eləcə də qurğuşun, sink, gümüş, volfram, fosforit (Manğıstau,Karatau), nikel, qızıl və başqa nadir metal yataqlarına malikdir. Respublika ərazisinin qərb (Xəzərsahili) hissələrində zəngin neft(Tengiz,Torğay,Manğıstau) və qaz yataqları(Manğıstau,Qaracanbas,Özen) da vardır. Beləliklə, demək olar ki, Qazaxsıtan yanacağa və ən başlıca sənaye sahələri üçün lazım olan bütün xammal ehtiyatlarına malikdir.
İqlimi
[redaktə | mənbəni redaktə et]Ölkə ərazisinin iqlimi kəskin kontinentaldır. Qışı çox soyuq keçir. Arktik hava kütlələrinin əraziyə maneəsiz daxil olması nəticəsində şimal və mərkəz hissələrdə şaxtalar daha güclü (şimalda −45 °C, mərkəzdə −35 °C) olur. Yay isə çox isti keçir. Orta iyul temperaturu şimalda +24 °C, cənubda +28 °C-dir. Bəzən istilər +44 °C-yə kimi çatır. Yağıntıların miqdarı azdır. Geniş düzənlik sahələrdə illik yağıntılar cəmi 200–400 mm-dir. Xəzər sahillərində və mərkəzin düzənlik hissələrində isə daha azdır (50–100 mm). Bu yerlərdə səhra və yarımsəhra landşaftları üstünlük təşkil edir. Yalnız dağların ətəklərində və yamaclarda (cənub-şərqdə) yağıntılar xeyli artır (400–1600 mm). Qazaxıstanın iqlimi kəskin kontinental olduğuna görə çay şəbəkəsi də zəifdir. Nisbətən iri çaylarından Sırdərya, Ural, Emba, İle, İrtış, Esil çayını göstərmək olar. Digər çaylarının əksəriyyəti yayda quruyur. Çaylar böyük suvarma əhəmiyyətinə malikdir. İri göllərindən Balxaş və Zaysan göllərini göstərmək olar. Aral və Xəzər dənizinin də bir hissəsi Qazaxıstan ərazisindədir. Qazaxıstan ərazisinin şimal və şimal-şərq hissələrində münbit torpaqları olan çöl zonası geniş sahəni əhatə edir. Qazaxıstanın ən böyük taxılçılıq rayonları da elə buradadır. Cənuba getdikcə yarımsəhralar və səhralar bir-birini əvəz edir. Süni suvarma şəraitində bu torpaqlarda da müxtəlif kənd təsərrüfatı bitkiləri (pambıq, üzüm, çəltik, alma, ərik, nar) becərmək olur.
Daxili sular
[redaktə | mənbəni redaktə et]Çaylar Şimal Buzlu (İşım, İrtış, Tobol) və daxili axarsız (Ural, Emba, Sırdərya, İli) hövzəyə daxildir. Belə ki, Ural və Emba çayları Xəzərə, Sırdərya Aral gölünə, İli çayı Balxaş gölünə tökülür. İli çayı üzərində Kapçaqay, İrtış üzərində Buxtarma, Sırdərya çayı üzərində Çardərə su anbarları vardır. Qazaxıstanın iqlimi kəskin kontinental olduğuna görə çay şəbəkəsi də zəifdir. Nisbətən iri çaylarından Sırdərya, Ural, Emba, İle, İrtış, Esil çayını göstərmək olar. Digər çaylarının əksəriyyəti yayda quruyur. Çaylar böyük suvarma əhəmiyyətinə malikdir. İri göllərindən Balxaş və Zaysan göllərini göstərmək olar. Aral və Xəzər dənizinin də bir hissəsi Qazaxıstan ərazisindədir. Qazaxıstan ərazisinin şimal və şimal-şərq hissələrində münbit torpaqları olan çöl zonası geniş sahəni əhatə edir. Qazaxıstanın ən böyük taxılçılıq rayonları da elə buradadır. Cənuba getdikcə yarımsəhralar və səhralar bir-birini əvəz edir. Süni suvarma şəraitində bu torpaqlarda da müxtəlif kənd təsərrüfatı bitkiləri (pambıq, üzüm, çəltik, alma, ərik, nar) becərmək olur.
İnzibati ərazi bölgüsü
[redaktə | mənbəni redaktə et]Qazaxıstan Respublikası inzibati cəhətdən 14 vilayət, 4 vilayət statuslu şəhər, 170 rayon, 83 şəhər, 200 qəsəbə və 7743 kənddən ibarətdir.
Vilayətlər:
Akmola, Aqtöbe, Almatı, Atırau, Cambul, Karağandı, Qərbi Qazaxıstan, Qızılorda, Qostanay, Mangistau, Pavlodar, Şərqi Qazaxıstan, Şimali Qazaxıstan, Türkistan.
Vilayət statuslu şəhərlər:
Almatı, Baykonur, Çimkənd, Astana.
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Təxminən ötən əsrin 60-cı illərinə kimi Qazaxıstan heyvandarlıq (xüsusilə qoyunçuluq) təsərrüfatı ilə fərqlənən bir ölkə idi. Lakin hazırda o, əlvan metallurgiya, kömürçıxarma, kimya, maşınqayırma, yüngül və yeyinti sənayesi olan bir ölkəyə çevrilmişdir. Astana, Kustanay, Çinkənd, Qaraqanda, Pavlodar kimi bir neçə şəhər sənayedə aparıcı rol oynayır. Yanacaq sənayesində Karağandı və Ekibastuz kömür hövzələrinin böyük əhəmiyyəti vardır. Kömürlə işləyən onlarla elektrik stansiyalarından ən böyüyü Ekibastuzda yerləşir. Ən böyük mis emalı zavodları Balxaş və Cezqazqan şəhərlərindədir. Ertis çayı üzərindəki Su Elektrik stansiyalarının enerjisi və zəngin polimetal yataqları əsasında Öskemende, Pavlodarda müxtəlif əlvan metallar və alüminium istehsal edən kombinatlar yaradılmışdır. Qara metallurgiya sənayesi də (çuqun, polad, prokat istehsalı) getdikcə inkişaf edir. Onun əsas müəssisələri Temirtau və Rudnı şəhərlərində yerləşir. Qazaxıstanın kimya sənayesində mineral gübrə istehsalı əsas yer tutur. Cambıl şəhərində nəhəng superfosfat zavodu tikilmişdir. Qazaxıstanda maşınqayırma sənayesi də inkişaf edir. Petropavl və Akmolada kənd təsərrüfatı maşınları, Almatıda elektrotexniki maşın və avadanlıqlar istehsal olunur. Qazaxıstan həm də inkişaf etmiş yeyinti və yüngül sənayeyə malikdir. Semey, Petropavl, Almatı, Şımkənd (Çimkənd) yeyinti və yüngül sənayenin iri mərkəzləridir. Kənd təsərrüfatında buğda, qarğıdalı, pambıq və çəltik bitkiləri, həmçinin qoyunçuluq başlıca sahələrdir. Əkin sahələrinin 70%-dən çoxunda dənli bitkilər (əsasən yazlıq buğda, qarğıdalı, çəlyik, darı) əkilir. Buğda əkini sahələri əsasən Qazaxıstanın şimal hissəsində yerləşir. Qazaxıstan becərdiyi buğdanın böyük hissəsini xarici ölkələrə ixrac edir. Pambıq və çəltik isə cənubda (Cambıl və Şımkənd əyalətləri) suvarılan torpaqlardadır. Heyvandarlığın əsas təsərrüfat sahələri şimal, mərkəz və şərq rayonlarındadır. Ölkədə 35 milyon davar, 8 milyon qaramal saxlanılır. Heyvandarlıq məhsullarının da (ət-süd məhsulları, yun) böyük hissəsi xarici ölkələrə ixrac olunur.
Qazaxıstanda BP şirkətinin məlumatına görə 2009-cu ilin əvvəlində neftin sübut edilmiş ehtiyatlarının həcmi 39,6 milyard barrel və ya 6,5 milyard ton təşkil edir, bu da ümumi dünya ehtiyatlarının 3,2%-ni təşkil edir. Neftin proqnozlaşdırılan ehtiyatları yalnız Xəzər dənizinin Qazaxıstan sektoruna aid olan yerlərində 17 milyard tondan çox olduğu təxmin edilir. Mərkəzi Kəşfiyyat İdarəsinin statistikasına əsasən Qazaxıstan 2009-cu ildə 75 milyon ton neft hasil etmişdir. Qazaxıstan hökuməti 2011-ci ildə neft hasilatını 100 milyon tona, 2015-ci ildə isə 150 milyon tona qədər artırmağı planlaşdırır. Qazasıtan müstəqillik illərində Neftdən çox böyük gəlirlər əldə etmiş və bunun nəticəsində Qazaxıstan Asiyada ən yüksək həyat səviyyəsinə malik olan ölkələrdən birinə çevrilməkdədir. 2009-cu ilin əvvəlinə olan məlumata görə Qazaxıstanın aşkar edilmiş təbii qaz ehtiyatları 1,82 trilyon m³ (BP-nin hesablamalarına əsasən) təşkil edir ki, bu da dünya ehtiyatlarının 1,7%-nə bərabərdir. Qazaxıstanın Manğıstau (Manqışlaq) yarımadasında böyük neft və qaz sənayesi yaradılmışdır.
Kənd təsərrüfatı
[redaktə | mənbəni redaktə et]Kənd məskunlaşmasının dağınıq tipi səciyyəvidir. Qazaxıstanın aqrar strukturu özündə 4919 qeyri-dövlət müəssisəsini və 65 dövlət hüquqi şəxsi özündə birləşdirir. Qazaxıstan Respublikası 2006-cı ildə aqrar-sənaye kompleksinin 2006–2010-cu illərdə davamlı inkişaf kompaniyası qəbul edilmiş və 2006–2008-ci illərdə onun gerçəkləşdirilməsi üzrə proqram işlənib hazırlanmışdır. 2006-cı ildə kənd təsərrüfatında ümumi məhsulun həcmi milyard dollar təşkil etmişdir. Əkilən torpaqların ümumi həcmində dənli bitkilər üstünlük təşkil edir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]1989-cu ildə 16 milyon nəfər əhalisi olmasına baxmayaraq, 1999-cu ildə slavyanların və almanların ölkədən köç etməsindən sonra əhalinin sayı 14.9 milyon nəfərə düşmüşdür. Qazaxıstan Respublikasında orta hesabla 1 km²-ə 6 nəfər əhali düşür. Lakin əhali ərazi üzrə qeyri-bərabər məskunlaşıb. Ölkənin şimal, şimal-şərq və cənubunda dağətəyi hissələrdə (xüsusilə Almatı və onun ətrafında) əhali nisbətən sıxdır. Əhalinin əsas hissəsini qazaxlar təşkil edir. Ölkədə 131 fərqli etnos mövcuddur. Ən iri etnoslara ruslar, özbəklər, ukraynalılar, uyğurlar və s. aiddir.
Etnik tərkibi
[redaktə | mənbəni redaktə et]Milliyət | Sayı[18] | Əhali içində payı (faizlə) |
---|---|---|
Toplam əhali | 16,004,800 | 100% |
Qazax | 12,764,821 | 68,51% |
Rus | 3.512.925 | 18,85% |
Özbək | 605.137 | 3,25% |
Ukraynalı | 263.962 | 1,42% |
Uyğur | 274.509 | 1,47% |
Tatar | 200.544 | 1,08% |
Alman | 176.107 | 1% |
Digər | 714.200 | 4,5% |
Etnik kökü | 1897 % | 1911 % | 1926 % | 1939 % | 1959 % | 1970 % | 1979 % | 1989 % | 1999 % | 2006 % |
---|---|---|---|---|---|---|---|---|---|---|
Qazax | 74,9 | 60,8 | 59,5 | 38 | 30 | 32,6 | 36 | 39,7 | 53,4 | 62,2 |
Rus | 10,8 | 27,0 | 18,0 | 40,2 | 42,7 | 42,4 | 40,8 | 37,4 | 29,9 | 15,6 |
Ukraynalı | * | * | 12,4 | 10,8 | 8,2 | 7,2 | 6,1 | 5,4 | 3,7 | 0,9 |
Alman | - | - | 0,7 | 1,5 | 7,1 | 6,6 | 6,1 | 5,8 | 2,4 | 0,4 |
Tatar | 1,2 | 1,1 | 0,7 | 1,6 | 1,5 | 2,2 | 2,1 | 2 | 1,7 | 5,9 |
Özbək | 1,3 | 1,1 | 3,2 | 1,7 | 1,1 | 1,7 | 1,8 | 2 | 2,5 | 8,9 |
Belarus | * | * | - | 0,5 | 1,2 | 1,5 | 1,2 | 1,1 | 0,8 | - |
Uyğur | - | - | - | - | 0,6 | 0,9 | 1,0 | 1,1 | 1,4 | 6,5 |
Digər | - | - | - | - | 0,1 | 0,2 | 0,1 | 0,1 | 0.3 | - |
Qazaxıstanda Azərbaycan diasporu
[redaktə | mənbəni redaktə et]Rəsmi məlumatlara görə hal-hazırda Qazaxıstanda yüz min, qeyri-rəsmi məlumatlara görə üç yüz min azərbaycanlı yaşayır. Qazaxıstanda yaşayan azərbaycanlılar elm, incəsənət, kənd təsərrüfatı, kiçik, orta biznes və digər sahələrdə çalışırlar. Eyni zamanda onlar Qazaxıstan Respublikasının ictimai-siyasi həyatında yaxından iştirak edir, dövlət orqanlarında təmsil olunurlar. Bununla yanaşı, həmvətənlərimiz Qazaxıstan Respublikasının qanunlarına uyğun olaraq özlərinin bir neçə milli-mədəniyyət təşkilatlarını yaratmışlar. Qazaxıstan Respublikasında "Qazaxıstan Xalqı Assambleyası" yaradılmış və Prezident N.Nazarbayev bu assambleyanın sədridir. 1990-ci illərdən etibarən Almatıda "Turan", Aktöbe vilayətində "Dostluq", Jambul vilayətində "Azəri", Qərbi-Qazaxıstan vilayətində "Birlik", Qarağandı vilayətində "Namus", Kostanay vilayətində "Heydər", Pavlodar vilayətində "Vətən" və s. Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Bu cəmiyyətlər eyni zamanda "Qazaxıstan Xalqı Assamleyası"nın üzvləridir. Paytaxt Astanada diasporanın çoxsaylı nümayəndələrini ətrafında birləşdirməyi bacarmış "Xəzər" milli-mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Bununla yanaşı, 2003-cü ildə Astanada "Dünya azərbaycanlılarının Mədəniyyət Mərkəzi" ictimai təşkilatının nümayəndəliyi açılmışdır ki, bu da Qazaxıstandakı bütün Azərbaycan milli-mədəniyyət mərkəzlərini özündə birləşdirir. Son dövrlər Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qazaxıstanın Taldıkorğan şəhərində "Naxçıvan", Şu şəhərində "Azərbaycanlıların Mədəniyyət Mərkəzi" təsis edilmiş və Astana, Almatı, Taldıkorğan, Qarağandı şəhərlərində Azərbaycan dilində "Bazar günü" məktəbləri açılmışdır. 7 sentyabr 2004-cü il tarixində Astana şəhərinin "Turist" mehmanxanasının konfrans zalında Astana şəhəri Akiminin müavini, Astana şəhəri mətbuat mərkəzinin fəxri prezidenti T.Muxamedjanovun və Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfiri L.Qəndilovun Astana ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin iştirakı ilə Azərbaycan "Xəzər" milli-mədəniyyət Mərkəzinin təsis etdiyi beynəlxalq ictimai-siyasi, rus və qazax dillərində nəşri nəzərdə tutulmuş aylıq "Turan-ekspress" qəzetinin təqdimat mərasimi keçirilmişdir. 25 sentyabr 2006-cı il tarixində Qazaxıstanın Jambul vilayətinin Şu rayonunda 5 mindən artıq soydaşımızın yaşadığı Yeni yol-"Novıy put" kəndində "Nəsimi" Azərbaycan Mədəniyyət Mərkəzi yaradılmışdır. Mərkəzin sədri Qazaxıstanda tanınmış həmvətənlimiz T.Mirzəyev seçilmişdir.
Azərbaycan-Qazaxıstan əlaqələri
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 30 avqust 1992-ci il tarixində yaradılmışdır. 9 yanvar 1993-cü ildə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı, 1 mart 2004-cü ildə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirlikləri fəaliyyətə başlamışdır.
İbrahim Amanqaliyev Qazaxıstan Respublikasının Azərbaycanda ilk Səfiri olmuşdur.
2008-ci ilin yanvar ayından etibarən Primbetov Serik Dostanoviç Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı yeni Fövqəladə və Səlahiyyətli Səfiri kimi fəaliyyət göstərir. 29 yanvar 2004-cü il tarixində Lətif Qəndilov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında Səfiri təyin edilmişdir.
13 dekabr 2005-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılmışdır. İşçi qrupun rəhbəri Fərhad Qəribov, üzvləri N.Cəfərov, M.Quliyev, A.Quliyeva, V.Məmmədov, C.Həsənli və S.Seyidovdur. Milli Məclisin 126-IIIQR saylı, 2 oktyabr 2006-cı il tarixli qərarı ilə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibində müəyyən dəyişikliklər edilərək, F.İbrahimli, R.Məmmədhəsənov, B.Sadıqov və R.Xəlilov Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tərkibinə daxil edilmişlər.
6 sentyabr 2008-ci il tarixindən Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsul v.i.e. R.Məmmədov fəaliyyətinə başlamışdır.
İki ölkə arasında indiyədək siyasi münasibətlərdə demək olar ki, heç bir problem mövcud olmamışdır. Bu münasibətlər 1–2 mart 2004-cü il tarixlərində Qazaxıstan Respublikasının Prezidenti N.Nazarbayevin dəvətilə Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin Qazaxıstana və 24–25 may 2005-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin dəvəti ilə Qazaxıstan Respublikasının Prezidenti N.Nazarbayevin ölkəmizə rəsmi səfərlərindən sonra keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.
Azərbaycan tərəfi Qazaxıstanın Asiyada təhlükəsizliyin möhkəmlənməsi sahəsində "Asiyada Qarşılıqlı Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirə"nin (AQEM) yaradılması təşəbbüsünü tam dəstəkləmişdir.
2006-cı ilin iyul ayında AR XİN tərəfindən qeyri-rəsmi mənbələr vasitəsilə Almatı şəhərində keçirilmiş "Avtomobil ehtiyat hissələri, qaraj təchizatları və yanacaqdoldurma stansiyaları" üzrə III beynəlxalq sərginin (The Third International Exhibition for Autoparts, Garage equipment & Petrol station) reklam broşürası əldə olunmuşdur. Bu broşürada əks olunmuş rəngli xəritədə Azərbaycan Respublikasının ərazisində Dağlıq Qarabağ bölgəsi xüsusi olaraq və Ermənistan ərazisinin əks olunduğu rəngdə verilmişdir. Bununla əlaqədar, qeyd olunan reklam broşürasında verilmiş səhvin düzəldilməsi ilə bağlı ciddi tədbirlərin görülməsi üçün Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyinə, habelə sözügedən tədbirin təşkilatçılarına müraciət edilməsi haqqında AR XİN tərəfindən Qazaxıstandakı Səfirliyimizə müvafiq təlimat verilmiş, eyni zamanda QR-in Bakıdakı Səfirliyinə müraciət edilmişdir. Məsələ ilə bağlı Səfirliyimiz QR-in Xarici İşlər Nazirliyinə nota ilə müraciət edərək reklam broşürunda buraxılmış səhvin aradan qaldırılmasını tələb etmişdir. 2006-cı ilin 11 avqust tarixində Qazaxıstan XİN-dən Səfirliyimizin ünvanına daxil olmuş notada sərgi təşkilatçılarının baş vermiş hadisə ilə bağlı mövqeyi açıqlanmış, onların BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair qəbul etdikləri qərarları dəstəklədikləri, reklam broşürünün nəşri zamanı yol verilmiş səhvin texniki səbəbdən baş verdiyi və gələcəkdə bu kimi halların təkrarlanmaması üçün daha diqqətli olacaqları bildirilmişdir. Bununla yanaşı, Səfirliyimiz tərəfindən sərginin təşkilatçısı M.Arslanla əlaqə saxlanılmış, söhbət zamanı o, reklam broşürlarının nəşri zamanı yol verilmiş səhvin texniki səbəbdən baş verdiyini bildirərək, buna görə rəsmi üzr istəmiş və artıq yeni reklam broşürlarının sifariş verildiyini qeyd etmişdir. 14 mart 2008-ci il tarixində BMT Baş Assambleyasının 62-ci sessiyasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamə layihəsinə dair keçirilmiş səsvermədə Qazaxıstan Respublikası bitərəf səs vermişdir.
Dil
[redaktə | mənbəni redaktə et]Qazax dili (қазақ тілі, قازاق ٴتىلى, qazaq tili). Qazaxıstan Respublikasının rəsmi dövlət dili qazax dilidir. Qazax dili türk dillərinin qıpçaq altqrupuna (tatar, başqırd, qaraçay-çərkəz, qumuq, qaraim, krım tatar, qaraqalpaq, qaraqaş, noqay) daxildir. Noqay, qaraqalpaq və qaraqaş dilləri ilə birlikdə qıpçaq-noqay qoluna aiddir.
Din
[redaktə | mənbəni redaktə et]Ölkə əhalisinin 70 %-ni müsəlmanlar, 26%-ni isə pravoslav xristiyanları (əsasən ruslar) təşkil edir.
Mədəniyyət
[redaktə | mənbəni redaktə et]Qazaxıstanda sakinlərin köçəri pastoral iqtisadiyyatına əsaslanan yaxşı bir mədəniyyət var. 7–12-ci əsrlərdə İslam Qazaxıstanla tanış olmuşdur. Quzu ilə yanaşı, bir çox digər ənənəvi yeməklər, Qazaxıstan mədəniyyətində simvolik dəyər saxlayır. Qazaxıstan mədəniyyəti əsasən türk köçəri həyat tərzindən təsirlənir.
Heyvandarlıq, qazaxların ənənəvi həyat tərzinə mərkəzi olduğundan, köçəri davranışlarının və gömrüklərin əksəriyyəti heyvətə bir şəkildə aiddir. Ənənəvi lənət və xeyir-dualar heyvanlar arasında xəstəlik və ya fecundity çağırdı və yaxşı davranış bir adam ilk növbədə onun həyatında insan aspektləri haqqında soruşmaq və ona salamlayarkən bir insanın mal-qara haqqında soruşmaq tələb etdi.
Ənənəvi Qazaxıstan məskəni, dovun müxtəlif kalınlıkları ilə əhatə edilmiş, söğüt ağacının çevik çərçivəsindən ibarət olan bir çadırdır. Açıq top, mərkəzi ocaqdan tüstüdən qaçmağa icazə verir; temperatur və süzgə açılışın ölçüsünü artıran və ya azaldıran bir qanadla idarə oluna bilər. Düzgün tikilmiş bir dülgər yaz aylarında soyudulur və qışda istilənir və sökülüb yaxud bir saatdan az müddətdə qurula bilər. Yurt içərisində mərasim əhəmiyyəti var; sağ tərəfi kişilər üçün və sol qadınlar üçün qorunur. Yurt həmçinin restoranlar və digər ictimai binalarda dekorativ motiv kimi istifadə olunur.
Hər il Qazaxıstan sənətkarları "Sheber" müsabiqəsində iştirak edirlər. Müsabiqə 2006-cı ildə Qazaxıstan sənətkarlarının məhsullarını daxili və beynəlxalq səviyyədə rəqabətə artırmaq üçün başlanan "Qazaxıstanda sənətkarlıq və sənətkarlığın inkişafı" proqramının bir hissəsidir. Bu proqram Qazaxıstanın Artisans Birliyi, "Chevron", Orta Asiya Avrasiya Fondu, Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyi və Almatıda YUNESKO-nun Klaster Ofisidir.[19]
Qazaxıstanda elm və təhsil
[redaktə | mənbəni redaktə et]Qazaxıstanda milli bayramlar
[redaktə | mənbəni redaktə et]- 1–2 yanvar — Yeni il
- 7 yanvar — Milad bayramı
- 8 mart — Beynəlxalq Qadınlar Günü
- 21–23 mart — Novruz bayramı
- 1 may — Qazaxıstan xalqının birliyi günü
- 7 may — Vətən Müdafiəçisi günü
- 9 may — Faşizm üzərində Qələbə günü
- 6 iyul — Paytaxt Astana günü
- 30 avqust — Qazaxıstan Respublikasının Konstitusiyası günü
- 1 dekabr — Birinci Prezident günü
- 16–17 dekabr — Qazaxıstan Respublikasının Müstəqilliyi günü
- 2 gün — Ramazan və Qurban bayramı
Mətbəx
[redaktə | mənbəni redaktə et]Ənənəvi Qazaxıstan mətbəxi quzu və at ətini, həmçinin südlü süd məhsullarının müxtəlif növlərini əhatə edir. Yüzlərlə ildir ki, qazaxlar, bu heyvanları daşıma, geyim və ərzaq üçün güvənərək, yağlı quyuları, Baqtralı dəvə və atları qaldırdılar. Yemək üsulları və əsas maddələr ölkənin köçəri həyat tərzi ilə təsirlənmişdir. Məsələn, pişirmə texnikasının ən çoxu ərzaqın uzunmüddətli qorunmasına yönəldilir. Köklü bir həyat tərzində saxlanılması daha asandır, çünki davamlı olacağı üçün ətin qurulmasına və qurulmasına dair böyük bir təcrübə var və ekşi südün üstünlükləri var.
Son illərdə, Qazaxıstanın qəlbinə qərbli qərbli Qazaxı aşbazlarının axını, o cümlədən indi məşhur Raniya Əhməd, o cümlədən West London-in Michelin Star restoranlarında ilk təhsilini keçirmişdir. Bu, ənənəvi ləzzətli Qazaxıstan yeməklərini avropalı fast-food ilə betinjantablar kimi qarışdıraraq, gənc nəsillərlə çox populyarlığını sübut edən yeni bir cins növünə gətirib çıxardı.
Beşbarmak, qaynadılmış at və ya kuzu ətindən ibarət yemək, ən məşhur Kazak yeməyi. Beşbarma çörəyi, qaynadılmış bir makaron təbəqəsi ilə yeyilir və şorpa adlanan ət bişirilir və ənənəvi olaraq kese adına kazak qozalarında xidmət edilir. Digər məşhur ət yeməkləri kazy (yalnız zənginlik verə bilən at əti kolbasa), şuzhuk (at əti kolbasa), quyrdak (həmçinin yazılmış qudurdak, qovrulmuş at, qoyun və ya ürək qaraciyər, böyrəklər və digər orqanlar, doğranmış və soğan və bibər ilə) və zal kimi at ətləri (atın boynundan bişmiş qarğıdalı) və zhaya (atın hip və arka ayağından duzlanmış və büzülmüş ət) kimi müxtəlif zövqlərə malikdir. Pilav (palaver) ən çox yayılmış Qazaxıstan düyü yeməyi, tərəvəz (yerkökü, soğan və / və ya sarımsaq) və ət parçalarıdır. Milli içki içərisində kumys (fermented mare's milk) və çay vardır.
Nəqliyyat
[redaktə | mənbəni redaktə et]Qazaxıstanda nəqliyyat böyük əhəmiyyət daşıyır. Böyük ərazi, yaşayış məntəqələrinin bir-birindən uzaqda yerləşməsi, kənd təsərrüfatı və sənaye sahələrini arasında əlaqələrin təşkili Qazaxıstanda olduqca vacibdir.
İdman
[redaktə | mənbəni redaktə et]Velosiped idmanı Qazaxıstanın ən uğurlu idman növüdür. Avropalı dövrdə rəqabət edən bir çox peşəkar bisikletçidən Qazaxıstan gəlir. Ən görkəmli Aleksandr Vinokourovdur. Onun nailiyyətlərinə iki Paris-Nice, 2003 Tour de France-da üçüncü, Amstel Gold Race daxildir. Vinokourov Qazaxıstan şirkətlərinin koalisiyası tərəfindən dəstəklənən Astanaya rəhbərlik edir. Bu komanda UCI ProTeam kimi qeydə alınır və Tour de France da daxil olmaqla yarışlarda yarışır.
Rugby birliyi Qazaxıstanın məşhur idmanıdır. 10.000-dən çox pərəstişkarı ardıcıl olaraq Qazaxıstan milli ragbi birliyi oyununu izləmək üçün dönür. Sri Lanka və Ərəb Körfəzi Rugby Komandası üzərində son illər böyük qazanma Qazaxıstan tərəfinə 2011 Rugby Dünya Kubokuna layiq olmağa namizəd ola biləcəyinə inanma səbəbini verdi. Qazaxıstan hələ Rugby Dünya Kuboku turnirinə qatılmağa haqq qazandı.
Qazaxıstanın "Astana FK" adlı futbol klubu var.
Siyasət
[redaktə | mənbəni redaktə et]1991-ci ildə SSRİ-nin parçalanmasından sonra Qazaxıstan ən son müstəqilliyini elan edən dövlətlərdən biri olmuşdur. 1993, 1995 və 1998-ci illərdə olmaq üzrə konstitusiyasını üç dəfə dəyişdirmişdir. 1998-ci ildə qəbul olunan konstitusiyaya əsasən Qazaxıstan demokratik və unitar dövlətdir.
Ölkə prezidenti 5 il müddətinə seçilir. Prezident seçilmək üçün 40 yaş üzərində olmaq və qazax dilində bilmək vacib şərtdir.
1999-cu ildə baş tutan seçkilərdə Otan Partiyası 30,9%, Qazaxıstan Kommunist Partiyası 17,7% səs toplamışdır. Məclisə girə bilən digər partiyalar olan sosialist yönümlü Kənd təsərrüfatı Partiyası 12,6%, Qazaxıstan Xalq Partiyası isə 11,2% səs toplamışdır.
15 yanvar 2012-ci ildə baş tutan parlament seçkilərində isə Nur Otan Partiyası səslərin 80%-ni toplayaraq parlamentdə 83 millət vəkili ilə təmsil olunmaq şansı əldə etdi.
Qazaxıstanda sayca 9-cu prezident seçkiləri 2019-cu il iyunun 9-da keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkənin ilk prezidenti Nursultan Nazarbayevin rəhbərlik etdiyi "Nur Otan" Partiyasından namizədliyi irəli sürülmüş Kasım-Jomart Tokayev 70,96% səslə seçkilərdə qalib gəlib.[20]
Silahlı qüvvələr
[redaktə | mənbəni redaktə et]SSRİ dövründə Qazaxıstanda yerləşən hərbi hissələr Türkistan Hərbi Dairəsinə tabe olmuşdur. Ölkənin müstəqillik əldə etməsindən sonra yeni yaradılan birləşmələr də məhz bu hərbi hissələr əsasında formalaşmışdır. XX əsrin sonlarından etibarən Qazaxıstan Ordusu öz zirehli birləşmələrinin sayını artırmağa başlamışdır. 1990-cı ildə sayı 500 olan zirehli birləşmələr 2005-ci ildə 1613-ə çatdırılmışdır.
Hərbi Hava Qüvvələrinin əksər hissəsini Sovet istehsalı təyyarə və helikopterlər təşkil edir. Bu təyyarələrə MiQ-29, MiQ-31, Su-24 və Su-27 tipli döyüş təyyarələri daxildir. Ölkənin dəniz sularını isə Xəzər dənizində fəaliyyət göstərən kiçik donanma mühafizə edir.
Silahlı Qüvvələr həmçinin fərqli ölkələrdə bir sıra sülhməramlı əməliyyatlarda da iştirak etmişdir. ABŞ-nin İraqa hərbi müdaxiləsi zamanı Qazaxıstan İraqa 49 nəfər hərbi-mühəndis göndərmişdir. İkinci İraq müharibəsi zamanı qazax qoşunları bu ölkədə 4 milyon minanın zərərsizləşdirilməsində, 5 min nəfərdən çox koalisiya üzvü və mülki insanlara tibbi müayinənin göstərilməsində iştirak etmişdir.
2013-cü ilin dekabrında Qazaxıstan öz zabit heyətini BMT-nin sülhməramlı qüvvələrində iştirak etmək məqsədilə Haiti, Qərbi Saxara, Fil dişi Sahili və Liberiyaya göndərəcəyini elan etmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Nursultan Nazarbayev istefa verib". report.az. 19 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2019.
- ↑ О демографической ситуации в Республике Казахстан за январь 2014 года Arxivləşdirilib 2021-05-13 at the Wayback MachineOrijinal mətn (rus.)
Численность населения страны на 1 февраля 2014г. составила 17 187,0 тыс. человек, в том числе городского – 9 464,3 тыс. (55%), сельского – 7 722,7 тыс. человек (45%). По сравнению с 1 февраля 2013 года численность населения увеличилась на 252,9 тыс. человек или на 1,5%. За январь 2014г. органами РАГС зарегистрировано 33,7 (36,2) тыс. рождений, что на 6,9% меньше, чем в январе 2013 года, что связано с меньшим количеством фактов поздней регистрации в январе 2014 года по сравнению с январем 2013 года. Общий коэффициент рождаемости на 1000 человек составил 22,96 (25,03) рождений. Число умерших составило 12,2 (14,1) тыс. человек, что на 13,5 % меньше, чем в январе 2013г. Общий коэффициент смертности на 1000 человек составил 8,33(9,72) умерших. Естественный прирост населения республики в январе 2014г. по сравнению с январем 2013г. уменьшился на 0,7 тыс. человек или на 3,2% и составил 21,5 (22,2) тыс. человек. Общий коэффициент естественного прироста на 1000 населения составил 14,63 (15,31). За январь 2014г. в республике зарегистрировано 401 (481) умерших детей в возрасте до 1 года, что по сравнению с аналогичным месяцем предыдущего года уменьшилось на 16,6%. Основной причиной младенческой смертности являются состояния, возникающие в перинатальном периоде, от которых в январе 2014г. умерло 201 (246) младенцев или 50,1% (51,1%) от общего числа смертных случаев среди младенцев. Число умерших младенцев от врожденных аномалий составило 85 (90) или 21,2% (18,7%), от болезней органов дыхания - 37 (43) или 9,2% (8,9%) и от несчастных случаев, отравлений и травм - 15 (30) или 3,7% (6,2%). Коэффициент младенческой смертности по сравнению с январем 2013 года уменьшился на 1,39 случаев, что составило 11,89 (13,28) случаев на 1000 родившихся. За январь 2014г. органами РАГС было зарегистрировано 9,8 (11,0) тыс. браков. По сравнению с январем 2013 года их число уменьшилось на 10,9%. Общий коэффициент брачности на 1000 населения составил 6,68 (7,57). Зарегистрировано разводов – 4,1 (4,2) тыс., их число снизилось на 2,4%. Общий коэффициент разводимости на 1000 населения составил 2,77 (2,93). В январе 2014г. по сравнению с январем 2013г. число зарегистрированных прибывших в Казахстан увеличилось на 9,2% и составило 1 687 человек, число зарегистрированных выбывших из Казахстана уменьшилось на 4% и составило 1 416 человек, сальдо миграции 271 человек. Основной миграционный обмен страны происходит с государствами СНГ. Доля прибывших из стран СНГ и выбывших в эти страны составили 86,8% и 83,4% соответственно. За рассматриваемый период по сравнению с аналогичным периодом 2013г. численность мигрантов, переезжающих в пределах страны уменьшилась на 5 005 человек (21,8%) и составила 27 992 человека. По межрегиональным перемещениям положительное сальдо миграции населения наблюдается в 6-и регионах страны: в городах Астана (2 110 человек), Алматы (770 человек), Актюбинской (105 человек), Алматинской (52 человека), Атырауской (9 человек) и Мангыстауской (3 человека) областях.
- ↑ http://online.zakon.kz/Document/?doc_id=1008034.
- ↑ 7.1 // Qazaxıstan Konstitusiyası (qaz.). 1995.
- ↑ 7.2 // Qazaxıstan Konstitusiyası (qaz.). 1995.
- ↑ https://www.ethnologue.com/language/rus.
- ↑ http://www.constcouncil.kz/rus/norpb/constrk/.
- ↑ Домен .қаз делегирован Казахстану. Coordination Center for TLD .RU/.РФ, 2012.
- ↑ http://countrycode.org/kazakhstan.
- ↑ http://chartsbin.com/view/edr.
- ↑ "Agency of Statistics of the Republic of Kazakhstan (ASRK). 2005. Main Demographic Indicators". Stat.kz. 14 mart 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2018.
- ↑ "Kazakhstan/Qazaqstan Constitution". 2 dekabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2018.
- ↑ "Қазақстанда халық саны 18,8 млн адамды құрады". https://qazaqstan.tv/. 26 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 oktyabr 2020.
- ↑ Zarakhovich, Yuri. "Kazakhstan Comes on Strong". Time. 27 sentyabr 2006. 7 dekabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2018.
- ↑ "Перепись населения Республики Казахстан 2009 года. Краткие итоги. (Census for the Republic of Kazakhstan 2009. Short Summary)" (PDF) (Russian). Republic of Kazakhstan Statistical Agency. 12 dekabr 2010 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2018.
- ↑ "The results of the national population census in 2009". Agency of Statistics of the Republic of Kazakhstan. 12 noyabr 2010. 22 iyul 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2018.
- ↑ 1 2 3 Ramin Qurbanov. Türk xalqlarının tarixi. Ali məktəblərin Azərbaycan bölmələri üçün dərs vəsaiti. Bakı: "İqtisad Universiteti" Nəşriyyatı, 2011. — 216 səh.[ölü keçid]
- ↑ Агентство Республики Казахстан по статистике : Численность населения Республики Казахстан по итогам переписи населения 2009 года Arxivləşdirilib 2010-02-08 at the Wayback Machine…Численность населения Республики Казахстан по итогам переписи населения 2009 года на момент счета на 12 часов ночи с 24 на 25 февраля 2009г. составила 16004,8 тыс. человек . Доля уйгуров в общей численности населения страны составила – 1,4%.Численность казахов увеличилась по сравнению с предыдущей переписью на 26,1% и составила 10098,6 тыс. человек. Увеличилась численность узбеков на 23,3%, составив 457,2 тыс. человек, уйгур – на 6%, составив 223,1 тыс. человек. Снизилась численность русских на 15,3%, составив 3797,0 тыс. человек; немцев – на 49,6%, составив 178,2 тыс. человек; украинцев – на 39,1%, составив 333,2 тыс. человек; татар – на 18,4%, составив 203,3 тыс. человек; других этносов – на 5,8%, составив 714,2 тыс. человек.
- ↑ "New craft works of Kazakh artisans submitted for Sheber crafts contest". KazInform. 2017-12-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-22.
- ↑ "Tokayevin andiçmə mərasimi keçirildi". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-12.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- Qazaxıstan Futbol İttifaqı
- Qazaxıstan baş nazirlərinin siyahısı (1991-ci ildən)
- Qazaxıstan mətbəxi
- Qazaxıstanda neft sənayesi
- Qazaxıstan-Rusiya Universiteti
- Qazaxıstan Gənclər Məlumat Xidməti
- Qazaxıstan MEA-nın nəbatat bağları
- Qazaxıstan Rusiya imperiyasının tərkibində
- Qazaxıstan Tibb Tələbələri Birliyi
- Qazaxıstanda elm və texnika
- Qazaxıstanda insan hüquqları
- Qazaxıstan–Səudiyyə Ərəbistanı münasibətləri